Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə15/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   11   12   13   14   15   16   17   18   ...   99

zaraq bu hadisələri Çingiz xan dövrü olayları ilə müqayisə edir^”". Müəllif 
ermənilərin  türk  əhalisinə  qarşı  törətdiyi  soyqırımının  üstündən  sükutla 
keçir  və  ermənilərin  1915-ci  il  hprelin  20-də  Vanda  törətdikləri  qırğını 
təhrif  edir.  1916-cı  ildə Tələt paşanın  yumorla  guya  dediyi  sözləri  misal 
göstərir:  “Erməni  məsələsi  artıq  mövcud  deyildir,  çünki  daha  erməni 
mövcud deyildir”^'". 
E. V. Tarle istər-istəməz belə bir nəticəyə gəlir: “1915-1917-ci illərdə 
ermənilərin  qırılması  strateji  cəhətdən  o  qədər  də  İngiltərəyə  deyil, 
Rusiyaya  təsir  etdi.  Çünki  Rusiya  Türkiyənin  şimalında  dayaq  nöqtəsini 
itirdi^“.  Bununla  da,  müəllif  müharibədə  Rusiyanın  ermənilərdən 
Türkiyəyə qarşı terrorçuluqda istifadə etməsi faktını etiraf edir. 
1934-cü  ildə  çapdan  çıxmış  və  dünya  müharibəsini  rəqəmlərlə  əks 
etdirən  kitabdakd“  materiallardan  monoqrafiya  yazılarkən  istifadə 
olunmuşdur. 
Professor,  diviziya  komandiri  A.  Kollenkovskinin  kitabının^"'*  bir 
fəsli - on doqquzuncu fəsli (s. 307-318) Qafqaz-Türk əməliyyatı meydanına 
həsr edilmişdir. Burada Bakıya  və Azərbaycana dair rus hərbi planlarına 
müəyyən yer ayrılmışdır. 
Rus tədqiqatçısı Q. Reyxberqin məqaləsindən də^“’ istifadə edilmişdir. 
“İstoriya  diplomatii”  kitabınm^“^  on  iki  və  on  üçüncü  fəsilləri  (s. 
238-302) birinci dünya müharibəsinə və müharibə illərində diplomatiyaya 
həsr  edilmişdir.  Kitabın  on  dördüncü  fəslində  (s.  303-318)  göstərilir  ki, 
1917-ci il 23 dekabr tarixli gizli ingilis-fransız sazişinə görə (sazişi Fransa 
tərəfindən  noyabr  ayında  baş  nazir  Benjamen  Kleman-  so  (1841-1929), 
Xarici  İşlər  naziri  Stefan  Jan  Mari  Pişon  (1857-1933),  Foş,  İngiltərə 
tərəfindən  Lord  Milner,  blokada  naziri  Lord  Robert  Se-  sile  və  hərbi 
qərargahın  nümayəndələri  imzaladılar)  ingilis  işğal  zonasına  daxil  olan 
ərazilər  içərsində  Qafqaz  da  var  idi^"’.  Kitabın  on  beşinci  fəslində  (s. 
319-357)  Brest  sülh  danışıqlarının  gedişində  türklərin  Qafqazdan  rus 
ordularının  çıxarılmasını  tələb  etmələri,  onların  Rusiyanın  başqasının 
işlərinə  qarışmamasına  dair  öhdəlik  götürməsinə  çalışdıqları  yazılır“". 
Brest  sülh  müqaviləsinin  üçüncü  maddəsində  müharibəyədək  siyasi 
müstəqillikdən  istifadə  etməmiş  milli  qruplara  referendum  yolu  ilə  azad 
dövlət mövcudluğu məsələsini həll etmək hüququ verilirdi. Kitabda Brest 
sülh  müqaviləsinə  əlavə  olan  1918-ci  il  27  avqust  tarixli  rus-alman 
protokolunda Bakı neftinin və neft məhsullarının dörddə birinin verilməsi 
şərti ilə türklərin Bakıya buraxıl- 
44 


maması  məsələs  ino  toxunulur  və  “Türkiyənin  Bakını  işğal  etməyə 
hazırlaşması” kimi qiymətləndirilir-“’. 
F.  İ.  Notoviçin  rus,  alman,  ingilis,  avstriya,  fransız  və  italyan  arxiv 
materilları  əsasında  yazdığı  kitabf'“  birinci  dünya  müharibəsi  illərində 
diplomatik  mübarizə  məsələlərinə  həsr  edilmişdir.  Burada  Qafqaz 
məsələlərinə  ümumi  şəkildə  toxunulsa  da,  bilavasitə  Azərbaycanla  bağlı 
problemlərdən  danışılmır.  Kitabda  Rusiyanın  Qafqaz  və  Güney 
Azərbaycanla  bağlı  siyasətinə  dair  ayrı-ayrı  faktlara  rast  gəlmək 
mümkündür. Müəllif arxiv və diplomatik sənədlər əsasında çarizmin böyük 
dövlətçilik iddialarına can atmasına geniş yer verir. 
F.  İ.  Notoviçin  digər  bir  monoqrafıyasF"  birinci  dünya  müharibəsi 
illərində  Almaniyanın  Şərqdəki  siyasətindən  bəhs  edir.  Monoqrafaya-  da 
Almaniyanın Quzey Qafqaz planlarına, o cümlədən, Bakıya dair niyyətləri 
haqqında bəzi fikirlər verilmişdir. 
A. F. Millcrin beş fəsildən ibarət olan əsərinirf'^ birinci fəsli (s. 11- 65) 
Türkiyənin  birinci  dünya  müharibəsində  iştirakına,  ikinci  fəslin  birinci 
paraqrafı  isə  (s.  69-73)  birinci  dünya  müharibəsinin  Türkiyə  üçün 
nəticələrinə həsr edilmişdir. Monoqrafiyada müharibə dövründə Türkiyənin 
Qafqazdakı hərbi əməliyyatlarına və Türk-islam ordusu tərəfindən Bakının 
azad  edilməsinə  diqqət  yetirilir.  Lakin  müəllif  bütün  problemləri  sovet 
tarixçiliyinə  xas  olan  ruhda  işıqlandıraraq  türk  ordusunu  “müdaxiləçi”. 
Güney Qafqazın müstəqilliyi uğrunda  mübarizə aparanları “əksinqilabçı”, 
Bakının  azad  edilməsini  isə  “şəhərin  darmadağın  edilməsi  və  əhalinin 
dəhşətli qırılması” kimi qələmə ve- rif 
Moskvada  1956-cı  ildə  çapdan  çıxmış  kitabın^“'*  bir  hissəsi  Güney 
Qafqazda 1917-20-ci illərdə baş verən hadisələrə həsr edilmişdir. 
A.  M.  Şamsutdinovun  məqaləsində^’*  türklərin  Bakını  azad  etməsi, 
ümumiyyətlə,  1918-ci  ildə  baş  verən  hadisələr  sultan  Türkiyəsinin  Sovet 
Rusiyasına “müdaxiləsi” kimi qiymətləndirilir. 
F. Zuyevin kitabında^'“ beynəlxalq münasibətlər məsələri araşdın- lır. 
Müəllif  rus  ərazilərinə  və  ingilis  nüfuz  dairəsində  olan  ərazilərə 
münasibətdə türk hakim dairələrinin öz işğalçılıq planlan olduğunu yazır. 
İ. S. Qalkin, N. E. Zastenker və V. M. Xvostovun redaktorluğu altında 
çap olunmuş kitabın^” qırx bir və qırx ikinci fəsillərində (s. 675- 788) birinci 
dünya  müharibəsində  iştirak  edən  dövlətlərin  məqsədləri  verilir.  Lakin 
həmin dövlətlərin Azərbaycan siyasəti məsələsinə toxu 
45 


nulmur. Sovet dövründo nəşr edildiyindən bu kitabda bir çox problemlərin 
obyektiv araşdırılmasından söhbət açmaq çətindir. 
V.  İ.  Şpilkovanın  monoqrafiyası’”*  1914-1920-ci  illərdə  ABŞ-ın 
Türkiyəyə  münasibətdə  yeritdiyi  siyasətə  həsr  olunmuşdur.  Üç  fəsildən 
ibarət  olan  monoqrafiyada  müəllif  yazır  ki,  “prezident  Vilson  ərazisi 
Batumdan  Bakıya,  Qara  dənizdən  Xəzər  dənizə  qədər  yeri  əhatə  edən 
“Böyük Ermənistan” yaratmağı arzulayırdı”^”. 
D. V. Verjxovski və V. F. Lyaxovun kitabı’’” birinci dünya müharibəsi 
illərindəki hərbi məsələlərə həsr edilmişdir. Kitabda Azərbaycanda aparılan 
hərbi əməliyyatlara dair bir sıra faktlara da rast gəlinir. 
A. S. Yerusalimskinin əsəri“' birinci dünya müharibəsi illərində böyük 
dövlətlərin siyasətini öyrənməkdə əhəmiyyətlidir. 
A.  O.  Çubaryanın  kitabında“’  Brest  sülhü  ilə  "əlaqədar  məsələlər 
araşdırılır.  Lakin  onun  “Güney  Qafqazda  əksinqilabi  qüvvələrin 
cəmlənməsi”  və  b.  fikirləri  sırf  kommunist  partiyasının  mövqeyini  əks 
etdirir. 
Y.  V.  Marunov  pantürkizmə  və  panislamizmə  həsr  etdiyi 
məqaləsində“” Türkiyənin Qafqaz siyasəti yanlış olaraq təcavüzkarlıq kimi 
qiymətləndirir. 
A. D. Noviçevin kitabının“’' üçüncü hissəsinin doqquzuncu fəslinin bir 
hissəsi fs. 129-132) Türkiyənin birinci dünya müharibəsində iştirakına həsr 
edilmişdir.  Müəllif  Osmanlı  dövlətinin  müharibə  dövründə  hakim 
ideologiyası olan pantürkizmin bütün türk xalqlarının, o cümlədən, Qafqaz, 
Orta  Asiya  xalqlarının  Türkiyə  bayrağı  altında  birləşdirilməsi  məqsədini 
daşıdığını və əsasən Rusiyaya qarşı yönəldildiyini yazır. A. D. Noviçevin 
fikrincə,  “Oktyabr  inqilabından  sonra  Türkiyə  tamamilə  darmadağın 
olmaqdan  xilas oldu,  müharibədən  çıxmaqdan  ötrü  gözəl  imkan  qazandı. 
Lakin gənc türklər hökuməti Almaniya ilə birlikdə Sovet Rusiyasına əzablı 
Brest sülh müqaviləsini qəbul etdirdilər və Qafqaza müdaxilə etdilər. Lakin 
Qafqaz  xalqları  Qırmızı  ordunun  köməyi  ilə  müdaxiləçiləri  qovdular”“”. 
Bununla belə, kitabda böyük dövlətinlərin Azərbaycan siyasəti barədə heç 
bir  söz  deyilmir.  Həm  də  bir  sıra  məsələlər  sırf  sovet  ideologiyası 
mövqeyindən işıqlandırılır. 
Birinci dünya müharibəsi illərində Türkiyənin hərbi-siyasi tarixinə dair 
məsələlər E. F. Ludşuveytin əsərində“” öz əksini tapmışdır. Beş fəsildən 
ibarət  olan  kitabda  birinci  dünya  müharibəsində  Türkiyənin  iştirakının 
səbəbləri, məqsədləri araşdırılır və Türkiyənin apardığı 
46 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə