Ġradə Əlili



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə2/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   2   3   4   5   6   7   8   9   ...   25

İ ra də   Əli li  

Bu çöllər, bu düzlər, bu qarlı dağlar, 
Bu barlı, bəhrəli, meyvəli bağlar, 
Ot da bitirməyən tarlalar ağlar, 
Bir zəmi yetirən dən olum, Vətən. 
 
Qarşında diz çöküb, sənə and içim, 
Yox başqa bir yolum, başqa bir seçim, 
Gedim düşmən üstə, canımdan keçim, 
Bir şəhid balan da mən olum, Vətən. 
 
Qırxqızda dayanıb, Şuşaya baxım, 
Qarqara qarışıb, Ağdama axım, 
Murovun başına bir bayraq taxım, 
Qurtarım matəmdən, şən olum, Vətən. 
 
Bu şeiri mən yazmışam, çoxdan yazmışam.İtirilmiş 
Vətən  ağrısıyla  yazmışam,  doğma  ata-baba  ocağına 
qayıtmaq arzusu ilə yazmışam, Vətən torpağına qarı-
şıb, Vətənləşmiş müqəddəs şəhidlərimizə həsədlə yaz-
mışam.  Ağlaya-ağlaya  yazmışam.  İtirdiklərimin  miq-
yası,  dəyəri  ölçüyə  gəlməz  mənim.  Bunu  ancaq  mən 
dərddə olanlar bilər. 
Atəşkəsdən  sonra  Bakı  şəhərində  Elman  adlı  bir 
dostumuzu,  müharibədə  çox  əziyyət  çəkmiş  bir  dö-
yüşçümüzü maşın vurdu və Elman öldü.Bilirsiniz fik-
rimdən  ilk  keçən  nə  oldu?  Hə,  acıdır,  həm  də  çox 
ağırdır.  Fikirləşdim  ki,  kaş  ki,  Elman  müharibədə 
düşmən gülləsinə tuş gələydi, şəhid olaydı, Xocalıdan 
meyitləri, əsirləri minbir əziyyətlə çıxaranda öləydi.Ta 


Güllə səsindən doğulan kitab 

Bakıda  harınlamış  birinin  sürətlə  sürdüyü  maşının 
təkərləri  altında  acınacaqlı  vəziyyətdə  dəyişməyəydi 
dünyasını. Eeh, nəysə... 
Bütün bunları yazmaqda məqsədim yalnız odur ki, 
mən  müharibəni  görmüşəm,  yazıram,  müharibə  işti-
rakçılarını  tanıyırdım,  yazıram,  Qarabağı  gəzmişəm, 
yazıram.İradə  Əlili  isə  nəinki  müharibəni  görməyib, 
heç  müharibədən  əvvəl  və  müharibə  dövründə  Qara-
bağda olmayıb da. Amma içində elə bir Vətən sevgisi, 
elə  bir  Vətən  yanğısı,  elə  bir  Vətənpərvərlik  var  ki, 
müharibə  mövzusunda  yazmağı,  müharibə  iştirakçı-
larından  yazmağı,  şəhidlərimizdən  yazmağı  özünə 
borc bilir, vətəndaş vəzifəsi bilir, vicdan işi bilir. 
Şəhid İbrahim Əhmədpurun şərəfli həyatından bəhs 
edən  bu  kitab  İradə  Əlilinin  müharibə  mövzusunda 
qələmə  aldığı  üçüncü  kitabdır.Ancaq  bu  kitablara 
qədər İradə xanım xeyli yol gəlib.Poetik duyğuları ilə, 
romantik  düşüncələriylə,  qəlbindən  süzülüb  gələn  iki 
şeirlər kitabıyla.Görün nə yazır, İradə Əlili şeirlərində, 
necə yazır, necə tərənnüm edir Vətəni. 
 
Anam mənim Azərbaycan! 
 
Vətənimsiz olammaram,  
Torpağımsız qalammaram,   
Od, ocaqsız qalanmaram,  
Vətən, sənə qurban bu can!  
Sən mənim görən gözümsən,  
Sən döyünən ürəyimsən,  


İ ra də   Əli li  
10 
Sevgi dolu sətirimsən,   
Vətən sənə qurban bu can    
Sənsiz könlüm heç açılmaz,   
Arzularım qanadlanmaz,  
Sabahıma ümid olmaz,  
Can evimdə sən əziz can 
Anam mənim Azərbaycan 
 
Tufan adlı bir dərd gəldi! 
 
Açan tər çiçəklərimiz solan oldu
Həsrətimiz səbrimizlə yanan oldu. 
Tufan adlı bir dərd gəldi... 
Yurdumuza, yuvamıza yaman oldu. 
Qarabağım qara dərdli 
Yurdum, yuvam talan oldu. 
Baharı da boran-qışlı, 
Buludlar dalğın yağışlı, 
Bulaqların gözü yaşlı, 
Dağlarına duman doldu. 
Qarabağım qara dərdli 
Yurdum, yuvam talan oldu. 
 
Ağla, qərənfilim! 
 
Ağla, qərənfilim, şəhidlər üstə, 
Sənin göz yaşların bitməz, tükənməz! 
Dağla sinəsini ürəksizlərin, 
Şəhidsiz, azadlıq, qədrin bilinməz! 


Güllə səsindən doğulan kitab 
11 
Şəhidlər ürəklər yarası oldu, 
Tarixdə silinməz bir iz qoyuldu! 
Şəhidlik qəlblərdə qala daşıdır! 
İgidlik zirvəsi qan yaddaşıdır! 
Ağla, qərənfilim, şəhidlər üstə 
Ağlayaq qarışsın gözyaşlarımız, 
Baxaraq qan rəngli ləçəklərinə 
Rahat uyusunlar doğmalarımız 
Ağla, qərənflim, Şəhidlər üstə! 
 
Hə, bax belə sevir Vətənini bu gözəl, kövrək, qəlbi 
səmimi duyğularla dolu olan şairəmiz. 
Amma əlinizdəki kitab şeir kitabı deyil, ağrılı, acılı, 
müharibəli,  şəhidli  bir  kitabdır.  Döyüşçü  İbriahim 
Əhmədpurun  həyatından,  şərəfli  döyüş  yolundan, 
müqəddəs  şəhidliyə  aparan  amalından  bəhs  edir.  Bu 
kitabda  siz  İbrahimin  həm  də  uşaqlıq,  gənclik  illəri 
ilə,  saf  sevgi  üzərində  qurulmuş  ailə  həyatı  ilə  bağlı 
kövrək yazıları oxuyacaqsınız. 
Bu  kitabı  araya-ərsəyə  gətirmək  üçün  müəllif  çox 
əziyyətlərə  qatlaşmalı  olub,  amma  bu  əziyyətlərdən 
yorulmayıb,  usanmayıb,  əzmlə,  iradə  ilə  bu  əziyyət-
lərdən keçərək  məqsədinə nail olub, layiqli bir  Vətən 
övladı  haqqında  kitab  yazıb,  oxuculara  təqdim  edib. 
Kitabın  daha  da  oxunaqlı  olması  üçün  İradə  xanım 
Ağdamın bizdə olan kəndlərinə gedib, keçmiş döyüş-
çülərlə,  İbrahimin  silahdaşlarıyla,  qohumlarıyla,  ailə 
üzvləriylə  görüşüb,  fikirlərini  öyrənib,  kağıza  köçü-
rüb.  Böyük  əziyyətlərə  qatlaşan  müəllif  nəhayət  ki, 


İ ra də   Əli li  
12 
gənclərə  Vətənpərvərlik  duyğuları  aşılamaq  baxımın-
dan çox dəyərli olan bu kitabı çap etdirib. Kitab artıq 
əlinizdədir. Bundan sonra söz sizindir,  əziz oxucular. 
İradə  xanıma  isə  can  sağlığı,  yeni-yeni  kitabların, 
əsərlərin yazılmasında uğurlar arzulayıram. 
 
German  
şair-publisist 
 
 
 
 
 
 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə