Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə140/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   136   137   138   139   140   141   142   143   ...   197

 

 

 



463 

 

qaldırmağa inam, Ģübhə, iĢi icra edərkən özündən razı qalmaq, 



öz  “kəĢfləri”  ilə  fəxr  etmək  və  s.  kimi  hallar  baĢ  verir.  Bu 

dövrdə vətənə məhəbbət, böyüklərə hörmət, yoldaĢlıq, insanla-

ra qayğı və s. kimi əxlaqi hisslərin əsası qoyulur. Ümumiyyətlə 

kiçik  məktəblilərdə  əxlaqi  hisslər  biliklərə,  tədricən  əxlaqi 

anlayıĢlara  yiyələnməklə  əlaqədar  inkiĢaf  edir.  Kiçik  məktəb 

yaĢı dövründə estetik hisslərin inkiĢafı, estetik zövqün tərbiyəsi 

üçün də səmərəli Ģərait yaranır.  

 Kiçik  məktəb  yaĢı  dövründə  uĢaqlarda  iradənin 

inkiĢafı  üçün  də  geniĢ  imkan  yaranır.  Bu  dövrdə  uĢaq  öz 

hərəkətlərini, fikir və arzularını qaydalara tabe etməli olur. Bu 

prosesdə maneələri aradan qaldırır. I-III sinif Ģagirdlərində ira-

di cəhd göstərmək bacarığı hissediləcək dərəcədə artır. Ġxtiyari, 

iradi  fəaliyyət  inkiĢaf  etməyə  baĢlayır.  UĢağı  iradi  cəhdə 

yönəldən  motivlər  kəskin  Ģəkildə  dəyiĢir.  9-10  yaĢlı  uĢaqlar 

nəyə qadir olduqlarını öz həmyaĢıdlarına  göstərmək istəyirlər. 

Bu  dövrdə  hisslərin  və  iradənin  inkiĢafı  uĢaqda  xarakterin 

inkiĢafına da əsaslı təsir göstərir. Kiçik məktəblilərdə təlim və 

tərbiyənin təsiri altında xarakterin intizamlılıq, dözümlülük, tə-

kidlilik  kimi  iradi  keyfiyyətləri  formalaĢmağa  baĢlayır.  Təlim 

və  tərbiyənin  təsiri  altında  kiçik  məktəblilərdə  xarakterin 

əməksevərlik,  səliqəlilik,  böyüklərə  hörmət  kimi  əlamətləri 

formalaĢır. 

Kiçik məktəblilərdə xarakterin formalaĢmasında təlim və 

tərbiyə  ilə  yanaĢı  onlarda  təqlidə  meyllilik  də  mühüm  rol 

oynayır.  

Bütün  bunlarla  yanaĢı  olaraq  müəllimin  qiymətlən-

dirməsi və təlimdə əldə edilmiĢ uğurlu nəticələrin təsiri altında 

kiçik  məktəblilərdə  özünüqiymətləndirmə  formalaĢmağa 

baĢlayır. Lakin bu hal sabit xarakter daĢımır, tez-tez aĢağı düĢə 

bilir.  


Özünüqiymətləndirmə  ilə  bağlı  olaraq  kiçik  məktəb-

lilərdə  özünə,  öz  gücünə  inam  da  formalaĢır.  Lakin  təcrübə 

göstərir ki, təlimdəki çətinliklərdən, müəllimin və valideynlərin 



 

 

 



464 

 

tənqidi qeydlərindən asılı olaraq kiçik məktəblilərdə öz gücünə  



inamsızlıq,    frustrasiya  vəziyyəti,  təlimə  marağın    itməsi, 

«məktəb  nevrozlarının»  meydana  gəlməsi  halları  da  müĢahidə 

olunur.  Müəllimin  bu  cəhətləri  nəzərə  alması  kiçik 

məktəblilərdə  Ģəxsiyyətin  müvafiq  əlamətlərinin  forma-

laĢmasında mühüm əhəmiyyət kəsb edir. 



 

 

 



465 

 

 



 

Kiçik məktəb yaĢlı uĢaqların psixoloji xüsusiyyətləri 

(6-10 yaĢ) 

 

APARICI  FƏALĠYYƏT – TƏLĠM 

-Ġdrak  proseslərinin  yenidən  qurulması  –  ixtiyariliyin, 

məhsuldarlığın  və  davamlılığın  formalaĢması  –  ixtiyari 

diqqətin,  ixtiyari  qavrayıĢın,  hafizənin  (birinci  növbədə 

mexaniki  hafizənin),  təfəkkürün  inkiĢafı  –  KONKRET 

ANLAYIġLAR 

səviyyəsində 

əyani-əməli-obrazlı 

təfəkkürdən SÖZLÜ-MƏNTĠQĠ TƏFƏKKÜRƏ keçid. 

-DavranıĢın, iradənin özünütənziminin inkiĢafı 

-Oxu, 


yazı, 

riyazi 


hesablama 

bacarıqlarının 

mənimsənilməsi, biliklərin artması 

-Evdarlıq (məiĢət) əməyi vərdiĢlərinə yiyələnmək 

-Ünsiyyət sahəsinin geniĢlənməsi, yeni nüfuzların meydana 

gəlməsi  (müəllim),  sinif  kollektivində  münasibətlərin 

formalaĢması. 

-ĠnkiĢafetdirici oyunların təlimdən sonra ikinci yeri tutması 

-Müəllimin  qiymətləndirməsi  və  təlimdə  əldə  edilmiĢ 

nəticələrin  təsiri  altında  özünüqiymətləndirmənin  aĢağı 

düĢməsi. 

-Özünə  inamın  formalaĢması,  təlimdəki  çətinliklərdən, 

müəllimin  və  valideynlərin  tənqidi  qeydlərindən  asılı  ola-

raq öz gücünə inamsızlığın, frustrasiya vəziyyətinin, təlimə 

marağın  itməsinin,  «məktəb  nevrozlarının»  meydana  gələ 

bilməsi.     

 

Özünü yoxlamaq üçün sual və tapĢırıqlar. 

 

1.

 

Məktəbə  daxil  olmaqla  uĢağın  həyatında  nə  kimi 

dəyiĢikliklər baĢ verir? 

2.

 

Kiçik məktəblilər üçün aparıcı fəalliyyət nədir? 




 

 

 



466 

 

3.



 

Kiçik məktəblilərdə qavrayıĢ necə inkiĢaf edir? 



4.

 

Kiçik 


məktəblilərdə 

 

diqqətin 



inkiĢaf 

xüsusiyyətlərindən danıĢın. 



5.

 

Kiçik məktəblilərdə hafizənin inkiĢafı necə gedir? 



6.

 

Kiçik məktəblilərdə təxəyyül necə inkiĢaf edir? 



7.

 

Kiçik  məktəblilərdə  təĢəkkülün  inkiĢafı  nə  ilə 

fərqlənir? 

8.

 

Kiçik  məktəblilərdə  nitqin  inkiĢaf  xüsusiyyətlərindən 

danıĢın. 

 

 



 

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular 

 

1.

 

Kiçik məktəblilərin təlim fəalliyyətinin motivləĢməsi. 



2.

 

Kiçik yaĢlı məktəblilərdə əməksevərliyin inkiĢafı. 



3.

 

Kiçik məktəbli Ģəxsiyyətinin formalaĢması. 



4.

 

Kiçik yaĢlı məktəblilərin oyun fəaliyyəti. 

 

Ədəbiyyat 

 

Qədirov  Ə.Ə.    YaĢ  psixologiyası.  –  Bakı,  2002,  s.247-

255; 263-266. 



Quliyev  E.M.  Kiçik  məktəblilərdə  idrak  fəaliyyətinin 

inkiĢaf xüsusiyyətləri. – Bakı, 1995 



Həmzəyev  M.Ə.  Kiçk  məktəbyaĢlı  uĢaqların  psixoloji 

xüsusiyyətləri. – Bakı, 1969. 

Vozrastnaə  i  pedaqoqiçeskaə  psixoloqiə.  Xrestomatiə.  – 

M., 2001, s.87-115; 181-209. 



Matökina  M.V., i dr. Psixoloqiə mladĢeqo Ģkolğnika. – 

M., 1976. 



Qreys  Krayq.  Psixoloqiə  razvitiə.  –  Piter,  2002,s.457-

497 


Löblinskaə  A.A.  Uçitelö  o  psixoloqii  mladĢeqo 


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə