Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə19/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

Güllə səsindən doğulan kitab 
89 
yaxın  artıb.  Belə  ki,  hazırda  hər  il  orta  hesabla  700-
dən çox mənzil inşa olunaraq müharibə əlilləri və şə-
hid  ailələrinin  istifadəsinə  verilir.  Son  illər  çoxmən-
zilli  binaların  inşasına  xüsusi  diqqət  yetirilir.  Əgər 
əvvəllər  daha  çox  ikimərtəbəli  16  və  4  mərtəbəli  36 
mənzilli binalar inşa olunurdusa, son illər 9  mərtəbəli 
81  mənzilli  və  12  mərtəbəli  96  mənzilli  binaların 
inşası da geniş vüsət alıb. 
Qüvvədə olan qaununvericiliyə əsasən... 
Şəhid ailələrinin mənzil-məişət, məşğuliyyət, təhsil 
şəraitinin yaxşılaşdırılması üçün bundan sonra görülə 
biləcək  işlərin  nədən  ibarət  olması  ilə  bağlı  “Şəhid 
Ailələrinə  Sosial  Dəstək”  İctimai  Birliyinin  rəhbəri 
Almaz Zeynalovanın fikirlərini öyrəndik. Söhbətimizə 
qüvvədə  olan  qanunvericiliyə  əsasən  şəhid  ailələrinə 
hansı güzəşt və imtiyazlarının verilməsindən başladıq: 
“Qüvvədə  olan  “Şəhid  adının  əbədiləşdirilməsi  və 
şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunla bu 
şəxslər  şəhid  ailəsinin  üzvləri  hesab  edilir:  ər-arvad, 
valideyn,  18  yaşına  çatmamış  uşaqlar,  18  yaşına 
çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəy-
yən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar 
və  bacılar,  uşaq  evlərində  tərbiyə  olunanlar;  texniki 
peşə,  orta  ixtisas  məktəblərində  və  ali  təhsil  mək-
təblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, 
lakin  ən  çoxu  23  yaşına  çatanadək;  qanunla  onları 
saxlamalı şəxs yoxdursa babalar və nənələr. 
Öncə adını çəkdiyim qanunda Azərbaycan Respub-
likasının  azadlığı,  suverenliyi  və  ərazi  bütövlüyü  uğ-


İ ra də   Əli li  
90 
runda  həlak  olan,  hərbi  əməliyyatla  əlaqədar  itkin 
düşən  və  qanunvericiliklə  müəyyənləşdirilmiş  qay-
dada  ölmüş  hesab  edilən  şəxslərin  və  onların  ailə-
lərinin  statusunu  və  sosial  müdafiəsini  tənzimləmək 
məqsədinə  xidmət  edir.  Qanunda  göstərilir  ki,  şəhid 
Azərbaycan  Respublikasının  azadlığı,  suverenliyi  və 
ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla 
əlaqədar  itkin  düşən  və  qanunvericiliklə  müəyyən-
ləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir”. 
Təminatlar... 
Almaz  Zeynalova  bildirir  ki,  «şəhid  ailəsi»  statu-
sunu  almış  ailənin  üzvlərinə  müxtəlif  təminatlar  ve-
rilir:  “Bu  təminatlardan  biri  ailə  başçısını  itirməyə 
görə əmək pensiyası ilə bağlıdır. Hansı ki, bu təminat 
“Əmək  pensiyaları  haqqında”  Azərbaycan  Respub-
likasının  Qanununa  uyğun  olaraq  tənzimlənir.  Bir 
başqa  güzəşt  isə  valideynlərdən  biri  həlak  olduqda 
onların  hər  uşağına  16  yaşı  (şagirdlər  üçün  18  yaş) 
tamam  olanadək  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən müəyyən  olunan məbləğdə aylıq müavinət 
təyin edilməsidir.  
Qanunvericiliyə  əsasən  işçilərin  sayı  və  ya  ştatı 
ixtisar  edilərkən  işdə  saxlanmaqda  onlara  üstünlük 
verilir.  Həkim  reseptləri  üzrə  dərman  almaq  üçün 
müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 
olmuş  qaydada  və  məbləğdə  müavinət  verilir;  tibb 
müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində 
sanatoriya-kurort  müalicəsi ilə  müvafiq  icra  hakimiy-
yəti  orqanı  tərəfindən  müəyyən  olunmuş  qaydada 


Güllə səsindən doğulan kitab 
91 
təmin  edilirlər.  Qanunvericiliyə  uyğun  olaraq  şəhid 
ailələri  yaşayış  sahəsi  ilə  təmin  edilirlər.  Bu  təminat 
hökumətin  müəyyənləşdirdiyi  qaydada  yerli  icra 
hakimiyyəti  orqanları  tərəfindən  həyata  keçirilir. 
Mənzil  şəraitini  yaxşılaşdırmağa  ehtiyacı  olan  şəhid 
ailələri  yaşayış  sahəsi  ilə  birinci  növbədə  təmin  olu-
nurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil 
tikintisi üçün məqsədli güzəştli asudə, yaşadığı yerdən 
asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə 
torpaq  sahəsi,  habelə  bağçılıq  birliyinə  (kooperativə) 
qəbul  zamanı  üstünlük  verilir.  Şəhid  ailəsi  xüsusi 
mülkiyyət  əsasında  mənzil  və  ya  fərdi  ev  alarkən, 
notariat  əməliyyatları  dövlət  rüsumu  ödənilmədən 
aparılır”.  
Qanunvericilikdə  dəyiĢiklik  olması  üçün  müra-
ciət olunub 
“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin 
rəhbərinin  sözlərinə  görə,  qanunvericilikdə  nəzərdə 
tutulan  hallar  arzuolunan  olsa  da,  gerçəklik  qanunla 
uyğun  gəlmir:  “Bu  gün  ölkəmizdə  şəhid  ailələrinə 
münasibət heç də qənaətbəxş deyil. Uzun illər keçmə-
sinə baxmayaraq, indi də müharibənin dəhşətini, ağrı-
acısını  yaşayanlardan  danışarkən  şəhid  ailələrini 
unutmaq  olmaz.  Amma  təəssüf  ki,  bu  gün  yalnız  və 
yalnız  şəhid  ailələrinin  üzləşdiyi  problemlərdən  söh-
bət  açılmır.  Onlara  göstərilən  diqqət,  qayğı  yetərli 
deyil. İtkin düşmüş və şəhid olmuş hərbi qulluqçuların 
ailələrinə 11  min  manat  müavinət  verilir. Çox  ailələr 
bundan  xəbərsizdi.  Amma  sonradan  bunu  alanlar  ol-


İ ra də   Əli li  
92 
du. Bu məsələ ilə bağlı bizə müraciət edənlər çox olur. 
Çalışırıq  ki,  belə  məsələləri  məhkəmə  yolu  ilə  həll 
edək.  Bu  gün  şəhid  ailələrinə  imtiyazlar  tətbiq 
olunmur.  Qanunda  çox  ciddi  boşluqlar  var.  Şəhidin 
uşaqları  18  yaşı  tamam  olandan  sonra  şəhid  ailəsi 
statusunu daşımır. Avtomatik olaraq ləğv olunur. İndi 
bu  məsələnin  üzərində  çalışırıq.  Müvafiq  quruma 
müracilətlər etmişik. Bir qeyri-hökumət təşkilat olaraq 
şəhid ailələri bizə müraciətlər edirlər. Məlum olur ki, 
bununla bağlı şəhid ailələri çox narahatdırlar”. 
“Mənzil-məiĢət Ģəraitinin yaxĢılaĢdırılması üçün 
müəyyən tədbirlər görülür” 
Almaz  Zeynalovanın  sözlərinə görə,  şəhid  ailələri-
nin  övladlarının  məşğuliyyət  problemləri  acı  gerçək-
likdir:  “Baxın,  əksər  şəhid  ailələrinin  övladları  ali 
təhsillidir.  Ancaq  nə  olsun  ki?  İş  problemi  var.  İşve-
rənlər  şəhid  ailəsinin  övladını  nəzərə  almırlar.  Məş-
ğuliyyət  məsələsində  heç  bir  güzəşt  yoxdur.  Biz 
müharibə  şəriatində  olan  ölkəyik.  İkinci  Qarabağ 
müharibəsi  hər  zaman  başlaya  bilər.  Şəhid  ailələrinə 
olan  münasibət  arzuolunan  olmalıdır  ki,  başqaları 
şəhid  olmaqdan,  yaxud  şəhid  ailəsi  olmaqdan  qürur 
duya bilsinlər. Problem bununla bitmir. Bəli, mənzil-
məişət  şəraitinin  yaxşılaşdırılması  üçün  müəyyən 
tədbirlər  görülür.  Ancaq  bu  o  demək  deyil  ki,  şəhid 
ailələrinin bu məsələdə də problemi yoxdur. Bəli, var! 
Yerli  icra  hakimiyyətlərində  şəhid  ailələrinə  mənzil 
verilməsi üçün onları qeydiyyata almalıdırlar. Mənzil 
tikilməsi  üçün  torpaq  sahəsi  ayrımalıdır.  Əksər 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə