Ġradə Əlili



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə11/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

İ ra də   Əli li  
50 
düşdük.Ağır yaralandığı və çox qan itirdiyi üçün onun 
həyatını  qurtara  bilmədiklərini  xəstəxanada  həkimlər 
söylədilər. İbrahimi Şəhidlər xiyabanında dəfn etdilər. 
Həmin günümü xatırlamaq mənə çox ağırdır!.  
Heç  olmazsa  onun  məzarını  ziyarət  edib  təskinlik 
tapırdım, sakitləşirdim. Ağdamın işğalından sonra dəli 
kimi olmuşdum. Həm torpağımın işğal olunması, həm 
sevdiyim  həyat  yoldaşımın  məzarının  orada  qalması. 
Hər gün Bakıda Şəhidlər Xiyabanına gedirdim. Ağla-
yırdım,  sakitləşirdim.  Amma  Şəhidlər  Xiyabanına 
gələn qarayaylıqlı gəlinlərə qibtə edirdim. Çünki onla-
rın ziyarət edəcəkləri məzarlıq var.Mənin Şəhid İbra-
himimin məzarı olan torpaqlar düşmən işğalında, tap-
dağında. İndi rəhmətə getmiş oğlum Elşənin məzarına 
gedirəm,  dərdləşirəm,  onunla  sakitləşirəm.  Tanrım 
oğlumu  da  öz  dərgahına  apardı.  Elşən  avtomobil 
qəzasında həyatını dəyişdi. Elşən ağıllı, düşüncəli, ali 
təfəkkürə  malik  gənc  idi.  Ailəcanlı  idi.  Qayğımıza 
qalardı.  Atasının  bəzi  xasiyyəti  onda  idi.  Yenədə 
Allaha çox şükür. Nə deyim... Allah o biri övladlarımı 
qorusun. Vətənimin səmasından bu qara buludları yox 
etsin. 
Ailənin  böyük  oğlu  Elvin  (1983-cü  il  təvəllüdlü) 
Bakı  Biznes  Kollecinin  hüquq  fakültəsini  bitirib, 
hüquqşünasdır.  Kiçik  oğlum  Rövşən  (1988-ci  il 
təvəllüdlü)  C.Naxçivanski  adına  hərbi  liseyi  bitirib, 
H.Əliyev adına Ali Hərbi Məktəbi bitirib, hal-hazırda 
“N”  saylı  hərbi  hissədə  zabit  kimi  xidmət  edir. 
Nənəyəm,  bir  qız  nəvəm  var.  Çalışıram,  İbrahimin 


Güllə səsindən doğulan kitab 
51 
torpağa  yarımçıq  qalmış  sevgisini  həm  öz  adımdan, 
həm onun ruhunun şad olması üçün Vətənə həsr edim. 
Arzu  edirəm,  Allahdan  diləyim  var.  Torpaqlarımız 
işğaldan azad olunsun, onun qanı tökülən torpaqlarda 
İbrahim üçün anım günü edək. 
 
 
 
 


İ ra də   Əli li  
52 
 
 
SEVGİSİ ŞƏHİD OLAN GƏLİN 
 
 
 
– Rahat uyu,  Ġbrahim, deyərək Almaz xanım  ürə-
yinin harayını illər öncə bir  kağız parçasına əmanət  
etmiĢdir. Orda belə  yazılmıĢdı 
– Altı ildən bəri torpaqlarımızda gedən qanlı-qadalı 
vuruşların  sonu  niyə  görünmür  görəsən?!  Niyə  süf-
rələrimizin  qırıntıları  ilə  böyüyən,  ən  yaxşı  evlərdə 
yaşayıb,  ən  yaxşı  vəzifələri  tutan  xain  qonşularımız 
bizə qarşı bu qədər amansız oldular? Budurmu onların 
bizə cavabı? Nə deyək? Qoy onların xain niyyətləri öz 


Güllə səsindən doğulan kitab 
53 
başlarında çatlasın. 
Mən  isə,  İbrahim,  sənə  deməyə  söz  də  tapmıram. 
Axı  nə  deyim,  necə  deyim  ki,  sənsiz  hər  şey  göz-
lərimdə  bir  heçə  dönüb.  Necə  deyim  ki,  ürəyində 
yaşatdığın,  dünyalara  sığmayan  arzuların  yarımçıq 
qaldı,  mən  də  onları  həyata  keçirə  bilmədim.  Necə 
deyim ki, düz 2 ildir ki, səninlə dərdimi bölüşdürə də 
bilmirəm.  Şəhidlər  xiyabanında  gül-çiçəyin  arasında 
qərq  olunmuş  qəbrin  indi  bir  xəyal  kimi  gözlərim 
qarşısından gəlib keçir. Belə də iş olar, ilahi? İnsan öz 
doğmasının qəbrindən necə aralı düşər? Bu nə dəhşət 
müharibə imiş, ilahi? Nə isə... 
İbrahim,  sənin  ürəyinin  nə  qədər  vətən  eşqi  ilə 
döyündüyünü  mən  çox  yaxşı  bilirdim.  Əgər  belə  ol-
masaydı sən dünyalar qədər sevdiyin 3 oğlunu qoyub 
bu  dəhşətli  müharibənin  qoynuna  kişi  kimi,  mərdü-
mərdanə atılmazdın. Əgər belə olmasaydı, sən də bəzi 
üzdəniraq  cavanlarımız  kimi  min  cür bəhanələr  tapıb 
aradan  çıxardın.  Səni  onsuz  da  aparmırdılar.  Sən  isə 
qala bilməzdin. Buna sənin vicdanın yol verməzdi. 
İndi hamımız səninlə fəxr edirik, İbrahim. Həm də 
fəxr edirik ki, Azərbaycan xalqının nə yaxşı ki, sənin 
kimi  oğulları  çoxdu,  lap  çox.  Sənin  və  sənin  silah-
daşlarının  hansı  ki,  torpaqlarmızın  azadlığı  uğrunda 
canlarını qurban veriblər, onların adları vətən təəssübü 
çəkənlərin  qəlbində  həmişə  yaşayacaqdır.  Bax  onda 
on yaşlı Elvinin: “Mən atam kimi döyüşüb, erməniləri 
gəbərdəcəyəm”,  doqquz  yaşlı  Elşənin  televiziya 
ekranlarında əsgərlərə baxıb, “Baxın, lap mənim atam 


İ ra də   Əli li  
54 
kimi döyüşür!” və nəhayət beş yaşlı Rövşənin “Atam 
nə vaxt gələcək? O, gedəndə demişdi ki, sənə erməni 
qulağı  gətirəcəm.  Bəs  niyə  gəlmir?”  –  kimi  ürək 
ağrıdan  suallarına  yalan-doğru  cavab  verə-verə  səni 
gözləyəcəyik.  Axı  deyirlər,  şəhidlik  zirvəsinə  uca-
lanlar ölmürlər. Sən bu zirvəni əsil qüdrətli vətən oğlu 
kimi  öz  gücünlə  fəth  etmisən.  Rahat  uyu,  İbrahim. 
Mən  inanıram  ki,  qeyrətli  oğullarımızın  sayəsində 
torpaqlarımız  da  azad  olunacaq,  sənin  kimi  qorxmaz 
qəhrəman  Vətən  oğullarının  qəbri  də  murdar  erməni 
tapdaqlarından  azad  olunacaq,  mütləq  olunacaq!  Bax 
onda  mən  başımı  dik  tutub  bir  daha  səninlə  fəxr 
edəcəm! 
 
Zeynalova Almaz.  
İbrahimin həyat yoldaşı 
 
 
 
 


Güllə səsindən doğulan kitab 
55 
Əhmədpur  Ġnqilab 
İbrahimin böyük  qardaşı 
 
 
 
n  səkkiz  ildir  ki,  Ağdamın  Xındırıstan 
qəsəbəsində  məskunlaşıb.  Ağdamın  “Şəfəq”, 
”Qarabağ”  komandasında  futbolçu  olub.  İnqilab  indi 
ağır  xəstədir.  Birinci  qrup  əlildir.  Mən  ondan  Şəhid 
olmuş  qardaşı  haqqında  xatirələrini  soruşan  zaman 
ağlamağa  başladı,  titrəyən  əlləri  ilə  göz  yaşlarını  silə-
silə  aramla  danışmağa  başladı.  “O,  mənim  ürəyimin 
parası  idi,  canımda  nəfəsim  idi.  Çörəyimizi  yeyib,  ha-
rınlamış  nankor  qonşu  -  quduzlaşmış  ermənilərin  tor-
paq  iddiaları,  bu  quldurların  kəndlərimizi  yandırması, 
qətllər,  qarətlər  törətməsi  hər  bir  vətənpərvər  Azər-
baycanlı kimi İbrahimi də narahat edib qəzəbləndirirdi. 
Deyəndə  ki,  ay  İbrahim,  sən  döyüşə  getmə,  balaca 
uşaqların var. Biz qardaşlar gedək. Sən ailəni üç kiçik 



Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə