Ġradə Əlili



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə9/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

İ ra də   Əli li  
40 
 
 
 
Dünya  ağ  dəftərə    bənzəyir,  hər  
kəs öz  yaşadığı  ömürlə  bu  dəftərə 
“avtoqraf”  qoyaraq  gedir. 
Ernest Heminquey  
 
 
 
 


Güllə səsindən doğulan kitab 
41 
 
Şəhid Əhmədpur İbrahimin həyat  
amalını həyat yoldaşı Almaz  xanım 
davam etdirir 
 
BİZ AĞDAMA QAYIDACAYIQ 
 
 
 
 
eynəlxalq  Mətbuat  Mərkəzində  ġəhid 
Ailələrinə  Sosial  Dəstək  Ġctimai  Birliyinin 
təĢkilatçılığı ilə Ağdamın iĢğal gününə həsr olunmuĢ 
anım tədbiri keçirilmiĢdir. 
Tədbirin aparıcısı şair-jurnalist Rauf İlyasoğlu 22 il 
əvvəl  alınmaz  qala  olan  Ağdamın  erməni  quldurları 
tərəfindən  işğal  olunması  səbəblərindən  danışmış  və 
vətənimizin  azadlığı,  ərazi  bütövlüyü  uğrunda  şəhid 



İ ra də   Əli li  
42 
olmuş  soydaşlarımızın  xatirəsi  bir  dəqiqəlik,  sükutla 
yad  edilmişdir.  Tədbir  iştirakçıları  Şəhid  Ailələrinə 
Sosial  Dəstək  İctimai  Birliyinin  sifarişi  ilə  «Xəyal-
larımın  Ağdamı»  qısametrajlı  filmə  ürəkağrısı  ilə 
tamaşa  etmişlər.  İştirakçılar  erməni  faşistləri  tərə-
findən dağıdılmış şəhərin görüşündən təsirlənmişlər. 
Şəhid  Ailələrinə  Sosial  Dəstək  İctimai  Birliyinin 
sədri,  şəhid  ailəsi  Almaz  Zeynalova  tədbir  iştirakçı-
larına,  şəhid  ailələrinə,  media  nümayəndələrinə,  xü-
susilə Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, 
ərazi  nümayəndəliklərinə  göstərdikləri  diqqət  və 
qayğıya görə təşəkkürünü bildirmişdir. 
Almaz  Zeynalova  xüsusilə  vurğulamışdır  ki,  ölkə 
başçısı cənab İlham Əliyev tərəfindən müharibə əlillə-
rin  və  şəhid  ailələrinin  sosial  vəziyyəti  daha  da  yax-
şılaşdırılır,  onlar  mənzillə,  pulsuz  avtomobillə  təmin 
olunurlar. 
Qarabağ müharibəsi illərində Ağdam Rayon Mərkə-
zi  Xəstəxanasının  baş  həkim  işləmiş,  Mahrızlı  hospi-
talının  yaradıcısı,  ATU-nun  dosenti,  Azərbaycanın 
əməkdar  həkimi  Taryel  Eyvazov  6  mindən  çox  şəhid 
vermiş Ağdamın cəngavər igid oğullarından söhbət aç-
mışdır. T.Eyvazov yeni təkliflər irəli sürərək hər zaman 
vətənimizin müdafiəsinə hazır olduğunu bildirmişdir. 
Milli  Qəhrəman  Fred  Asif  İnkişaf  Fondunun  sədri, 
Qarabağ  Müharibəsi  veteranı  Ədalət  Məhərrəmov 
cəöhə xatirələrindən söhbət açmışdır. 
DAMM-in birinci vitse-prezidenti, Sabitlik və İnki-
şaf  Mərkəzinin  sədri  Rasim  Məmmədovun  vətən-


Güllə səsindən doğulan kitab 
43 
pərvər ruhlu çıxışı alqışlarla qarşılandı. 
Azərbaycan  Qadınlar  Cəmiyyətinin  sədri  Bahar 
Qasımova 75 min qadını birləşdirən cəmiyyətin adın-
dan  vətən  uğrunda,  torpaqlarımızın  müdafiəsində 
igidliklə  vuruşaraq  şəhid  olmuş  soydaşlarımızın  ailə 
üzvlərinə dərin hüznlə başsağlığı vermişdir. 
Qarabağ müharibəsi veteranı, jurnalist, Qazilər por-
talının təsisçisi Rey Kərimoğlu, Azadlıq Hərəkatçıları 
İctimai Birliyinin sədri, alovlu vətənpərvər Təhmasib 
Novruzov,  batalyon  komandiri  olmuş  Qələndər  İs-
mayılov,  Türkiyənin  Anadolu  Dövlət  Universitetinin 
Azərbaycan  üzrə  rəhbəri  Azər  Hətəmov,  Ağdam  Ra-
yon  Təhsil  Şöbəsinin  metodisti  Akif  Hüseynli,  rayon 
icra  hakimiyyətinin  ərazi  üzrə  nümayəndələri  İldırım 
Kərimov,  Həsən  Mirzəlioğlu,  Qarabağ  müharibəsi 
əlili Rza Səfərli, Paraolimpika üzrə Dünya və Avropa 
çempionu  (Taekvando  üzrə)  Aynur  Məmmədli  və 
başqaları vətənpərvərlik ruhunda çıxış etmişlər. 
Tədbirin  sonunda  Almaz  Zeynalova  əminliklə  bil-
dirmişdir  ki,  dövlətimizin  düzgün  siyasəti  və 
ordumuzun günü-gündən güclənməsi nəticəsində işğal 
olunmuş  torpaqlarımız  tezliklə  yağı  düşmənlərdən 
azad  olunacaq.  Qarabağda  doğma  Ağdamda  yenə  də 
«Qarabağ  şikəstəsi»  səslənəcək,  bayrağımız  ən  uca 
zirvələrdə dalğalanacaqdır. 
 
Rauf Allahverdiyev
«Respublika» qəzeti 
 


İ ra də   Əli li  
44 
 
 
hmədpur  İbrahimin  həyat  amalını,  vətən 
sevgisininin  təbliğini  bu  gün  həyat  yoldaşı 
Zeynalova  Almaz  Mütəllim  qızıdavam  etdirir.  Almaz 
xanım  1962-ci  ildə  Ağdam  rayonunda  anadan  olub. 
Almaz  xanım  1984-cü  ildə  SSRİ-nin  50  illiyi  adına 
Stepanakert  Pedaqoji  İnstitutunun  filologiya  fakültə-
sini  bitirib.  İlk  əmək  fəaliyyətinə  doğulduğu  Ağdam 
rayonunda  “Qarabağ”  qəzetində  makinaçı  kimi 
başlasa da, jurnalistikaya olan böyük həvəsi sonradan 
onun bu sənətə bağlanmasına rəvac vermişdir. Ağdam 
erməni  quldurları  tərəfindən  zəbt  olunduqdan  sonra 
Bakı  şəhərində  məskunlaşmalı  olan  Almaz  xanım  iki 
il  bu  qəzetdə  çalışıb.  Bir  müddət  sonra  isə  Müdafiə 
Nazirliyinin “Azərbaycan Ordusu” qəzetində fəaliyyət 
Ə 


Güllə səsindən doğulan kitab 
45 
göstərib. Bu qəzetin xətti ilə cəbhə bölgələrində, çadır 
şəhərciklərində  dəfələrlə  olub.  Kəsərli  yazılar  yazıb. 
Gördüyü işlər, çalışqanlığı rəhbərlik tərəfindən bir çox 
diplom  və  fəxri  fərmanlara  layiq  görülüb.Almaz  xa-
nım  Zeynalova  həmçininAzərbaycan  Uşaq  Fondunun 
Nəsimi  rayon  şöbəsinin  sədri  vəzifəsində  də  çalışmış 
və  uşaqların  mənəvi  dünyasının  formalaşmasına, 
onların Vətənpərvər ruhda tərbiyyə almasına, maarif-
lənməsinə dair əhəmiyyətli işlər görmüşdür. 
Hal-hazırda  Respublika  “Şəhid  Ailələrinə  Sosial 
Dəstək”  İctimai  Birliyinin  sədridir.  Həyatda  mübariz 
qadın,  ailədə  qayğıkeş  anadır.  Üç  oğlu  var.  Övlad-
larını  atasız,  lakin  ataları  İbrahim  kimi  mərd  və  qey-
rətli böyüdən Almaz xanım özü kimi şəhid ailələrinin 
dərdlərinə,  problemlərinə  şərik  olaraq,  dəstək  olur. 
Ürəyi  Vətənlə  döyünən  bu  ziyalı  xanım  cəmiyyətə 
xeyirxah işlərlə öz töhfəsini verir. Azərbaycan ictimai 
mühitində  Almaz  Zeynalova  cəmiyyət  və  vətəndaş-
ların  rifahının  yaxşılaşdırılması  yönümündə  dəyərli 
layihələrdə iştirak edir.  
Almaz  xanımdan  həyat  yoldaşı  İbrahim  haqqında 
xatirələrini  soruşmaq  mənə  çox  ağır  idi.  Hələ  kitabı 
yazmağa başlamazdan əvvəl İbrahim barəsində Almaz 
xanıma sual  verən zaman, xatirələrini soruşan zaman 
onun gözlərinin yaşının sel kimi axdığını, üzünə kədər 
çökdüyünü  görmüşdüm.  Demək  olar  ki,  İbrahim 
haqqında cəbhə yoldaşlarının, yaxınlarının düşüncə və 
xatirələrini  yazıb  toplamışdım. Amma  Almaz  xanıma 
yaxınlaşıb  söyləyə  bilmirdim  ki,  artıq  kitabın  tam 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə