noqrafıyadır'*^ Burada sülh konfransında digər məsələlərlə yanaşı ABŞ-m
Güney Azərbaycanda və Türkiyədə siyasəti öz əksini tapmışdır. Müəllif
Türkiyənin müharibədə Şandundan da zəngin qənimət olduğunu yazır'".
ABŞ prezidenti Vudro Vilsonun yaxın müşaviri olmuş E. Hauzun
(1858-1938) Yel universitetinin tarix professoru Çariz Seymur tərəfindən
öyrənilmiş və çap edilmiş arxivi"' bu dövrdə ABŞ-ın yeritdiyi siyasəti
öyrənmək üçün önəmlidir. Arxivin bütün cildlərində hərbi təchizat,
müharibənin aparılması və s. məsələlər geniş işıqlandırılır. Bu qiymətli
topluda ABŞ-ın və müttəfiqlərinin keçmiş Rusiya imperiyasına və Qafqaza
dair siyasətləri barədə maraqlı materiallar və faktlar toplanmışdır.
İngilis mənbələri
Xarici siyasət sənədləri
İngilis mənboləri problemi araşdırmaqda əhəmiyyətli rol oynamışdır.
İngiltəro xarici siyasətinə dair sənədlər xüsusi qeyd edilməlidir.
1917-
1921-ci illərdə İngiltərənin Güney Qafqaz siyasətini öyrənmək üçün
mühüm mənbələrdən biri 1922-ci ildə İngiltərə Xarici İşlər Nazirliyinin
1917-1921 illərdə Güney Qafqazda baş verən hadisələrə dair hazırladığı
icmaldır. İcmalın bəzi hissələri keçmiş sovet tarix jurnallarında çap
cdilmişdif’h İngilis ekspedisiya korpusunun generalı Corc Milnin “Böyük
Britaniya müdafiə nazirliyinin Qara dəniz orduları baş komandanı, general,
ser C. F. Milndən aldığı” Türkiyə ilə barışıq imzalandığı andan türk sülh
müqaviləsi (1920-ci il 10 avqust) imzalanana qədər onun tabeliyində olan
orduların hərəkəti barədə” adlı məlumatı İngiltərənin Qafqaz siyasətini başa
düşməkdə mühüm mənbədir.
1918-
ci il oktyabrın 30-dan 1920-ci ilin avqustunadək general Milnin
səlahiyyətləri Qara dənizə, Qafqazə, Xəzər dənizinə, Xəzər ətrafı
vilayətlərə, Mərvə və Türkmənistana qədər yayılmışdır. Bu məlumat
1921-ci il yanvarın 4-də “London qəzetin dördüncü əlavəsində çap
edilmişdir”. Məlumatda Qafqazda və Xəzər dənizi ətrafında baş verən
hərbi-siyasi hadisələr, ingilis ordularının qarşısında duran ümumi siyasi
vəzifələr, rus ordularının çıxarılması, neft sənayesinin idarə olunması və
neft boru xəttinin işləməsi. Xəzər dənizində ingilislərin hökmranlığı, milli
münaqişələrə qoşulması, Bakının tutulması və başqa məsələlər işıqlandırılır.
Eyni zamanda 1918-ci ilin martında ermə
23
nilərin azərbaycanlıları qırması faktı da etiraf edilir’''. Məlumatda bildirilir
ki, 1918-ci ilin noyabrında Bakının 260 minlik əhalisinin 200 mini
azərbaycanlılar idi’^
Memuar ədəbiyyatı
İngiltərənin tanınmış dövlət və hərb xadimlərinin xatirələri Böyük
Britaniyanın Azərbaycan siyasətinin bir sıra məqamlarını öyrənmək üçün
qiymətlidir. İngilis memuar ədəbiyyatı içərisində birinci dünya müharibəsi
ilə bağlı məsələləri öyrənmək üçün qiymətli mənbə baş nazir işləmiş David
Lloyd Corcun (1863-1945) hərbi xatirələridir’“. Burada Qafqaz və Bakı
nefti uğrunda mübarizəyə dair maraqlı faktlar vardır.
Lloyd Corcun birinci dünya müharibəsi nəticəsində imzalanmış sülh
müqavilələrinə həsr edilmiş xatirələri” qalib dövlətlərin Yaxın və Orta Şərq
siyasətini, o cümlədən, Qafqaz siyasətini öyrənməyə imkan verir.
Cənubi Azərbaycanda ingilis ordularının komandam, general-mayor L.
Denstervilin on yeddi fəsildən ibarət olan xatirələr kitabı’” ingilislərin
Azərbaycanda yeritdikləri siyasəti öyrənmək üçün əhəmiyyətlidir. Burada
1917-ci ilin sonundan başlayaraq ingilislərin Bakıya diqqət yetirmələrinin
səbəbləri, məqsədləri və b. məsələlər öz əksini tapmışdır.
Birinci dünya müharibəsi illərində ingilis kəşfiyyatçısı işləmiş kapitan
Ferdinand Toxaym müharibə qurtardıqdan dərhal sonra yazdığı, İngiltərədə
üç dəfə təkrar nəşr olunan və rus dilinə tərcümə edilən kitabı” gizli xidmət
orqanlarının regionda dövlətin ümumi siyasətini neçə yerinə yetirmələrini
öyrənməkdə əhəmiyyətlidir. Kitabın beşinci fəsli (s. 85-94) Yaxın və Orta
Şərqdə kəşfiyyatın fəaliyyətinə həsr edilmişdir. Müəllif yazır: “İngilislər
türk mövqelərinin arxasında agent-rezident sarıdan çatışmazlıq hiss
etmirdilər. Suriyalı, erməni və 3nınan tacirlər bəzən Osmanlı dövlətinə olan
nifrətlərinə görə, bəzən də paxıllıqdan öz xidmətlərini təklif etməyə
ləngimirdilər'™. F. Toxay bu regionda türk-alman və ingilis kəşfiyyatı
arasında gedən məxfi mübarizəni açmağa nail olmuşdur. Xüsusən, İranda və
Güney Azərbaycanda ingilis və alman kəşfiyyatı arasındakı mübarizəyə dair
kitabda verilən faktlar maraqlıdır.
24
Almaniya mənbələri
Generalların raportları
Türkiyənin Güney Qafqaz, o cümlədən, Azərbaycan siyasətini, bu
siyasətə Almaniyanın münasibətini və alman imperatorluğunun Azərbaycan
siyasətini öyrənmək üçün qiymətli mənbələrdən biri türk ordusunda
müxtəlif vəzifələr tutmuş alman generallarının raportlarıdır. Bu məxfi
raportlar Türk Kültürünü Araşdırma Enstitisünün çapdan buraxdığı birinci
dünya savaşı illərində Türkiyədə çalışan alman generallarının
raportlarıdır"".
Burada 1913-1918-ci illərdə Türkiyədə çalışmış general Otto Liman fon
Sandersin (1855-1929), Fon Bronsartın, Fon Sektin məxfi və tam məxfi
raportlarında Türkiyə ordusunun vəziyyəti, Portonun Qafqaza və Güney
Azərbaycana dair siyasətinə aid maraqlı məlumatlar, müharibədə
Türkiyənin məğlubiyyətə uğramasının səbəbləri haqqında fikirlər
toplanmışdır. Bu raportlar 1918-ci ildən başlayaraq Osmanlı iraperatorluğu
ilə Almaniya arasında Azərbaycan üstündə kəskin ixtilafların olduğunu bir
daha təsdiq edir. Generalların raportları Almaniyanın öz siyasətində
Azərbaycana, xüsusən, Bakı neftinə böyük önəm verdiyini, bundan ötrü
hətta müttəfiqi olan Türkiyədən xəlvəti Rusiya ilə danışıqlara getdiyini də
göstərir.
Memuar ədəbiyyatı
Almaniya hərb xadimlərinin xatirələri bu dövlətin və Osmanlı
imperatorluğunun Azərbaycan siyasətinin çoxlu qaranlıq məqamlarına
aydınlıq gətirir. Bununla belə, xatirələrdə söylənilən fikirləri olduğu kimi
müqayisə və təhlil etmədən qəbul etmək yanlışlıq olardı. Müxtəlif ölkələrin
hərb xadimlərinin xatirələrini öyrənərək müqayisə etmək və gerçəkliyi üzə
çıxartmaq zəruridir. Bu baxımdan alman ordusunun mayoru - türk
ordusunun xidmətinin podpolkovniki Emest Pa- rakenin xatirələri diqqəti
cəlb edir. Bu xatirələr “1917-1918-ci illərdə Yaxın Şərq haqqında xatirələr“
adlanır. Moskva Dövlət Universitetinin elmi kitabxanasında makina
yazısında cildlənmiş halda saxlanılan xatirələr yalnız 1920-ci il yanvarın 24
və 28-də “Berliner Tageblatf’da çap edilmişdir. E. Paraken 1917-ci ildə
Almaniya ordusu ali baş komandanlığı tərəfindən Türkiyəyə ezam edilmiş,
altıncı türk ordusunun Mesopotamiya cəbhəsində qərargah rəisi təyin
edilmiş, 1918-ci ilin yayında türk ordusunun Bakını azad etməyə
ha^ırlaşdr^vaxtbu
əməliyyatı
həyata
keçirən
Şərq
ordularuje*ptffllm„qəfafgämTəısı oıtnuşdur.
P5
Dostları ilə paylaş: |