Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə16/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   12   13   14   15   16   17   18   19   ...   253

 

 

56 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

ların olmaması ona gətirib çıxarır ki, amanabənd bina tikilir 



və o, “öz inşaatçılarından bir az çox qalaraq, onların nəsillə-

rinin başlarına labüdən uçacaqdır”

1

. Hobbs deyir ki, dövlətin 



süqutu mütləq hakimiyyətin çatışmazlığı ilə  şərtlənir və bu, 

heç də hökmən idarəetmənin monarxiya formasının nəticəsi 

deyildir. Məlum olduğu kimi, Qədim Romada cəmiyyətin 

devizi “Senat və Roma xalqı” idi, amma nə xalqın, nə  də 

senatın tam hakimiyyəti vardı ki, bu da çoxsaylı qiyamlara, 

müharibələrə, sonra isə demokratiyanın da məhvinə  gətirib 

çıxarmışdı. Odur ki, mütləq monarx və ya çoxluğun yığın-

cağının mənafelərini ifadə edən hansısa bir sima olan 

suveren öz əlindəki bütün hakimiyyətdən istifadə etməlidir. 

“Dövləti nəyin zəiflətdiyi və ya dövləti nəyin parçalan-

maya doğru apardığı barədə” Hobbsun tezisləri arasında mə-

nim diqqətimi müasir qərbləşməyə oxşar çox maraqlı bir mə-

qam cəlb etdi. Məsələn,  Şərqi Avropa və MDB ölkələrində 

dəyişikliklər Qərbi Avropa ölkələrindəki dövlət quruculuğu 

təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Bu da təbiidir. 

Manufakturalar və buxar mühərriki hələ meydana gəlməzdən 

əvvəl Hobbs yazırdı ki, “qonşu xalqlardakı idarəetmənin 

müxtəlif formalarının nümunələri çox vaxt adamları müəy-

yən olunmuş idarəetmə formasını dəyişdirməyə sövq edir”

2



Hobbs öz ölkəsinin tarixinə müraciət edərək, Niderlandda 

idarəetmə formasını  dəyişdirmiş burjua inqilabını misal 

çəkir. Məlum olduğu kimi, Şimali Niderlandda burjua 

inqilabının qələbəsi heç də yerli qaydanın təzahürü olaraq 

qalmamışdır. O, XVII əsrin birinci yarısında bütün Avropa-

nın iqtisadi və siyasi sahələrində qüvvələr nisbətini qəti  şə-

                                                 

1

 



Т.Гоббс. Левиафан, или Материя, форма и власть государства цер-

ковного и гражданского, 1651 г., часть 2, глава 29.

 

2

 



Yenə orada. 

 



 

 

57



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

kildə dəyişdirmişdir. Beləliklə, Hobbs sosial məkanların öz-



gələrin, ola bilsin, həmişə uğurlu olmayan təcrübəsini tətbiq 

etməyə meyil göstərdiyini vurğulayır.  

İngilis filosofu, liberalizmin banisi Con Lokk (1632-

1704) təbii hüquq, ictimai müqavilə, xalq suverenliyi, şəxsiy-

yətin məhrum edilə bilməyən azadlıqları, hakimiyyətlərin 

tarazlılığı, müstəbidə qarşı üsyanın qanuniliyi ideyalarına 

tam şərik çıxırdı. C.Lokk bu ideyaları inkişaf etdirdi, şəklini 

dəyişdirdi, yeniləri ilə  təkmilləşdirdi və bütöv siyasi-hüquqi 

təlimə – erkən burjua liberalizmi doktrinasına daxil etdi. O, 

öz siyasi-hüquqi təliminin  şərhini “İdarəetmə haqqında iki 

traktat” əsərində vermişdir. 

Lokk yazır ki, insana xas olan azadlıq vəziyyəti heç də 

özbaşınalıq vəziyyəti deyil və insan qeyri-məhdud azadlığa 

malik olsa da, bu azadlığın çərçivəsi, ən azı, özünümühafizə 

qanunu ilə müəyyənləşdirilmiş  hədlərdən kənara çıxmır.  

Hobbs kimi, Lokk da ilahiyyat konseptlərinə müraciət edir. 

O yazır: “Təbii vəziyyət təbiət qanununa malikdir. Təbii və-

ziyyət bu qanunla idarə olunur və o, hər bir kəs üçün icba-

ridir; bu qanunu təşkil edən zəka onunla hesablaşmaq 

istəyən bütün insanları öyrədir, bütün insanlar bərabər və 

müstəqil olduğuna görə, onların heç biri başqasının həya-

tına, sağlamlığına, azadlığına və ya mülkiyyətinə zərər vur-

mamalıdır; çünki bütün insanlar tək bir Tanrı  və  hədsiz 

dərəcədə müdrik Yaradan tərəfindən xəlq olunmuşdur

onların hamısı bir olan Rəbbin bəndəsidir, dünyaya Onun 

əmri və  işi ilə göndərilmişdir; bütün insanlar onları  xəlq 

edənin ixtiyarındadır və onların varlığı özlərinin deyil, 

Onun istədiyi qədər davam etməlidir”

1



                                                 



1

 

Дж. Локк. Два трактата о правлении, книга 2, глава 2.



 


 

 

58 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

İnkişaf və  tərəqqi insana doğulduğu gündən təbiət 



tərəfindən verilmiş öz təbii hüquqlarını başa düşmək üçün 

əlverişli zəmin yaradır. Lakin insan avtarkiya vəziyyətində, 

onu  əhatə edən hər  şeydən təcrid olunmuş halda yaşaya 

bilməz. Sosial gerçəklik fərdi ittifaqlara və cəmiyyətlərə cəlb 

edir və burada o, fasiləsiz fəaliyyət göstərən dünya 

sisteminin bir hissəsinə çevrilir. Təbiətin özünün yaratdığı bu 

konstruksiyada insan ümumi prosesin yalnız bir hissəciyidir 

və  hətta onun tərkib hissəsi olsa da, qərarların qəbul 

edilməsində və öz hərəkətlərində azaddır. 

Lokk yazır ki, insan özünün ilk cəmiyyətini nikah ittifaqı 

vasitəsilə yaratmışdır. Sonralar o, ailə  cəmiyyətinin bir 

hissəsinə çevrilmiş və valideynlərin münasibətlərinin tabeliyi 

altına düşmüşdür.  İnsanın yeri və rolu tədricən dəyişmişdir: 

o, hansısa cəmiyyətlərdə özünün azad xəlq edilmiş 

üstünlüyünü saxlamış, digərlərində isə münasibətlərin yeni 

tipinə – qulluqçu – ağa tipinə daxil olaraq, qeyri-azad fərdə 

çevrilmişdir. Azad olmaq hüququ ilə doğulan insan tarix 

boyu öz varlığının müxtəlif sosial formalarında təzahür edir. 

Lokka görə, siyasi cəmiyyət elə bir məkanda mümkündür 

ki, burada həmin cəmiyyətin nümayəndələri öz təbii haki-

miyyətindən imtina edir və beləliklə, onu qeyd-şərtsiz olaraq 

cəmiyyətin ixtiyarına verirlər. Deməli, birgə yaşayışın daimi 

və  qərəzsiz qaydalarını müəyyənləşdirən münsif məhz 

cəmiyyət olur. Vahid qaydalar əsasında birləşənlər, ümumi 

qanuna və ortaya çıxan mübahisələri həll etmək və 

cinayətkarları  cəzalandırmaq məqsədi ilə müraciət etmək 

mümkün olan məhkəmə müəssisəsinə malik şəxslər vətəndaş 

cəmiyyətini əmələ gətirirlər. C.Lokk yazır: “Hər hansı sayda 

insanlar bir cəmiyyətdə birləşərkən, onlardan hər biri təbiətin 

qanunu ilə ona xas öz icra hakimiyyətindən imtina edərək, 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə