“Dövlət qeydiyyatına alınmışdır”
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Qeydiyyat № 3095
16 noyabr 2004-cü il
Nazir
_____________ F.F.Məmmədov
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikası
Mərkəzi Bankı İdarə Heyətinin
03 noyabr 2004-cü il tarixli
qərarı ilə
Protokol № 19
İdarə Heyətinin Sədri
______________ E.S.Rüstəmov
BANK İNZİBATÇILARININ MƏRKƏZİ BANKDA
ATTESTASİYADAN KEÇMƏSİ
QAYDALARI
(15 aprel 2010-cu il tarixli dəyişikliklərlə)
BAKI - 2004
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Banklar haqqında”, “Azərbaycan Respublikasının
Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq
hazırlanmış və bank fəaliyyətinə lisenziyaların verilməsi prosesində, həmçinin
bankların fəaliyyəti dövründə bank inzibatçıları vəzifəsinə namizəd kimi təqdim
edilən şəxslərin attestasiyadan keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalarda attestasiyadan keçməli olan bank inzibatçıları (bundan
sonra - bank inzibatçıları) dedikdə, bankın idarə heyətinin üzvləri, daxili audit
bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun
imza hüququ olan müavinləri, habelə yerli və xarici bankların yerli filiallarının
rəhbərləri və baş mühasibləri (mühasibat xidmətinin rəhbəri) və onların imza
hüququ olan müavinləri vəzifələrinə namizəd kimi təqdim olunan şəxslər başa
düşülür.
2. Attestasiyanın keçirilməsi proseduru
2.1. Bank lisenziyasının alınması üçün ilkin müraciət edilərkən bank
inzibatçıları vəzifələrinə namizəd kimi təqdim olunan şəxslərin sənədlərinə müsbət
baxıldıqda, Mərkəzii Bank bu şəxslərin attestasiya yerini və vaxtını təyin edir və
attestasiya gününə ən azı 15 (on beş) təqvim günü qalmış bu barədə müraciəti
təqdim edən şəxsə(lərə) yazılı məlumat verir.
2.2. Bank lisenziyası alınması üçün yekun müraciətin edilməsi zamanı
attestasiyadan keçmiş bank inzibatçıları arasında dəyişiklik baş verdikdə həmin
inzibatçılar barədə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda
nəzərdə tutulmuş sənədlər təqdim edilməli və bank inzibatçısı vəzifəsinə təqdim
edilən şəxs(lər) yekun müraciətə baxılması üçün həmin qanunda müəyyən
olunmuş müddətdə Mərkəzii Bankda attestasiyadan keçməlidirlər.
2.3. Yerli və xarici banklar fəaliyyətləri dövründə bank inzibatçıları
vəzifələrinə təqdim edilən namizədlər haqqında Mərkəzi Banka yazılı bildirişlə
birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:
3
2.3.1. təhsil və əmək fəaliyyəti haqqında sənədlərin notariat qaydasında
təsdiq edilmiş surətləri;
2.3.2. namizəd tərəfindən doldurulmuş anket, namizədin bankda və digər
hüquqi şəxslərdə mühüm iştirak payını göstərən siyahı;
2.3.3. bankın İdarə Heyətinin üzvlüyünə (xarici bankın yerli filialının
rəhbərliyinə) təqdim edilən namizədin bankda nəzarət edəcəyi sahə haqqında yazılı
məlumat;
2.3.4. namizəd tərəfindən imzalanmış və imzası notariat qaydasında
təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;
2.3.5. inzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq
hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-
olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada
leqallaşdırılmış arayış.
2.4. Namizəd haqqında sənədlərə Mərkəzi Bankın müvafiq struktur
bölmələri tərəfindən 30 (otuz) təqvim günü müddətində baxılır və rəy müsbət
olduqda, sənədlər Mərkəzii Bankın Attestasiya komissiyasına (bundan sonra –
Attestasiya komissiyası) təqdim olunur. Attestasiya komissiyası sənədlərin
komissiyaya təqdim olunduğu gündən 7 (yeddi) təqvim günündən gec olmayaraq
attestasiya gününü təyin edir.
2.5. Mərkəzii Bank attestasiyanın keçirilmə yeri və vaxtı barədə bank
inzibatçısı vəzifəsinə namizədi irəli sürmüş banka attestasiya gününə ən azı 3 (üç)
iş günü qabağcadan yazılı surətdə məlumat verir.
2.6. Namizədi təqdim edən bankın rəhbər işçisi(ləri) Mərkəzii Bankın
Attestasiya komissiyasının iclasında müşahidəçi qismində iştirak edə bilər.
2.7. Bank inzibatçısı vəzifəsinə namizəd kimi təqdim olunan şəxs üzürlü
səbəbdən Attestasiya komissiyasının iclasına gəlmədikdə, Attestasiya komissiyası
attestasiyanı başqa münasib vaxta keçirir və bu barədə müvafiq banka 3 (üç) iş
günü müddətində yazılı məlumat verir.
2.8. Bank inzibatçısı vəzifəsinə namizəd kimi təqdim olunan şəxs təyin
olunan vaxtda üzürlü səbəb olmadan attestasiyaya gəlmədikdə, Attestasiya
4
komissiyası attestasiyanın keçirilməsi gününü 7 (yeddi) təqvim günü müddətinə
təxirə salır və bu barədə müvafiq banka yazılı məlumat verir. Bu hal ikinci dəfə
təkrar olunduqda həmin şəxs attestasiyadan keçməmiş sayılır.
2.9. Attestasiya sual-cavab üsulu ilə keçirilir.
2.10. Sual-cavabın məqsədi namizədin peşəkarlıq səviyyəsini və onun bilik,
savad və məntiqinin iddia etdiyi vəzifəyə uyğunluğunu müəyyən etməkdir.
2.11. Suallar hər bir vəzifənin səlahiyyət və məsuliyyət dərəcəsindən, iş
xüsusiyyətlərindən asılı olaraq əsasən aşağıdakı sahələr üzrə verilir:
-
Azərbaycan Respublikasının bank qanunvericiliyi;
-
Bankların fəaliyyətinə aid mülki və vergi qanunvericiliyi;
-
Korporativ idarəetmə standartları;
-
Bank hesabatlılığı və mühasibat uçotu;
-
Bankdaxili nəzarət və audit;
-
Ödəniş sistemləri və informasiya texnologiyaları;
-
Azərbaycan Respublikasında valyuta tənzimi və s.
2.12. Attestasiya zamanı verilən sualların və cavabların qısa məzmunu
Attestasiya vərəqəsində qeyd olunur (Əlavə 1).
3. Attestasiya komissiyası
3.1. Bank inzibatçılarının attestasiyasını Attestasiya komissiyası həyata
keçirir.
3.2. Attestasiya komissiyası 7 (yeddi) nəfərdən az olmamaqla tək sayda
Mərkəzii Bankın əməkdaşları sırasından Mərkəzi Bankın İdarə Heyəti sədrinin
sərəncamı ilə yaradılır. Attestasiya komissiyası daimi əsaslarla fəaliyyət göstərir.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Mərkəzii Bankın əməkdaşları
sırasından Attestasiya komissiyasının katibini təyin edir. Attestasiya
komissiyasının katibi komissiyanın iclaslarında səsvermə hüququna malik deyildir.
3.3. Attestasiya komissiyasının iclaslarında komissiyanın 5 üzvü iştirak
etdikdə səlahiyyətli sayılır.
5
3.4. Attestasiya komissiyasının işi bu Qaydaların tələblərinə cavab verməli,
obyektivlik və qərəzsizlik şəraitində aparılmalıdır. Komissiya öz qərarını açıq
səsvermə yolu ilə iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir.
Səslər bərabər olduqda namizəd attestasiyadan keçmiş hesab edilir.
3.5. Attestasiya komissiyası attestasiyanın nəticələrindən asılı olaraq
aşağıdakı qərarlardan birini qəbul edir:
-
bank inzibatçısı vəzifəsinə təqdim edilən namizəd vəzifəyə uyğundur;
-
bank inzibatçısı vəzifəsinə təqdim edilən namizəd vəzifəyə uyğun deyil.
3.6. Attestasiyanın nəticələri attestasiya günü elan olunur.
3.7. Attestasiyanın nəticələri iki nüsxədə tərtib edilən, Attestasiya
komissiyasının sədri, katibi və attestasiya komissiyasının səsvermədə iştirak etmiş
üzvləri tərəfindən imzalanan Attestasiya vərəqəsi ilə rəsmiləşdirilir. Nüsxələrdən
biri Mərkəzii Bankda saxlanılır, digəri isə 3 (üç) iş günündən gec olmayaraq
müvafiq banka təqdim olunur.
3.8. Attestasiyada iştirak edən bankın rəhbər işçisi(ləri) attestasiyaya dair öz
xüsusi rəyini Attestasiya komissiyasına bildirə bilər. Verilmiş rəy Attestasiya
vərəqəsində qeyd edilir.
3.9. Attestasiya komissiyasının qərarından qanunvericilikdə nəzərdə
tutulmuş qaydada şikayət verilə bilər.
4. Yekun müddəaları
4.1. Attestasiyadan müvəffəqiyyətlə keçmiş şəxs başqa bankda eyni
səlahiyyətli vəzifəyə namizəd kimi təqdim olunduqda onun yenidən attestasiyadan
keçməsi tələb olunmur. Bu zaman namizəd haqqında hazırki Qaydaların 2.3-cü
bəndində göstərilən sənədlər qanuna müvafiq qaydada Mərkəzii Banka təqdim
olunur.
4.2. Barəsində “bank inzibatçısı vəzifəsinə təqdim edilən namizəd vəzifəyə
uyğun deyil” qərarı qəbul edilən şəxsin namizədliyi bu və ya digər bankda eyni
inzibatçı vəzifəsinə attestasiya günündən ən azı 6 (altı) ay keçdikdən sonra
namizəd kimi təqdim oluna bilər.
6
4.3. Bu Qaydalar dövlət qeydiyyatına alındığı tarixdən qüvvəyə minir.
7
“Bank inzibatçılarının Mərkəzii Bankda
attestasiyadan keçməsi Qaydaların”a
Əlavə № 1
A T T E S T A S İ Y A V Ə R Ə Q Ə S İ
1.
Soyadı, adı, atasının adı_________________________________________
2.
Doğulduğu il_________________________________________________
3.
Təhsili barədə məlumatlar_______________________________________
(haranı və nə vaxt bitirmişdir)
_______________________________________________________________
(təhsilinə görə peşəsi və ixtisası, elmi dərəcəsi, elmi adı)
_______________________________________________________________
(ixtisasını nə vaxt və harada artırmışdır)
4.
Attestasiya keçirilən zaman attestasiya keçənin iddia etdiyi vəzifə
________________________________________________________
5.
Ümumi əmək və bank stajı
__________________________________________________________
(o cümlədən namizədliyi irəli sürülmüş bankda əmək stajı)
6.
Əvvəlki attestasiyaların nəticələri__________________________________
7.
Attestasiya edilən şəxsə verilən suallar və cavablar
.
8.
Attestasiya Komissiyası üzvlərinin rəyi ____________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
9.
Namizədi təqdim etmiş bank rəhbərinin rəyi
_____________________________________________________________
_____________________________________________________________
____________________________________________________
Suallar və cavabların qısa məzmunu qoşmada verilir.
8
10.
Attestasiya edilən şəxsin rəyi ____________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
11.
Attestasiyanın nəticələrinə görə qəbul edilmiş qərar__________________
_______________________________________________________________
_______________________________________________________________
Səslərin miqdarı: lehinə __________ əleyhinə__________
12.
Qeyd_________________________________________________________
________________________________________________________________
________________________________________________________________
Attestasiya komissiyasının sədri
_________________________
(imza)
Attestasiya komissiyasının
katibi
__________________________
(imza)
Attestasiya komissiyasının
üzvləri
__________________________
(imza)
__________________________
(imza)
__________________________
(imza)
__________________________
(imza)
Attestasiyanın keçirilmə tarixi__________________________
9
Attestasiya edilən şəxsə verilən suallar və cavablar.
__________________________________________________________________

Dostları ilə paylaş: |