203
- şərəfli tarixi keçmişi, dövlətçilik ənənəsi, zəngin mədə-
niyyəti, özünüidarəyə əsas verən iqtisadiyyatı olan Azərbaycanın
müstəqil yaşamağa hazır və layiq olduğunu beynəlxalq ictimaiy-
yətin diqqətinə çatdırmaq üçün aparılan araşdırmaların effektli
təbligatını qurmaq;
- Azərbaycanın müstəqilliyi ideyası ilə bağlı meydana
gələn bir sıra praktik və ideoloji-siyasi əngəlləri dəf etmək, ADR-
in süqutu, Azərbaycanın işğalında beynəlxalq ictimaiyyət üçün
qaranlıq olan mətləblərə aydınlıq gətirmək;
- Nəhayət, Azərbaycanın müstəqilliyi ideyasını şüurlardan
silməyə çalışan bolşevik niyyətinə qarşı
dayana biləcək milli əzm
və iradə, başlıcası isə yeni nəsil tərbiyə etmək. Bu xüsusda M. Ə.
Rəsulzadə yazırdı: “Bir millətin yeni nəsli, əskisinə nəzərən daha
az kültürlü və daha az təcrübəli olursa, o millətin varlığı və
istiqbalı təhlükəyə məruz qala bilir” [310].
Bununla yanaşı, öz genotipinə görə ümumi mühacirət
yaradıcılığı kontekstindən kənara çıxan bir sıra əsərlər də möv-
cuddur: “Azərbaycan və inqilabı” (Məmməd Şərif Əfəndizadə-
İstanbul, 1921), “Azərbaycan politikaçılarının yanlışları” (Şəra-
fəddin Erəl-İstanbul, 1968), “Azərbaycan faciəsi” (Ə. Əskərov),
eyni zamanda əvvəlki fəsillərdə şərhi verilən “Biz və onlar” (Nağı
Şeyxzamanlı)” “Yıxılan bütlər”, “M. Ə. Rəsulzadənin fəci süqutu”
(Şəfi Rüstəmbəyli), “Şəfibəyçilik” (M. Ə. Rəsulzadə) və bir sıra
dövrü mətbuat məqalələri.
Beləliklə, bütövlükdə problem baxımından araşdırılacaq
mühacirət irsinin ədəbi-tarixi sahəsini nisbətən sonraya saxlayıb,
praktiki fəaliyyəti gücləndirən, həm də ondan bəhrələnən ideoloji-
siyasi sahənin təhlilinə keçək. Qeyd edək ki, bu sahədəki fikir
axtarışlarını da öz növbəsində xarakterinə və konkret isti-
qamətlərinə görə bir neçə yerə bölmək olar:
1. Beynəlxalq siyasətin əsas məsələlərinin təhlili (Azər-
baycanın müstəqilliyi problemi baxımından).
2. SSRİ daxili ümumi vəziyyətin və bolşeviklərin daxili
siyasətinin təhlili.