Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə5/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   2   3   4   5   6   7   8   9   ...   25

Güllə səsindən doğulan kitab 
23 
Ağdam  regionda  (Qarabağ  nəzərdə  tutulur)  ən  ötə 
sözə, maddi, fiziki və siyasi gücə malik olan bir rayon 
idi. İkinci səbəb, ermənilərin ürəklərində  ağdamlılara 
qarşı illərdən bəri yığılıb qalan kin idi. Digər səbəb,о 
dövrdə ölkəyə başçılıq edən Ayaz Mütəllibov və onun 
komandasının  Moskvaya  tabe  olaraq  ölkədə  baş 
verənlərə biganə  yanaşması  idi. Bu  səbəb  Ağdamı  və 
ağdamlıları  Qarabağdakı  olayların  ağırlığının  böyük 
bir  hissəsini  öz  üzərinə  götürməyə  məcbur  etmişdi. 
Başı  vəzifə  kürsüsünü  qorumağa  qarışmış  Mütəlli-
bovun Xocalıda baş verənlərdən bir həftə sonra xəbər 
tutması faciə, Xocalıda törədilənlər isə müsibət idi. Və 
о  müsibətin  qarşısının  alınmasına  edilən  cəhd,  baş 
verənlərdən  sonra  ölənlərin,  yaralananların,  əsir 
düşənlərin ermənilərdən alınması, Xocalı sakinlərinin 
və  Xocalı  rayon  başçılarının  yerləşdirilməsi  yenə  də 
ağdamlıların üzərinə düşdü. Həmin gecə (1992-ci ilin 
25-dən  26-a  keçən  gecə)  Allahverdi  Bağırovun,  Şirin 
Mirzəyevin,Ala  Yaqubun  və  Fred  Asifin  döyüşçüləri 
olmasaydı Xocalının о vaxtkı icra başçısı və onun ya-
xın  ətrafından başqa yəqin ki, hamı erməni genosidi-
nin  qurbanı  olacaqdı.  Başçı  və  onun  qohum-əqrəba-
ları, Xocalının məsul rəhbər işçiləri Xocalını iki həftə 
əvvəltərk  etmişdilər.  Xocalıda  baş  verənlərin  digər 
səbəbləri  də  vardı.  Üç  ay  əvvəl  -  1991-ci  ilin  noyabr 
ayının 20-də Qarakənd kəndi üzərində içərisində gör-
kəmli dövlət məmurlarının olduğu vertolyot ermənilər 
tərəfindən  vurularkən  Azərbaycan  rəhbərliyi  buna 
tutarlı reaksiya versəydi, yəqin ki, ermənilər Xocalıda 


İ ra də   Əli li  
24 
elə  bir  dəhşətli  genosidi  həyata  keçirməyə  cürət 
etməzdilər. 
Ermənilərin ruslarla birləşərək Xocalıda törətdikləri, 
dalınca küllü - Qarabağın ümid yerinə çevrilmiş Ağda-
mı  bombardman  etmələri  ağdamlıların  gözlərini 
qorxutmağa  yönəlmiş  siyasi  və  taktiki  bir  addım  idi. 
Bölgədə  müharibə  gedirdi  və  ağdamlılar  da  digər 
rayonların  sakinlərindən,  ələlxüsus  da  kənarda  seyrçi 
mövqe  tutan  Moskvapərəst  respublika  rəhbərlərindən 
fərqli olaraq baş verənlərin reallığını dərk edir və mü-
haribənin  qanunlarına  uyğun  hərəkət  etməyə  çalışır-
dılar. Yuxarıda qeyd olunduğu kimi Xocalı müsibətinin 
törədildiyi saatlardan etibarən AXC  Ağdam  rayon şö-
bəsinin sədri Allahverdi Bağırov təkbaşına ermənilərlə 
danışığa girərək üç gün ərzində qətlə yetirilənlərin 613 
nəfərini (halbuki onların sayı xeyli artıq idi), əsir götü-
rülən  yüzlərlə  dinc  Xocalı  sakinini  ermənilərdən  al-
mağa müvəffəq oldu. Qətlə yetirildikləri yerdən çətin-
liklə çıxarılan körpələr, qadınlar, qocalar və digər dinc 
Xocalı  sakinləri  Ağdama  gətirilərək  Məsciddə  yuyu-
lub,  kəfənlənərək  ağdamlıların  çiyinlərində  Ağdamın 
Uzundərə ərazisində salınmış sayca Allah bilir neçənci 
Şəhidlər xiyabanında urvatla son mənzilə yola salındı. 
Ağdama  ikinci  raket  «yağışı»  üç  gün  sonra  -  mart 
ayının 3-də yağdı. Ağdamlılaryenə də məğrurluqlarını 
qoruyub, bu zərbələri də mətanətlə qarşıladılar, amma 
həmin  gündən  sonra  Ağdamın  özünümüdafiə  batal-
yonlarına  könüllülərin  axını  başlandı.  Ağdamlılar 
qisas hissi ilə alışıb-yanırdılar. 


Güllə səsindən doğulan kitab 
25 
1992-ci  ilin  mart  ayının  4-
də  Azərbaycanın  ilk  milli  ba-
talyonunun  yaradıcısı,  böyük 
sərkərdə  Azərbaycanının  Milli 
Qəhrəmanı  ġirin  Mirzəyevin 
batalyonu  Mardakert  rayonu-
nun ermənilər yaşayan Qazan-
çı  kəndi  üzərinə  iri  miqyaslı 
hücuma  keçdi.  Bir  neçə  saat 
davam  edən  gərgin  döyüşdə 
cəsur  komandirin  bacarığı  və 
taktikası  sayəsində  Qazançı 
kəndi  yerlə  yeksan  edildi  və 
Xocalı  müsibətinin  qisası  qismən  də  olsa  alındı. 
Ermənilər  tərəfdən  yüzlərlə  insan  həlak  oldu,  yüzə 
yaxın  insan  isə  əsir  düşdü.  Peşəkar  zabit  olan  Şirin 
Mirzəyev  isə  həmin  gün  iki  döyüşçüsünü  itirmişdi. 
Qazançı əməliyyatı erməniləri bərk qorxuya salmışdı. 
Bu əməliyyat müharibənin gedişində çox böyük dönüş 
yarada  bilərdi.  Respublika  rəhbərliyindən  kömək 
olsaydı, döyüşçülərimiz silah-sursatla lazımi qaydada 
təmin olunsaydılar... 
Ala  Yaqub.  Əsil  adı Yaqub  Rzayev  olan  bu  cəsur 
insan  da  digər  ağdamlı  komandirlər  kimi  ilk  gündən 
hadisələrin  mərkəzində  idi,  oğlanları  ilə  birlikdə. 
Dözümünə,  iradəsinə,  əzminə,  mətanətinə  və 
igidliyinə  görə  bu  insana  Qatır  Məmməd  də  de-
yirdilər.  Qatır  Məmməd  1918-ci  ildə  qurulmuş  De-
mokratik 
Azərbaycan 
Respublikasının  devrilib, 
 
Azərbaycanının  
Milli Qəhrəmanı   
Şirin
 
Mirzəyev
 


İ ra də   Əli li  
26 
yerində  şura  hökuməti  qurul-
ması  üçün  çalışan  məşhur 
bolşevik-inqilabçı  olub.  Əgər 
о  Qatır  Məmməd  ötən  əsrin 
əvvəllərində  sovet  quruculuğu 
dövründə  rusların  bolşevik 
ideyaları  uğrunda  mübarizə 
aparmışdısa,  bu  «Qatır  Məm-
məd»  əsrin  sonunda  təcavüzə 
məruz  qalan  doğma  Vətənini 
ermənilərdən  və  Rus  imperi-
yasından  qorumaq  üçün  dö-
yüşlərə  atılmışdı.  Ermənilərin  Əsgəran  tərəfdən  ola 
biləcək  hər  bir  hücumunun  qarşısını  almaq  üçün  öz 
könüllü  döyüşçüləri  ilə  dağ  kimi  dayanan  cəsur  ko-
mandir  yeri  gəldikcə  əks-hücuma  da  keçir  və 
ermənilərə  güclü  təlafat  verirdi.  Belə  hücumların  bi-
rində  batalyonu  ilə  birlikdə  Əsgərana  girməyə  mü-
vəffəq  olmuş  Yaqub  Rzayev  о  vaxtkı  Müdafiə  nazir-
liyində  məsul  şəxs  ilə  radsiya  vasitəsilə  əlaqə  saxla-
mış,  vəziyyəti  ona  məruzə  etdikdən  sonra  tutduqları 
mövqelərin  qorunub  saxlanması  üçün  kömək  gön-
dərməsini  xahiş  etmişdi.  Əks  təqdirdə  onun  döyüş-
çüləri mühasirəyə düşə bilərdilər. O məsul şəxsin ca-
vabı qısa və kəskin olmuşdu: 
–  “Sənə  kim  icazə  verib  Əsgərana  girməyə?  Tez 
qayıdın Ağdama!” 
Qan  bahasına  alınmış  tarixi  torpaqları  kimlərinsə 
xəyanətkar  göstərişi  ilə  tərk  etmək  məcburiyyətində 
 
Botalyon komandiri 
Yaqub Rzayev
 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə