Ġradə Əlili



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə16/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

İ ra də   Əli li  
74 
Vaqif Allahverdiyev 
Ehtiyatda olan zabit, 
Qarabağ müharibəsi əlili. 
 
Eşidəndə ki, şəhid İbrahim Əh-
mədovun  döyüş  yolundan  kitab 
yazılır,  çox  sevindim.  Çünki 
Azərbaycanın  ərazi  bütövlüyü 
uğrunda igidliklə vuruşaraq şəhid 
olmuş  hər  bir  vətən  övladı  haqqında  kitab  yazıb 
onların  xatirələrini  əbədiləşdirmək  ən  nəcib  və 
xeyirxah işdir.  
İbrahimi hələ gənclik illərindən tanıyırdım. Qarda-
şıyla  da  salam  əlöykümüm  var  idi.  Vətənpərvər 
uşaqlar idi. 
İlk  dəfə  hərbi  forma  geyinənlər  içərisində  İbrahim 
də var idi. Mən Azərbaycanın Milli Qəhrəman Allah-
verdi  Bağırovun  batalyonunda,  İbrahim  isə  Azərbay-
canın  Milli  Qəhrəmanı  Fred  Asif  Məhərrəmovun 
batalyonunda xidmət edirdik. Dəfələrlə ağır döyüşlər-
də  İbrahimin  cəsurluğunu  görüb  çox  sevinirdim  ki, 
Azərbaycanın  belə  igid  oğulları  var.  Bu  kitabda  Ağ-
damda  qonşumuz  olmuş,  indi  isə  istedadlı  şair  Ger-
manın,  rəhmətlik  Fred  Asifin  qardaşı  Hacı  Ədalətin, 
qardaşım  Rauf  İlyasoğlunun,  eləcə  də  Qarabağ 
müharibəsi əlili, igid, vətənpərvər dostumuz Elməddin 
Səfərovun ürək ağrısı ilə yazıları ilə tanış oldum. 
Jurnalist, pedaqoq İradə Əliliyə, eləcə də, İbrahimin 
ömür-gün yoldaşı Almaz xanıma sağ ol deyirəm. 


Güllə səsindən doğulan kitab 
75 
Ağdam  rayonu  Qarabağ  müharibəsində  6  mindən 
çox şəhid verib. Vətən yolunda canından keçən bütün 
şəhidlərimizə Allahdan rəhmət diləyir və inanıram ki, 
işğalda  qalmış  torpaqlarımızı  tezliklə  yağı  düşmən-
lərdən azad edəcəyik. 
 
 
 
 
 


İ ra də   Əli li  
76 
Rauf Ġlyasoğlu, 
Şair publisist 
 
 
1959-cu il mart ayının 19-da 
Qarabağın  dilbər  guşələrindən 
biri  olan  Ağdam  şəhərində 
dünyaya  göz  açmışam.  Orta 
məktəbi əvvəl 4 nömrəli, sonra 
isə  8  nömrəli  məktəbdə  bitirmişəm.  İnstitutda  oxu-
duğumuz illərdə, eləcədə Bakıda təyinatla işlədiyim o 
gərgin  günlərdə  də  Ağdamla  sıx  əlaqədə  olmuşam. 
Çünki,  valideynlərimin,  bacı  və  qardaşlarımın  yaşa-
dıqları  ikimərtəbəli,  yaraşıqlı  evimizdə,  güllü-çiçəkli, 
meyvəli bağımızda dincəldiyim o gözəl günlər mənim 
xatirəmdən  heç  zaman  silinmir.  Yaşadığımız  bu  mə-
kanda insanlarda nə paxıllıq, nə də kin-kidurət olardı. 
Ağdam  camaatı  çox  mehriban,  qonaqpərvər  insan-
lardır. Bizi davakar kimi tanısalar da, haqsızlığa qarşı 
barışmaz olmuşuq. 
İmarətdə  yerləşən  “Qarabağ”  futbol  komandasının 
dəfələrlə oyunlarına həvəslə baxmışıq. 
Allahverdi,  Eldar,  Qıdan,  Adil,  İnqilab  və  neçə-
neçə  futbolçular  bizə  hər  zaman  sevinc-qələbə  bəxş 
ediblər. Onu  da  qeyd  edim  ki, həmin  imarətdə  Pənah 
xanın,  İbrahim  xanın,  Xurşud  banu  Natəvanın  mə-
zarları uyuyur. Biz tez-tez Qarabağın, Şuşanın əsasını 
qoymuş bu dahi insanları ziyarət edir və ağ daşlardan 
tikilmiş  Ağdam  abidəsinə  (künbəz  formalı)  tamaşa 


Güllə səsindən doğulan kitab 
77 
edər, qürur hissi keçirərdik. 
Ağdam  bizim  həm  aranımız,  həm  də  dağımız  idi. 
Havası  təmiz,  bir  dənə  də  olsun  ağcaqanada  rast 
gəlmədiyimiz səliqəli şəhərimiz... 
Dağlıq Qarabağın mərkəzi adlandırılan Stepanakert 
– (əvvəlki adı Xankəndi olub.) yuxarıda qeyd etdiyim 
Qarabağ xanı Pənahxanın bağ və otlaq sahələri olub. 
Martunu  və  Mardakerddə  yaşayan  azərbaycanlı-
lardan  30-40  nəfər  sakin  1988-ci  ildə  Ağdam  şəhər 
Partiya komitəsinin binası qarşısına yığışmışdı. Biz də 
ora  gələrək  onların  dərdlərinə  acıyırdıq.  Onlar  həyə-
can təbili çalırdılar ki, xaricdən gəlmə ermənilər, yerli 
erməniləri  qızışdırır,  hər  evə  silah  paylayır,  güclü  si-
lahlanır, bizə hədə-qorxu gəlir, bizi evimizdən, eşiyi-
mizdən  çıxardırlar.  O  vaxtlar  mərkəzi  komitədə  işlə-
yən  rəhbərlər  vaxtında  bu  məsələyə  reaksiya  versəy-
dilər,  bəlkə  də  bu  qədər  torpaqlarımız  işğal  olun-
mazdı. 
Bədnam qonşularımızın torpaqlarımıza yerikləməsi, 
azərbaycanlılara  qənim  kəsilməsi  bütün  bu  acı  nəti-
cələrə gətirib çıxartdı. 
Bu  beş  il  ərzində  Ağdam  camaatı  mətin  dayandı. 
Dövlət Moskvanın göstərişi ilə azərbaycanlılardan quş 
tüfəngini yığanda, ermənilər silahlanır, daha da qudur-
ğanlıqlar  edir,  körpələrə,  qocalara,  hamilə  qadınlara 
belə aman vermirdilər. 
Erməni  quldurları  xarici  havadarlarının  köməkliyi 
ilə  əvvəl  Dağlıq  Qarabağın  ərazisində  yaşayan  azər-
baycanlıları öz doğma kəndlərindən didərgin saldılar, 


İ ra də   Əli li  
78 
neçə-neçə günahsız, əliyalın insanları, namərd, nankor 
qonşularımız  amansızlıqla  qətlə  yetirdilər.  1992-ci 
ildə  Xocalı  soyqrımını  törətdilər.  İnsanlığa  sığmayan 
vəhşiliklə bir şəhəri yerlə yeksan edən, kütləvi surətdə 
insanları  məhv  eləyən  bu  quldurlar  Ağdamın  igid 
oğullarının  gözlərini  qorxutmaq  istədilər.  Ermənilər 
yeni-yeni  əraziləri  zəbt  eləməklə  bəşəri  cinayətlər 
törətməkdən zövq alırdılar. 
Ağdam  bu  müharibədə  6  mindən  çox  şəhid  verdi. 
Mən  deyərdim  ki,  6  min  şəhid  6  min  qəhrəman 
deməkdir.  Çünki,  başlarına  mərmilər  yağdırılsa  da, 
şəhəri  bir  an  da  tərk  etmədilər.  22  ildir  ki,  doğulub 
boya-başa çatdığım yurdumun həsrətini çəkirəm. 
Vahid  komandanlığın  olmaması  ucbatından,  eləcə 
də  erməni  və  rus  əsgərlərinin,  güclü  texnikanın  sayə-
sində  neçə  rayon  və  kəndlərimizi  itirdik.  Çox  heyif! 
Yazıçı  və  şairlər  Azərbaycanın  igid oğulları  və  mərd 
qızları haqqında kitablar yazır, şəhidlərimizin xatirəsi 
hər  zaman  anılır.  Vətənpərvər  ziyalı  İradə  Əlilinin 
tərtib  etdiyi  “Güllə  səsindən  doğulan  kitab”ın  əlyaz-
malarını bir-bir oxudum. 
Elmədinin,  Ədalətin,  Germanın  və  başqalarının 
ürək  ağrısı  ilə  yazdıqları  o  kövrək  xatirələr  qəlbimi 
sızlatdı.  İgid-döyüşçü  şəhid  İbrahim  Əhmədpurun 
şərəfli  ömür  yoluna  həsr  olunmuş  bu  kitabda  döyüş 
dostlarının  xatirələri  ilə  yanaşı,  ömür-gün  yoldaşı 
Almaz  Zeynalovanın  fədakarlığından,  mübarizliyin-
dən  söhbət  açılır.  Üç  körpə  övladını  həyat  yoldaşının 
ümidinə  qoyaraq  ölüm-dirim  savaşına  atılan,  ərazi 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə