Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə8/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

Güllə səsindən doğulan kitab 
35 
pəncəsindən  qoparmaq  məqsədi  ilə  Fred  Asifin 
dəstəsində Əhmədpur İbrahim 26-27 fevral 1992-cı il 
tarixində  özünü  xocalılara  yetirdi.  Bundan  sonra  Əh-
mədpur  İbrahim  6  mart  tarixində  Əsgəran  əməliyyatı 
zamanı  özünü  bir  döyüşçü  kimi  göstərdi.  Əl  qum-
barası  ilə  bir  neçə  erməni  quldurunu  məhv  edərək, 
hissəyə  iki  düşmən  avtomatını  gətirmişdir.  10  may 
tarixində  Aranzəmin,  Pircamal  uğrunda  gedən  dö-
yüşdə  Əhmədpur  İbrahim  Pir  yüksəkliyinə  ilk  dəfə 
çıxanlardan biri olmuşdu. Bu döyüşdə o yaralı döyüş 
yoldaşının köməyinə çataraq onu döyüş meydanından 
çıxarmağa  müvəffəq  olmuşdu.  15  may  1992-  ci  il 
tarixində  Abdalgülablı  kəndlərinin  müdafiəsi  zamanı 
Əhmədpur  İbrahim  döyüş  yoldaşları  ilə  birlikdə 
düşmənin  hərbi  sürsatla  dolu  bir  avtomaşınını  ələ 
keçirməyə  müvəffəq  oldu.  Daha  sonra  hissəmizin 
tarixinə qızıl hərflərlə yazılmış Naxçıvanik, Qaraqaya 
əməliyyatı, 12 iyun 1992-ci il tarixində hücum zamanı 
döyüş  yoldaşları  ilə  birlikdə  Qızılcabel  yüksəkliyini 
ələ keçirərək, hücumu daha da genişləndirdilər. Artıq 
irəlidə  Naxçıvanik  kəndi  görünürdü.  Elə  bu  zaman 
güclü  partlayış  zamanı  Əhmədov  Şükür  yaralandı. 
Əhmədpur  İbrahim  özünü  yoldaşının  üstünə  ataraq 
onu  güllə  yağışının  altından,  döyüş  meydanından 
çıxartdı.  
Lakin, səhərisi gün yəni, 13 iyun tarixində, döyüşdə 
özü düşmən  gülləsindən Şəhid oldu”. Bu  xasiyyətna-
məni 859 saylı hərbi hissənin komandiri, baş leytenant 
E.Məmmədov  Şəhid  Əhmədpur  İbrahimin  ailəsinə 


İ ra də   Əli li  
36 
təqdim etmişdir. 
Şəhidlərimiz haqqında nə qədər deyilsə də, yazılsa 
da  azdır.  Şəhidlərimizin  xatirəsi  xalqımızın  qəlbində 
əbədidir. 
 
Müharibə  çox  cavan  ailələri  başsız  qoyub...  Çox 
uşaqlar  atasız-anasız  qalıb,  insanlar  yaxınlarını,  əziz-
lərini itirib.Müharibəailələrə faciəgətirdi, dəhşət gətir-
di.  Bu  dərdi,  qan-qadanı  görən  zaman  gözlərimizin 
qanlı  yaşı  ürəyimizə  axıb.  Amma  “Vətən  sağ  olsun” 
deyirik.  Doğma  torpaqlarımızın  azadlığı  üçün  hər 
birimiz gözümüzü qırpmadan canımızı qurban vermə-
yə  hazırıq.  Bu  müharibə  kimə  lazım  idi?  Kimə?  Bu 
bəlanı kim gətirdi xalqımızın başına? Tanrım cəzasını 
verəcəkdir torpağımızda gözüolanlara, elimizi-obamı-
zı  pərişan  edib,  yurd-yuvasından  didərgin  salan, 
əzizlərinin ömrünə, həyatına qəsd edənlərə. 
Şəhidlərimiz  haqqında  nə  qədər  deyilsədə,  yazılsa 
da  azdır.  Şəhidlərimizin  xatirəsi  xalqımızın  qəlbində 
hər  zaman  yaşayacaqdır.  Şəhid  ucalığı  əbədidir. 
Ağdamda  İbrahimin  oxuduğu  orta  məktəbə  və  yaşa-
dığı küçəyəonun adını vermişdilər . 
Şəhid  İbrahimin  Vətən  yolunda  şəhid  olmasından 
23  il  keçir.  Şəhid  İbrahimin  və  onun  kimi  yüzlərlə 
Vətən  yolunda  şəhid  olan  igidlərin  əziz  xatirəsi 
önündə  baş  əyirik,  çünki  onlar ölmədilər,  qəlbimizdə 
yaşayırlar  və  biz  onları  yaşadacağıq  hər  zaman.  Ey 
Şəhidlər, siz öz ölümünüzlə mərdlik, cəsurluq təcəssü-
münü  hafizələrə  yazaraq,  tarixləşdiniz,  əbədiyyətə 
qovuşdunuz!  


Güllə səsindən doğulan kitab 
37 
Başınızı hər zaman uca tutun şəhid anaları, bacılıarı, 
qadınları,övladları!  Çünki  siz  Vətən  yolunda,  torpaq-
larımızın  toxunulmazlığı  yolunda,  Azərbaycanımızın 
var  olması,  düşmənlərə  boyun  əyməməsi  üçün, 
yadelillərin,Vətənimizə  xain  baxanların  gözünün 
oyulması üçün şəhid vermisiniz! Əgər lazım olsa yenə 
verərsiniz. Şəhidlik uca zirvədir, əl çatmaz ona! 
 
 
 
 
 
 


İ ra də   Əli li  
38 
“BU  TORPAQ  UĞRUNDA  ÖLMƏYƏ  DƏYƏR. 
CANIMI VERƏRƏM, TORPAĞIMI YOX.  ANAM , 
ÖVLADLARIM, ÖMÜR-GÜN YOLDAġIM ALMAZ 
MƏNĠ  BAĞIġLASIN.  VƏTƏNĠMSĠZ    QALA  BĠL-
MƏRƏM” – DEYĠB  ƏHMƏDPUR  ĠBRAHĠM
 
aman 
ötür, 
fəsillər 
dəyişir, 
illər 
əsrlərə 
çevrilərək  tarixə  dönür.  Zamanın 
axarında  çox  tarixi  hadisələr  baş 
verir.  Elə  tarixi  hadisələr  var  ki, 
müəyyən dövrdən sonra unudulur. 
Lakin elə tarixi hadisələr də var ki
heç  vaxt  unudulmur.  Nəsillər  bir-
birini  əvəz  etdikcə  bu  tarixi  gün 
daha çox xatırlanır, yaddaşalara hopur, insanları ali bir 
hissə  yaxınlaşdırır.  Bu  ali  hiss  müqəddəs  və  şərəfli 
olan  şəhidlik  zirvəsidir.  Çünki  şəhidlər  Vətənin, 
millətin  yolunda  şüurlu  surətdə  canlarını  fəda  edən 
insanlardırlar.  Bu  cür  insanlar  yüksək  əxlaqi 
keyfiyyətə  malik  olmaqla,  ürəklərində  Yaradana, 
Vətənə,  millətə  sevgisi  oldugu  üçün  şəhadət 
mərtəbəsinə  ucalırlar.  Allahın  insanlara  göndərdiyi 
müqəddəs  “Qurani-Kərim”də  buyurulur:-  “Şəhidlərə 
ölü deməyin,  onlar  diridirlər  və  Allahın nemətləri  ilə 
faydalanırlar,  ancaq  siz  bunu  bilmirsiniz”.  Şəhidlik 
ölümlərin ən şərəflisidir. Bu gün öz vətəninə, xalqına 
bağlı  olan  hər  kəs  unutmamalıdır  ki,  işgal  edilmiş 
Qarabağ  torpaqlarımız  -  Laçın,  Kəlbəcər,  Ağdam, 



Güllə səsindən doğulan kitab 
39 
Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa, Xankəndi, 
Ağdərə,  Xocavənd  rayonları  düşmən  tapdağı 
altındadır.  Müstəqil  Azərbaycanımızın  torpaqlarına 
göz dikən düşmənlər bilməlidirlər ki, xalqımızın igid 
övladları, qüdrətli milli ordumuz xalqla birlikdə ayağa 
qalxıb,  Ali  baş  komandanını  rəhbərliyi  altında  öz 
torpaqlarını azad edəcək, müqəddəs şəhidlərin ruhları 
qarşısında öz vicdan borclarını verməklə zəfər marşını 
çalacaqlar. O gün çox uzağda deyil. 
 
 
 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə