Ġradə Əlili



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə4/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   2   3   4   5   6   7   8   9   ...   25

İ ra də   Əli li  
18 
bilmədim. Tapan olsa, mənə də deyin, xahiş edirəm. 
P.S,  Dünya  bərqərar  olandan  minlərlə  müharibələr 
olub. Ədalətli, ədalətsiz müharibələr, səbəbli, səbəbsiz 
müharibələr.  Altı  günlük  müharibə  də  olub,  yüz  illik 
müharibə  də.  Mənə  elə  gəlir  ki,  bu  müharibələrin 
içərisində ən dəhşətlisi İkinci dünya müharibəsi olub. 
1939-cu  ilin  sentyabr  ayının  1-də  Adolf  Hitlerin 
rəhbərlik etdiyi faşist Almaniyasının Polşaya hücumu 
ilə  başlayan  bu  müharibə  çox  böyük  sürətlə  bütün 
Avropanı  bürüdü  və  1941-ci  ilin  iyun  ayının  22-də 
SSRİ - yə də sirayət elədi. 1945-ci ilin may ayının 9-
da  Alman  faşistlərinin  tam  darmadağın  olunması  ilə 
başa  çatan  bu  müharibədə  SSRİ  iyirmi  milyondan 
artıq  adam  itirdi.  Yüzlərlə  şəhərlər  və  kəndlər  xara-
balığa çevrildilər. Sankt-Peterburq (Leninqrad şəhəri) 
900 gün mühasirədə qaldı. Volqaqrad şəhərinə milyon 
tondan  artıq  bomba  atıldı.  Amma  sovet  ideologiyası 
və  vətənpərvərlik  təbliğatı  insanların  əzm  və  iradə-
sinin  qırılmaması  üçün  bir  an  belə  dayanmadı.  Arxa 
cəbhədəkilər  gecə-gündüz  çalışdılar  ki,  cəbhədəkilər 
heç nədən korluq çəkməsinlər. Evlərindəki dəmir qab-
qaşıqlarını  belə  dövlətə  verdilər  ki,  əridib  silah  dü-
zəltsinlər. İkinci dünya  müharibəsinin SSRİ-nin payı-
na  düşən  hissəsi  Böyük  Vətən  müharibəsi  (Velikaya 
Oteçestvennaya  voyna)  adlanır. Buradakı böyük  sözü 
bu müharibənin dörd ilə yaxın davam etməsinə deyil, 
insanların  dözümünə,  vətənpərvərliyinə,  qəhrəman-
lığına, rəşadətinə və cəsarətinə işarədir. Həmin müha-
ribənin iki məşhur şüarı vardı: 


Güllə səsindən doğulan kitab 
19 

 
Vətən - ana çağırır: 

 
Hamı bir nəfər üçün, bir nəfər hamı üçün. 
Bu müharibədə yarım milyondan artıq azərbaycanlı 
döyüşçü  döyüş  yolunu  Şimali  Qafqazdan  başlayıb, 
Ukraynanı, Belorusiyanı, Moldovanı, Polşanı və daha 
neçə  ölkəni  faşizm  əsarətindən  azad  etdikdən  sonra 
Berlində  başa  vurdular.  О  döyüşçülərin  yarısından 
çoxu  “Arxada  Vətəndir”  deyib,  özlərini  güllə  qaba-
ğına  atdılar  və  müharibədən  qayıtmadılar.  Ona  görə 
də  о  müharibə  BÖYÜK  adlandırıldı.  Adı  özünə,  özü 
adına  yaraşdı  və  tarixdə  də  BÖYÜK  kimi  qaldı.  Biz 
isə öz evimiz, yurd-yuvamız, babalarımızın məzarları, 
şərəfimiz,  namusumuz  uğrunda  olan  müharibədə  kə-
nardan  seyrçi  mövqe  tutduq.  Azərbaycanın  tarixi 
əraziləri  olan  İrəvandan,  Vedibasardan,  Zəngəzurdan 
yurddaşlarımız qovulanda"ermənilərqudurub" - dedik. 
Ağdamda,  Füzulidə,  Şuşada,  Laçında,  Kəlbəcərdə... 
ölüm-dirim  mübarizəsi  gedəndə  başqa  bölgələrdə 
"erməni nədir ki, onun öhdəsindən gələ bilmirsiniz?" - 
deyib, kənardan baxdılar. Ona görə də  22500 nəfərin 
şəhid,  yüzlərlə  soydaşımızın  itkin  və  əsir,  44000 
nəfərin  əlil  olduğu  bu  müharibəni  BÖYÜK  edə 
bilmədik. Özümüzdən sonra gələn nəslin çiyninə qisas 
yükü  qoyub,  döyüş  meydanını tərk  etdik.  О  nəsil  isə 
Sənin,  Mənim,  Onun  oğullarıdır.  Bu  isə  о  deməkdir 
ki,  ya  nəvələrimiz  atasız  böyüyəcək,  ya  da  о  nəvələr 
heç  doğulmayacaq!  Elə  bu  müharibə  də  çox  subay 
oğullarımızı  nakam  apardı,  körpə  balaları  atasız, 
cavan gəlinləri dul qoydu. Oğul yolu gözləyən ağsaq-


İ ra də   Əli li  
20 
qal  atalar, ağbirçək  analar  yollara  baxa-baxa  qaldılar. 
Oğul  dərdi  ilə  dünyalarını  dəyişdilər.  Əhmədpur 
İbrahim  də  sonuncu  Qarabağ  müharibəsində  şəhid 
olan  minlərlə  soydaşlarımızdan  biridir.  Cavan  ömür-
gün yoldaşını, üç körpə balasını və bir də hələ həyata 
keçməyən  arzularını  taleyin  ümidinə  buraxıb  əbədiy-
yətə qovuşdu. Almaz xanıma və balalarına Şəhid adını 
və qeyri-müəyyən bir gələcək qoyub, Tanrı dərgahına 
yollandı. 
 
German 
 
 
 
 


Güllə səsindən doğulan kitab 
21 
 
 
 
 
 


İ ra də   Əli li  
22 
 
 
MÜHARİBƏNIN AĞDAMDAN  
GÖRÜNƏN REALLIQLARI
 
 
ğdam  raket  atəşinə  ilk  dəfə  1992-ci  ilin 
fevral ayının 28-də - Xocalı müsibətindən iki 
gün  sonra  məruz  qaldı.  Hardasa  «elektroset»  tərəfdə 
bir  evə  düşən  və  onu  yerlə  yeksan  edən  «Qrad»  tipli 
bu raket Ağdamın səs-küyünə bir az da vahimə qatdı. 
Amma  bu  vahimə  Ağdamlıların  qorxmasına  deyil, 
ermənilərə  qarşı  nifrət  və  intiqam  hisslərinin  daha  da 
alovlanmasına səbəb oldu... Sonra martın 3-də, 11-də, 
13-də və ... Ağdam yenidən bombardman edildi. Eyni 
qurğudan atılan «Qrad» və «Kristal» tipli raketlərlə. 
Ermənilər  bu  qurğunu  və  raketləri  haradan  aldılar 
və necə oldu ki, ondan Ağdama qarşı istifadə etməyə 
cürət  etdilər?  Axı  «dünənə qədər»  Ağdam  adı  gələn-
də,  ağdamlıların  səsi  eşidiləndə  ermənilər  «girməyə 
deşik  axtarırdılar».  Birinci  sualın  cavabı  asan  və  sa-
dədir,  Raket  qurğusunu  ermənilər  iki  gün  əvvəl  işğal 
və  yerlə  yeksan  etdikləri  Xocalı  şəhərindən  götür-
müşdülər və ermənilər bu raket qurğularını rus hərbi-
çilərindən  alırdılar.  Onun  işləmə  qaydalarını  da  ha-
vadarları olan ruslara məxsus 366-cı motoatıcı alayın 
hərbçilərindən öyrəndilər. Qaldı ermənilərin həmin si-
lahdan  məhz  ağdamlılara qarşı  istifadə  etməsi, bunun 
da  obyektiv  səbəbləri  vardı.  Birincisi  -  о  dövrlərdə 



Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə