Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə18/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

Güllə səsindən doğulan kitab 
83 
Qəhrəmanı  Allahverdi  Bağırovun  batalyonunda  dö-
yüşmüş və Pircamal Ağdamın igid oğulları tərəfindən 
alınarkən həmin ərazidə komendatı olmaqla ən qızğın 
döyüşlərdə  iştirak  etmiş  qardaşım  Vaqif  Allahver-
diyev  Ağdamın  Quzanlı  kəndindən  zəng  edir.  Ona 
telefonda  sual  verirəm:  Vaqif,  Xındırıstanda  yaşayan 
İnqilab Əhmədpuru tanıyırsan?  
Vaqif də tez dillənir: 
– Yaxşı tanıyıram. I qrup əlildir. Qarabağ və Şəfəq 
komandalarında  futbolçu  olub.  Qardaşının  biri  də 
döyüşdə şəhid olub. İgid oğul idi. 
Bu  sözləri  eşidən  Almaz  xanım  göz  yaşlarını 
çilovlaya bilmir və ümüidini də unutmur. 
Artıq  Ağdamın  188  min  nəfər  əhalisinin  90  mini 
doğma  torpaqlarımızda  məskunlaşmışdır.  Minlərlə 
insan  düşmənlə  üzbəüz  olan  kəndlərə  dönmüşdür, 
torpağa bağlanmışdır. Bu insanlar öz doğma yurdunun 
bir  kəsik  torpağında  qorxusuz  olaraq  qurub-yaradır, 
cəsarətlə, sabaha tükənməz inamla yaşayır. Bu inamın 
kökü  isə  dövlətimizin  günbəgün  artan  hərbi,  siyasi, 
iqtisadi qüdrəti ilə bağlıdır. 
Bu  gün  Ağdamlıları  bir  amal,  bir  məqsəd  birləş-
dirir, işğal altında qalan torpaqlarımızın tezliklə azad 
edilməsi və onların möhtərəm prezidentimizin rəhbər-
liyi  altında  öz  doğma  ocaqlarına  qayıtmaqla  firavan 
həyata başlamaq amalı və istəyi: O gün uzaqda deyil. 
Ağdamın ağ, toy-busata günləri yaxındadır.” 
P.S.  Azərbaycanda  elə  bir  ailə  olmaz  ki,  əzizlərin-
dən,  qohum  və  dostlarından  biri  də  olsa,  Qarabağ 


İ ra də   Əli li  
84 
müharibəsində  şəhid  olmasın.  Şəhidlər  bizim  qürur 
mənbəyimizdir.  Şəhidləri  ağlamazlar.  Çünki,  onlar 
Allahın  dərgahında  ən  yüksək  məqamlarda  bərqərar 
olublar.  Şəhidlik  zirvəsinə  çatmaq  hər  kəsə  nəsib 
olmur. Şəhidə heç sorğu-sual da olunmur. Şəhidlər hər 
zaman pak və təmizdir. 
O  paklıq  naminə,  biz  nəyin  bahasına  olursa,  olsun 
özümüzdə  güc  tapıb,  birləşib,  möhkəmləşib,  Ali  Baş 
Komandanımızın rəhbərliyi, ordumuzun gücü sayəsin-
də  Qarabağımızı,  Ağdamımızı,  Şuşamızı,  Kəlbəcə-
rimizi,  Qubadlımızı,  Zəngilanımızı,  Cəbrayılımızı, 
Füzulimizi,  Laçınımızı  erməni  quldurlarından  təmiz-
ləməliyik.  Buna  bizim  həm  gücümüz,  həm  haqqımız, 
həm  də  qeyrətimiz  çatar.  Şəhidlərimizin  qanı  yerdə 
qalmamalıdır.  Yoxsa  gələcək  nəsil  bizi  lənətlə-
yəcəkdir. 
 
 


Güllə səsindən doğulan kitab 
85 
Almaz Babayeva  və  
Əzizə  Bayramova 
Şəhid İbrahimin bacıları 
 
ġəhid  İbrahimin  bacıları  qardaş-
ları  haqqında ürək  ağrısı  ilə danış-
dılar.  Onlar  qeyd  etdilər  ki,  kiçik 
yaşlarında olan zaman ataları Səfər 
kişi  vəfat  etmişdi.  Ağırlıq  İbra-
himin  üzərinə  düşmüşdü,  ailənin 
bütün  qayğılarını  İbrahim  çəkirdi.  Bacılardan  Almaz 
xanım  dedi  -  “Bizim  böyüməyimizdə,  təhsil  almağı-
mızda, hətta ailə qurduqdan sonra üzərimizdə zəhməti 
böyük  olub  İbrahimin.  Həm  ata,  həm  də  qardaş  idi 
bizə. İbrahim vətənpərvər olduğu üçün biz onunla fəxr 
edirdik.  O,  heç  vaxt  döyüşdən  bizə  danışmazdı. 
Amma  bir  dəfə  biz  onu  məcbur  etdikdən  sonra  o, 
Ağdərə  və  Daşaltı  əməliyyatından  danışdı.  Biz 
sevindik  ki,  bizim  belə  vətəni  sevən,  igid,  cəsur 
qardaşımız  var.  Allah  qardaşımıza  rəhmət  etsin, 
balalarını xoşbəxt etsin. Qardaşımın yadigarı Vətənini 
sevən, vətənpərvər Almaz xanıma səbir və can sağlığı 
versin”.  
 
 
 


İ ra də   Əli li  
86 
 
 
 


Güllə səsindən doğulan kitab 
87 
 
 
 
 
 
ġƏHĠD  AĠLƏSĠNĠN  
VƏTƏN  SEVGĠSĠ 
 
 
 
 
 
 


İ ra də   Əli li  
88 
 
 
ŞƏHİD AİLƏLƏRİ DÖVLƏTDƏN  
NƏ İSTƏYIR? 
 
Ġctimai  birliyin  rəhbəri  diqqət  və  qayğıdan 
kənarda qaldıqlarından Ģikayətlənir 
Almaz  Zeynalova:  «ġəhidin  uĢaqları  18  yaĢı  ta-
mam olandan sonra Ģəhid ailəsi statusunu daĢımır» 
Azərbaycanın  ərazi  bütövlüyü  və  Konstitusiya 
quruluşunun  müdafiəsi  uğrunda  döyüşlərdə  fiziki 
sağlamlıqlarını  itirərərək  əlil  olmuş  vətəndaşların  və 
şəhid ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır.  
Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin 
(ƏƏSMN)  İctimaiyyətlə  əlaqələr  şöbəsindən  verilən 
məlumata  görə,  2004-2012-ci  illərdə  4  mindən  çox 
mənzil  inşa  olunaraq  əlil  və  şəhid  ailələrinə  təqdim 
edilib. Bildirək ki, bu vaxta qədər, ümumilikdə 5 minə 
yaxın  əlil  və  şəhid  ailəsi  mənzillə  təmin  olunub, 
kəndlərdə həyətyanı sahəsi olan 750-dək fərdi ev inşa 
edilərək  müharibə  əlillərinə  verilib.  Qeyd  edək  ki, 
ölkə  rəhbərinin  müvafiq  tapşırığına  əsasən,  əlil  və 
şəhid  ailələri  üçün  mənzil  tikintisi  xeyli  sürətlənib. 
Əgər  1997-2007-ci  illərdə,  yəni  on  il  müddətində 
2200-ə yaxın mənzil istifadəyə verilmişdisə, son 5 ilə 
yaxın  müddətdə  bu  rəqəm  5  minə  çatdırılıb.  Başqa 
sözlə,  1997-ci  illə  müqayisədə  əlil  və  şəhid  ailələri 
üçün  inşa  olunan  mənzillərin  illik  sayı  10  dəfəyə 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə