Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə14/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   10   11   12   13   14   15   16   17   ...   99

A. L. Makfainin on iki fəsildon ibarət olan əsərinin"“' doqquzuncu fəsli 
(s.  56-64)  birinci  dünya  müharibəsi  illərində  Şərq  məsələsinə  həsr 
edilmişdir.  Müəllif  hərbi  nazir  Ənvər  paşanın  başçılığı  ilə  Osmanlı 
ordusunun  Qafqazda  apardığı  əməliyyatlara,  bölgədə  Rusiya,  Türkiyə, 
Almaniya,  İngiltərə  maraqlarının  toqquşmasına,  bolşevik  çevrilişinə, 
Brest-Litovsk  danışıqlarına,  Brest  sülh  müqaviləsinə  və  ermənilərin 
müharibədəki fəaliyyətinə yer ayırır. 
İ.  Porter  və  İ.  D.  Armourun  ABŞ-da  çap  olunan  “Alman  imperiyası. 
1890-1918” adlı monoqrafiyası'"’ yeddi fəsildən ibarətdir. Monoqrafiyanın 
yeddinci fəslində (s. 53-63) birinci dünya müharibəsi illərində Almaniyanın 
yeritdiyi siyasət, müharibədə, o cümlədən, Transqaf- qazda məqsədləri izah 
edilir.  Göstərilir  ki,  Brest  sülh  müqaviləsindən  sonra  Almaniyanın 
Transqafqaza  marağı  artdı  və  Lüdendorf  Ukraynada  və  Transqafqazda 
alman  kaloniyaları  yaratmağı  planlaşdırdı'"".  Monoqrafiyanın  62-ci 
sohifəsində  “Brest-Litovsk  müqaviləsindən  sonra  Şərqi  Avropa“  adlı 
xəritədə Azərbaycanın xəritəsinin verilməsi və almanların Azərbaycandan 
birbaşa  Orta  Asiyaya  və  İrana  keçmək  planlarının  göstərilməsi,  mərkəz 
dövlətləri  ilə  razılığa  əsasən  yaradılması  nəzərdə  tutulan  Transqafqaz 
dövlətləri xəritəsinin layihəsinin verilməsi əhəmiyyətlidir'"’. 
Andrey  Torpenin  monoqrafiyası'""  iki  dünya  müharibəsi  arasındakı 
illərində Britaniya tarixi məsələlərindən bəhs edir. Yeddi bölümdən ibarət 
olan kitabın dördüncü bölümünün (s. 113-148) ikinci paraqrafı (s. 118-122) 
birinci dünya müharibəsi illərində ingilis tarixinə həsr edilmişdir. Burada 
Brest-Litovsk  danışıqlarına  ingilis  diplomatiyasının  münasibəti  və  Kiçik 
Asiyada İngiltərənin maraqları məsələləri öz əksini tapmışdır. 
Bemard  Porterin  Britaniya  imperializminin  qısa  tarixindən  bəhs  edən 
və on fəsildən ibarət monoqrafiyasının'"’ yeddinci fəsli (s. 239- 264) birinci 
dünya  müharibəsi  illərində  İngiltərənin  Kiçik  Asiya  siyasətinə  və  sülh 
yaratmaq məsələlərinə həsr olunmuşdur. 
Patrik  Renşaunun  monoqrafiyası'”  1910-1945-ci  illərdə,  iki  dünya 
müharibəsi dövründə Amerika tarixindən bəhs edir. Yeddi fəsildən ibarət 
olan  kitabın  ikinci  fəslinin  (s.  71-102)  dördüncü  paraqrafında  (s.  80-86) 
Avropa dövlətlərinin birinci dünya müharibəsində məqsədlərindən və Paris 
sülh  konfransından  danışılır.  Müəllif  müharibədə  ingilis  və  amerikan 
məqsədlərinin üst-üstə düşməsinə xüsusi diqqət yeti- 
nr. 
41 


Marian Kentin monoqrafiyası”' birinci dünya müharibosi orofosin- də 
və gedişində böyük güc dövlətlərinin Osmanlı imperiyasına etdikləri güclü 
təzyiqlərə  həsr  edilmişdir.  Yeddi  fəsildən  ibarət  olan  monoqrafiyada 
Osmanlı  imperatorluğunun  keçmişinə  nəzər  salınır,  Almaniya, 
Avstriya-Macarıstan, Rusiya, İtaliya, Fransa və Böyük Britaniyanın Yaxın 
və Orta Şərqdə mənafelərinin toqquşması məsələləri araşdırılır. 
Martin Makleyin səkkiz fəsildən ibarət olan monoqrafiyasının”’ ikinci 
fəslinin  (s.  77-210)  ikinci  paraqrafı  (s.  123-141)  Rusiyada  yaşayan 
millətlərə və əraziyə, üçüncü paraqrafı (s. 142-199) siyasətə, üçüncü fəslin 
(s.  211-250)  birinci  paraqrafı  (s.  211-212)  müharibə  dövründə  Rusiyanın 
xarici siyasətinə həsr olunmuşdur. 
Türkiyə tarixi məsələləri ilə məşğul olan ingilis yazıçısı və jurnalisti 
Lord  Kinrossun  (Patrik  Balfıınm)  Osmanlı  imperatorluğuna  həsr  edilmiş 
yeddi  fəsildən  ibarət  iri  həcmli  monoqrafiyasında”’  məsəlolə-  rin  çoxu 
birtərəfli işıqlandırılmış və  müharibə dövrünə yalnız bir neçə səhifə həsr 
edilmişdir. 
Almaniya tarixçiliyi 
Alman  tarixçisi  Hans  Ulrix  Vehlerin  alman  dilindən  ingilis  dilinə 
çevrilərək Oksfordda çap edilən səkkiz fəsildən ibarət monoqrafiyasının''’’' 
sonuncu fəsli (s. 192-231) birinci dünya müharibəsi illərinə həsr edilmişdir. 
Müəllif Brest sülhündən sonra Almaniyanın yeritdiyi siyasəti, o cümlədən, 
Transqafqaz siyasətini araşdırır. 
Hans  Yurqen  Şroderin  ingilis  dilində  çap  olunan  beş  fəsildən  ibarət 
monoqrafiyasında"”  1900-1924-cü  illərdə,  o  cümlədən,  birinci  dünya 
müharibəsi illərində Almaniya ilə Birləşmiş Ştatlar arasında münasibətlər 
tədqiq edilir. Kitabın birinci fəslinin (s. 13-98) ikinci pa- raqrafı (s. 33-68) 
1900-1917-ci illərdə Almaniya və ABŞ münasibətlərinə, ikinci fəslinin (s. 
99-212) yeddinci paraqrafı (s. 135-166) birinci dünya müharibəsi illərində 
alman imperiyasının ABŞ-da apardığı təbliğata həsr olunmuşdur. Müəllif 
bu dövlətlərin Asiyada toqquşan maraqlarına da diqqət yetirir. 
Fransa tarixçiliyi 
Monoqrafiya  yazılarkən  fransız  müəlliflərinin  əsərlərinə  də  müraciət 
edilmişdir.  Fransız  generalı  Luazonun  kitabı"*"  müharibənin  son  ilində 
Almaniyanın strategiyasının araşdırılmasına həsr olunmuşdur. 
42 


Sarbon  Universitetinin  professoru  Pierre  Rcnouvinin  birinei  dünya 
müharibosindon  bohs  edon  vo  türk  dilino  çevrilon  iki  eildlik 
monoqrafiyasında'"  böyük  dövlotlorin  Yaxın  vo  Orta  Şərqdə  yeritdikləri 
siyasətlə bağlı müəyyən məsələlər işıqlandırılır. Müəllif Türkiyənin Rusiya 
ilə  müharibəyə  girəeəyi  təqdirə  Qafqazda  türklərin  ayağa  qalxa-  eağına 
Almaniyanın inandığını yazır. 
Sovet və Rusiya tarixçiliyi 
Monoqrafiya  yazılarkən  keçmiş  sovet  tarix  elmində  möveud  olan 
monoqrafiyalar  öyrənilmişdir.  Sovet  tarixçiliyində  də  birinei  dünya 
müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasətinə həsr edilmiş 
ayrıca  tədqiqat  işi  yoxdur.  Bununla  belə,  ayrı-ayrı  kitablarda  böyük 
dövlətlərin 1917-19!8-ci illərdə Qafqaza dair siyasəti xarici hərbi müdaxilə 
və  təcavüzkarlıq  olaraq  qiymətləndirilmişdir.  Sovet  tarixçiləri  hakim 
marksist-leninçi ideoloji prinsiplər əsasında tarixi gerçəkliyi ya təhrif etmiş, 
ya birtərəfli araşdırmış, ya da sərfəli olmayan müxtəlif fakt və materialların 
üstündən sükutla keçmiş, sərfəli olan kiçik faktları isə xeyli qabartmış və 
bunun  əsasında  ümumiləşdir-  mələr  aparmışlar.  Əslində  isə  böyük 
dövlətlərin Qafqaz siyasətinin gerçək üzü qaranlıq qalmışdır. 
A.  Popovun  RK(b)P  Partiya  tarixi  institutunun  “Proletarskaya  re- 
volyuçiya“  jurnalında  dərc  olunmuş  məqalələr  seriyasına''"*  diqqət 
yetirilmişdir.  Digər  sovet  müəllifləri  kimi  o  da  böyük  dövlətlərin  Güney 
Qafqazda yeritdikləri siyasəti işğal, hərbi müdaxilə kimi qiymətləndirsə də, 
Azərbaycan  Xalq  Cümhuriyyəti  xadimlərinin  fəaliyyətinə  müəyyən  yer 
ayırır.  Məqalədə  qaldırılan  bütün  məsələlər  bolşevik  hakimiyyəti 
nöqteyi-nəzərindən işıqlandırılır. 
E.  V.  Taricnin  monoqrafiyası''”  Vyana  konqresindən  Versal  sülhünə 
qədərki dövrdə Avropada baş verən hadisələrə həsr edilmişdir. Beş fəsildən 
ibarət  olan  monoqrafiyanın  sonuncu  fəslində  (s.  196-267)  birinci  dünya 
müharibəsi illərində yeridilən siyasət araşdırılır. 
Onun  əsərlərinin  beşinci  cildinin  Xlll-XX  fəsilləri  birinci  dünya 
müharibəsi  illərinə  həsr  edilmişdir.  Müəllif  müharibənin  başlanmasını, 
döyüşən  dövlətlərin  məqsədlərini,  sülh  təkliflərini,  ABŞ-ın  müharibəyə 
girməsini  və  b.  işıqlandırır.  Müəllif  “ermənilərin  qırılması“  məsələsində 
sovet tarixçiliyinə xas olan yanlış konsepsiyadan kənara çıxa bilməmişdir. 
E. V. Tarle “ermənilərin qırılması“nı türk hökumətinin Qafqazdan vo rus 
iddialarından özünü qorumaq üçün etdiyini ya 
43 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə