Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə148/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   144   145   146   147   148   149   150   151   ...   197

 

 

 



490 

 

tələb olunur. Təlimin formasında da dəyiĢiklik baĢ verir. Tədris 



prosesində müasir texniki vasitələrdən istifadəyə geniĢ yer ve-

rilir. Bütün bunları mənimsəmək böyük məktəblilərdən yüksək 

hazırlıq,  nəzəri  təfəkkürün  inkiĢafını,  yaradıcılıq  qabi-

liyyətlərinin təĢəkkülünü tələb edir.  

Böyük  məktəblilər  təlimin  nə  kimi  həyati  əhəmiyyət 

daĢıdığını  dərk  edirlər.  Ona  görə  də  məktəblilərdə  təlimə 

münasibət  əsaslı  Ģəkildə  dəyiĢilir.  Bu  dövrdə  məktəblilərdə 

müxtəlif  bilik  sahələrinə  seçici  münasibət  təzahür  etməyə 

baĢlayır.  Böyük  məktəblilərin  təlim  fəaliyyəti  onların  əqli 

inkiĢafına əsaslı təsir göstərir.  

Böyük məktəblilər təlim fəaliyyətinin subyekti kimi daxil 

olduqları spesifik sosial inkiĢaf Ģəraitinin təsiri altına düĢürlər. 

Bu  dövrdə  təlim  fəaliyyəti  özünün  keyfiyyəti,  yeni  məzmunu 

ilə  fərqlənir.  Tədris  fənnlərində  nəzərdə  tutulmuĢ  biliklərə 

yiyələnmə zamanı Ģəxsi məna əhəmiyyəti daĢıyan daxili idrak 

motivləri ilə yanaĢı geniĢ sosial və dar Ģəxsi xarici motivlər də 

özünü  göstərir.  Bunların  içərisində  nailiyyət,  müvəffəqiyyət 

motivləri  xüsusi  yer  tutur.  Təlim  fəaliyyətinin  özü  böyük 

məktəblilərin gələcək həyat planlarını həyata keçirmək vasitəsi 

olduğu üçün, təlim motivləri də öz quruluĢuna görə keyfiyyətcə 

dəyiĢir.  Təlimi  biliklərə  yiyələnməyə  yönəlmiĢ  fəaliyyət  kimi 

bir  sıra  motivlərlə 

səciyyələndirmək  olar,  Ģagirdlərin 

əksəriyyəti  üçün  əsas  daxili  motiv  kimi  nəticəyə  nail  olmağa 

yönəliĢlik təĢkil edir. 

Böyük  məktəblilərin  təlim  fəaliyyətinin  predmetini, 

baĢqa sözlə, onun nəyə yönəlməsini, onun struktur təĢkili, fərdi 

təcrübənin 

stimullaĢdırılması, 

bunun 


hesabına 

yeni 


məlumatların geniĢləndirilməsi, əlavə olunması, daxil edilməsi 

təĢkil  edir.  Məsələlərin  həllinə  müstəqil,  yaradıcı  Ģəkildə 

yanaĢma, qərar qəbul etmək, mövcud variantları təhlil etmək və 

onları  tənqidi  konstruktiv  Ģəkildə  anlamaq  bacarığı  da  böyük 

məktəblilərin təlim fəaliyətinin məzmununu təĢkil edir. Bu yaĢ 

dövründə  mühüm  psixoloji  yenitörəmə  olan  Ģagirdin  həyati 




 

 

 



491 

 

planları tərtib etmək, onları həyata keçirmək vasitələrini axtar-



maq  bacarığı  böyük  məktəblilərin  təlim  fəaliyyətinin 

məzmununun  spesifikasını  müəyyən  edir.  Bu  özü  həmin 

planların həyata keçirilməsi vasitəsinə çevrilir. 

Əgər  yeniyetməlik  dövründə  Ģagirdlər  üçün  müəllim  və 

valideynlərin  nüfuzu  öz  həmyaĢıdlarının  nüfuzu  ilə  bir  növ 

tənzim  olunursa,  böyük  məktəbli  üçün  ayrı-ayrı  fənn 

müəllimlərinin  nüfuzu  məktəbin  nüfuzundan  fərqləndirilir. 

Böyük  məktəblinin  Ģəxsi  özünütəyinində  iĢtirak  edən 

valideynlərinin nüfuzu artır.  

Böyük  məktəblilərin  peĢə  və  Ģəxsi  özünütəyinlərinə 

hazırlığı  özünün  sərvət  meylləri  sistemlərinə  aydın  Ģəkildə 

ifadə  olunan  peĢə  istiqamətini  və  peĢə  maraqlarını,  nəzəri 

təfəkkür  formalarının  inkiĢafını,  elmi  idrak  metodlarına 

yiyələnməyi,  özünütərbiyə  bacarığını  daxil  edir.  ġəxsiyyətin 

yetiĢməsi və formalaĢmasının bu yekun mərhələsi  məktəblinin 

qiymət  və  bələdləĢmə    fəaliyyətinin  daha  tam  təzahür  etdiyi 

vaxtda  baĢa  çatır.  Bu  yaĢ  dövründə  məktəblinin  müstəqilliyə 

cəhd göstərməsi əsasında onda mənlik Ģüurunun tam strukturu 

formalaĢır,  Ģəxsi  refleksiya  inkiĢaf  edir,  həyati  planlar  və 

pespektivlər dərk olunur.  



Ġdrak  proseslərinin  inkiĢafı.  Ġlk  gənclik  dövründə 

idrak  prosesləri  inkiĢaf  edərək  yeni  keyfiyyətlər  kəsb  edir.  Bu 

dövrdə  qavrayıĢın  seçiciliyi  və  mənalılığında  əsaslı  dəyiĢiklik 

baĢ verir. Məktəblilər daha çox əhəmiyyətli, təlimin məqsədləri 

ilə səslənən obyektləri və materialları seçir və qavrayırlar. Nit-

qin  və  təfəkkürün  inkiĢafı  qavrayıĢın  mənalılığını  artırır. 

Onların  qavrayıĢları  daha  çox  məqsədyönəlmiĢ  xarakter 

daĢıyır. Məkan, zaman, hərəkət qavrayıĢı geniĢ və əhatəli olur.  



Diqqət  tam  mənasında  ixtiyari  xarakterə  malik  olur. 

Böyük  məktəblilər  maraqlılıq  dərəcəsindən  asılı  olmayaraq 

diqqətlərini onlar üçün zəruri olan obyektin üzərinə yönəldə və 

onun  ətrafında  mərkəzləĢə  bilirlər.  Böyük  məktəblilərdə 

diqqətin davamlılığı, mərkəzləĢməsi əsaslı Ģəkildə yüksəlir. Bu 



 

 

 



492 

 

ən çox böyük məktəblilərin hər gün məktəbdə, sinifdə, ictimai 



iĢlər  zamanı  yerinə  yetirdikləri  iĢlərin  əhəmiyyətini  dərk 

etmələri  ilə  bağlı  olur.  Böyük  məktəblilər  bəzən  bütün  dərs 

müddətində diqqətlərini onun üzərində saxlaya bilirlər. Bunun-

la  yanaĢı  olaraq  böyük  məktəblilərdə  diqqətin  həcmi  əsaslı 

Ģəkildə  geniĢlənir.  Bu,  böyük  məktəblilərin  öyrəndiklərini 

əvvəllər öyrənmiĢ olduqları ilə əlaqələndirə bilmək bacarığı ilə 

Ģərtlənir.  Böyük  məktəblilər  diqqətlərini  paylamaqda  və 

keçirməkdə çətinlik çəkmirlər. 

Ġlk  gənclik  yaĢında  hafizənin  inkiĢafı  nəzərə  çarpacaq 

dərəcədə  yüksəlir.  Mənalı,  məntiqi  yaddasaxlama  üstünlük 

təĢkil  edir.  Bu  dövrdə  məktəblilər  yaddasaxlamanın  səmərəli 

yollarından istifadəyə geniĢ yer verirlər.  

Ġlk  gənclik  dövründə  təfəkkürün  inkiĢafında  da  əsaslı 

yüksəliĢ  baĢ  verir.  Bu  dövrdə  məktəblilərin  təfəkkürü  özünün 

müstəqilliyi, tənqidiliyi, ardıcıllığı, nəzəri və mücərrəd xarakter 

daĢıması  ilə  fərqlənir.  Təfəkkürün  proseslərindən  və 

formalarından yerində və düzgün istifadə etmək imkanları artır. 

Bütün  bunlarla  yanaĢı  bu  dövrdə  məktəblilərin  ümu-

miləĢdirmələrində  bəzən  tələsgənlik  ucundan  qüsurlar  özünü 

göstərə bilir.  

Təlim  prosesində  böyük  məktəblilərdə  bərpaedici 

təxəyyüllə  yanaĢı  yaradıcı  təxəyyülün  inkiĢafı  üçün  də  geniĢ 

imkan  yaranır.  Bu  hal  ən  çox  Ģagirdlərin  yaradıcı  fəaliyyətdə 

özünü aydın göstərir.  

Bütün  qeyd  edilənlərlə  yanaĢı  ilk  gənclik  dövründə 

məktəblilərdə  maraq  və  tələbatlar,  xüsusilə  mənəvi  tələbatlar 

inkiĢaf  edir.  Onlar  elmin,  texnikanın,  cəmiyyət  və  onun  həyat 

tərzinin  müxtəlif  sahələri  ilə  maraqlanmaqla  yanaĢı,  onlarda 

ünsiyyətə,  incəsənətə,  əxlaqi  davranıĢ  normalarını  həyata 

keçirməyə mənəvi tələbatlar formalaĢır.  

 

Ġlk gənclik dövrünün əsas psixoloji xüsusiyyətləri (15-17 yaĢ) 

 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə