Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə58/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   54   55   56   57   58   59   60   61   ...   138

138
Milli ədəbiyyat
200 
illiyi
MİRZƏ FƏTƏLİ AXUNDZADƏ  
1812-1878
İYUN
Mirzə  Fətəli  Məhəmmədtağı  oğlu 
Axundzadə  (Axundov)  1812-ci  il  iyun 
ayının 30-da Nuxa (indiki Şəki) şəhərində 
anadan olmuşdur.
Fətəlinin  ruhani  olmasını  istəyən 
Axund  Hacı  Ələsgər  (anasının  əmisi) 
1832-ci  ildə  onu  Gəncəyə  aparır.  Gənc 
Fətəli  burada  məntiq  və  fiqh  elmlərini, 
habelə  dahi  Azərbaycan  şair  və  filosofu 
Mirzə  Şəfi  Vazehdən  xəttatlıq  sənətini 
öyrənmişdir. 
Dövrünün  müasir  elmlərilə  maraqla-
nan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus 
məktəbinə daxil olur və bir il burada təhsil 
alır. 
1834-cü  ildə  o,  Qafqazın  baş  haki-
mi  baron  Rozenin  dəftərxanasında  Şərq 
dilləri  üzrə  mütərcim  şagirdi  vəzifəsinə 
düzəlmişdir. Həmin ildən ta ömrünün so-
nuna  qədər  baş  dəftərxanada  əvvəl  mül-
ki,  sonralar  hərbi  işlər  üzrə  mütərcim 
vəzifəsində çalışan M.F. Axundzadə Ru-
siya və İran ilə Türkiyə dövlətləri arasında 
aparılan bir sıra mühüm diplomatik danı-
şıqlarda fəal iştirak etmişdir. Zaqafqaziya 
daxilində  hökumətin  bəzi  vacib  dövlət 
tədbirlərinə  cəlb  olunmuşdur.  1873-cü 
ildə  ona  hərbi  rütbə  -  polkovnik  rütbəsi 
verilmişdir.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti 
Qafqaz  şöbəsinə  üzv  seçilən Axundzadə 
sonralar  Qafqaz  Arxeoqrafiya  Komis-
siyasında  tədqiqat  işlərinə  cəlb  olunur. 
Axundzadə “Əkinçi” qəzetinin nəşrinə bö-
yük əhəmiyyət vermiş, onun səhifələrində 
“Vəkili  Milləti-Naməlum”  imzası  ilə 
məqalələr dərc etdirmişdir. 
1857-ci  ildə  M.F.Axudzadə  ərəb 
əlifbası  əsasında  yeni  əlifba  tərtib  edib, 
həmin əlifba layihəsini dövrünün məşhur 
dilşünas  alimlərinə,  şərqşünaslarına 
göndərmiş, bu məsələ ilə əlaqədar dəfələrlə 
Türkiyəyə səfər etmiş, əlifba islahatı uğ-
runda fəal mübarizəyə başlamışdır. Lakin 
onun bu arzusu həyata keçməmişdir.
M.F.Axundzadə 
bədii 
yaradıcı-
lığa  “Səbuhi”  təxəllüsü    ilə  yazdığı 
“Zəmanədən şikayət” adlı şeirlə başlamış-
dır.  O,  1837-ci  ildə  A.S.Puşkinin  vəfatı 
ilə  əlaqədar  “Puşkinin  ölümünə  Şərq 
poeması”nı yazır. 
M.F.Axundzadə  1850-ci  ildə  yazdığı 
“Hekayəti-Molla  İbrahimxəlil  kimyagər” 
əsəri  ilə  Azərbaycan  ədəbiyyatında  dra-
maturgiyanın  əsasını  qoymuşdur.  Sonra 
bir-birinin ardınca “Hekayəti-Müsyö Jor-
dan həkimi-nəbatat və dərviş Məstəli şah 
caduküni-məşhur” (1850), “Hekayəti-xırs 
quldurbasan”  (1851),  “Sərgüzəşti-mərdi-
xəsis” (“Hacı-Qara”) (1852) və “Mürafiə 
vəkillərinin  hekayəti”  (1855)  adlı  kome-
diyalarını yazmışdır. 
1857-ci ildə o,  Azərbaycan nəsrinin ilk 
nümunəsi  olan  “Aldanmış  kəvakib”  adlı 
povestini,  1865-ci  ildə  “Kəmalüddövlə 
məktubları”  adlı  məşhur  fəlsəfi  əsərini 
yazmışdır.
O,  bədii  yaradıcılıqla  yanaşı  bir  çox 
tənqidi məqalələr də yazmışdır.
Mirzə  Fətəli  Axunzadə  1878-ci  il 
fevralın 27-də (yeni təqvimlə martın 10-
da)  vəfat  etmişdir.  Dahi  sənətkarın  öz 
vəsiyyətinə  görə  o,  Tiflisdə  müsəlman 
qəbiristanlığında, sadiq müəllimi və dos-
tu  M.Ş.Vazehin  qəbri  yaxınlığında  dəfn 
olunmuşdur.
Ə d ə b i y y a t
Əsərləri [Mətn]: 3 cilddə /
Mirzə Fətəli Axundzadə.- 
Bakı : Şərq-Qərb, 2005.- 
C.1.- 296 s.; C.II.-376 s.; 
C.III.- 296 s.
Mirzə Fətəli Axundzadənin 
200 illik yubileyinin 
keçirilməsi haqqında : 
Azərbaycan Respublikası 
Prezidentinin Sərəncamı, 13 
aprel 2010-ci il  [Mətn]//
Azərbaycan.- 2010.- 14 
aprel.- S.2.
Abbaslı, T. Azərbaycan 
teatrının banisi [Mətn] 
/T.Abbaslı //Mədəniyyət.- 
2010.- 21 may.- S.13. 
Həsənoğlu, R. Sübhün səfiri 
[Mətn] /R.Həsənoğlu //Mə-
dəniyyət.-2011.- 8 aprel.- S. 
11.
Тагизаде, С. М.Ф.Ахундов 
и Европа [Текст] 
/С.Тагизаде.- Баку, 1991.- 
50 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org 
30
İctimai xadim


139
Xarici ədəbiyyat 
80 
illiyi
ROJDESTVENSKİ 
ROBERT İVANOVİÇ 
1932-1994
İYUN
Rus  şairi  Rojdestvenski  Robert 
İvanoviç  1932-ci  il  iyun  ayının  2-də 
Altay ölkəsinin Kosixa kəndində ana-
dan olub. O, 1943-cü ildə hərbi musiqi 
məktəbində oxuyub. 
Ədəbi fəaliyyətə 1950-ci ildə baş-
lamışdır. İlk şeirləri “Za rubejom” adlı 
jurnalında dərc olunmuşdur. 
Şair  1951-ci  ildə  Litva  İnstituna 
qəbul olunur. 1956-cı ildə həmin insti-
tutu bitirdikdən sonra R. Rojdestvens-
ki Moskvaya gəlir.
R.Rojdestvenski 1972-ci ildə Lenin 
komsomolu  mükafatı,  1974-cü  ildə 
Dövlət  Mükafatı  laureatı  adına  layiq 
görülüb. 
Şair “Bahar bayraqları”, “İzdihamlı 
xiyaban”, “Yaşıdıma”, “Təsir dairəsi”, 
“Xətt”  və  s.  şeir  və  poema  kitabla-
rının  müəllifidir.  Bir  sıra  şeirlərinə, 
“Rekviyem” 
poemasına 
musiqi 
bəstələnmişdir.
Onun  həmçinin  Azərbaycana  həsr 
olunmuş  şeir  və  məqalələri  vardir. 
“Azərbaycan  –  şairlər  diyarıdır”, 
“Əgər sən Bakını görməmisənsə...” və 
s. şeirləri buna gözəl nümunədir. Onun 
Azərbaycan  haqqında  yazdığı  “Çox 
sağ  ol”  adlı  şeirlər  kitabı  respublika-
mızda  nəşr  olunmuşdur.  Azərbaycan 
poeziyasından  etdiyi  tərcümələri  də 
vardır. Şeirləri bir çox dünya xalqları-
nın dilinə tərcümə olunmuşdur. 
R.Rojdestvenski rus ədəbiyyatında 
özünəməxsus  yer  tutan  Evqeni  Yev-
tuşenko,  Bella  Axmadulina,  Andrey 
Voznesenski  kimi  görkəmli  şairlərlə 
bir sırada durur. 
Robert  Rojdestvenski  1994-cü  il 
avqus  tun  19-da  Moskvada  vəfat  et-
mişdir.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
2
Rus şairi


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə