Simplitsi Phus. 24, 13. Anaksimandrın
fikrinə görə, törəniş ünsürün dəyişməsi yolu ilə deyil, əksliklərin
daimi hərəkəti sayəsində ayrılmasından baş verir...Əksliklər isə bunlardır: isti və soyuq, quru və nəm və
başqaları.
Psevdo-Plutarx Strom 2. [Anaksimandr] demişdir ki, bu dünya yaranan zaman əbədi olandan həyatverici
başlanğıc - isti və soyuq ayrıldı və bu alovdan müəyyən bir kürə yeri əhatə edən havanı bürüdü - ağac qabığı
ağacı bürüyən kimi. O dağıldıqdan və halqalar şəklində qapandıqdan sonra isə günəş,
ay və ulduzlar əmələ
gəldilər.
Aetsi II 20,1. Anaksimandra görə, günəş halqası Yerdən 28 dəfə böyükdür. O odla dolu çənbəri olan araba
təkəri kimidir.Bu od [çənbərin] müəyyən hissəsində olan deşikdən sanki ildırım boşalmaları kimi görünür.
Bu da elə günəşdir.
Aetsi II 24, 2. Anaksimandra görə [günəşin tutulması] od buraxan deşik bağlanan zaman baş verir.
Aetsi II 21,1. Anaksimandra görə günəş yerə bərabərdir.
Aetsi II 25, 1. Anaksmimandra görə, [ayın halqası] yerdən 19 dəfə böyükdür. Günəş halqası kimi o da odla
dolu çənbəri olan araba təkərinə oxşayır. O da çəpinə yerləşmişdir və bir od buraxması vardır, həm də bu
sanki ildırım boşalmaları kimidir.
Aetsi II 29, 1.
Anaksimandra görə , [ayın tutulması] ayın halqası üzərindəki deşik tutulan zaman baş verir.
Aetsi II 15, 6. [Anaksimandra görə] hər şeydən yüksəkdə günəş, ondan sonra ay, onun altında isə hərəkətsiz
ulduzlar və planetlər yerləşmişdir.
Psevdo-Plutarx strom.2. Anaksimandr belə hesab edirdi ki, yer öz formasına
görə silindrikdir və onun
hündürlüyü eninin üçdə birinə bərabərdir.
Aetsi III 10, 2. Anaksimandra görə yer daş sütuna oxşayır.
Aristotel de caelo II 13. Bəziləri deyir ki, eyni [məsafədə] olduğundan [yer hərəkətsizlikdə] bulunur. Qədim
[filosoflardan] Anaksimandr belə [deyirdi]. Yəni ortada yerləşən və [bütün] məsafələrə nisbətən eyni
vəziyyətdə qərarlaşan, aşağıya və ya ətraflara (sağa və sola) olduğundan heç də çox hərəkət etməməlidir.
Lakin eyni bir zamanda əks tərəflərə hərəkət etmək mümkün deyil, buradan isə hərəkətsiz halda qalmaq
zərurəti yaranır.
Aristotel Meteor II 1. Qədim filosoflara gəlincə ... onlar iddia edirdilər ki, əvvəlcə bütün yer sahəsinə su
hopmuşdu, sonra isə günəşin təsirindən quruyaraq [suyun] bir hissəsi buxara çevrildi və [indi] küləkləri
ayın və günəşin dönmələrini yaradır; yerdə qalan hissə isə dənizdir. Buradan onlar belə qənaətə gəlirlər ki,
dəniz get-gedə quruyur və nəhayət bir zaman o tamam quruyacaq.
İppolit Refut I 6, 6. [Anaksimandra görə], bütün canlılar günəşin buxarlandırdığı [sudan] əmələ gəlir.
Aetsi V 19, 4. Anaksimandrın
təliminə görə, ilk canlı məxluqlar nəm yerdə yaranmışlar. Onlar tikanlı axça
ilə örtülü imiş. Sonra onlar quruya çıxmış, onların axçası dağılmış və tezliklə onlar öz həyat tərzini
dəyişmişlər.
Psevdo-Plutarx Strom 2. Anaksimandr bir də onu deyir ki, ilk insan başqa qəbildən olan canlılardan əmələ
gəlmişdir. Heyvanlar tez bir zamanda özləri qidalanmağa başlayır və yalnız insanın uzun müddət
əmizdirilməyə ehtiyacı var. O elə ona görə salamat qalmışdır ki, lap əvvəldə [indiki kimi] deyildi.
Plutarx Sumr. VIII 8,4 r. 730 E. [Anaksimandra görə], ilk insanlar balıqlardan törənmiş və xallı köpək
balıqlarının etdiyi kimi, özü-özlərinin köməyinə gəlməyi bacarmaq dərəcəsinə qədər
böyüdüldükdən sonra
onlar tərəfindən qaytarılmış və quruya çıxmışlar.
9
Anaksimandr (Simplitsi Phys 24, 13- əsasən): bütün cisimlər nədən yaranırlarsa, nəticə etibarilə onlar hamısı
ona da çevrilirlər. Onlar hamısı vaxtı gələndə biri-birini ədalətsizliyə görə cəzalandırırlar.
ANAKSİMEN
Avqustin de civ. dei VIII 2.[Anaksimen] bütün səbəbləri hüdudsuz havada görür.
Simplitsi Phys. 24, 26. Anaksimandrın dostu olmuş Miletli Anaksimen isə... elə onun kimi deyir ki, hər
şeyin əsasında olan nə isə bir vahid başlanğıc mövcuddur, lakin bu , o birində olduğu kimi, o qədər də qeyri-
müəyyən deyil, əksinə, müəyyən [təbiətə] malikdir və o bu [başlanğıcı] hava adlandırır.
Psevdo-Plutarx Strom. 3. Deyirlər ki, Anaksimen kəmiyyətinə görə sonsuz, lakin öz keyfiyyətlərinə görə
müəyyən olan havanı hər şeyin başlanğıcı adlandırmışdır.
Avqustin de civ.dei. VIII 2. [Anaksimen] tanrıları inkar etmir və [bunun] üzərindən sükutla keçmirdi,
havanın tanrılar
tərəfindən deyil, tanrıların özünün havadan əmələ gəldiyini zənn edirdi.
Aetsi I 7, 13. Anaksimenə görə, hava [tanrıdır]. Bunun əsasında isə ünsürlərə və cisimlərə işləmiş qüvvələri
başa düşmək lazımdır.
Simplitsi Phys. 24, 26. [Hava] da mahiyyətinin sıxlığı və ya seyrəkliyi ilə fərqlənir. Seyrəlmə zamanı od,
sıxlaşma zamanı isə külək, daha sonra duman, su, torpaq, daş yaranır. Bundan isə bütün başqa şeylər [əmələ
gəlir].
İppolit Refut I 7, 4. Yer yastı olmaqla, havada süzür, və eynilə günəş, ay və digər odlu səma cisimləri yastı
formalarının sayəsində havada qalırlar...Göy cisimləri seyrələrək od əmələ gətirən suyun torpaqdan
buxarlanması sayəsində yaranmışlar. Bir halda ki, od havaya qalxır, onda səma cisimləri də beləcə yaranır.
Psevdo-Plutarx Strom. 3. [Anaksimandra görə] günəş də, ay da və bütün qalan
göy cisimləri də torpaq
mənşəlidir...günəş sürətli hərəkəti və qızması nəticəsində alovlanmış torpaqdır.
Aetsi II 13, 10. Anaksimenə görə, ulduzların odlu təbiəti gözlə görünməyən və onlarla birlikdə fırlanan bir
növ torpağaoxşar cisimləri özündə cəmləşdirir.
Aetsi II 14, 3. Anaksimenə görə, ulduzlar mismarlar kimi büllurvari [göy qübbəsinə] cancılmışlar.
Filopon de anima 9, 9. Başqaları da Anaksimen və stoiklərdən bəziləri kimi [ruhu] hava kimi [zənn edir].
Anaksimen (Aetsi I 3,4-yə əsasən). Ruhumuz hava olmaqla bizim hər birimizi birləşdirdiyi kimi, eləcə də
tənəffüs və hava bütün kainatı əhatə edir.
HERAKLİT
Tərcüməçi: Şəkirzadə Ə.S.
(fəlsəfə elmləri doktoru, professor)
Heraklitin yaradıcı qüvvələrinin çiçəklənməsi, yaxud qədim yunanların dedikləri kimi - akme (təqribən 40
yaş), eramızdan əvvəl 504-501-ci illərə düşür. Heraklit onun doğma şəhərində - Efesdə (İoniyada)
hökmranlıq etmiş, lakin burada qalib, gəlmiş demokratiya tərəfindən
hakimiyyətdən məhrum edilmiş
Kodridlərin çar nəslinə mənsub idi. Heraklit özü çar rütbəsini qardaşına güzəştə getmiş, Efesli Artemidanın
məbədinə çəkilmiş, nümayişkaranə uşaqlarla zər atmaqla vaxtını burada keçirmişdir. Bununla belə o İran
10