Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə47/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   43   44   45   46   47   48   49   50   ...   138

112
Milli ədəbiyyat
150 
illiyi
MİRZƏ ƏLƏKBƏR SABİR  
1862-1911
MA
Y
Mirzə  Ələkbər  Zeynalabdin  oğlu 
Tahirzadə  1862-ci  il  may  ayının  30-da 
qədim  Şamaxı  şəhərində  anadan  olmuş-
dur. Balaca Ələkbərin 1874-cü ildə on iki 
yaşında ikən mollaxanadan çıxıb, məşhur 
şair  və  pedaqoq  S.Ə.Şirvaninin  dərs  de-
diyi  məktəbdə  təhsilini  davam  etdirməsi 
onun  həyatında  və  yaradıcılıq  taleyində 
əlamətdar hadisə olmuşdur. 
Yaradıcılığının  ilk  dövründə  Sabir 
bəzi yumoristik və satirik parçalar istisna 
edilərsə, əsasən, mədhiyyə, növhə, mərsiyə 
yazmışdır.  Bir  müddət  Aşqabad,  Buxa-
ra, Səmərqənd, Mərv, Səbzəvar, Xorasan 
şəhərlərində  yaşayıb,  özbək  və  türkmən 
ziyalıları ilə yaxından tanış olması, həyat 
müşahidələrini,  bilik  və  məlumatlarını 
zənginləşdirməsi, XIX əsrin axırı və XX 
əsrin  əvvəllərində  C.Məmmədquluzadə, 
F.Köçərli,  A.Səhhət,  S.M.Qənizadə  və 
başqaları  ilə  dostluğu,  qabaqcıl  ictimai 
ideyaların təsiri onun yaradıcılıq inkişafı-
na ciddi təkan vermişdir. Maarifpərvərlik 
ruhunda  yazılmış  ilk  şeiri  1903-cü  ildə 
“Şərqi-rus” qəzetində çap olunmuşdur. 
1905-ci 
ildə 
yazdığı 
məşhur 
“Beynəlmiləl” şeiri xalqlar dostluğuna həsr 
edilmişdir. O zamandan Sabir “Həyat”, “İr-
şad”, “Zənbur”, “Dəbistan”, “Həqiqət” və 
s. mətbuat orqanlarında şeir və məqalələr 
çap  etdirmişdir.  “Molla  Nəsrəddin”  jur-
nalında iştirakı (1906-11) Sabir yaradıcı-
lığının ən yetkin və məhsuldar dövrüdür. 
Cəlil  Məmmədquluzadə  ilə  yaradıcılıq 
və  məslək  dostluğu  Sabir  üçün  çox  fay-
dalı olmuşdur. Onlar “Niyə mən dərsdən 
qaçdım”,  “Axundla  keşişin  vədi”  və  s. 
felyetonları  birgə  yazmışdılar.  “Molla 
Nəsrəddin”  jurnalında  şairin  “Hophop”, 
“Ağlar  güləyən”,  “Əbunəsr  Şeybani”, 
“Boynuburuq”, “Sudayi” və s. gizli imza-
larla satirik şeirləri çap olunmuşdur. Sabir 
Azərbaycan  ədəbiyyatı,  ictimai  və  bədii 
fikrin  ən  böyük  simalarındandır.  “Bakı 
fəhlələrinə”,  “Təraneyi-asilanə”,  “Fəhlə 
özünü ...” kimi şeirlərində Sabir poeziya-
ya fəhlə surətləri gətirmiş, onların böyük 
tarixi mübarizəsinə dərin rəğbətini bildir-
mişdir. 
Onun  şeirləri  kitab  şəklində  yal-
nız  onun  vəfatından  sonra,  başda  Ab-
bas  Səhhət  olmaqla  qələm  yoldaşları 
–  C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, 
F.Köçərli və başqa müasirlərinin köməyi 
ilə  işıq  üzü  görmüşdür.  Sabirin  əsərləri 
1912-ci  ilin  axırlarında  “Hophopnamə” 
adı  altında  çapdan  çıxmışdır.  Kita-
ba  ad  seçərkən  A.Səhhət  şairin  “Molla 
Nəsrəddin”də  işlətdiyi  ilk  gizli  (Hop-
hop)  imzasını  əsas  götürmüşdür.  Bu 
“Hophopnamə”nin ilk nəşri idi. 
M.Ə.Sabir  1911-ci  ildə  qaraciyər 
xəstəliyindən  vəfat  etmiş,  Şamaxıdakı 
“Şahi-Xəndan”  xiyabanında  dəfn  olun-
muşdur. 
Şairin adı Azərbaycan xalqı tərəfindən 
əbədiləşdirilmişdir.  Sabir  yaradıcılığı-
na  həsr  olunmuş  bir  sıra  bədii  əsərlərdə 
onun  obrazı  yaradılmışdır.  H.Nəzərlinin 
“Sabir” pyesi, Mir Cəlalın “Yolumuz ha-
radır?” romanı buna gözəl bir nümunədir. 
Sabirabad şəhərinə, respublikada bir sıra 
maarif  və  mədəniyyət  ocağına  onun  adı 
verilmişdir.
1958-ci  ildə  Bakının  mərkəzi 
küçələrindən 
birində 
heykəltəraş 
M.Qaryağdının  yaratdığı  M.Ə.Sabirin 
heykəli əvvəllər burada qoyulmuş abidəni 
əvəz etmişdir.
Ə d ə b i y y a t
Hophopnamə [Mətn] : 2 
cilddə / M.Ə.Sabir; tərt., 
izahların və lüğətin müəl.: 
filol. e.d., prof. Məmməd 
Məmmədov.-  Bakı : Şərq-
Qərb, 2004.
Cəfər, Ə. Mirzə Ələkbər 
Sabir şeirinin qafiyə lüğəti 
[Mətn] / Ə.Cəfər.- Bakı : 
Qanun, 2005.-130 s. 
Избранные произведения 
[Текст] /М.А.Сабир. - Л.: 
Сов.писатель, 1983.- 303 
с.
Керимова, Е. Внутренний 
мир М.А.Сабира [Текст]:/ 
Е.. Керимова, филос. 
очерк. - Баку, 1999.- 47 с.
Мирахмедов, А. Плачуший 
смех [Текст]: жизнь и 
творчество М.А.Сабира 
/пер. В.Богуславского.- 
Москва: Художественная 
литература, 1989.- 317 с.
30
Şair


113
Xarici ədəbiyyat 
135 
illiyi
170 
illiyi
MƏHƏMMƏDƏLİ XAN  
SADİQ OĞLU TƏRBİYƏT  
1877-1940
MA
Y
 Mirzə Məhəmmədəli xan Sadiq oğlu 
Tərbiyət  1877-ci  il  may  ayının  26-da 
Təbrizdə  anadan  olmuşdur.  O,  Təbrizdə 
yeni  tipli  “Tərbiyət”  mədrəsəsi  və  eyni 
adlı kitabxana açmış, “Gəncine yi fünun” 
jurnalını nəşr etdirmiş, “İttihad” qəzetinin 
redaktoru olmuşdur. 
M.Tərbiyət  Yaxın  Şərq  və  Avropa 
ölkələrinə səfər etmiş, bir müddət Bakı-
da iranlıların “İttihad” məktəbində müdir 
işləmişdir.
O,  İran  inqilabının  fəal  iştirakçısı 
olmuş,  onun  məğlubiyyətindən  sonra 
Berlində və İstanbulda mühacirətdə yaşa-
mışdır.
M.Tərbiyət  1921-ci  ildə  vətənə  qa-
yıtmış,  Cənubi  Azərbaycan  Maarif 
İdarəsinin  rəisi,  Təbrizin  bələdiyyə  rəisi 
olmuş, bir neçə dəfə İran Milli Məclisinə 
deputat seçilmişdir. 
“İran  və  fars  mətbuatı  dəftərindən 
səhifələr”  əsərində  XX  əsrə  qədərki 
Cənubi  Azərbaycan  mətbuat  və  mətbəə 
tarixi işıqlandırılır.
Onun qədim dövrlərdən XX əsrin 30-
cu illərinədək yazıb-yaratmış Azərbaycan 
şair, yazıçı, rəssam, nəqqaş, xəttat, musi-
qiçi, alim, jurnalist, və digər mədəniyyət 
xadimləri haqqında geniş məlumat veril-
miş  “Danişmandani  Azərbaycan”  əsəri 
Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəti 
tarixinə dair mühüm mənbədir.
M.Tərbiyətin  Cənubi  Azərbaycanın 
coğrafiyasına dair əsərləri də var. O, ərəb, 
fars, fransız və ingilis dillərini mükəmməl 
bilirdi. Firdovsinin 1000 illik yubileyində 
Bakıda olmuşdur.
Alim,  maarifçi  demokrat,  ictimai  xa-
dim Mirzə Məhəmmədəli xan Sadıq oğlu 
Tərbiyət 1940-cı il yanvarın 17-də vəfat 
etmişdir.
Ə d ə b i y y a t
Mirzə Məhəmmədəli xan 
Sadıq oğlu Tərbiyət [Mətn] 
//Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə.- Bakı , 
1986.- IX cild.- S.254-255.
26
SERETELLİ GEORGİ 
YEFİMOVİÇ 
1842-1900
Seretelli  Georgi  Yefimoviç  1842-ci 
il  may  ayının  26-da  Gürcüstan  SSR-nin 
Saçxere rayonunun Qorisa kəndində ana-
dan olub. 1860-cı ildə Peterburq Univer-
sitetinin Fizika-riyaziyyat fakültəsinə da-
xil olmuşdur. Universitet illərində tələbə 
iğtişaşlarında iştirakına görə həbs oluna-
raq, bir neçə ay Kronştadt qalasında sax-
lanılmışdır.
O,  1863-cü  ildə  vətənə  qayıtmış 
və  1860-70-ci  illər  gürcü  inqilabi-
demokratik  hərəkatının  “Meore-dasi”nin 
fəal  xadimlərindən  olmuşdur.  1893-cü 
ildən nəşr etdirdiyi “Kvali” qəzeti 1897-
ci ildən “Mesame-dasi”nin orqanı idi.
Yazıçı  “Qulkan”,  “İlk  addım”  ro-
manlarında,  povest  və  hekayələrində 
gürcü  həyatının  sosial  ziddiyyətlərini, 
təhkimçiliyin  iflasını  realistcəsinə  təsvir 
etmiş,  əməkçi  xalqa  dərin  rəğbətini 
göstərmişdir. 
Gürcü yazıçısı, publisist, tənqidçi, ic-
timai xadim 1900-cü il yanvar ayının 24-
də vəfat etmişdir.
Ə d ə b i y y a t
Əsərləri [Mətn]: Asmat /
Seretelli Georgi Yefimoviç
tərc. ed. Ə.Aslanov.- Bakı: 
Azərnəşr,1951.- 100 s.
 Hekayələr [Mətn] /Se-
retelli Georgi Yefimoviç; 
tərc. ed. R.Şıxəmirov; red. 
R.Salamova.- Bakı: Gənclik, 
1976.- 94 s.
Publisist
Gürcü yazıçısı


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə