Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə7/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   2   3   4   5   6   7   8   9   10   ...   25

Güllə səsindən doğulan kitab 
31 
Mirzəyev də uğurlu döyüş əməliyyatından qayıdarkən 
eyni  ssenari  ilə  aradan  götürüldü.  Beş  nəfər  silahdaşı 
ilə  ön  cəbhədən  qayıdan  cəsur  komandir  «Qaz  69» 
markalı  avtomobildə  cəbhənin  ermənidən  uzaq  bir 
yerində,  özü  də  getdiyi  yolla  qayıdarkən  minaya 
düşdü.  Altı  nəfərdən  biri  ölümdən  qurtula  bilir,  о  da 
yarımcan.  О  minanın  da  orada  necə  peyda  olmasını 
araşdıran olmadı. Şirin Mirzəyevin cəsədinin qalıqları 
Bakıdakı  Şəhidlər  Xiyabanında  dəfn  olundu  və  ölü-
mündən  sonra  ona  da  «Azərbaycanın  Milli  Qəhrə-
manı» fəxri adı verildi. 
Ala  Yaqub,  Qatır  Məmməd,  Yaqub  Rzayev.  Bu 
insanların  aqibəti  daha  acınacaqlı  oldu.  Oğulları  ilə 
çiyin-çiyinə  vuruşan,  onlardan  birini  Vətənə  qurban 
verən, öz gücünə batalyon toplayan, həmin batalyonu 
öz  igidliyi,  rəşadəti,  cəsarəti  və  bacarığı  hesabına 
hərtərəfli  təmin  edən  və  döyüşdən  döyüşə  aparan  bu 
cəsur komandir о vaxtlar «qan-qan» deyən «cəbhəçi» 
nazirin  qəzəbinə  tuş  gəldi  və  həbs  edildi.  Bir  neçə 
aydan  sonra  15.07.1993-cü  ildəAğdamın  işğalından 
səkkiz  gün  əvvəl  dustaqxanada  qətlə  yetirildi.  Tunc 
iradəyə,  dəmir  sağlamlığa  malik  olan  bu  insan  guya 
ürək  çatışmazlığından  vəfat  elədi.  Saysız-hesabsız 
qəhrəmanlıqlar göstərən, ermənilərə bəlkə də hamıdan 
çox  tələfat  verən  bu  igid  insan  bu  dünyadan  çox 
hörmətsiz və xüsusi təmtəraq olmadan köçdü. Heç bir 
fəxri  ada  da  layiq  görülmədi.  Amma  xalqın  yad-
daşında elə qəhrəman kimi qaldı. 
Fred  Asif.  Bütün  ömrünü  keşməkeşlərlə,  əzab-


İ ra də   Əli li  
32 
əziyyətlərlə  keçirən  bu  nurlu,  haqq-ədalət  tərəfdarı 
olan  vətənpərvər  insanı  aradan  götürmək  istəsələr  də, 
bütün  cəhdlər  uğursuz  alındı.  Ancaq  Allah  Asifi  də 
ağdamlılara  çox  gördü.  Sağlamlığında  ciddi  prob-
lemlər  yaranan  Fred  Asif  dəfələrlə  xəstəxanada  yat-
malı oldu, Fred Asif Ağdamın işğalından təxminən on 
bir  ay  sonra  Vətəndən  uzaqlarda  -  Rusiyanın  Yalta 
şəhərində  qırx  iki  yaşında  vəfat  elədi.  Sağlığında 
«Azərbaycanın Milli Qəhrəmanı» fəxri adından imtina 
edən  Asif  Yusif  oğlu  Məhərrəmovun  məzarı  II  Fəxri 
xiyabandadır.  Layiq  olduğu  Milli  Qəhrəman  ulduzu 
və  vəsiqəsi  ölümündən  sonra  anası  Məhluqə  xalaya 
təqdim olunub. 
Hə,  bax  belə.  Bu  da  müharibənin  Ağdamdan  gö-
rünən  reallıqları.  Hələ  Ağdamın  altı  mindən  artıq 
şəhidlərini, gəlmələrin və ya Bakıdan göndərilənlərin 
biganəliyi,  satqınlığı  və  xəyanəti  nəticəsində  əldən 
gedən  yüksəklikləri,  strateji  mövqeləri,  kəndləri, 
şəhərləri  demirəm.  Araşdırılmalıdır,  hamısı  araşdır-
malıdır! Amma nə vaxt və kim tərəfindən?!... 
 
German 
 
 
 


Güllə səsindən doğulan kitab 
33 
ERMƏNİ “DAŞNAK”LARI 
XALQIMIZA QARŞI ELAN 
OLUNMAMIŞ MÜHARİBƏYƏ 
BAŞLADILAR 
 
ənfur qonşularımız – erməni “daşnak”ları 
xalqımıza  qarşı  elan  olunmamış  mühari-
bəyə  başladılar.  Zaman-zaman  Azərbaycanın  torpaq-
ları  hesabına  öz  ərazisini  genişləndirən  riyakar  ermə-
nilər  “Böyük  Ermənistan”  yaratmaq  iddiasında  idilər. 
Artıq  1988-ci  ildə  soydaşlarımızı  Qərbi  Azərbay-
candan,  öz  yurd-yuvalarından  çıxarmağa  başladılar. 
Düşmən  yurd,  yerlərimizi  top-tüfəng  və  onları  dəs-
təkləyən  havadarlarının  köməyi  ilə  işğal  etdi.  Haraya 
qalxıb, silaha sarılan oğullarımız müharibə meydanına 
atılıb,  sinələrini  xain,  yağı  güllərinə  sipər  edirdilər. 
Vətənin düşmən əlinə keçmiş torpaqlarını geriyə qay-
tarmağa,  erməniləri  torpağımızdan  qovub  çıxartmaq 
üçün canlarını qurban verib, fəda edirdilər. Belə qanlı-
qadalı  günlərdə  hər  bir  Azərbaycan  vətəndaşı  kimi 
İbrahim də silaha sarılaraq Vətənin, torpağın müdafiə-
sinə  qalxdı.  Uzun  müddət  ayrı-ayrı  özünümüdafiə 
batalyonlarında  vuruşdu.  O,  1992-ci  ildən  isə  Azər-
baycanın  Milli  Qəhrəmanı  “Fred”  Asifin  könüllülər 
batalyonunda  vuruşub.  Çətin  döyüşlərdən  igidliklə 
çıxan,  komandirin  bütün  tapşırıqlarını  mərdliklə  ye-
rinə  yetirən  İbrahim  öz  qoçaqlığına  görə  də  digər 
döyüşçü yoldaşlarından seçilirdi.Bütün döyüşçü dost-



İ ra də   Əli li  
34 
ları  onun  xətrini  çox  istəyirdilər,  çünki  İbrahim  dost 
kimi  də  etibarlı,  səmimi  dost  idi.  O,  həmdə  çox  qay-
ğıkeş  insan  idi.Bu  xüsusiyyəti  onu  ətrafına  çox 
sevdirirdi.  
Yurdunu,torpağını öz canından da artıq sevən İbra-
himin  son  döyüş  yeri  1992-ci  il  iyunun  12-də  Nax-
çıvanik olub. Burada o, igidliyinə, qəhrəmanlığına gö-
rə  ən  yüksək  ada“Şəhid”adına  layiq  görüldü  Allah 
tərəfindən. 
Bir  xasiyyətnamə  var  Əhmədpur  İbrahimdən 
müharibə  xatirəsi  kimi.  Yalnız  bir  xasiyyətnamə... 
Xatirə kimi bir şəkli də qalmadı. Daha doğrusu olmadı 
xatirə  kimi  yadigar  saxlanılacaq  bir  şəkli.  Bir  şəkil 
belə  çəkdirməmiş  söyləmişdi  ki,  Vətənimin  səması 
qara buludlardan azad olsun, torpaqlarımızı bu mənfur 
düşmənlərdən təmizləyək, şəkil çəkdirməyə həvəsimiz 
də,  vaxtımız  da  olacaq.  Mənim  torpağım  indi  yadelli 
işğalçılardadır,  ürəyim  necə  açılsın?!Nə  deyim  şəkil 
çəkdirim? Torpaqlarımız qan ağlayır. 
Şəhid  Əhmədpur  İbrahimin  bu  döyüş  xasiyyət-
naməsində belə yazılıb: 
“Əhmədpur  İbrahim  Səfər  oğlu  Qarabağda  məlum 
hadisələr  başlandığı  ilk  gündən  vətənimizin  başqa 
qeyrətli oğlanları kimi torpaqlarımızın erməni təcavü-
zündən  azad  olunması  uğrunda  aparılan  mübarizəyə 
qoşulmuşdu. Ağdamda Fred Asifin başçılıq etdiyi kö-
nüllülər  batalyonunda  birincilər  sırasında  oldu. 
Tariximizin  ən  acı  səhifələrindən  biri  olan  Xocalı 
faciəsi  zamanı  sağ  qalmış  soydaşlarımızı  düşmən 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə