Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə8/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   4   5   6   7   8   9   10   11   ...   99

noqrafıyadır'*^ Burada sülh konfransında digər məsələlərlə yanaşı ABŞ-m 
Güney  Azərbaycanda  və  Türkiyədə  siyasəti  öz  əksini  tapmışdır.  Müəllif 
Türkiyənin müharibədə Şandundan da zəngin qənimət olduğunu yazır'". 
ABŞ  prezidenti  Vudro  Vilsonun  yaxın  müşaviri  olmuş  E.  Hauzun 
(1858-1938)  Yel  universitetinin  tarix  professoru  Çariz  Seymur  tərəfindən 
öyrənilmiş  və  çap  edilmiş  arxivi"'  bu  dövrdə  ABŞ-ın  yeritdiyi  siyasəti 
öyrənmək  üçün  önəmlidir.  Arxivin  bütün  cildlərində  hərbi  təchizat, 
müharibənin  aparılması  və  s.  məsələlər  geniş  işıqlandırılır.  Bu  qiymətli 
topluda ABŞ-ın və müttəfiqlərinin keçmiş Rusiya imperiyasına və Qafqaza 
dair siyasətləri barədə maraqlı materiallar və faktlar toplanmışdır. 
İngilis mənbələri 
Xarici siyasət sənədləri 
İngilis  mənboləri  problemi  araşdırmaqda  əhəmiyyətli  rol  oynamışdır. 
İngiltəro xarici siyasətinə dair sənədlər xüsusi qeyd edilməlidir. 
1917-
 
1921-ci illərdə İngiltərənin Güney Qafqaz siyasətini öyrənmək üçün 
mühüm  mənbələrdən  biri  1922-ci  ildə  İngiltərə  Xarici  İşlər  Nazirliyinin 
1917-1921  illərdə  Güney  Qafqazda  baş  verən  hadisələrə  dair  hazırladığı 
icmaldır.  İcmalın  bəzi  hissələri  keçmiş  sovet  tarix  jurnallarında  çap 
cdilmişdif’h İngilis ekspedisiya korpusunun generalı Corc Milnin “Böyük 
Britaniya müdafiə nazirliyinin Qara dəniz orduları baş komandanı, general, 
ser C. F. Milndən aldığı” Türkiyə ilə barışıq imzalandığı andan türk sülh 
müqaviləsi (1920-ci il 10 avqust) imzalanana qədər onun tabeliyində olan 
orduların hərəkəti barədə” adlı məlumatı İngiltərənin Qafqaz siyasətini başa 
düşməkdə mühüm mənbədir. 
1918-
 
ci  il  oktyabrın  30-dan  1920-ci  ilin  avqustunadək  general  Milnin 
səlahiyyətləri  Qara  dənizə,  Qafqazə,  Xəzər  dənizinə,  Xəzər  ətrafı 
vilayətlərə,  Mərvə  və  Türkmənistana  qədər  yayılmışdır.  Bu  məlumat 
1921-ci  il  yanvarın  4-də  “London  qəzetin  dördüncü  əlavəsində  çap 
edilmişdir”.  Məlumatda  Qafqazda  və  Xəzər  dənizi  ətrafında  baş  verən 
hərbi-siyasi  hadisələr,  ingilis  ordularının  qarşısında  duran  ümumi  siyasi 
vəzifələr,  rus  ordularının  çıxarılması,  neft  sənayesinin  idarə  olunması  və 
neft boru xəttinin işləməsi. Xəzər dənizində ingilislərin hökmranlığı, milli 
münaqişələrə qoşulması, Bakının tutulması və başqa məsələlər işıqlandırılır. 
Eyni zamanda 1918-ci ilin martında ermə 
23 


nilərin azərbaycanlıları qırması faktı da etiraf edilir’''. Məlumatda bildirilir 
ki,  1918-ci  ilin  noyabrında  Bakının  260  minlik  əhalisinin  200  mini 
azərbaycanlılar idi’^ 
Memuar ədəbiyyatı 
İngiltərənin  tanınmış  dövlət  və  hərb  xadimlərinin  xatirələri  Böyük 
Britaniyanın  Azərbaycan  siyasətinin  bir  sıra  məqamlarını  öyrənmək  üçün 
qiymətlidir. İngilis memuar ədəbiyyatı içərisində birinci dünya müharibəsi 
ilə bağlı məsələləri öyrənmək üçün qiymətli mənbə baş nazir işləmiş David 
Lloyd  Corcun  (1863-1945)  hərbi  xatirələridir’“.  Burada  Qafqaz  və  Bakı 
nefti uğrunda mübarizəyə dair maraqlı faktlar vardır. 
Lloyd  Corcun  birinci  dünya  müharibəsi  nəticəsində  imzalanmış  sülh 
müqavilələrinə həsr edilmiş xatirələri” qalib dövlətlərin Yaxın və Orta Şərq 
siyasətini, o cümlədən, Qafqaz siyasətini öyrənməyə imkan verir. 
Cənubi Azərbaycanda ingilis ordularının komandam, general-mayor L. 
Denstervilin  on  yeddi  fəsildən  ibarət  olan  xatirələr  kitabı’”  ingilislərin 
Azərbaycanda yeritdikləri siyasəti öyrənmək üçün əhəmiyyətlidir. Burada 
1917-ci ilin sonundan başlayaraq ingilislərin Bakıya diqqət yetirmələrinin 
səbəbləri, məqsədləri və b. məsələlər öz əksini tapmışdır. 
Birinci dünya müharibəsi illərində ingilis kəşfiyyatçısı işləmiş kapitan 
Ferdinand Toxaym müharibə qurtardıqdan dərhal sonra yazdığı, İngiltərədə 
üç dəfə təkrar nəşr olunan və rus dilinə tərcümə edilən kitabı” gizli xidmət 
orqanlarının regionda dövlətin ümumi siyasətini neçə yerinə yetirmələrini 
öyrənməkdə əhəmiyyətlidir. Kitabın beşinci fəsli (s. 85-94) Yaxın və Orta 
Şərqdə  kəşfiyyatın  fəaliyyətinə  həsr  edilmişdir.  Müəllif  yazır:  “İngilislər 
türk  mövqelərinin  arxasında  agent-rezident  sarıdan  çatışmazlıq  hiss 
etmirdilər. Suriyalı, erməni və 3nınan tacirlər bəzən Osmanlı dövlətinə olan 
nifrətlərinə  görə,  bəzən  də  paxıllıqdan  öz  xidmətlərini  təklif  etməyə 
ləngimirdilər'™.  F.  Toxay  bu  regionda  türk-alman  və  ingilis  kəşfiyyatı 
arasında gedən məxfi mübarizəni açmağa nail olmuşdur. Xüsusən, İranda və 
Güney Azərbaycanda ingilis və alman kəşfiyyatı arasındakı mübarizəyə dair 
kitabda verilən faktlar maraqlıdır. 
24 


Almaniya mənbələri 
Generalların raportları 
Türkiyənin  Güney  Qafqaz,  o  cümlədən,  Azərbaycan  siyasətini,  bu 
siyasətə Almaniyanın münasibətini və alman imperatorluğunun Azərbaycan 
siyasətini  öyrənmək  üçün  qiymətli  mənbələrdən  biri  türk  ordusunda 
müxtəlif  vəzifələr  tutmuş  alman  generallarının  raportlarıdır.  Bu  məxfi 
raportlar Türk Kültürünü Araşdırma Enstitisünün çapdan buraxdığı birinci 
dünya  savaşı  illərində  Türkiyədə  çalışan  alman  generallarının 
raportlarıdır"". 
Burada 1913-1918-ci illərdə Türkiyədə çalışmış general Otto Liman fon 
Sandersin  (1855-1929),  Fon  Bronsartın,  Fon  Sektin  məxfi  və  tam  məxfi 
raportlarında  Türkiyə  ordusunun  vəziyyəti,  Portonun  Qafqaza  və  Güney 
Azərbaycana  dair  siyasətinə  aid  maraqlı  məlumatlar,  müharibədə 
Türkiyənin  məğlubiyyətə  uğramasının  səbəbləri  haqqında  fikirlər 
toplanmışdır. Bu raportlar 1918-ci ildən başlayaraq Osmanlı iraperatorluğu 
ilə Almaniya arasında Azərbaycan üstündə kəskin ixtilafların olduğunu bir 
daha  təsdiq  edir.  Generalların  raportları  Almaniyanın  öz  siyasətində 
Azərbaycana,  xüsusən,  Bakı  neftinə  böyük  önəm  verdiyini,  bundan  ötrü 
hətta müttəfiqi olan Türkiyədən xəlvəti Rusiya ilə danışıqlara getdiyini də 
göstərir. 
Memuar ədəbiyyatı 
Almaniya  hərb  xadimlərinin  xatirələri  bu  dövlətin  və  Osmanlı 
imperatorluğunun  Azərbaycan  siyasətinin  çoxlu  qaranlıq  məqamlarına 
aydınlıq  gətirir.  Bununla belə, xatirələrdə  söylənilən fikirləri  olduğu  kimi 
müqayisə və təhlil etmədən qəbul etmək yanlışlıq olardı. Müxtəlif ölkələrin 
hərb xadimlərinin xatirələrini öyrənərək müqayisə etmək və gerçəkliyi üzə 
çıxartmaq  zəruridir.  Bu  baxımdan  alman  ordusunun  mayoru  -  türk 
ordusunun  xidmətinin  podpolkovniki  Emest  Pa-  rakenin  xatirələri  diqqəti 
cəlb edir. Bu xatirələr “1917-1918-ci illərdə Yaxın Şərq haqqında xatirələr“ 
adlanır.  Moskva  Dövlət  Universitetinin  elmi  kitabxanasında  makina 
yazısında cildlənmiş halda saxlanılan xatirələr yalnız 1920-ci il yanvarın 24 
və  28-də  “Berliner  Tageblatf’da  çap  edilmişdir.  E.  Paraken  1917-ci  ildə 
Almaniya ordusu ali baş komandanlığı tərəfindən Türkiyəyə ezam edilmiş, 
altıncı  türk  ordusunun  Mesopotamiya  cəbhəsində  qərargah  rəisi  təyin 
edilmiş,  1918-ci  ilin  yayında  türk  ordusunun  Bakını  azad  etməyə 
ha^ırlaşdr^vaxtbu 
əməliyyatı 
həyata 
keçirən 
Şərq 
ordularuje*ptffllm„qəfafgämTəısı oıtnuşdur. 
P5 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə