17
münbitliyinin müqayisəli qiymətləndirilməsinin
təbii-tarixi prinsipini, “Bizim bozqırlar əvvəllər və indi” (1892)
əsərində isə bozqırların simasının dəyişdirilməsindən, torpaqların su rejiminin yaxşılaşdırlmasından və
quraqlığa davamlı bozqır əkinçiliyinin yaradılmasından ötrü tədbirlərin hazırlanmasını nəzərdən keçirir.
V.V.Dokuçayev tərəfindən təbiətin yalnız ayrı-ayrı amil və hadisələrini deyil, onlar arasında qanunauyğun
əlaqənin öyrənilməsinin zəruriliyi müddəası da irəli sürülmüşdür. O yazırdı ki, indiyə kimi “
başlıca olaraq ayrı-
ayrı cisimlər – minerallar, dağ süxurları, bitki və heyvanlar – və hadisələr, alov (vulkanizm), su, yer, hava
öyrənilmişdir, lakin onların münasibəti, qüvvələr, cisimlər və hadisələr arasında, canlı və cansız təbiət
arasında, bitki, heyvanat və mineral səltənətlər arasında mövcud olan genetik bağlılıq və həmişə qanunauyğun
olan əlaqə öyrənilməmişdir. Məhz bu münasibətlər, bu qanunauyğun qarşılıqlı təsirlər təbiətin dərk edilməsinin
mahiyyətini təşkil edir” (1899). Onun canlı və cansız təbiət arasında qanunauyğun əlaqənin mövcud olması
müddəası təbii zonalar haqqında təlimin yaranmasına səbəb oldu.
Təbii zonalar haqqında təlim təkcə torpaqşünaslığın deyil, bir-birinə çox yaxın elmlərin –geobotanika, fiziki
coğrafiya, meşəçilik və geokimyanın sonrakı inkişafına güclü təsir göstərdi.
V.V.Dokuçayev şimal yarımkürəsi torpaqlarının təsnifat sxemini hazırlamışdı. Həmin sxemdə, hər biri
müəyyən qrup torpaqların yayılması, aşınma
prosesləri, qrunt, iqlim şəraiti, bitki və heyvanat aləmi, relyefin
xüsusiyyətləri ilə səciyyələnən beş coğrafi zona (boreal, tayqa, qaratorpaq, areal, laterit) ayrılmışdı.
V.V.Dokuçayev torpaqşünaslığın əsaslarını yaratmış, tədqiqat metodlarını işləmiş,
torpaqəmələgəlmənin bir çox
qanunauyğunluqlarını müəyyən etmiş və torpağın effektiv münbitliyinin artırılmasına xidmət edən bir sıra
praktiki tədbirləri təklif kimi irəli sürmüşdür.
Torpaq haqqında təlim geologiya, geokimya, mineralogiya, geobotanika, meşəçilik, əkinçilik,
bitkiçilik,
fiziki coğrafiya kimi elmlərin inkişafına böyük təsir göstərmişdir.
V.V.Dokuçayev 225 çap vərəqi həcmində çox böyük ədəbi irs qoymuşdur. Onun “Rus qaratorpaqları”
(1883), “Təbii zonalar haqqında təlimə dair” (1899), “Nijneqorod quberniyası torpaqlarının qiymətlən-
dirilməsinə dair
materiallar” (1884-1886), “Poltava quberniyası torpaqlarının qiymətləndirilməsinə dair
materiallar” (1889-1894), “Bizim bozqırlar əvvəllər və indi” (1892) əsərləri daha məşhurdur.
V.V.Dokuçayevin çoxsaylı şagirdləri və ardıcılları arasında N.M.Sibirtsevin (1860-1900) işləri daha çox
seçilir. O, torpaqşünaslığa dair ilk dərsliyin müəllifi olmuş, V.V.Dokuçayevin torpaq haqqında
təliminin
əsaslarını sistemləşdirmiş və inkişaf etdirmişdir. N.M.Sibirtsev müxtəlif iqlim və relyef şəraitlərində bitki və
dağ süxurlarının qarşılıqlı təsirini ön plana çəkməklə torpağın tərifini vermiş, torpaqəmələgətirən amilləri biotik
və abiotik olmaqla iki qrupa ayırmış, torpaqların təsnifatını dəqiqləşdirmış, torpaqların zonal, interzonal və
azonal bölgüsünü müəyyən etmiş, “torpaq cinsi” anlayışını irəli sürmüş və V.V.Dokuçayevin quraqlıqla
mübarizəyə dair işlərini davam etdirmişdir.
V.V.Dokuçayev məktəbinin inkişafı ilə eyni vaxtda rus alimi P.A.Kostıçev (1845-1895)
tərəfindən də
torpaqlar öyrənilirdi. O, aqronomik torpaqşünaslığın elmi əsaslarını yaratmış və torpaşünaslıqla əkinçiliyi bir-
birinə bağlayan bir sıra əhəmiyyətli nəzəri ümumiləşdirmələr aparmışdı. P.A.Kostıçyev torpağın əmələgəlməsi
ilə bitkinin həyatı arasında sıx əlaqənin olduğunu qeyd edir və torpağı
“ bitkinin əsas kök kütləsinin yayıldığı
yerin üst qatı” kimi təyin edirdi.
O, bitki qalıqlarının torpaqda parçalanması və bu prosesdə mikroorqanizmlərin rolunun öyrənilməsi
sahəsində böyük işlər görmüşdür. Bu tədqiqatlar torpaqda üzvi maddələrin öyrənilməsi ilə bağlı sonrakı işlərə
güclü təsir etmişdir. P.A.Kostıçyev torpağın münbitliyində suyadavamlı aqreqatların əhəmiyyətli rolunu və
onun əmələgəlməsində humusun iştirakını göstərmişdir. O, aqrotexnikanın bütün üsullarını torpağın xassələri
və iqlim şəraitinin xüsusiyyətləri ilə əlaqələndirməyi tövsiyə edirdi. P.A.Kostıçyev “Rusiyanın qaratorpaq
vilayətinin torpaqları” əsərində qara torpaqlarda və onunla yanaşı mövcud
olan torpaqlarda humus-
əmələgəlmənin xüsusiyyətələrini nəzərdən keçirmiş və torpaqəməlgəlmə proseslərinin elmi analizindən irəli
gələrək onların münbitliyinin artırılmasından ötrü tədbirlər sistemi irəli sürmüşdür.
Elmi genetik torpaqşünaslığın yaradılmasını müəyyən etmiş V.V.Dokuçayev, P.A.Kostıçyev və
N.M.Sibirtsevin fəaliyyəti ilə bağlı dövr, tarixə
dokuçayev dövrü adı altında daxil olmuşdur.
8. Torpaq haqqında Dokuçayev təliminin intensiv inkişafı, onun differenisasiyası və torpaqşünaslıq
daxilində müxtəlif istiqamətlərin yaranması mərhələsi. Rus torpaqşünaslığının inkişafında yeni mərhələ XX
əsrin ilk illərində, kənddə kapitalist münasibətlərinin yüksəlişi, təbəqələşmənin yaranması və kəndlilərin şərqə
köçürülməsi ilə başlayır. Dokuçayev metodlarından istifadə etməklə geniş miqyasda torpaq tədqiqatları aparılır,
Rusiyanın Avropa hissəsinin bir sıra quberniyalarının torpaq zemstvalarının Baş köçürmə idarəsinin
maliyyə
dəstəyi ilə Rusiyanın Asiya hissəsində kəndlilərin köçürülməsi üçün nəzərdə tutulmuş rayonlara ekspedisiyalar
təşkil olunur. Bu tədqiqatlarda K.D.Qlinka, L.İ.Prasolov, S.S.Nestruyev, B.B.Polınov, N.A.Dimo və başqaları
iştirak edirdilər.
Qeyd edilən tədqiqatların səciyyəvi xüsusiyyəti – torpaqların genezisinin, təsnifat və nomenklaturasının
izahında regional yanaşmaya üstünlük verilməsi idi. Bu zaman Regional torpaq məktəbləri yaranırdı. Eyni
zamanda torpaqəmələgəlmə
prosesinin mahiyyətini açmaq və torpaqların su xassələrini öyrənmək məqsədilə
torpaqların hərtərəfli kimyəvi və fiziki-kimyəvi tədqiqi aparılırdı.