ƏSMƏR
ƏLIYEVA
Paratarif tədbirləri dedikdə idxal-ixrac rüsumlarından başqa mallar
ölkəyə gətirilərkən alman ödəmələr başa düşülür. Bunların içərisində ƏDV
və aksizlər şübhəsiz mühüm yer tutur.
Məm ƏDV və aksiz, həm də digər paratarif tədbirləri ilə yanaşı olaraq,
milli istehsalçıların maraqlarının qorunması və ölkə daxilində istehsal
olunan malların rəqabətə davamlılığının stimul- laşdınlması məqsədilə tarif
tədbirləri də paralel olaraq tətbiq olunur. Həmin ödəmələr idxal olunan
malların qiymətlərinə təsir edir və ölkə daxilində istehsal olunan eyni adlı
malların istehsalçılarının maraqlarının müdafiəsinə yönəlir.
Paratarif vasitələri müxtəlif ölkələrdə spesifik formalarda özünü biruzə
verir. Məsələn, Avstriyada ixracın inkişafı fonduna yığımlar, Danimarkada
ətraf mühitin mühafizəsi üçün yığımlar, İtaliyada plastik konteynerlərdə
malların ölkə ərazisinə idxalı zamanı alınan yığımlar, İsveçdə bitkilərin
mühafizəsi üzrə vergilər, Finlandiyada tullantılarla mübarizə ilə bağlı
yığımlar mövcuddur.'
Müəlliflərin fılaincə, paratarif metodları gömrük rüsumları kimi xarici
ticarət əlaqələrinə birbaşa deyil, dolayı yolla təsir etsə də, bu
təsir bir qayda
olaraq hiss edilən və əhəmiyyətli olur.^
Qiymət üzərində nəzarəti isə antidempinq və kompensasiya tədbirləri
kimi xarakterizə etmək olar. Antidempinq tədbirləri - ölkə ərazisinə idxal
olunan malların qiymətlərinin süni şəkildə aşağı salınması ilə aparılan
mübarizə tədbirləridir. Kompensasiya tədbirləri isə, xarici hökumətlər
tərəfindən milli ixracatçı-şirkətlərə ayrılan ixrac subsidiyaları ilə mübarizə
üçün tətbiq olunur.
' Международные экономические отношения:
Учебник / Под ред.
Б.М.Смитиенко. М.: ИНФРА-М, 2009, с. 124
^ Дюмулен И.И. Международная торговля. Тарифное и нетарифное
регулирование: Учебник. М.: ВАВТ, 2009, с. 330-340; Трошкина Т.Н. Таможенные
платежи: Учебно-практическое пособие. М.: Городец, 2007, с. 20-21
35
OSMƏR ƏI.IYKVA
çorçivQsindo antidcmpinq mosolobrini tonzimbyon müddoalara yenidon
baxıldı. 1979-cu ildo yeni anlaşma imzalandı və Anlidem- pinq
Məcəlləsinin mətnində növbəti dəyişikliklər edildi. Bu zaman məcəllənin
müddəaları Avropa İqtisadi Birliyinin iştirakçılarının mənafeləri üçün
yenidən nəzərdən keçirildi. Aparimış danışıqlar nəticəsində Antidcmpinq
Məcəlləsi qəbul edildi və 1980-ci il yanvarın 1-dən qüvvəyə mindi. Qeyd
edək ki, bu mərhələdə digər bir qeyri-tarif tədbiri, kompensasiya
rüsumlarının tətbiqini tənzimləyən Subsidiya və kompensasiya üzrə
rüsumlar Məcəlləsi də qəbul edildi.' Lakin bu
da Antidcmpinq Məcəlləsinin
mətnində son dəyişiklik deyildi.
1994-cü il 15 apreldə QATT-ın VI maddəsinin sayca üçüncü və
indiyədək qüvvədə olan şərhi (1994-cü il Antidcmpinq Məcəlləsi)
imzalandı. Sənəd rəsmi olaraq, «QAlT-ın VI maddəsinin şərhi haqqında
1994-cü il Sazişi» adlanır. Məcəllənin birinci maddəsində deyilir:
«Antidcmpinq tədbiri yalnız QAfT-ın VI maddəsində nəzərdə tutulmuş
hallarda və hazırkı məcəllənin müddəalarına uyğun olaraq başlanılan və
aparılan təhqiqatlar nəticəsində tətbiq edilir».
3 fəsil və 18 maddədən ibarət olan Antidcmpinq Məcəlləsi 1967- ci il və
1979-cu il mətnlərindən fərqli olaraq burada dempinqin tərifi, antidcmpinq
təhqiqatlarının açılması və keçirilməsi prosedurları, antidcmpinq
tədbirlərinin tətbiqi və qüvvədə olma müddətlərinə aid daha mükəmməl
qaydalar nəzərdə tutulur. Lakin tədqiqatçılar bu variantı da ideal qəbul
etmirlər.
Belə hesab olunur ki, ziyanla bağlı məsələlər məcəllənin
mətnində
kifayət qədər yaxşı əks olunmamışdır.^
' Sadıqov Ə.İ. Beynəlxalq iqtisadi hüquq: Dərslik / Bakı: Bakı Universiteti nəşriyyatı,
2008, s. 132
- Əliyev A.Ə. Gömrük işi və dünya iqtisadiyyatının inkişafı. Bakı: Çaşıoğlu, 2003, s.
208-211
37