Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə55/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   51   52   53   54   55   56   57   58   ...   138

130
Musiqi.Opera.Balet 
90 
illiyi
SARA QƏDİMOVA 
1922-2005
MA
Y
Sara  Bəbiş  qızı    Qədimova  1922-
ci  il  may  ayının  31-də  Bakıda  anadan 
olub.  Əslən  Ağdamın  Abdal-Gülablı 
kəndindəndir.  Səsi  lirik-koloratur  sopra-
nodur. Azərbaycan Dövlət Filarmoniyası-
nın solisti (1941-ci ildən) olmaqla yana-
şı,  1957-1962-ci  illərdə  ADOBT-nin  da 
aparıcı  səhnə  ustası  olub.  Oxuduğu  bəzi 
təsniflərin musiqisi özünə məxsusdur.
Əmək  fəaliyyətinə  1941-ci  ildə  Müs-
lüm Maqomayev adına Azərbaycan Dövlət 
Filarmoniyasının  solisti  kimi  başlayan 
Sara  Qədimova  nadir  istedadı  sayəsində 
qısa  müddət  ərzində  müğənni  kimi  tanı-
nıb, dinləyicilərin böyük məhəbbətini qa-
zanıb. İkinci Dünya müharibəsi illərində 
dahi Üzeyir Hacıbəyovun və Səməd Vur-
ğunun  yaratdığı  və  müğənninin  cəbhədə 
azərbaycanlı  əsgərlər  qarşısında  oxudu-
ğu  “Şəfqət  bacısı”  mahnısı  qəhrəman 
Azərbaycan  qadınının  təcəssümünə  çev-
rilib.
Sara Qədimovanın sənətkar kimi yetiş-
məsində  Hüseynqulu  Sarabski,  Xan  Şu-
şinski, Seyid Şuşinski kimi qüdrətli ustad-
ların böyük təsiri olub. O, öz sələflərinin 
layiqli davamçısı olaraq ömrünün sonuna 
kimi klassik ifaçılıq ənənələrinə sadiq qa-
lıb.
Azərbaycan Dövlət Opera və Balet Te-
atrında aparıcı partiyalarda çıxış edən Sara 
Qədimovanın adı opera səhnəsində yarat-
dığı Leyli və Əsli obrazları ilə yadda qa-
lıb. Onun oxuduğu “Bayatı-Şiraz”, “Şur”, 
“Şahnaz”, “Qatar”, “Mahur-hindi”, “Xaric 
segah”  muğamları,  müxtəlif Azərbaycan 
xalq  mahnıları  ifaçılıq  sənəti  tariximizə 
qızıl  hərflərlə  yazılıb.  Müğənninin  ifa-
sında “Qarabağ şikəstəsi” isə Azərbaycan 
musiqisi tarixində özünəməxsus yer tutur. 
Xalq  musiqisinin  incəliklərinə  dərindən 
yiyələnmiş Sara Qədimova ifa üslubu ilə 
milli  musiqi  xəzinəmizi  zənginləşdirən 
böyük  sənətkarlardan  olub,  dərin  tarixi 
köklərə  və  ənənələrə  malik  Azərbaycan 
xanəndəlik  məktəbində  layiqli  yer  tuta-
raq  onun  inkişafına  öz  töhfəsini  verib. 
Müğənninin  altmış  ildən  artıq  bir  döv-
rü  əhatə  edən  yaradıcılığının  başlıca 
qayəsi Azərbaycan mədəniyyətinə xidmət 
göstərmək olub. Sara Qədimovanın milli 
musiqimizə hədsiz sədaqətlə səciyyələnən 
həyat  yolu  gənc  xanəndələr  nəsli  üçün 
daim örnək olacaq.
  Milli  mədəniyyətimizi  dəfələrlə  xa-
rici  ölkələrdə  böyük  uğurla  təmsil  etmiş 
Sara Qədimova Azərbaycan xalq musiqi-
sini  müxtəlif  xalqların  nümayəndələrinə 
sevdirə  bilib  və  çıxış  etdiyi  ən  mötəbər 
səhnələrdə dərin rəğbətlə qarşılanıb. 
Müğənni  1963-cü  ildən  Azərbaycan 
Respublikasının Xalq artisti fəxri adına la-
yiq görülmüşdür. 1978-ci ildə Azərbaycan 
Dövlət  Qastrol-Konsert  birliyinin  so-
listi  olub.  Azərbaycanın  “Şərəf  nişanı”, 
“Şöhrət” ordeni ilə təltif olunmuşdur. Sara 
Bəbiş qızı Qədimova 2005-ci il may ayı-
nın 12-də Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Elsevər, S. Yaddaşımızdakı 
səs... [Mətn] : [Xalq artisti, 
xanəndə Sara Qədimova 
haqqında] /S.Elsevər //Eks-
press.- 2011.- 19-21 fevral.- 
S. 14; 26-28 fevral.- S.12; 
5-7 mart.- S.18.
Həsənqızı, F. El ruhunda 
[Mətn] /H.Həsənqızı .- Bakı 
: Azərbaycan, 1993.- 112 s. 
 Naxçıvanlı, Ə. Düşəydi 
[Mətn] : Xalq artisti Sara 
Qədimovanın əziz xatirəsinə: 
[şeirlər] /Ə.Naxçıvanlı //
Ədəbiyyat qəzeti.-2007. -16 
mart. - S.6.
Səhnəmizin Leylisi [Mətn]: 
[Üzeyir bəyin bəyəndiyi qız 
sonradan böyük xanəndə 
oldu] //Şərq .- 2011.- 8,10 
mart.- S. 11.
 Təranə. Şirin səsin sahibi 
[Mətn] /Təranə //Mövqe.- 
2009.- 30 may-1 iyun.- S. 13.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.kataloq.net
www.azeriart.net 
31
Xanəndə


131
İYUN
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 


3 






10 
11 
12 
13 
14 
15
 
16 
17 
18 
19 
20 
21 
22 
23 
24 
25 
26 
27 
28 
29
30 
®
Uşaqların Bеynəlxalq Müdafiə Günü (01.06.1950)
• 
Azərbaycanda Mülki Aviasiya İşçilərinin Peşə 
• 
Bayramı Günü (02.06.2006)
Azərbaycanın YUNESKO-ya üzv qəbul 
• 
edilməsinin (03.06.1992) 20 illiyi
Radio və Televiziya verilişləri Komitəsinin 
• 
yaradılmasının (04.06.1957) 55 illiyi
Ətraf Mühitin Mühafizəsi Günü (05.06.1972)
• 
Beynəlxalq Qan Donor Günü (14.06.2001)
• 
Milli Qurtuluş Günü (15.06.1993)
• 
Ümumdünya Qaçqınlar Günü (20.06.2000)
• 
M.F.Axundzadə adına Milli Kitabxanada büstü
1939-cu il iyun ayının 1-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət 
Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına görkəmli mütəfəkkir, 
filasof, dramaturq M.F.Axundzadənin adını verməyi qərara aldı. 1939-
cu  ilin  iyulundan  kitabxana  M.F.Axundov  adına  Azərbaycan  Dövlət 
Ümumi  Kitabxanası  (Hazırda  M.F.Axundzadə  adına  Milli  Kitabxa-
na)  adlandırılmağa  başlandı.1962-ci  ildə  kitabxanada  (heykəltəraş 
İ.Zeynalov) büstü qoyulub.
1 iyun
Gün çıxır 06:12  
Gün batır 21:05
30 iyun
Gün çıxır 06:10  
Gün batır 21:15
Əkizlər 
bürcünün 
Nişanı Havadır. 
Merkurinin 
himayəsindədir. 
Günəşin 
Əkizlər 
bürcünün 
keçdiyi dövrdə 
doğulanlar 
çox ağıllı 
olub, hər şeyi 
bilməyə həvəs 
göstərir, şəraitə 
asanlıqla 
uyğunlaşırlar. 
200 il
1812-1878
M.F.Axundzadə


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə