Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə2/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   2   3   4   5   6   7   8   9   ...   99

GİRİŞ 
Millotimizin  zongin  tarixinin  ən  maraqlı,  mürəkkəb,  ziddiyyətli,  eyni 
zamanda  indiyədək  öyrənilməyən  dövrlərindən  biri  birinci  dünya 
müharibəsidir.  Müharibə  illərində  Azərbaycanın  beynəlxalq  münasibətlər 
sistemindəki mübarizədə tutduğu yer və ona dair böyük dövlətlərin siyasəti 
tarix  elmimizin  diqqətindən  kənarda  qalaraq  xüsusi  tədqiqat  obyekti 
olmamışdır. 
Problemin araşdırılmasını bir sıra amillər zəruri edir. 
Birinci,  dünya  müharibəsi  və  onun  iqtisadi,  siyasi  və  hərbi  nəticələri 
bütün  bəşəriyyət  tarixinin  ən  mühüm  hadisəsidir.  Düzdür,  silahların 
tətbiqinə və miqyasına görə ikinci dünya müharibəsi birincini xeyli geridə 
buraxmışdır.  Lakin  beynəlxalq  münasibətlər  sisteminə  və  dünya  düzəninə 
gətirdiyi  dəyişikliyə  görə  birinci  dünya  müharibəsinin  nəticələri 
cahanşümüldür. Bu müharibə o vaxta qədər müqayisə edilməyəcək böyük 
əsgəri  gücləri  qarşı-qarşıya  gətirdi  və  böyük  insan  kütlələri  bir 
cəbhədə-müharibə cəbhəsində yığışdılar. Dünya ölkələri indiyədək heç vaxt 
müharibələrdə bu qədər məsrəflər xərcləməmişdilər. Təyyarə, tank, zirehli 
və  motorlu  vasitələr,  şəhərlərin  havadan  bombardman  edilməsi  və  s. 
müharibənin gətirdiyi yeniliklər oldu. 
Müharibənin gedişində və yekununda dünyanın siyasi həyatında ciddi 
dəyişikliklər baş verdi. Dünyanı lərzəyə salan imperatorluqlar - Almaniya, 
Avstriya-Macarıstan,  Rusiya  və  Osmanlı  imperatorluqları  dağıldı.  Hətta 
millətlər, dinlər və dillər arasında fərqin qoyulmadığı, xalqların bərabər və 
ədalət  içində  yaşadığı  və  üç  qitədə  yerləşən  Osmanlı  impcratorİLiğunun 
çökməsi ilə onun ərazisində təxminən 35 yeni dövlət yarandı. 
Milli  və  dini  zülmün,  müstəmləkəçiliyin  tüğyan  etdiyi  Rusiya 
imperiyasının çökməsi ilə xalqlar müvəqqəti də olsalar azad nəfəs alaraq öz 
müstəqil dövlətlərini qurdular. İmperiyaların xarabalıqlan üzərində qurulan 
dövlətlər  yeni  dünya  düzəninin  iştirakçısı  oldular.  Belə  dövlətlərdən  biri 
Azərbaycan Xalq Cümhuriyyəti idi. Azərbaycanın müstəmləkəçilikdən azad 
olması  və  Cümhuriyyətin  yaradılması  birinci  dünya  müharibəsinin 
Azərbaycan  xalqı  üçün  başlıca  yekunu  oldu.  Bu  baxımdan  müharibəni 
Azərbaycan tarixində mühüm hadisə hesab etmək olar. 


Müharibəyə qatılan dövlətlərin əhalisi 1 milyard 170 milyon 735 min 
nəfər  idi.  Bunun  1  milyard  2  milyon  435  min  nəfəri  Antanta  bloku 
ölkələrinin, 168 milyon 300 min nəfəri Almaniya bloku ölkələrinin payına 
düşürdü.  Almaniyanın  79,  Avstriya-Macarıstanın  55,  Türkiyənin  29, 
İngiltərənin 461, Rusiyanın 181, ABŞ-m 111, Fransanın 84, İtaliyanın 38 
milyon  nəfər  əhalisi  var  idi.  Müharibənin  gedişində  Almaniya  11, 
Avstriya-Macarıstan  7.8,  Türkiyə  2,9  milyon  nəfəri  orduya  səfərbər  etdi. 
Bütövlükdə,  Almaniya  bloku  ölkələri  22,9  milyon  nəfəri  səfərbər  edə 
bildilər. 
Antanta  dövlətləri  isə  42,7  milyon  nəfəri  orduya  çağırdılar.  Bundan 
Rusiyanın  payına  12,  İngiltərənin  payına  8,9,  Fransanın  payına  8,4, 
İtaliyanın payına 5,6, ABŞ-ın payına 4,7 milyon əsgər düşürdü. 
Hər iki tərəfdən müharibəyə 65,6 milyon əsgər qatıldı. Bunlardan 38 
milyon  481  min  nəfəri  öldü,  yaralandı,  itkin  düşdü,  əsir  alındı  və  ya 
xəstələndi.  Ölənlərin  sayı  9  milyon  323  min  300  nəfər  oldu.  Almaniya  7 
milyon  300  min  nəfər  (bunun  1  milyon  950  min  nəfəri  ölü), 
Avstriya-Macarıstan 7 milyon nəfər (bunun 1 milyon 200 min nəfəri ölü), 
Türkiyə 1 milyon 50 min (bunun 400 min nəfəri ölü) nəfər itirdi. 
Antanta dövlətləri 22 milyon 861 min nəfər itirdilər. Bunun 5 milyon 
683 min nəfəri öldü. Rusiya 9 milyon 150 min (bunun 1 milyon 700 min 390 
nəfəri ölü), İngiltərə 3 milyon 190 min (bunun 120 min nəfəri ölü) itirdi'. 
Bundan  başqa  10  milyon  nəfər  mülki  əhali  aclıq  və  xəstəlik  ucbatından 
həlak oldu. Müharibə dövründə doğum xeyli aşağı düşdü. 
1914-cü il iyulun 28-dən 1918-ci il noyabrın 11-dək 4 il 3 ay 14 gün 
davam  edən  birinci  dünya  savaşının  bir  sıra  özünəməxsusluqları  var  idi. 
Bunlar əsasən aşağıdakılardan ibarət idi: 1. Bu müharibə başlandıqda Böyük 
savaş və ya Baş Savaş (Ümumi savaş) adlandırıldı. Lakin 1939-cu ildə eyni, 
həm  də  yeni  bir  savaş  başladıqda  onlara  sıra  nömrəsi  verilərək  “birinci 
dünya  müharibəsi”  adlandırıldı.  2.  Bundan  əvvəl  baş  verən  müharibələr 
ara-sıra  fasilələrlə  davam  etsə  də,  birinci  dünya  müharibəsində  hərbi 
əməliyyatlar bütün cəbhələrdə daim şiddətlə davam etdi. 3. Birinci dünya 
savaşı üç qitəyə, dominionlar və müstəmləkələr daxil olmaqla isə beş qitəyə 
yayıldı. Avropada İspaniya, İsveçrə və Skandinaviya ölkələrindən başqa 14 
dövlət bu müharibədə iştirak etdi. Asiyada Yaponiya, Amerika qitəsində isə 
ABŞ  müharibəyə  gec  qatıldılar.  Afrikadakı  ingilis  müstəmləkələri, 
Avstraliya 


və  Yeni  Zelandiya  müharibədən  kənarda  qaldılar.  4.  Müharibədə  müasir 
silahlarla təchiz edilmiş nəhəng ordular üz-üzə gəldilər. 5. Bu savaşda ölü 
və  yaralı  olmaqla  itkilər  o  zaman  üçün  görünməmiş  sayda  oldu.6. 
Müharibədə  silahlı  qüvvələri saxlamaq  və  bir  yerdən  digər  yerə  aparmaq 
üçün külli miqdarda xərclər çəkildi. 
Müharibəyə  Üçlər  ittifaqı  dövlətləri  60  milyard  dollar,  Antanta 
dövlətləri isə 125 milyard dollar vəsait xərclədilər. Bütövlükdə, müharibədə 
186  milyard  dollar  xərc  çəkildi.  Müharibədə  Osmanlı  dövlətinin  xərcləri 
1.430.000.000  dollar  təşkil  eldik  7.  Birinci  dünya  müharibəsinin 
özünəməxsusluqlarından  biri  bu  müharibədə  bəzi  silahlardan  ilk  dəfə 
istifadə edilməsi idi. Bunların içərisində təyyarə, zirehli tank, sualtı qayıqlar 
və  zəhərli  qazlar  xüsusi  yer  tutdu.  Savaş  Avropada  üç  cəbhədə  birdən 
başladı. 
İkinci,  müharibədə  döyüşən  hər  iki  blokun  dövlətləri  Azərbaycana 
xüsusi  maraq  göstərirdilər.  Müharibənin  başlanğıcından  Osmanlı 
impcratorhiğu  və  Almaniya,  1917-ci  ildə  oktyabr  çevrilişinin  baş 
verməsindən  sonra  İngiltərə,  Fransa  və  ABŞ  Azərbaycana  dair  əvvəllər 
mövcud  olan  niyyətlərini  xüsusi  planlara  çevirərək  həyata  keçirməyə 
başladılar.  Bu  planlar  həm  Azərbaycanın  strateji  mövqeyi,  həm  müxtəlif 
dövlətlərin  mənafelərinin  toqquşması,  həm  də  yeraltı  və  yerüstü 
sərvətlərinin zənginliyi ilə bağlı idi. Bu dövlətlərin Azərbaycan siyasətini 
şərtləndirən 
əsas 
amilləri 
onların 
maraqları 
və 
mənafeləri 
müəyyənləşdirirdi. 
Üçüncü,  müharibə  illərində  böyük  dövlətlər  arasında  Güney 
Azərbaycan  uğrunda  kəskin  hərbi  və  diplomatik-siyasi  mübarizə  gedirdi. 
Güney Azərbaycanda bu dövlətlərin mənafeləri daim toqquşurdu. 
Güney  Azərbaycana  dair  xüsusi  planı  olan  dövlətlərdən  biri  çar 
Rusiyası  idi.  Rus  hökumətinin  bir  sıra  diplomatik  yazışmalarında  Güney 
Azərbaycana  dair  rus  siyasətinin  mahiyyəti  və  məqsədləri  açıqlanır.  Rus 
hökuməti Güney Azərbaycandakı konsullarının və hərbi hissələri rəislərinin 
rəhbərliyi  ilə  Güney  Azərbaycan  və  İran  ərazisindən  Türkiyəyə  qarşı 
terrrorçuluq hərəkətlərində istifadə etmək üçün ermənilərdən, aysorlardan, 
həmçinin  suriyahlardan  ibarət  dəstələr  təşkil  edərək  onları  silahlandırdı, 
Türkiyə müharibəyə qoşulduqdan sonra dinc türk əhalisinə qarşı terrorçuluq 
hərəkətlərinin  baş  verəcəyi  konkret  yerləri  müəyyənləşdirdi.  Az  sonra 
həmin  dəstələrin  terrorçuluq  hərəkətləri  işə  düşdü.  Lakin  indiyədək  bu 
məsələ Azərbaycan tarixçiliyində ayrıca tədqiqat obyekti olmamışdır. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə