Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə17/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

Güllə səsindən doğulan kitab 
79 
bütövlüyümüzü  qoruyaraq  ən  qaynar  nöqtələrdə 
düşmənlə  qarşı-qarşıya  gəlməkdən  qorxmayan,  şir 
kimi  döyüşərək  şəhid  olmuş  İbrahim  kimi  oğullar 
xalqının gözündə əsl qəhrəmandır. 
Almaz  xanım  övladlarını çətinliklə,  min-bir  əzabla 
böyütmüşdür. 
22 il vaxt keçsə də, Almaz xanımın gözləri elə hey 
yol  çəkir.  O  doğma  ellərin  həsrətiylə  yaşayır.  Şəhid 
Ailələrinə  Dəstək  ictimai  birliyini  yaratmaqla,  cəbhə 
bölgələrində,  digər  mötəbər  məclislərdə  müxtəlif 
tədbirlər  keçirir,  layihələr  hazırlayır.  Şəhid  ailələrin 
dərd-sərini  unutmaq,  onları  ovundurmaq  naminə 
bacardığı köməkliyi edir. 
Yüzlərlə  şəhid  haqqında  yazdığım  məqalələrimi 
göz  yaşımla  sulayıram  və  onda  bir  az  təskinlik  tapı-
ram.  
Əlbətdə ki, bu bizim borcumuzdur. 
Bir dəfə şəhid anası Minaxanım ana mənə oğlunun 
şəklini gətirib dedi: - Rauf müəllim, bu mənim oğlu-
mun  yeganə  şəklidir.  İtməsin. Onsuz  da  oğlum  Qara-
bağda erməni müharibəsinə döyüşərək itkin düşüb. O 
şəklin  üzünü  çıxardıb  bir  oçerk  yazmışdım.  Mina-
xanım ana mənə öz təşəkkürünü bildirib dedi: Elə bil 
ki, oğlumu tapmışam. Sən mənim balamsan. Həqiqə-
tən də igid oğullar şəkil çəkdirməyə yox, vətəni qoru-
mağa getmişdilər. Almaz Zeynalovanın ömür  yoldaşı 
da  əsl  döyüşçü  olmuş  və  bir  dəfə  də  olsun  hərbi 
formada şəkil çəkdirməmişdir. Milli Qəhrəman Gültə-
kin  Əsgərovanın  anası  Rəfiqə  xanımla  bir  neçə  gün 


İ ra də   Əli li  
80 
danışmasam,  tez  mənə  zəng  edir:  Rauf,  ananı  unut-
musan?! 
– Heç sizi unutmaq olarmı? 
Ömür-gün  yoldaşımın  dayıları,  milli  Qəhrəman 
Allahverdi  və  Eldar  Bağırov  qardaşları  haqqında, 
eləcə də yüzlərlə qəhrəmanlar haqqında kitablarımda, 
qəzet və jurnallarda yazsam da yorulmaq bilmirəm. II 
qrup əlil olduğum üçün hər dəqiqə əllərim tutula bilər. 
Odur  ki,  şəhid  haqqında  yazmağı  hansısa  pullu  mə-
murdan,  rəisdən  yazmaqdan  üstün  tuturam.  Məni 
özünə doğma bilən, şəhid analarının, şəhid bacılarının, 
şəhid  ailələrinin  qarşısında  baş  əyirəm.  Siz  hər  cür 
hörmətə,  şöhrətə,  şərəfə  layiq  doğmalarımsınız.  Biz 
balaların, nəvələrin xatirinə yaşamalı, qələbə sevincini 
dalmalıyıq. 
Allah bu arzumuza bizi çatdırsın. Amin 
 
Almaz  Zeynalova  dörd  qardaş,  iki  bacıdırlar.  Qar-
daşları Şahin, Hökmdar və Rəhimdar: 
1982-ci  ildə  erməni  quldurlarının  atdıqları  qrad 
mərmisi  Almaz  xanımın  qardaşı  Hökmdarın  yaşadığı 
Ağdamdakı  evlərinə  düşmüşdür.  Nəticədə  Hökmdar 
ağır yaralanmış, ev isə yararsız vəziyyətə düşmüşdür. 
Uzun müddət müalicə olunan Hökmdar hal-hazırda 
I  qrup  əlil  olsa  da,  çox  sağlam  insanların  görmədiyi 
sənətlə  rəssamlıqla  məşğuldur.  Eplepsiyadan  əziyyət 
çəkən  Hökmdar  istedadlı  rəssamdır.  Yəqin  ki,  bu 
haqda ayrıca yazmağına dəyər. Bir daha xatırladıram 
ki, İbrahim Əhmədpur üç körpə övladını vəfalı həyat 


Güllə səsindən doğulan kitab 
81 
yoldaşını  Almaz  Zeynalovanın  ümidinə  qoyaraq  ön 
cəbhəyə,  döyüşün  ən  qızğın  nöqtələrinə  getmiş  və 
erməni quldurlarına qarşı mətinliklə mübarizəyə apar-
mışdır.  Azərbaycanın  Milli  Qəhrəmanı  Asif  Məhər-
rəmovun  batalyonunun  tərkibində  növbəti  hücum 
zamanı  igidliklə  şəhid  olmuşdur.  II  qrup  Əlil  Ədalət 
Məhərrəmov  şahidi  olduğu  o  acı  illəri  ürəkağrısı  ilə 
qələmə  almışdır.  Almaz  Zeynalova  özündə  cəsarət 
tapmış,  3  körpə  övladını böyütmək  naminə  mübarizə 
aparmışdır. 
“Qarabağ”,  “Azərbaycan  ordusu”,  “Xəzərin  keşi-
yində”  qəzetini  “Şəhidlər  unudulmur”  rubrinasını 
müntəzəm  hazırlamaqla  cəbhə  bölgələrindən,  şəhid 
ailələrindən,  onlara  göstərilən  diqqət  və  qayğıdan  və 
lazım  gələndə  bəzi  məmur  özbaşınalığını  da  yazıb 
tənqit  etməklə  jurnalist  kimi  fəaliyyət  göstərmişdir. 
Şəhid Ailələrinə Sosial Yardım ictimai birliyini yarat-
maqla  uzun  müddətdir  ki,  bu  sahədə  səmərəli  fəaliy-
yət  göstərir,  layihələr  hazırlayır,  möhtəşəm  tədbirlər 
həyata  keçirir.  Tanınmış  ictimaiyyətçi  olan  Almaz 
Zeynalova  övladlarım  əsl  vətənpərvər  ruhda  böyüt-
müşdür. 
Bir  oğlu  cəbhə  bölgəsində  Rövşən  Əhmədpur  “N” 
saylı  hərbi hissədə baş  leytenant  rütbəsində  ləyaqətlə 
xidmət edir. 
2014-cü il Almaz xanım üçün çox ağır il olmuşdur. 
Evin ikinci oğlu, 28 yaşına təzə qədəm qoymuş se-
vimli ciyərparası Elçin öz avtomobilində qəzaya uğra-
mışdır. Bu acı kədərdən bərk sarsılan Almaz xanım o 


İ ra də   Əli li  
82 
günü xatırlayarkən göz yaşlarını saxlaya bilmir. 
–  “Elçin,  baxmayaraq  ki,  evin  2-ci  oğlu  idi,  ağ-
saqqal  idi.  Tay  tuşları,  qohumlar  da  ona  hörmətlə 
yanaşırdılar.  Çox  səbirli,  ağıllı  söhbətləri  ilə  böyük 
hörmət qazanmışdı. 
O mənə həm qardaş, həm ata, həm arxa idi. Bu dərd 
indidə gənc ananı üzsə də, çalışıram ki, söhbəti başqa 
səmtə yönəldəm. Amma qurumaq bilməyən o gözlərə 
baxa bilmirəm: 
Almaz xanıma: - Ağdamın Quzanlı kəndinə tez-tez 
mi  gedirsən?  Sualını  verərkən  fikrini  başqa  səmtə 
yönəltmək  istəyirəm.  Şəhid  ananın  gözlərində  vətən 
yanğısından  ümid  qığılcımlarını  görürəm!  Ağdamın 
mərkəzi  sayılan  Quzanlı  qəsəbəsində  görülən  tikinti, 
abadlıq,  quruculuq  işlərindən  fərəhlə  danışan  Almaz 
xanım,  rayona  yeni təyin  olunmuş  icra  başçısı  Raquf 
Məmmədovun  qısa  bir  zamanda  gördüyü  işləri  yada 
salır: 
–  Çay  evinin  həm  tikitisində,  həm  də  açılışında 
Quzanlıda  olduq.  Bir  daha  təskinlik  tapmaqla  bir 
vaxtlar  Ağdam  şəhərində  tikilmiş  çay  evinin  eyni, 
oxşarını görərkən çox sevindik- deyə Almaz xanımın 
çöhrəsi açılır. 
 Onu  da  qeyd  edim  ki,  Almaz  Zeynalova  Azər-
baycan Uşaq Fondunun Nəsimi rayon şöbəsinin sədri 
kimi də səmərəli fəaliyyət göstərir. 
Bu  məğrur  ana  şəhid  ailələrinə  hər  zaman  qayğı 
göstərir. 
 Söhbət  əsnasında  vaxtilə  Azərbaycanın  Milli 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə