Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə5/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   2   3   4   5   6   7   8   9   ...   99

mişdir. Qubernatorların və quberniya jandarma idarələri rəislərinin Qafqaz 
eanişinliyinə  yazdıqları  hesabatları  dövrün  mənzərəsini  öyrənmək  üçün 
böyük  əhəmiyyət  kəsb  edir.  Bu  hesabatlarda  əhalinin  müharibəyə, 
hökumətə  və  ermənilərin  Azərbayean  torpaqlarına  köçürülmə  siyasətinə 
münasibəti  və  s.  məsələlər  işıqlandırılır.  Hesabatlar  Azərbaycanın 
ictimai-siyasi  həyatının  demək  olar  ki,  bütün  sahələrini  əhatə  edir.  Bakı 
qubernatorunun  yazışmaları*  problemi  araşdırmaqda  mühüm  rol 
oynamışdır. Bakı qubernatorunun Qafqaz canişininə yazdığı 1915-ci il üçün 
hesabatı’  Azərbaycan  siyasətini  öyrənmək  baxımından  əhəmiyyətlidir. 
Yelizavetpol  qəza  hərbi  idarəsi  rəisinin  sənədlərində"  Rusiyanın  bölgədə 
ermənilərə arxalanmasına dair çoxlu faktlar toplanmışdır. 
Bakı vilayət hərbi-sənaye komitəsinin mərmi zavodunun sənədlərinin 
toplandığı  fond’  burada  çalışanların  milli  tərkibini  öyrənmək  üçün 
əhəmiyyətlidir.  Qafqaz  rayonunda  dövlət  müdafiəsi  və  zavod  müşavirəsi 
üzrə  xüsusi  müşavirənin  səlahiyyətli  sədrinin  yazışmalarının  saxlandığı 
fond  diqqətəlayiqdir”.  Bu  sənədlər  Rusiyanın  regionda  hərbi  siyasətini 
öyrənməyə kömək edir. 
Rusiyanın  Azərbaycan  siyasətini  başa  düşmək  üçün  müəyyən 
materiallar Bakı şəhər Ərzaq idarəsinin sənədlərində" toplanmışdır. Həmin 
sənədlər  müharibə  dövründə  Azərbaycanda  yeridilən  ərzaq  siyasətini 
öyrənmək üçün əhəmiyyətlidir. 
Yetim  qalmış  uşaqlar  haqqında  yazışmaların  saxlandığı  fondda" 
problemə  dair  əhəmiyyətli  sənədlər  vardır.  Burada  müharibədə  yetim 
qalmış azərbaycanlı uşaqlar haqqında çoxlu materiallar toplanmışdır. 
Müharibə  başlayandan  sonra  Azərbaycanda  yaşayan  xarici  ölkələrin 
təbəələrinə  münasibət,  xüsusən  İran  təbəələrinin  Azərbaycandan 
çıxarılması  məsələlərini  özündə  əks  etdirən  bir  sıra  sənədlər  Bakı 
qubernatorunun yazışmalarının saxlandığı fondlarda toplanmışdır". 
İş  yazılarkən  bəzi  fakt  və  metariallar  üçün  İranın  Qeydiyyat-Ssuda 
Bankının Astara agentliyinin fondunun” materiallarına baxılmışdır. 
Problem  araşdırılarkən  Azərbaycan  Respublikası  Dövlət  Arxivinin 
(ARDA)  fondlarından  geniş  istifadə  edilmişdir.  Azərbaycan  Xalq 
Cümhuriyyəti 
Xarici 
İşlər 
Nazirliyinin 
Diplomatik 
şöbəsinin 
materiallarından  -  Zaqafqaziya  seymində  müsəlman  fraksiyasının  və 
müsəlman Milli Şurası iclasının protokollarından”; Bakıya ingilis-amerikan 
qüvvələrinin  gəlməsinə  dair  Azərbaycan  Xalq  Cümhuriyyəti  Xarici  İşlər 
Nazirliyinin fondunda saxlanılan bəyanatından”; Türkiyə höku 
14 


məti  ilə  sülh  haqqında  diplomatik  danışıqlar  aparan  Zaqafqaziya  sey-  mi 
nümayəndə  heyətinin  mənızəsindən'V  Azərbaycanın  dövlət  müstəqilliyi 
haqqında bəyannamədən'*; Azərbaycan sülh nümayəndə heyətinin sədri M. 
Ə.  Rəsulzadənin  İstanbuldakı  Almaniya  səfiri  Vald-  burqa  Bakının 
Rusiyaya birləşdirilməsinə etiraz edən notasından”; Osmanlı hökuməti ilə 
Azərbaycan  hökuməti  arasında  imzalanan  müxtəlif  sazişlərə  dair 
yazışmalardan’";  Almaniya  ilə  Rusiya  arasında  Brest-Litovsk  danışıqları 
haqqında Azərbaycan hökumətinin Qafqazdakı alman nümayəndə heyəti və 
İstanbuldakı  alman  konsulu  ilə  yazışmalarından-';  Gürcüstan  hökuməti 
yanında  Azərbaycan Xalq Cümhuriyyətinin  diplomatik  nümayəndəliyi ilə 
Xarici  İşlər  Nazirliyinin  yazışmalarından”;  Azərbaycan  nümayəndə 
heyətinin  Türkiyə  sultanı  tərəfindən  qəbul  edilməsinə  dair  M.  Ə. 
Rəsulzadənin məktubundan“; F. Xoyskinin İstanbula - M. Ə. Rəsulzadəyə 
məktubundan“;  Azərbaycan  Respublikasının  Gürcüstan  Respublikası 
hökuməti  yanındakı  nümayəndəliyinin  fondunda  saxlanılan  Azərbaycan 
Respublikası  Xarici  İşlər  Nazirliyi  ilə  Almaniya  və  Avstriya-Macarıstan 
nümayəndəlikləri  arasında  aparılan  yazışmalardan“;  Bakının  azad 
edilməsinə dair sənədlərdən“; Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər 
Nazirliyinin fondunda saxlanılan (bu fond əvvəllər ARSPİHDA-da 277-ci 
fond,  siyahı  1  adı  ilə “Müsavat“  fondu  kimi  saxlanılmış,  lakin  1970-ci  il 
yanvarın 26-da ARDA-ya təhvil verilmişdir və 894-cü fond kimi qorunur) 
1918-1919-cu illərdə Xarici İşlər Nazirliyinin fondlarından götürülən bəzi 
sənədlərin  toplandığı  işdən”;  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Osmanlı 
hökuməti  yanında  fövqəladə  səlahiyyətli  nümayəndəsi  Ə.  Topçubaşovun 
Fətəli  xan  Xoyskiyə  yazdığı  məktublarından”;  Azərbaycanın  müstəqilliyi 
haqqında  aktdan  və  Azərbaycan  Milli  Şurasının  iclas  protokolarından-'’; 
dəmiryol haqqında Azərbaycan, Gürcüstan və Ermənistan hökumətlərinin 
Türkiyə hökuməti ilə imzaladıqları müqavilədən”; Azərbaycan hökumətinin 
xəbərlərindən”; Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri F. 
Xoyskinin  Qafqaz  müsəlman  ordusunun  komandanı,  general-leytenant 
Nuru  paşaya  məxfi  məktubundan  və  iki  ölkə  arasında  dəmir  yoluna  dair 
imzalanan əlavə müqavilədən”; Azərbaycan parlamentinin fəaliyyətinə dair 
müxtəlif sənədlərdən“; İstanbuldan M. Ə. Rəsulzadənin Xarici İşlər naziri 
M. H. Hacınskiyə yazdığı məktubundan“; Xarici İşlər Nazirliyinin müxtəlif 
yazışmalarından“;  Azərbaycan  Xalq  Cümhuriyyətinin  səlahiyyətli 
nümayəndəsinin türk nazirləri ilə görüşü barədə qeydlə- 
15 


rindən^‘  və  b. sənədlərdən  geniş istifadə  olunmuşdur.  Bu  sənədlər  böyük 
dövlətlərin  Azərbaycan  siyasətinin  mahiyyətini  öyrənməkdə  xüsusi 
əhəmiyyət daşıyırlar. 
Monoqrafiya yazılarkən Azərbaycan Respublikası Siyasi Partiyalar və 
İctimai  Hərəkatlar  Dövlət  Arxivinin  (ARSPİHDA)  müxtəlif  fondlarının 
çoxlu materialları elmi dövriyyəyə cəlb edilmişdir. Qubernatorların və polis 
departamentlərinin Qafqaz canişinliyi dəftərxanası ilə pa- nislamizmə dair 
məxfi 
yazışmalarından^’; 
panislamçıların 
izlənilməsi- 
nə 
dair 
hesabatlardan’*;  əhalinin  1914,  1915,  1916-cı  illərdə  siyasi 
əhval-ruhiyyəsinə  dair  qubernatorların  Qafqaz  canişinliyi  ilə  məxfi 
yazışmalarından”;  Qafqaz  canişinliyi  dəftərxanasının  xüsusi  şöbəsinin 
Qafqaz diyarı əhalisinin siyasi əhval-ruhiyyəsi haqqında hesabat-məlumat- 
lanndan''"; Yelizavetpol quberniyasında əhalinin əhval-ruhiyyəsi haqqında 
polis departamentinin məxfi hesabatlarından“"; Qafqaz ordusu qərargahının 
əks-kəşfiyyatın  vəzifələri  haqqında  izahat  və  əks-kəşfiyyat  agentlərinə 
yardım  və  kömək  haqqında  əhaliyə  müraciətindən";  1918-ci  il  fevralın 
10-da Tiflisdə keçirilən Zaqafqaziya seyminin birinci iclasının stenöqrafik 
hesabatından"; Zaqafqaziya seymi iclaslarının stenoqrafik hesabatlarından"; 
Türkiyə ilə sülh haqqında danışıqlar aparan Zaqafqaziya seymi nümayəndə 
heyətinin məruzəsindən və Türkiyə hökumətinin 1918-ci il 6 aprel tarixli 
ultimatumundan";  Almaniyanın  Rusiya  ilə  sülh  bağlamağa  hazır  olması 
haqqında alman vərəqinin orijinalından"; 1918-ci ildə İstanbula gedən sülh 
nümayəndə heyətinin sədrinin yazışmalanndan"; Azərbaycandan İstanbula 
1918-ci  ildə  gedən  nümayəndə  heyətinin  yazışmalanndan";  Osmanlı 
imperatorluğu  ilə  Azərbaycan  hökumətinin  1918-ci  ildə  bağladığı 
müqavilələrdən"; 
İstanbuldakı 
Azərbaycan 
hökuməti 
Maliyyə 
Komissiyasının  qeydlərindən”;  Almaniya  və  Azərbaycan  hökumətləri 
arasında  müqavilə  layihəsindən*';  Azərbaycan  Xalq  Cümhuriyyəti  Xarici 
İşlər  Nazirliyinin  ingilis  komandanlığı  haqqındakı  materiallanndan*’; 
azərbaycanlılara  qarşı  1918-ci  ilin  mart  və  sentyabr  aylarında  törədilən 
soyqırımı  təhqiq  edən  fövqəladə  istintaq  komissiyasının  sənədlərindən”; 
Fövqəladə komissiyanın Şamaxı şəhərinin və Göyçay qəzasının kəndlərinin 
dağılmasına  dair  Ədliyyə  Nazirliyinə  təqdim  etdiyi  məruzədən”;  İrəvan 
quberniya  jandarma  idarəsinin  erməni  inqilabi  partiyası  “Daşnaksutyun“ 
haqqında  agentura  məlumatlarından**;  Daşnak  hökumətinin  Xarici  İşlər 
Nazirliyinin keçmiş SSRİ Mərkəzi Dövlət Arxivində saxlanılan sənədlə- 
16 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə