Redaksiya heyəTİ: Baş redaktor


Teatr. Kino.Estrada.Sirk



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə2/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   2   3   4   5   6   7   8   9   ...   138

5
Teatr. Kino.Estrada.Sirk 
Xalq artisti, aktyor Mirzəyev Mikayıl Şahvələd oğlunun (01.01.1947-
03.06.2006) аnаdаn оlmаsının 65 illiyi
Хаlq аrtisti Zеynаlоv Еldəniz Məmməd oğlunun (01.01.1937-05.11.2002) 
аnаdаn оlmаsının 75 illiyi
SSRİ Хаlq аrtisti, Azərbaycanın Dövlət Mükafatı laureatı Hacıyev İsmаyıl 
Yusif oğlunun (İsmayıl Dаğıstаnlı) (06.01.1907-01.04.1980) аnаdаn 
оlmаsının 105 illiyi
Musiqi. Opera. Balet
Хаlq аrtisti, prоfеssоr, piаnоçu Səfərəliyеvа Kövkəb Kamil qızının 
(03.01.1907-27.06.1985) аnаdаn оlmаsının 105 illiyi
Naxçıvan MR-nın Əməkdar artisti, müğənni Qubadov Hüsnü Baba oğlunun 
(04.01.1922- 13.08.1991) аnаdаn оlmаsının 90 illiyi
Əməkdar incəsənət xadimi, tarzən Mansurov Mirzə Mansur Məşədi Məlik 
oğlunun (05.01.1887-30.06.1967) аnаdаn оlmаsının 125 illiyi
Əməkdаr incəsənət хаdimi, musiqişünаs, Аbаsоvа Еlmirа Əbdülhəmid 
qızının (10.01.1932-12.02.2009) аnаdаn оlmаsının 80 illiyi
Хаlq аrtisti, rəqqasə Məlikоvа Аfаq Süleyman qızının (18.01.1947) аnаdаn 
оlmаsının 65 illiyi
Xalq artisti, dirijor Abdullayev Kamal Cahanbaxış oğlunun (18.01.1927-
05.12.1997) аnаdаn оlmаsının 85 illiyi
Хаlq аrtisti, rəqqаs Məmmədоv Böyükаğа (Mirməmməd) Mircəfər oğlunun 
(23.01.1927) аnаdаn оlmаsının 85 illiyi
Хаlq аrtisti, balerina Vəkilоvа Lеylа Məhəd qızının (29.01.1927-
20.02.1999) аnаdаn оlmаsının 85 illiyi
Avstriya bəstəkarı Şubert Frans Peterin (31.01.1797-19.11.1828) аnаdаn 
оlmаsının 215 illiyi
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura
Azərbaycanın Əməkdar inşaatçısı, Dövlət Mükafatı laureatı Ələsgərov 
Hənifə Əlisgəndər oğlunun (01.01.1912-1991) anadan olmasının 100 illiyi
Rəssаm, boyakar və qrafik Kəngərli Bəhruz (Şamil) Şirəlibəy oğlunun 
(22.01.1892-07.02.1922) аnаdаn оlmаsının 120 illiyi
Rus boyakarı Şişkin İvan İvanoviçin (25.01.1832-20.03.1898) аnаdаn 
оlmаsının 180 illiyi
Əməkdar memar Fərəcov Fərəc Səttar oğlunun (27.01.1912-07.09.1990) 
аnаdаn оlmаsının 100 illiyi


6
Yaponiyada  və  digər  Şərq  ölkələrində  qəbul 
edilmiş  təqvimə  əsasən  12  illik  tsikl  daxilində 
hər  bir  il  müəyyən  heyvan  işarəsi  altında  keçir. 
Müəyyən ildə dünyaya gəlmiş adam bir sıra fitri 
xassələrə malik olur və taleyi bu xassələrdən asılı 
olur. Şərqdə çox məşhur olan bu təqvimə əsasən 
2012-ci il Əjdaha ilidir. 
Əjdaha  çox  sağlam,  gümrah,  qüvvətli  və 
fəaldır. Ürəyi açıqdır, qızıl kimi safdır, xırdaçı, ri-
yakar, dalca danışan, qeybət qıran deyildir, hətta 
ən  adi  hiyləgərliyi  də  yoxdur.  Xeyirxah  donuz 
kimi  sadəlövh  olmasa  da,  tez  inanandır  və  onu 
həmişə aldatmaq olur. Əjdaha həssasdır. Çox vaxt 
səbəbli-səbəbsiz narahat olur. Təkmilləşməyə ça-
lışdığı üçün həm özünə həm də başqalarına qarşı 
tələbkardır. Dəqiqdir. Çox tələb edir, lakin çox da 
fayda verir.
Əsəbidir.  Dilini  saxlaya  bilmir  və  çox  vaxt 
düşünmədən danışır. Buna baxmayaraq onun rəyi 
ilə hesablaşmaq lazımdır, cünki yaxşı məsləhətlər 
verir.
İşə  çox  həvəslə  girişir.  Tez  məftun  olur. 
Məğrurdur. Hərtərəfli qabiliyyət sahibidir, ziyalı, 
iradəli, dözümlü, alicənabdır, onun sözünə baxır-
lar, nüfuzludur.
Əjdaha  ömrüboyu  heç  nədən  korluq  çək-
məyəcəkdir. Hər hansı işdən müvəffəqiyyət qaza-
nacaqdır. Hansı peşəni seçirsə seçsin – istər artist, 
istər döyüşçü, istər həkim, istərsə də siyasətçi ol-
sun, həmişə parlayacaqdır. Böyük bir işdən yapış-
sa həmişə məqsədə çatacaqdır. Bədbəxtlikdən pis 
işə də girişsə eyni dərəcədə müvəffəqiyyət qaza-
nacaqdır, o qalibdir!
Çox  zaman  sevilir,  lakin  özü  nadir  hallar-
da  sevir.  Məhəbbətdə  heç  zaman  peşmançılıq 
çəkməyəcək  və  ya  dərdə  mübtəla  olmayacaqdır. 
Bununla birlikdə Əjdaha bəzən faciəyə və fəlakətə 
bais ola bilər. 
Həyatının birinci mərhələsində Əjdahanın kiçik 
çətinlikləri olacaqdır, cünki o, yaxın adamlarından 
çox şey tələb edəcəkdir. Əjdahanın artistlik tem-
peramenti  həyatının  ikinci  mərhələsində  bir  çox 
problemlər yaranmasına səbəb olacaqdır.
Ətrafdakılardan üstün olan əjdaha çox vaxt başa 
düşülməyəcəkdir.  Həqiqətdə  isə  ona  məftun  ola-
caq, sözünə baxacaqlar. Kədəri az, müvəffəqiyyəti 
çox olacaqdır. Xasiyyəti ağırdır, həmişə narazıdır. 
Lakin  həyatının  son  mərhələsində  xoşbəxt  ola-
caq,  bütün  istəklərinə  çatacaqdır.  Əjdaha  uğur, 
müvəffəqiyyət, səma qüdrəti və ən nəcib astroloji 
təsir işarəsidir. O, həyatın və yüksəlişin rəmzidir. 
Əjdaha dörd nemət gətirir: zənginlik, xeyirxahlıq, 
ahəngdarlıq və uzun ömür.
Lakin hər  medalın o  biri  üzü  də  olur.  Əjdaha 
zahirən  xoşbəxt  görünsə  də,  unutmayın  ki,  bu 
xəyaldır. Əjdaha daim parlayır, lakin bu gözqamaş-
dırıcı  parıltı  deyildir.  Əjdahanın  güclü  şəxsiyyət 
olması  da  zahiri  əlamətdir.  Real  həyatda  Əjdaha 
yoxdur. Əjdaha parad üçün olan heyvandır. Sakit 
və qüdrətli karnaval fiqurasıdır.
Öz  arzularına  uyğun  olaraq  o,  od,  qızıl  və 
su  püskürəcəkdir.  Lakin  bayramdan  sonra  onu 
yeyəcəklər və simurq quşu kimi o növbəti bayram 
üçün  kül  içərisindən  dirilib  qalxacaqdır.  Əjdaha 
xəyali heyvandır.
Ə d ə b i y y a t
Əjdaha ili [Mətn] //Ulduz falları: Ensiklopediya lüğəti.-Bakı, 
1991.-S.63-65.
ƏJDAHA İLİ


7
Milli ədəbiyyat
85  
illiyi
ƏLFİ QASIMOV 
1927-1985
YANV
AR
Əlfi  Səhlik  oğlu  Qasımov  1927-ci 
il yanvar ayının 5-də Ağdam rayonu-
nun  Poladlı  kəndində  anadan  olmuş-
dur.  Yeddiillik  təhsilini  kənddə  alan 
Ə.Qasımov  Ağdam  Pedaqoji  Texni-
kumuna  daxil  olmuşdur.  Texnikumu 
bitirdikdən  sonra  Ağcabədi  rayonu-
nun Xocavənd və Boyad kəndlərində 
müəllimlik etmişdir.
Ə.Qasımov 1944-cu ildə Ağdamda-
kı 2 illik Müəllimlər İnstitutuna daxil 
olub, 1946-cı ildə oranı bitirmişdir. 
O,  1946-1951-ci  illərdə  Azərbay-
can  Dövlət  Universitetinin  Filologi-
ya  fakultəsinin  jurnalistika  şöbəsində 
oxumuşdur.  Ə.Qasımov  oranı  bitir-
dikdən  sonra  1951-1958-ci  illərdə 
“Azərbaycan  müəllimi”  qəzetində 
şöbə  müdiri  və  redaktor  müavini, 
“Ədəbiyyat  və  incəsənət”  qəzetində 
məsul  katib  (1958–1966-cı  illər) 
vəzifələrində çalışmışdır. 1966-cı ildə 
Azərbaycan  SSR  Nazirlər  Sovetinin 
Dövlət mətbuat komitəsində nəşriyyat 
idarəsinin rəisi işləmişdir.
Ə.  Qasımov  ədəbi  yaradıcılığa  ilk 
dəfə 1945-ci ildə Ağdamda müəllimlər 
institutunda  oxuyarkən  başlamışdır. 
“Xalq  arzusu”  adlı  ilk  şeiri  Ağdam-
da  çıxan  “Lenin  yolu”  qəzetində  çap 
olunmuşdur.  Universitetdə  oxuduğu 
illərdə Ə. Qasımovun şeirləri respub-
likanın müxtəlif qəzet və jurnallarında 
dərc edilmişdir. 
Ə.  Qasımovun  “Əriməzin  ətək-
lərində”  adlı  ilk  oçerklər  kitabı 
1954-cu  ildə  çapdan  çıxmışdır.  Bun-
dan  sonra  isə  “Şagird  briqadaları” 
(1960),”Odlu  ürək”  (1962),  “Dnepr 
qəhrəmanı”  (1963),  “Ulduz  karvanı” 
(1967), “Saçlar ağarsa da” (1970) adlı 
oçerklər kitabları nəşr olunmuşdur. O, 
“Məni qınamayın” (1968) adlı povest 
və  hekayələr  kitabının,  “Qızburunda 
tək məzar” (1970) adlı sənədli poves-
tin də müəllifidir. 
Əlfi  Qasımovun  kitabları  Mosk-
vada, 
Alma-Atada, 
Aşqabadda, 
Daşkənddə  nəşr  olunmuş  və  onlar 
barəsində məqalələr yazılmışdır. Yazı-
çının Bakıda böyük tirajla çap edilən  
“Toy gecəsi” adlı gözəl romanı kitab 
rəflərimizin bəzəyinə çevrilmişdir. 
Əlfi  Səhlik  oğlu  Qasımov  1985-ci 
il mart ayıınn 12-də Bakıda vəfat et-
mişdir. 
Ə d ə b i y y a t
Bəhyəddin Mirzəyev [Mətn] 
/Ə. Qasımov; red. X. H. 
Vəzirov].- Bakı :Azərnəşr, 
1985.
Toy gecəsi [Mətn]: roman-
lar /Ə. Qasımov; [red. O. 
Salamzadə] .-Bakı : Yazıçı, 
1985. -382s.
Mehdixanlı, T. Şəxsiyyət 
ucalığı, yaradıcılıq zirvəsi 
[Mətn]: [Əlfi Qasımov 
haqqında] /T.Mehdixanlı 
//Təzadlar.- 2009.- 21-23 
may.- S.4.
Şahmar, E. Xoş bir xatirə 
[Mətn]: [Əlfi Qasımov haq-
qında] /E.Şahmar 
// Ədəbiyyat qəzeti.- 2010.- 9 
aprel.- S.5. 
Yaqub, Z Həmişə zəhmətlə 
anılan kişi [Mətn]: [Əlfi Qa-
sımov haqqında] /Zəlimxan 
Y //Ədalət.-2010.- 16 yan-
var.- S.22.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www. google.az
Yazıçı
5


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə