Ġradə Əlili



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə13/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

İ ra də   Əli li  
60 
dağı  üstündə,  Pir  yüksəkliyi  aşağısında  olan  post 
gözətçi məntəqələrində birlikdə olurduq. Zarafatı çox 
sevməsə  də,  hərdən  baməzə  söhbətləri  olurdu.  1992- 
ci  il  fevralın  24-25-i  Xocalı  istiqamətində  təcili  bir 
dəhliz  yol  açmaq  lazım  idi  ki,  dinc  əhalini  oradan 
çıxarmağa. Bu əməliyyatı həyata keçirmək üçün plan 
hazırlanmışdı.  Hava  çox  soyuq  və  qarlı  idi.  Biz 
fevralın  24-25-i  Qaraqayanı  aldıq  və  ermənilərdən 
təmizlədik.  Fevralın  25-dən  26-na  keçən  gecə  Ermə-
nistan  silahlı  qüvvələri  SSRİ  dövründən  Xankəndi 
(Stepanakert)  şəhərində  yerləşən  366-cı  motoatıcı 
alayın  zirehli  texnikası  və  hərbi  heyətinin  köməkliyi 
ilə  Xocalı  şəhərini  işğal  etdi.  Hücumdan  əvvəl,  fev-
ralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan 
şiddətli  atəşə  tutuldu.  Nəticədə,  fevralın  26-ı  səhər 
saat  5  radələrində  Xocalı  tam  alova  büründü

Mü-
hasirəyə  alınan  şəhərdə  qalmış  təqribən  6700  nəfər 
xocalılı Ağdam rayonuna çatmaq ümidi ilə şəhəri tərk 
edib  və  istiqamətlərini  Ağdama  doğru  müəyyən  et-
dilər.  Çalışırdıq  ki,  Ağdam  istiqamətinə  gələnlərin 
ümid etdiyi dəhlizi açaq. O, insanların Ağdama gəlib 
sağ-salamat  çatması  üçün  ermənilərin  Əsgəranın 
Qaraqaya  istiqamətində  olan  erməni  postunu  və  dəs-
təsini zərərsizləşdirməli idik ki, əks təqdirdə canlarını 
qurtarıb gələn xocalıları bu istiqamətdə də gülləbarana 
tutmasınlar.  Qaraqaya  alınmasaydı  insanların  sağ 
qalması  sual  altında  ola  bilərdi.  Qaraqaya  istiqamə-
tində  Naxçıvanik  ferması  deyilən  yerdən  zavallı  xo-
calıları  Ağdama  çıxartdıq.  Müdafiə  üçün  Əsgəranın 


Güllə səsindən doğulan kitab 
61 
Xromort kəndi ilə Ağdamın Gülablı kəndinin arasında 
bütün döyüşçülərimiz mövqe tutdular. Biz həmin vaxt 
ancaq  avtomat  ilə,  köhnə  tüfəng  ilə  vuruşurduq. 
Texnikamız yox idi. Yaqub Rzayev (Qatır Məmməd) 
və  Milli  Qəhrəmanlar  Allahverdi  Bağırov,  Şirin  Mir-
zəyev, Asif Məhərrəmovun başçılıq etdikləri döyüşçü 
heyəti  çox  kömək  etdilər  insanların  çıxarılması  üçün. 
İbrahimin  şücaətini  orada  da  gördüm.  Neçə-neçə 
insanı, meyitləri, yaralıları çıxartmağa kömək etmişdi. 
Çox ağrıdıcı bir faktdır, bir günün içində yer üzündən 
silinən şəhəri tərk edən 6700 Xocalı sakinindən 613-ü 
düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu 
soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca 
və  qarı  olmaqla,  613  nəfər  Xocalı  sakini  qətlə  yeti-
rildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki va-
lideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düş-
mən  gülləsinə  tuş  gəlib  yaralanan  487  nəfərdən  76-sı 
uşaq  idi.  1275  xocalılı  əsir,  150  xocalılı  itkin  düşdü

Bu  soyqırımın  bu  nəticəsi  xalqımıza  böyük  fəlakət 
oldu. 
1992-ci  il  mayın  10-da  Əsgəranın  Aranzəmin,  Pir-
camal,  Naxçıvanik  kəndinə  30  döyüşçü  ilə  hücum 
etdik. Mən onu da qeyd edim ki, o vaxt mən tağım ko-
mandiri  idim,  İbrahim  isə  bölük  komandiri.  Aranzə-
min, Pircamal kəndini aldıq, 9 ermənini əsir götürdük 
və  hərbi  məntəqəyə  təhvil  verdik.  Bu  döyüşdə  İbra-
himin  də  boyük  cəsarətini  gördüm.  1992-ci  ilin  may 
ayının  15-də  Azərbaycan  helikopterini  (vertalyot) 
erməni  tərəf  atəşə  tutub, vuran  zaman  helikopter  Ağ-


İ ra də   Əli li  
62 
damın Abdalgülablı kəndi ilə Əsgəranın ermənilər ya-
şayan Haslı kəndinin arasında olan əraziyə düşmüşdü. 
O  ərazidən  meyitlərin  götürülüb  çıxardılması  çox  çə-
tin idi. Amma bu çətinliyə baxmayaraq bizim tağımın 
döyüşçüləri  bu  əməliyyatı  həyata  keçirdi,  həmin 
ərazidən  meyitləri  çıxartdı  və  bu  cəsur  döyüşçülərin 
arasında  İbrahim  də  vardı.  1992-ci  il  iyunun  12-si 
batalyon  komandiri  Asif  Məhərrəmov  bizə  göstəriş 
verdi ki, batalyonun döyüşçüləri iki hissəyə bölünsün. 
I  hissə  Naxçıvanikə  hücum  edib  oranı  götürməli,  II 
hissə  isə  Əsgəranın  körpüsünü  götürsün.  Həmin  bu 
döyüşdə PK ağır çarxlı silah İbarhimdə idi. Ermənilər 
Əsgərandan Naxçıvanikə içərisi canlı qüvvə və sürsat 
olan maşınlar göndərirdilər. İnanın ki, İbrahimin ma-
şınlara atəş açmağı ilə  maşınlar alov içində  yanmağa 
başaldılar. İtkiləri çox oldu. Naxçıvanikə gedən kömə-
yin  qarşısı  alındı.  Elə  həmin  günü  biz  səngərdə  bir 
yerdə  idik,  postu  qoruyurduq.  Mən  tağım  komandiri 
olduğum üçün döyüşçülərə nəzarət etmək üçün yerimi 
dəyişdim,  səngərin  o  biri  başına  gedib  göstərişlərimi 
verib  geri  dönən  zaman  mənim  yerimdə  İbrahimin 
əyləşdiyini  gördüm.  İbrahimə  öz  yerinə  keçməsini 
söylədim,  çünki  o  yerdən  qarşı  düşmən  tərəfi  izlə-
yirdik.  İbrahim  də:  “Mən  baxıram,  -  dedi,  -  narahat 
olma”  -  söylədi.  Bir  az  müddət  keçmişdi  İbrahim 
qıvrılaraq söylədi: “məni vurdular”. Əvvəl mən inana 
bilmədim.  Snayperlə  vurulduğunu  anladım.  Bütün 
bədəni  qan  içində  idi.  Özünü  güclə  ələ  alıb  əsgər 
geyiminin  qoltuq  cibindən  bayrağı  mənə  verdi. 


Güllə səsindən doğulan kitab 
63 
Baxdım bayraq qan içində idi. Çox pis oldum, amma 
biruzə  vermədim.  İbrahim  heysiz-heysiz  dedi:  “ 
Mənim  bayrağımı  saxlayın,  sağalıb  gələndən  sonra 
özümə  qaytararsınız,  azad  edilən  şəhərlərimizin 
görünən yüksəkliklərinə asacağam” . Bu o bayraq idi 
ki,  komandirin  göstərişi  ilə  geri  alınacaq  şəhərlərə 
asılacaqdı.  Kəmaləddin  Səfərov  və  digər  döyüşçü 
yoldaşlarımız  onu  səngərdən  çıxarıb  Ağdamın  Zən-
gişallı  Hərbi  Hospitalına  yerləşdirdilər  və  həmin  ax-
şam  vəziyyəti  ağırlaşdı,  aldığı  güllə  yarasından  vəfat 
etdi. Allah rəhmət etsin! 
 
 
 
 
 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə