Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə15/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

Güllə səsindən doğulan kitab 
69 
Ağdamda  ət  kombinatında  işləyirdik,  döyüşə  də  elə 
oradan  getmişdik.  O  vaxtlar  ət  kombinatının  müdiri 
Rasim  Quliyev  idi.  Rasim  Quliyev  biz  döyüşə 
getdiyimiz  üçün  bizi  işdən  azad  etmişdi.  Amma  bir 
müddət  keçəndən  sonra  kombinata  yeni  rəhbər  gəldi 
və  bizi  işə  bərpa  etdi,  amma  biz  cəbhədə  döyüşdə 
olurduq. Biz döyüşə sevə-sevə gedirdik, çünki vətəni 
qorumaq  üçün  gedirdik.  Bizimlə  döyüşən  Ağdamdan 
olan  igid  əsgərlərdən  yadımda  qalan  Kamil,  Valeh, 
Üzeyir, Cəmaləddin, Şahin və digərlərinin qəhrəman-
lıqla  döyüşmələri  gözümün  önündədir.  Allah  dün-
yasını dəyişmiş igid döyüşçülərimizə rəhmət etsin, sağ 
qalan  Qarabağ  müharibəsi  iştirakçılarına  can  sağlığı 
versin.  İbrahimə  Allah  rəhmət  etsin,  qəbri  nurla 
dolsun.  Bugünkü  gün  şəhid  İbrahimin  xanımı  Almaz 
Zeynalova  şəhid  ailələrinin  qayğısına  qalır  və  şəhid 
ailəsinin  nə  olduğunu  bu  zəhmətkeş,  məğrur  qadın 
çox  gözəl  bildiyi  üçün  həmin  ailələrin  probleminin 
həllinə  köməklik  göstərir.  Cəsur  İbrahimin  xanımı 
məhz  Almaz  Zeynalova  kimi  olmalıydı.  Tanrı 
İbrahimin xanımını və balalarını qorusun”. 
 
 
 
 
 


İ ra də   Əli li  
70 
Rey Kərimoğlu 
Qarabağ müharibəsinin 
iştirakçısı,  Bakıda yaşayan 
Ağdam rayon sakini, 
“Qazilər” informasiya 
portalının  redaktoru  . 
 
Mən  polkovnik-leytenant, 
Milli  Qəhrəman    Şirin  Mir-
zəyevin  yaratdığı  batalyonda  kəşfiyyatçı  dəstəsində 
olmuşam.  Mən  bir    Ağdamlı  kimi  Şəhid    İbrahimi  
tanımasam  da  onun  haqqında    çox  eşitmişəm.  Onun 
döyüşçü  dostlarının  dediklərindən    belə    məlum  olur 
ki, İbrahim çox  mərd, cəsur, döyüşkən ruhlu bir  igid  
əsgər  olub.  Ağdamlı  Qarabala,  Allahqulu  və  s.  igid 
əsgərlərin mübarizliyi haqqında  hər zaman  söhbətlər 
gedirdi.  Mən  şəhid  İbrahimin  həyat  yoldaşı    Almaz  
Zeynalovadan  söhbət  açmaq  istərdim. Almaz  bacı-
mız gənc yaşlarında Azərbaycanın iqtisadi durumunun 
çətin,  ağır  vaxtında  təkbaşına  üç  az  yaşlı  uşağını  
böyütmüş  və    üçünə  də  ali    təhsil  vermiş,  cəmiyyət  
üçün  xeyirli    övladlar  tərbiyə  etmişdir.  O,  ömrünü-
gününü  övladlarına    həsr    edərək  onların  xoşbəxtliyi 
üçün  çalışmışdır. Almaz  xanım  özü də  Azərbaycan 
cəmiyyəti  üçün    çox    işlər    görmüşdür.  O,    “Şəhid 
Ailələrinə Sosial Dəstək  İctimai  Birliyi”nin  sədridir. 
O, bu  ictimai  təşkilat ilə şəhid ailələrinə  mənəvi  və  
maddi    köməklik  edir.  Çünki    şəhidin  ailəsi  olan  bu 
vətənpərvər, namuslu, səmimi  xanım şəhid  ailəsinin  


Güllə səsindən doğulan kitab 
71 
nə  demək  olduğunu  gözəl  bilir. Almaz  Zeynalova  
hər  cür    hörmətə    layiqdir.  Allah    onun  övladlarını   
qorusun, xoşbəxt  olsunlar. 
 
 
 


İ ra də   Əli li  
72 
Rabil  Dərgahov 
Bakının Sulutəpə qəsəbəsində 
məskunlaşmış  Ağdam rayon 
sakini , ikinci qrup əlil 
 
Rabildən  Şəhid  İbrahimin  dö-
yüş  yolu  haqqında  xatirələrini 
soruşan  zaman  onun  gözlərinin 
necə  dolduğunun  şahidi  oldum. 
“Bu igid döyüşçü yoldaşım haqqında danışmaq mənə 
elə də asan deyil, gözlərimin önünə onun sonuncu ağır 
yaralanmış  vəziyyəti  gəlir”  -  dedi  Rabil.  Rabil  Dər-
gahov  İbrahimlə  bir  hərbi  hissənin  döyüşçüləri  olub-
lar.  Döyüşə  çox  zaman  birlikdə  gediblər,  həm  də 
yaxın  qohum  idilər.  İbrahimin  necə  qeyrətli,  cəsur, 
qorxmaz bir vətənpərvər olduğundan danışdı.  
İbrahim  döyüş  meydanına  mərd-  mərdanə  atılardı, 
hər  kəsdən  tez  qarşıya  keçib,  döyüş  mövqeyində 
birinci  olmağa  çalışardı.  Uca  boylu  idi,  hərəkətləri 
cəld idi. Döyüş əmri gələn kimi İbrahim artıq döyüşə 
hazır vəziyyətdə, gözləmə mövqeyində olurdu. Qorxu 
hissi yox idi onda. Qaraqaya yüksəkliyi uğrunda ağır 
döyüş gedən zaman rəhmətlik İbrahim yaralandı. Mən 
onu  Sarcalı  hospitalına  gətirdim,  çox  ağır  idi  vəziy-
yəti.  Qarın  nahiyyəsindən  və  yuxarı  bud  hissəsindən 
yaralanmışdı.  Onu  hospitala  gətirən  zaman  o,  mənə 
halsız  vəziyyətdə  çox  zəif  səslə:  “Rabil,  mənim  və-
ziyyətim  yaxşı  deyil.  Bəlkə  gec  sağalaram,  evə, 
uşaqlara baş çəkməyim gec  olar, sən mənim cibimdə 


Güllə səsindən doğulan kitab 
73 
olan  pulu  götür,  əziyyət  də  olsa  sənə,  ailəmə  çatdırar-
san”  -  dedi.  Mən  onun  üst  geyiminin  qoltuq  cibindən 
pulları  götürən  zaman  pulların  qan  içində  olduğunu 
gördüm,  götürdüm.  Artıq  İbrahim  çox  halsız  idi,  heç 
nəyi  hiss  etmirdi.  Hospitalda  həkimlər  ona  yerindəcə 
baxış keçirib, elə o andaca əməliyyata götürdülər. Mən 
geri  döndüm,  ön  cəbhəyə.  İki  gündən  sonra  hospitala 
ona  baş  çəkməyə  gəldim.  Həkimlərdən  İbrahimi 
soruşdum,  onlar  yaralı  çoxdur,  özünüz  baxın,  axtarın, 
soruşun  dedilər.  Mən  də  elə  etdim.  Palatalara  bir-bir 
girib  yaralı  döyüşçülər  arasında  İbrahimi  axtardım, 
amma  tapa  bilmədim. Bir  tibb  bacısı  mənim  təşvişimi 
görüb:  “Siz  onu  rəhmətə  gedən  döyüşçülər  arasında 
axtarın”  -  söylədi.  Mən  şəhid  olmuş  döyüşçülərin  cə-
sədlərinə  baxdım  və  birdən  İbrahimi  gördüm.  Dünya 
başıma  fırlandı  və  elə  bağırdım  ki,  tibb  bacıları  məni 
sakitləşdirə  bilmirdilər.  İbrahimi  qucaqlayıb  ağlaya-
ağlaya:  “Axı  sənin  üç  körpə  balana  mən  necə  cavab 
verəcəyəm?”  -  dedim.  Sakitləşib  rəhmətliyin  cəsədini 
hospitaldan  götürüb  yaxınları  ilə  Ağdamın  çıxaca-
ğında,  1941-1945-ci  il  Böyük  Vətən  Müharibəsinin 
döyüşçülərinin xatirəsinə qoyulmuş abidənin arxasında 
olan  məzarlıqda  torpağa  tapşırdıq.  Allah  onun  ruhunu 
şad  etsin.  Övladlarını  xoşbəxt  etsin.  Həyat  yoldaşının 
Vətənpərvərlik  sevgisini  davam  etdirən  Almaz  xanım 
Zeynalovaya  Tanrıdan  can  sağlığı,  xoş  günlər  diləyi-
rəm.  Qarabağ  müharibəsində  iştirak  edən  döyüşçülər 
və şəhid döyüşçülər haqqında xatirələrin, məlumatların 
yazılması, kitabların işıq üzü görməsi təqdirəlayiqdir. 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə