Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə138/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   134   135   136   137   138   139   140   141   ...   197

 

 

 



457 

 

daha doğrusu nitqlə bağlı olaraq ixtiyari, vasitəli ali psixi funk-



siyalara  çevrilməlidir.  Buna  uĢağın  həmin  yaĢ  dövründə 

məktəbdə və ailədə məĢğul olduğu əsas fəaliyyət növləri: təlim, 

ünsiyyət, oyun və əmək fəaliyyətləri imkan yaradır. 

Məktəbə təzə gələn uĢaqlarda qavrayıĢ hələ reproduktiv 

xarakter 

daĢıyır.  I-II  sinif  Ģagirdlərinin  qavrayıĢları 

azfərqləndirici,  səthi,  nisbətən  az  məqsədəyönəlmiĢ  olur.  Bu 

dövrdə uĢaqların qavrayıĢı kəskin emosionallığı ilə fərqlənir. I 

-  II  sinif  Ģagirdləri  cisim  və  hadisələrdə  ən  çox  onlar  üçün 

əhəmiyyətli olan cəhətləri qavramağa meylli olurlar. Ona görə 

də bu dövrdə uĢaqların qavrayıĢı çox vaxt cisim və hadisələrin 

yalnız müəyyən əlamət və keyfiyyətlərini əks etdirir. Bu zaman 

xarici, bilavasitə nəzərə çarpan əlamətlərə  görə qavramaya da-

ha  çox  üstünlük  verilir.  Cisimlərin  mahiyyətinin  dərindən 

təhlili  və  dərk  olunması uĢaq  üçün  hələ  çətindir.  Ona  görə  də 

kiçik  məktəb  yaĢının  əvvəllərində  Ģagirdlərin  qavrayıĢ  prosesi 

qavranılan obyekti yalnız tanımaq və sonra onu adlandırmaqla 

məhdudlaĢır.  

Bu  dövrdə  Ģagirdlərin  qavrayıĢı  üçün  xarakterik 

cəhətlərdən  biri  də  oxĢar  obyektləri  qavramalarındakı  qeyri 

dəqiqlikdir. Məhz fərqləndirmənin lazımi səviyyədə olmaması 

Ģagirdlərin  oxĢar  cisim  və  hadisələrə  eyni  əhəmiyyət 

vermələrinə və onları eyni cür qavramalarına səbəb olur.  Buna 

görə də bu dövrdə müəllimin müvafiq iĢ aparmasına böyük eh-

tiyac hiss olunur. 

III-IV  siniflərdə  qavrayıĢ  produktiv  xarakter  daĢımaqla, 

təlim fəaliyyətinin təsiri altında daha məqsədəyönəlmiĢ, ixtiya-

ri olmağa baĢlayır. Ġxtiyari qavrayıĢ olan müĢahidə inkiĢaf edir. 

MüĢahidənin  təsiri  altında  qavrayıĢ  prosesi  məqsədəmüvafiq, 

planlı və adekvat xarakter daĢımağa baĢlayır.  

Təcrübə  göstərir  ki,  kiçik  yaĢlı  məktəblilərdə  təlim  və 

tərbiyənin təsiri altında zaman və məkan qavrayıĢı inkiĢaf edir. 

Lakin  bu  zaman  qavrayıĢın  həmin  növlərinin  inkiĢafı  bir  sıra 

çətinliklərlə müĢayət olunur. Kiçik məktəblilərin, xüsusilə I-II 




 

 

 



458 

 

sinif  Ģagirdlərinin  zaman  haqqında  təsəvvürləri  olduqca  konk-



ret  xarakter  daĢıyır.  UĢaqlar  yalnız  öz  həyatlarında  rast 

gəldikləri  zaman  münasibətlərini  bilirlər.  Onlar  yalnız  saatın, 

gündüzün, gecənin nə olduğunu bildikləri halda,  sutkada neçə 

saat olduğunu, ayda, ildə neçə gün olduğunu dəqiq bilmirlər.  

Təlim  və  tərbiyənin  təsiri  altında  və  ümumi  inkiĢaf 

prosesində  kiçik  məktəblilərdə  zaman  və  məkan  qavrayıĢının 

təkmilləĢməsi baĢ verir.  

Kiçik  məktəb  yaĢı  dövründə  uĢaqlarda  diqqətin 

inkiĢafında  da  özünəməxsus  dəyiĢiklik  baĢ  verir.  Psixoloji 

tədqiqatlar  göstərmiĢdir  ki,  kiçik  məktəblilərin  diqqəti  ilk 

gündən  seçici  xarakter  daĢımağa  baĢlayır,  daha  doğrusu, 

uĢaqların  diqqəti  onlar  üçün  daha  çox  əhəmiyyətli  olan  cisim 

və  hadisələrə  yönəlir.  Bu  baxımdan  birinci-ikinci  sinif 

Ģagirdləri  üçün  müəllimin  onların  diqqətini  yönəltdiyi  sahə 

əhəmiyyətlilik kəsb edir. 

Məktəb  təcrübəsi  göstərir  ki,  yeknəsək  xarakterli  iĢin 

yerinə  yetirilməsi  kiçik  məktəblilərin  yorğunluğuna,  bu  da  öz 

növbəsində diqqətin  yayınmasına gətirib çıxarır.  Birinci-ikinci 

sinif  Ģagirdlərinin  diqqəti  yüksək  emosional  təəssürata  malik 

olmaları ilə bağlı olur. Ona görə də bu yaĢda uĢaqların diqqəti 

onlar  üçün  çox  maraqsız,  cansıxıcı  görünən  iĢlərdən  asanlıqla 

yayınır. Ona görə də bu dövrdə Ģagirdlərin diqqətini əsas detal-

lara nisbətən ikinci dərəcəli detallar daha çox cəlb edir. 

Kiçik  məktəb  yaĢı  dövründə  qeyri  ixtiyari  diqqət  hələ 

nisbətən  üstünlük  təĢkil  etsə  də  ixtiyari  diqqət  əsaslı  Ģəkildə 

inkiĢaf  etməyə  baĢlayır.  Kiçik  məktəb  yaĢının  sonunda  -  IV 

sinifdə  diqqətin  həcmi  və  davamlılığı,  keçirilməsi  və 

mərkəzləĢməsi  demək  olar  ki,  əsasən  böyüklərdə  olan 

səviyyəyə  çatır.  Diqqətin  keçirilməsi  bu  dövrdə  hətta  orta  he-

sabla böyüklərin diqqətlərinin keçirilməsindən yüksək olur. Bu, 

orqanizmin  cavanlığından  və  uĢağın  mərkəzi  sinir  sistemində 

proseslərin mütəhərrikliyindən asılıdır.  

Kiçik  məktəblilər  heç  bir  xüsusi  çətinlik  olmadan  bir 



 

 

 



459 

 

fəaliyyət növündən digərinə keçə bilirlər. Lakin burada hələ də 



“uĢaqlıq”  əlamətləri  qalır.  Belə  ki,  uĢaqların  diqqətini  ən  çox 

onlara bilavasitə təsir edən və onlar üçün maraqlı olan cisim və 

hadisələr cəlb edir. 

Kiçik  məktəb  yaĢı  dövründə  hafizə  də  öz  inkiĢafını  da-

vam etdirir. Bu dövrdə mexaniki hafizə üstünlük təĢkil edir. Bu 

dövrdə uĢaqlar hər cür materialı asanlıqla əzbər öyrənə bilirlər, 

ona  görə  də  əzbər  öyrənməyə  meylli  olurlar.  Bunun  müəyyən 

əhəmiyyəti olsa da uĢaqları quru əzbərçiliyə alıĢdırmaq olmaz. 

ġübhəsiz bəzi materialları, məsələn, vurma cədvəlini əzbərdən 

bilmək  yaxĢıdır.  Lakin  təcrübəli  müəllim  vurma  cədvəlini 

əzbərdən  öyrənməyi  tapĢırmazdan  əvvəl  cədvəlin  strukturunu 

ətraflı  izah  edir,  onun  hansı  prinsip  üzrə  tərtib  olunduğunu 

uĢaqlara baĢa salır. Öyrənmə bu Ģəkildə təĢkil olunduqda əgər 

Ģagird,  məsələn,  yeddi  dəfə  səkkiz  neçə  etdiyini  yaddan 

çıxarıbsa,  özünü  itirmir.  O,  yeddi  dəfə  yeddinin  neçə  etdiyini 

yada salır və buna yeddi əlavə edir. 

  Çox  vaxt  birinci-ikinci  sinif  Ģagirdləri  materialı  hərfən 

yadda  saxlamağa  çalıĢırlar.  Bu,  həmin  yaĢda  Ģagirdlərin 

oxuduqlarını  və  eĢitdiklərini  öz  sözləri  ilə  ifadə  edə 

bilməmələri  ilə  izah  oluna  bilər.  Burada  nitqin  lazımi 

səviyyədə  inkiĢaf  etməməsi  və  müəllimin  Ģagirddən  öyrən-

diyini  dəqiq  və  tam  yada  salmağı  tələb  etməsi  də  rol  oynaya 

bilər. 

  Təcrübə  göstərir  ki,  kiçik  məktəblilərdə,  xüsusilə birin-



ci-ikinci  sinif  Ģagirdlərində  birinci  siqnal  sistemi  üstünlük 

təĢkil  etdiyinə  görə  əyani  materialları  daha  yaxĢı  yadda 

saxlayırlar. 

  Kiçik  məktəb  yaĢlı  uĢaqlarda  məntiqi  hafizə  nisbətən 

zəif inkiĢaf etmiĢ olur. Birinci-ikinci sinif Ģagirdlərindən fərqli 

olaraq  üçüncü-dördüncü  sinif  Ģagirdləri  elə  yadda  saxlamağa 

çalıĢırlar  ki,  sonradan  onu  öz  sözləri  ilə  danıĢa  bilsinlər. 

Nəticədə  onlarda  müqayisə  və  ümumiləĢdirməyə  əsaslanan 

məntiqi  hafizə  inkiĢaf  edir.  Birinci  sinifdən  baĢlayaraq 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə