Redaksiya heyəTİ: Baş redaktor


Tarixdə bu gün ŞUŞASIZ 20 il



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə48/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   44   45   46   47   48   49   50   51   ...   138

114
Tarixdə bu gün
ŞUŞASIZ 20 il
1992
MA
Y
Ərazisi – 0.29 min kv.km
Əhalisinin sayı – 29,0 min nəfər
İnzibati mərkəzi – Şuşa
İşğal tarixi – 8 may 1992
1992-ci  il  may  ayının  8-nə  keçən 
gecə erməni birləşmələri Şuşa şəhərinin 
işğalı  ilə  başa  çatan  əməliyyat  keçir-
di.  Erməni  hərbi  birləşmələri  keçmiş 
sovet  ordusunun  366-cı  alayının  40 
zirehli  texnikasının  bilavasitə  iştirakı 
və köməyi ilə səhər saat 6-dək şəhəri 
kütləvi  şəkildə  artilleriya  atəşinə  tut-
du.  Uzun  sürən  artilleriya  atəşindən 
sonra düşmənin minə yaxın əsgəri üç 
tərəfdən şəhərə hücuma keçdi və Şuşa 
işğal edildi.
Qeyd  etmək  lazımdır  ki,  Şuşaya 
hücumdan bir neçə saat öncə Tehran-
da  İran  Prezidentinin  vasitəçiliyilə 
Ermənistan  və  Azərbaycan  dövlət 
başçıları Qarabağ münaqişəsinin dinc 
yolla həllinə dair saziş imzalamışdı.
Azərbaycanın  dilbər  guşəsi,  musi-
qi, mədəniyyət ocağı olan Şuşa şəhəri 
dünyanın  bəzi  aparıcı  dövlətlərinin 
məzlum xalq kimi tanıdıqları, əslində 
nəinki xalqımıza, bütün insanlığa qar-
şı terror siyasəti həyata keçirən məkrli 
ermənilər tərəfindən işğal olunub. 289 
kvadrat  kilometr  ərazisi  olan  Şuşa 
şəhərində həmin dövrdə 24.900 əhali 
yaşayıb.  İşğalı  zamanı  200-ə  yaxın 
insan  qətlə  yetirilib,  600  nəfər  yara-
lanıb, 150 nəfər əlil olmuş, 552 körpə 
yetim qalmış, 20 mindən artıq əhali isə 
məcburi köçkün vəziyyətinə düşmüş-
dür.
İşğal nəticəsində Şuşadakı bir sıra 
tarixi-mədəniyyət  abidələri  düşmən 
tərəfindən  talan  edildi.  Beş  minə  ya-
xın  eksponatı  olan  Şuşa  Tarix  muze-
yi,  Dövlət  Xalça  muzeyinin  filialı  və 
Xalq Tətbiqi Sənəti muzeyi, Qarabağ 
Dövlət Tarix muzeyi, həmçinin Laçın 
rayonundakı Ağoğlan  məbədi,  dünya 
əhəmiyyətli arxeoloji abidə sayılan pa-
leolit dövrünə aid Azıx mağarası, Xo-
calıdakı Əsgəran qalası, Kəlbəcər tarix 
muzeyinin və digər mədəniyyət ocaq-
larının, rəsm qalereyalarının bənzərsiz 
ekspozisiyaları dağıdılıb və talan olu-
nub,  müqəddəs  məbəd  və  məscidlər 
təhqir  edilib,  kitabxanalar  yandırılıb, 
misilsiz  əlyazma  nümunələri  məhv 
edilib. 
Bu  siyahıya  Xan  mağarası,  Qa-
xal  mağarası,  Şuşa  qalası  da  olmaq-
la  bütövlükdə  279  dini,  tarixi  və 
mədəni  abidə  daxildir.  Ermənilər 
Azərbaycana  məxsus  olan  bir  çox 
abidənin məhv edilməsinə və ya onla-
rın  erməniləşdirilməsinə  nail  olublar. 
Onlar  Şuşada  7  məktəbəqədər  uşaq 
müəssisəsini, 22 ümumtəhsil məktəbini, 
mədəni-maarif,  kənd  təsərrüfatı  tex-
nikumlarını,  8  mədəniyyət  evini,  14 
klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 
muzeyi, Şərq musiqi alətləri fabrikini 
dağıdıblar.
Artıq Şuşanın işğalından 20 il ötür.
Yəqin ki, bu illərin üstünə illər əlavə 
olunmayacaq.  Allah  bütün  şəhidlərə 
rəhmət eləsin!
Ə d ə b i y y a t
Haşimi, Abdulla Əmir. Bir 
neçə söz [Mətn] /Abdulla 
Əmir Haşimi .- Germany; 
Stockholm :[s.n.], 2009. 
-134 s
Nərimanoğlu, M. Şuşa 
qalalar şəhəri, muzeylər 
məskəni idi: Şuşanın 
işğalından 18 il keçir 
[Mətn] /M.Nərimanoğlu 
//Azərbaycan.-2010. -7 
may.-S. 11.
Şirinova, A. Şuşasız 19 
il... : Şuşada 480 nəfər 
soydaşımız qətlə yetirilib, 
600 nəfər yaralanıb, 22 min 
nəfər didərgin düşüb [Mətn] 
/A.Şirinova //Xalq cəbhəsi 
.-2011.- 7 may .- S. 10.
Uğur. Düşmən tapdağı 
altında qalan Şuşa: Bura 
Azərbaycan türklərinin 
sevimli şəhəri, yurd yeri 
olub, yenə də olacaq... //
Xalq cəbhəsi.- 2011.-6 may.- 
№80.- S. 14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.voanews.com
8


115
Tarixdə bu gün
LAÇININ İŞĞALINDAN 20 İL ÖTÜR
1992
MA
Y
Ərazisi – 1,84 min kv.km
Əhalisinin sayı – 73,1 min nəfər
İnzibati mərkəzi – LAÇIN
İşğal tarixi – 18.05.1992 
Bu gün Azərbaycanın strateji cəhətdən 
mühüm əhəmiyyət kəsb edən Laçın rayo-
nunun işğalından 20 il keçir. 
1992-ci il may ayının 18-də erməni iş-
ğalçıları rayonun yüzlərlə mədəni-məişət 
obyektini,  onlarla  qəsəbə,  kənd  və  tari-
xi  abidələrini  dağıdaraq  talan  edib.  İş-
ğal  nəticəsində  63  min  341  Azərbaycan 
vətəndaşı  öz  yurdundan  didərgin  düşüb. 
1835  kvadrat  kilometr  ərazisi  olan  ra-
yonun  121  kəndi  var.  İşğal  zamanı  300-
dən artıq hərbi və mülki şəxs həlak olub 
və itkin düşüb. İşğal altında 8950 bina, o 
cümlədən 7 sənaye və tikinti müəssisəsi, 
471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə 
tarix-mədəniyyət abidəsi qalıb.
1992-ci  il  mayın  8-də  Şuşa  şəhəri 
Ermənistan  tərəfindən  işğal  olunduqdan 
sonra  erməni  silahlı  qüvvələri  intensiv 
şəkildə ağır artilleriyadan rayon mərkəzini 
atəşə tutub.
Şuşa  şəhərinin  Turşsu  deyilən 
ərazisindən və Ermənistan istiqamətindən 
hücuma  keçən  düşmən  mayın  18-də  La-
çını  işğal  edib.  Əhəmiyyətli  geostrate-
ji  mövqeyə  malik  olan  Laçının  işğalı 
Azərbaycan  iqtisadiyyatına  ciddi  ziyan 
vurub. 
Təbii sərvətlərlə zəngin olan Laçın ra-
yonunda Turşsu, Qaladərəsi, Ağanus, Xır-
manlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağ-
dalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli 
bulaqlar mövcuddur.
Ekologiya  və  Təbii  Sərvətlər  Nazir-
liyinin  rayonun  işğalı  ilə  bağlı  yaydığı 
məlumatda  bildirilib  ki,  Laçın  rayonu 
ərazisində  ümumi  ehtiyatları  1124  ton 
olan  3  civə  (Narzanlı,  Çilgəzçay,  Sarı-
bulaq),  ehtiyatları  4457  min  ton  olan  və 
əhəng istehsalına yararlı Laçın əhəngdaşı, 
ehtiyatları 2533 min kubmetr olan və is-
tismara cəlb edilən üzlük daşı istehsalına 
yararlı  Qoçaz  mərmərləşmiş  əhəngdaşı, 
mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğ-
lan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan 
külü və digər təbii sərvətləri var.
Laçın  rayonundakı  Qaragöl  Dövlət 
Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlı-
ğı da hal-hazırda işğal altındadır. Ümumi 
sahəsi 240 hektar olan qoruqda 68 növdən 
və 27 ailədən ibarət bitki örtüyü var. 1961-
ci  ilin  noyabr  ayında  heyvan  və  quşları 
qoruyub  saxlamaq  və  artırmaq  məqsədi 
ilə  yaradılan  Dövlət  Təbiət  Yasaqlığının 
ərazisində cüyür, qaya keçisi, çöl donuzu, 
ayı,  turac,  kəklik,  qaratoyuq  kimi  nadir 
fauna  növləri  məskunlaşıb.  1989-cu  ildə 
yasaqlıqda aparılan yoxlama zamanı dağ-
keçisi (bezoar keçisi) 96, qaban 360, cü-
yür 320, ayı 110 baş, eləcə də çoxlu sayda 
canavar,  porsuq,  dələ,  qırqovul,  kəklik 
qeydə alınıb.
 İşğalçı dövlət beynəlxalq hüquq nor-
malarına,  zəbt  olunan  Azərbaycan  tor-
paqlarından  Ermənistan  qoşunlarının 
qeyd-şərtsiz  çıxarılmasına  dair  BMT-nin 
qətnamələrinə məhəl qoymayaraq hazırda 
Laçında qanunsuz məskunlaşma aparır. 
Bu gün onların hər biri Qarabağın iş-
ğal  altından  qurtulacağı  günü  gözləyir. 
Onların hər biri illər əvvəl uzaq düşmüş 
istəklərinin,  arzularının  cücərəcəyi  anla 
yaşayırlar. 
Qarabağa  böyük  qayıdışın  olacağına 
hamımız inanırıq.
Ə d ə b i y y a t
Ağamirzə, T. Ermənilər 
həmişə Laçına yiyələnmək 
arzusunda olmuşlar //Vətən 
səsi.- 2011.-13 may.-S.3
Cəbrayılov, R. Laçınlılar 
tezliklə yurda dönəcəklərinə 
inanırlar //Xalq qəzeti.- 
2011.-18 may.-
№106.- S. 9. 
Alıoğlu, S. Laçın 
Azərbaycanın əzəli və əbədi 
torpağıdır // Respublika. - 
2011.-18 may.- №103. - S.7. 
İ n t e r n e t d ə
www.fenomen.az
www.pearl.az 
www.milli.az
www.avciya.az
18


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə