Güllə səsindən doğulan kitab
41
Şəhid Əhmədpur İbrahimin həyat
amalını həyat yoldaşı Almaz xanım
davam etdirir
BİZ AĞDAMA QAYIDACAYIQ
eynəlxalq Mətbuat Mərkəzində ġəhid
Ailələrinə Sosial Dəstək Ġctimai Birliyinin
təĢkilatçılığı ilə Ağdamın iĢğal gününə həsr olunmuĢ
anım tədbiri keçirilmiĢdir.
Tədbirin aparıcısı şair-jurnalist Rauf İlyasoğlu 22 il
əvvəl alınmaz qala olan Ağdamın erməni quldurları
tərəfindən işğal olunması səbəblərindən danışmış və
vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid
B
Güllə səsindən doğulan kitab
43
pərvər ruhlu çıxışı alqışlarla qarşılandı.
Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Bahar
Qasımova 75 min qadını birləşdirən cəmiyyətin adın-
dan vətən uğrunda, torpaqlarımızın müdafiəsində
igidliklə vuruşaraq şəhid olmuş soydaşlarımızın ailə
üzvlərinə dərin hüznlə başsağlığı vermişdir.
Qarabağ müharibəsi veteranı, jurnalist, Qazilər por-
talının təsisçisi Rey Kərimoğlu, Azadlıq Hərəkatçıları
İctimai Birliyinin sədri, alovlu vətənpərvər Təhmasib
Novruzov, batalyon komandiri olmuş Qələndər İs-
mayılov, Türkiyənin Anadolu Dövlət Universitetinin
Azərbaycan üzrə rəhbəri Azər Hətəmov, Ağdam Ra-
yon Təhsil Şöbəsinin metodisti Akif Hüseynli, rayon
icra hakimiyyətinin ərazi üzrə nümayəndələri İldırım
Kərimov, Həsən Mirzəlioğlu, Qarabağ müharibəsi
əlili Rza Səfərli, Paraolimpika üzrə Dünya və Avropa
çempionu (Taekvando üzrə) Aynur Məmmədli və
başqaları vətənpərvərlik ruhunda çıxış etmişlər.
Tədbirin sonunda Almaz Zeynalova əminliklə bil-
dirmişdir ki, dövlətimizin düzgün siyasəti və
ordumuzun günü-gündən güclənməsi nəticəsində işğal
olunmuş torpaqlarımız tezliklə yağı düşmənlərdən
azad olunacaq. Qarabağda doğma Ağdamda yenə də
«Qarabağ şikəstəsi» səslənəcək, bayrağımız ən uca
zirvələrdə dalğalanacaqdır.
Rauf Allahverdiyev,
«Respublika» qəzeti