114
Tarixdə bu gün
ŞUŞASIZ 20 il
1992
MA
Y
Ərazisi – 0.29 min kv.km
Əhalisinin sayı – 29,0 min nəfər
İnzibati mərkəzi – Şuşa
İşğal tarixi – 8 may 1992
1992-ci il may ayının 8-nə keçən
gecə erməni birləşmələri Şuşa şəhərinin
işğalı ilə başa çatan əməliyyat keçir-
di. Erməni hərbi birləşmələri keçmiş
sovet ordusunun 366-cı alayının 40
zirehli texnikasının bilavasitə iştirakı
və köməyi ilə səhər saat 6-dək şəhəri
kütləvi şəkildə artilleriya atəşinə tut-
du. Uzun sürən artilleriya atəşindən
sonra düşmənin minə yaxın əsgəri üç
tərəfdən şəhərə hücuma keçdi və Şuşa
işğal edildi.
Qeyd etmək lazımdır ki, Şuşaya
hücumdan bir neçə saat öncə Tehran-
da İran Prezidentinin vasitəçiliyilə
Ermənistan və Azərbaycan dövlət
başçıları Qarabağ münaqişəsinin dinc
yolla həllinə dair saziş imzalamışdı.
Azərbaycanın dilbər guşəsi, musi-
qi, mədəniyyət ocağı olan Şuşa şəhəri
dünyanın bəzi aparıcı dövlətlərinin
məzlum xalq kimi tanıdıqları, əslində
nəinki xalqımıza, bütün insanlığa qar-
şı terror siyasəti həyata keçirən məkrli
ermənilər tərəfindən işğal olunub. 289
kvadrat kilometr ərazisi olan Şuşa
şəhərində həmin dövrdə 24.900 əhali
yaşayıb. İşğalı zamanı 200-ə yaxın
insan qətlə yetirilib, 600 nəfər yara-
lanıb, 150 nəfər əlil olmuş, 552 körpə
yetim qalmış, 20 mindən artıq əhali isə
məcburi köçkün vəziyyətinə düşmüş-
dür.
İşğal nəticəsində Şuşadakı bir sıra
tarixi-mədəniyyət abidələri düşmən
tərəfindən talan edildi. Beş minə ya-
xın eksponatı olan Şuşa Tarix muze-
yi, Dövlət Xalça muzeyinin filialı və
Xalq Tətbiqi Sənəti muzeyi, Qarabağ
Dövlət Tarix muzeyi, həmçinin Laçın
rayonundakı Ağoğlan məbədi, dünya
əhəmiyyətli arxeoloji abidə sayılan pa-
leolit dövrünə aid Azıx mağarası, Xo-
calıdakı Əsgəran qalası, Kəlbəcər tarix
muzeyinin və digər mədəniyyət ocaq-
larının, rəsm qalereyalarının bənzərsiz
ekspozisiyaları dağıdılıb və talan olu-
nub, müqəddəs məbəd və məscidlər
təhqir edilib, kitabxanalar yandırılıb,
misilsiz əlyazma nümunələri məhv
edilib.
Bu siyahıya Xan mağarası, Qa-
xal mağarası, Şuşa qalası da olmaq-
la bütövlükdə 279 dini, tarixi və
mədəni abidə daxildir. Ermənilər
Azərbaycana məxsus olan bir çox
abidənin məhv edilməsinə və ya onla-
rın erməniləşdirilməsinə nail olublar.
Onlar Şuşada 7 məktəbəqədər uşaq
müəssisəsini, 22 ümumtəhsil məktəbini,
mədəni-maarif, kənd təsərrüfatı tex-
nikumlarını, 8 mədəniyyət evini, 14
klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3
muzeyi, Şərq musiqi alətləri fabrikini
dağıdıblar.
Artıq Şuşanın işğalından 20 il ötür.
Yəqin ki, bu illərin üstünə illər əlavə
olunmayacaq. Allah bütün şəhidlərə
rəhmət eləsin!
Ə d ə b i y y a t
Haşimi, Abdulla Əmir. Bir
neçə söz [Mətn] /Abdulla
Əmir Haşimi .- Germany;
Stockholm :[s.n.], 2009.
-134 s
Nərimanoğlu, M. Şuşa
qalalar şəhəri, muzeylər
məskəni idi: Şuşanın
işğalından 18 il keçir
[Mətn] /M.Nərimanoğlu
//Azərbaycan.-2010. -7
may.-S. 11.
Şirinova, A. Şuşasız 19
il... : Şuşada 480 nəfər
soydaşımız qətlə yetirilib,
600 nəfər yaralanıb, 22 min
nəfər didərgin düşüb [Mətn]
/A.Şirinova //Xalq cəbhəsi
.-2011.- 7 may .- S. 10.
Uğur. Düşmən tapdağı
altında qalan Şuşa: Bura
Azərbaycan türklərinin
sevimli şəhəri, yurd yeri
olub, yenə də olacaq... //
Xalq cəbhəsi.- 2011.-6 may.-
№80.- S. 14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.voanews.com
8
115
Tarixdə bu gün
LAÇININ İŞĞALINDAN 20 İL ÖTÜR
1992
MA
Y
Ərazisi – 1,84 min kv.km
Əhalisinin sayı – 73,1 min nəfər
İnzibati mərkəzi – LAÇIN
İşğal tarixi – 18.05.1992
Bu gün Azərbaycanın strateji cəhətdən
mühüm əhəmiyyət kəsb edən Laçın rayo-
nunun işğalından 20 il keçir.
1992-ci il may ayının 18-də erməni iş-
ğalçıları rayonun yüzlərlə mədəni-məişət
obyektini, onlarla qəsəbə, kənd və tari-
xi abidələrini dağıdaraq talan edib. İş-
ğal nəticəsində 63 min 341 Azərbaycan
vətəndaşı öz yurdundan didərgin düşüb.
1835 kvadrat kilometr ərazisi olan ra-
yonun 121 kəndi var. İşğal zamanı 300-
dən artıq hərbi və mülki şəxs həlak olub
və itkin düşüb. İşğal altında 8950 bina, o
cümlədən 7 sənaye və tikinti müəssisəsi,
471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə
tarix-mədəniyyət abidəsi qalıb.
1992-ci il mayın 8-də Şuşa şəhəri
Ermənistan tərəfindən işğal olunduqdan
sonra erməni silahlı qüvvələri intensiv
şəkildə ağır artilleriyadan rayon mərkəzini
atəşə tutub.
Şuşa şəhərinin Turşsu deyilən
ərazisindən və Ermənistan istiqamətindən
hücuma keçən düşmən mayın 18-də La-
çını işğal edib. Əhəmiyyətli geostrate-
ji mövqeyə malik olan Laçının işğalı
Azərbaycan iqtisadiyyatına ciddi ziyan
vurub.
Təbii sərvətlərlə zəngin olan Laçın ra-
yonunda Turşsu, Qaladərəsi, Ağanus, Xır-
manlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağ-
dalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli
bulaqlar mövcuddur.
Ekologiya və Təbii Sərvətlər Nazir-
liyinin rayonun işğalı ilə bağlı yaydığı
məlumatda bildirilib ki, Laçın rayonu
ərazisində ümumi ehtiyatları 1124 ton
olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarı-
bulaq), ehtiyatları 4457 min ton olan və
əhəng istehsalına yararlı Laçın əhəngdaşı,
ehtiyatları 2533 min kubmetr olan və is-
tismara cəlb edilən üzlük daşı istehsalına
yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı,
mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğ-
lan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan
külü və digər təbii sərvətləri var.
Laçın rayonundakı Qaragöl Dövlət
Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlı-
ğı da hal-hazırda işğal altındadır. Ümumi
sahəsi 240 hektar olan qoruqda 68 növdən
və 27 ailədən ibarət bitki örtüyü var. 1961-
ci ilin noyabr ayında heyvan və quşları
qoruyub saxlamaq və artırmaq məqsədi
ilə yaradılan Dövlət Təbiət Yasaqlığının
ərazisində cüyür, qaya keçisi, çöl donuzu,
ayı, turac, kəklik, qaratoyuq kimi nadir
fauna növləri məskunlaşıb. 1989-cu ildə
yasaqlıqda aparılan yoxlama zamanı dağ-
keçisi (bezoar keçisi) 96, qaban 360, cü-
yür 320, ayı 110 baş, eləcə də çoxlu sayda
canavar, porsuq, dələ, qırqovul, kəklik
qeydə alınıb.
İşğalçı dövlət beynəlxalq hüquq nor-
malarına, zəbt olunan Azərbaycan tor-
paqlarından Ermənistan qoşunlarının
qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin
qətnamələrinə məhəl qoymayaraq hazırda
Laçında qanunsuz məskunlaşma aparır.
Bu gün onların hər biri Qarabağın iş-
ğal altından qurtulacağı günü gözləyir.
Onların hər biri illər əvvəl uzaq düşmüş
istəklərinin, arzularının cücərəcəyi anla
yaşayırlar.
Qarabağa böyük qayıdışın olacağına
hamımız inanırıq.
Ə d ə b i y y a t
Ağamirzə, T. Ermənilər
həmişə Laçına yiyələnmək
arzusunda olmuşlar //Vətən
səsi.- 2011.-13 may.-S.3
Cəbrayılov, R. Laçınlılar
tezliklə yurda dönəcəklərinə
inanırlar //Xalq qəzeti.-
2011.-18 may.-
№106.- S. 9.
Alıoğlu, S. Laçın
Azərbaycanın əzəli və əbədi
torpağıdır // Respublika. -
2011.-18 may.- №103. - S.7.
İ n t e r n e t d ə
www.fenomen.az
www.pearl.az
www.milli.az
www.avciya.az
18