Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə3/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   2   3   4   5   6   7   8   9   ...   99

Rus-ingilis  yazışmalarından  aydın  olur  ki,  birinci  dünya  müharibəsi 
illərində  Türkiyə  tərəfsiz  olardısa  belə  “onun  hərəkətləri  Azərbaycanda 
dayandırılmalı“ idi. Bu təklifi fransız diplomatiyası da arzuolu- nan hesab 
edirdi.  Lakin  “Türkiyənin  tərəfsizliyi  şərtilə  hərəkətlərinin  Azərbaycanda 
dayandmlması“ məsələsi də geniş elmi-tədqiqat işi kimi araşdınimamışdır. 
Birinci  dünya  müharibəsi  illərində  Türkiyənin  Güney  Azərbaycan 
siyasətinə  qarşı  rus-ingilis  diplomatiyalarının  birgə  fəaliyyəti  də  maraqlı 
məsələlərdən biridir. 
Dünya  müharibəsi  dövründə  rus  hökuməti  Güney  Azərbaycanda  ən 
yüksək  vəzifəli  şəxslərin  təyin  edilməsində  yaxından  iştirak  etdi,  öz 
mənafeyinə  uyğun  gəlməyən  şəxslərə  qarşı  terrorçuluq  hərəkətlərinin 
törədilməsinin  və  onlar  haqqında  şayiələr  yayılmasının  təşkilatçısı  oldu. 
Hətta  müxtəlif  pis  şayiələr  yaymaq  barədə  diplomatik  və  konsulluq 
nümayəndəliklərinə məxfi göstərişlər də verdi. 
Rus hökuməti konsullarının Güney Azərbaycanda vergi toplamalarına 
göstəriş  verdi.  Bu,  Azərbaycan  xalqı  və  İran  hökumətinin,  o  cümlədən, 
ingilis  diplomatiyasının  kəskin  narazılığına  səbəb  oldu  və  diplomatik 
yazışmalar  obyektinə  çevrildi.  Lakin  indiyədək  bu  məsələlər  barədə  də 
xüsusi araşdırılma aparılmamışdır. 
Çar Rusiyası öz ordularını Güney Azərbaycanda hər vəchlə saxlamağa 
çalışaraq  onlardan  Türkiyə  əleyhinə  istifadə  edirdi.  Buna  görə  də  rus 
ordularının Güney Azərbaycandan geri çağırılması haqqında bəzi təkliflər 
hökumət tərəfindən qətiyyətlə rədd olundu. 
Birinei  dünya  müharibəsi  illərində  rus  höküməti  Türkiyə  əleyhinə 
qiyamlara qaldırmaq üçün kürd dəstələri təşkil etsə də, kürdlərlə rus ordu 
hissələri  arasında  kəskin  döyüşlər  getdi.  Rus  hökuməti  kürdləri  kütləvi 
surətdə qırmaqda general Voropanova məhdudiyyətsiz səlahiyyətlər verdi. 
Rus  ordu  hissələrinin  və  ermənilərin  kürdlərə  qarşı  törətdikləri  kütləvi 
qətllər  məsələsi  də  indiyədək  tarixçilərimizin  diqqətindən  kənarda 
qalmışdır. 
Dördüncü, müharibə dövründə türk diplomatiyası Quzey Azərbaycanı 
və  Rusiya  impenratorluğunun  digər  türk  və  müsəlman  xalqlarını 
müstəmləkəçilik  zülmündən  azad  etmək  siyasətinə  Avropadakı  müttəfiq 
dövlətlərini və ABŞ-ı qoşmaq üçün səylər göstərdi. Türk diplomatiyasınının 
bu  sahədə  səmərə  verən  səyləri  Azərbaycan  tarixçiliyində  indiyədək 
öyrənilməmişdir. Bu məsələ də ciddi elmi araşdırmaya möhtacdır. 



Beşinci,  müharibo  orofəsindo,  müharibə  başladıqdan  və  Türkiyə 
müharibəyə  qoşulduqdan  sonra  çarizm  hakimiyyət  orqanlarının  Güney 
Azərbaycana gəlib-gedənləri nəzarətdə saxlaması, islamçılara və türkçülərə 
qarşı  kəskin  mübarizə  aparması  da  indiyədək  məxsusi  olaraq 
araşdırılmamışdır. 
Altıncı,  həmişə  olduğu  kimi,  birinci  dünya  müharibəsi  illərində  də 
Rusiya  Qafqaz,  o  cümlədən.  Quzey  Azərbaycan  siyasətində  daim 
ermənilərə arxalandı, Türkiyəyə qarşı müharibədə erməni silahlı dəstələri 
yaradaraq istifadə etdi. Bu dəstələr rus ordu hissələrinin köməyi ilə türklərə 
və digər müsəlmanlara qarşı soyqırım törətdilər. On minlərlə azərbaycanlı 
öldürüldü  və  qaçqına  çevrildi.  Müharibə  illərində  türklərə  qarşı  etdikləri 
xəyanətdən  qorxan  erməniləri  çarizmin  Quzey  Azərbaycan  torpaqlarında 
yerləşdirməsi və azərbaycanlıların hesabına ermənilərin varlanması onlarda 
ümumi  nifrət  yaradırdı.  Hakimiyyət  orqanları  erməni-müsəlman 
münasibətlərindən  daim  rahatsızlıq  keçirirdilər.  Ermənilər  isə  Rusiyanın 
göstərişi və köməyi ilə uydurma “erməni soyqırımı“ haqqında müharibənin 
ortalarından siyasi məqsədlər naminə danışmağa başladılar. Bu məsələlər 
də indiyədək Azərbaycan tarixçiliyində xüsusi olaraq öyrənilməmişdir. 
Yeddinci,  1917-ci  il  oktyabr  çevrilişindən  sonra  müharibədə  döyüşən 
dövlətlərin Azərbaycan siyasətində baş verən dəyişikliklər. Güney Qafqaza 
Türkiyə  və  Almaniyanın  yiyələnməsinin  qarşısını  almaq  üçün  ABŞ, 
İngiltərə  və  Fransanın  qətiyyətli  hərəkətə  keçmələri,  1917-ci  ildən 
başlayaraq  dünya  müharibəsində  neftə  olan  ehtiyacın  kəskin  şəkildə 
güclənməsi  ilə  Bakı  neftinin  rolunun  artması,  böyük  dövlətlərin  neft 
uğrunda  mübarizəsi  və  s.  məsələlərin  araşdırılmasının  müasirlik 
baxımından ciddi elmi əhəmiyyəti vardır. 
Səkkizinci, Güney Qafqazın müstəqilliyinin elan edilməsi uğrunda türk 
diplomatiyasının  mübarizəsi,  buna  qarşı  çıxış  edən  rus  diplomatiyasının 
Türkiyənin  müttəfiqi  olan  Almaniyaya  təpki  göstərməsi,  notalar 
mübadiləsi,  Almaniyanın  Güney  Qafqazı  tutmaq  üçün  ordu  hissələri 
göndərməsi.  Güney  Qafqazın  Türkiyə  və  Almaniyanın  əlinə  keçməsinə 
qarşı çıxış  edən  fransız  diplomatiyasının  Güney  Qafqazın  müstəqilliyinin 
Antanta ölkələrinin himayəsi altında elan edilməsinə bolşevik Rusiyasına 
qarşı  mübarizədə  vasitə  kimi  baxması,  Güney  Qafqazda  Almaniya 
nümayəndəliyi,  Brest-Litovski  banşiğı,  Ərzincan  barışığı,  Trapezund 
(Trabzon)  konfransı,  Batum  konfransı,  Güney  Qafqaz  respublikalarının 
müstəqilliklərinin elan edilməsinə böyük 


dövlətlərin  münasibəti,  türklərə  və  digər  müsəlmanlara  qarşı  törədilən 
soyqırıma  regionda  marağı  olan  dövlətlərin  münasibəti  və  s.  məsələlər 
araşdırılmağa möhtacdır. 
Doqquzuncu, 
1918-ci  ilin  yayından  başlayaraq  Osmanlı  impcrator- 
luğu ilə Azərbaycan arasında imzalanan Batum, Bakı-Batum arasında neft 
ixracına  dair  Osmanlı-Azərbaycan-Gürcüstan  müqavilələri,  Almaniyanın 
Azərbaycana müqavilə layihəsi təqdim etməsi, ABŞ-ın Azərbaycan neftinə 
xüsusi maraq göstərməsi, ingilislərin Güney Azərbaycana dəvət edilmələri
erməni silahlı dəstələrinin müsəlmanlara qarşı törətdikləri soyqırıma digər 
dövlətlərin münasibəti, türklərin Bakını azad etmələrinə mane olmaq üçün 
rus-alman  danışıqları  və  Brest  sülh  müqaviləsinə  əlavə  müqavilənin 
imzalanması,  Bakının  azad  edilməsinin  böyük  dövlətlər  arasında 
münasibətlərə  təsiri.  Quzey  Azərbaycan  uğrunda  Türkiyə  ilə  Almaniya 
arasında  mövcud  olan  ixtilaflar,  müstəqil  Azərbaycan  dövlətinə 
münasibətdə Osmanlı impe- ratorluğunun yeritdiyi siyasət və b. məsələlərin 
öyrənilməsi böyük dövlətlərin Quzey Azərbaycan siyasətinin mahiyyətini, 
məqsəd və vəzifələrini üzə çıxarmağa imkan verir. 
Onuncu, 
Bakı  azad  edildikdən  sonra  Osmanlı  imperatorluğu  ilə 
Azərbaycan Xalq Cümhuriyyəti arasında imzalanan sənədlər, Almaniyanın 
Azərbaycanla  yaxınlaşmaq  cəhdləri,  rus,  alman  və  türk  diplomatiyaları 
arasında  Azərbaycana  dair  danışıqların  və  s.  məsələlərin  araşdırılmasının 
mühüm elmi əhəmiyyəti vardır. 
On  birinci, 
müharibədə  Almaniyanın  müttəfiqi  olan  Osmanlı  im- 
peratorluğunun  məğlub  edilməsindən  sonra  böyük  dövlətlərin  Quzey 
Azərbaycan siyasətində əsaslı dəyişiklik əmələ gəldi. Mondros barışığının 
imzalanması bütövlükdə Azərbaycanın taleyinə təsir göstərdi. Müharibədə 
müttəfiq  olan  Antanta  dövlətləri  arasında  Quzey  Azərbaycan  uğrunda 
diplomatik-siyasi  mübarizə  gücləndi.  Bu  məsələlərin  araşdırılması  da, 
şübhəsiz, böyük dövlətlərin Azərbaycan siyasətinin öyrənilməsində mühüm 
rol oynayır. 
Böyük  dövlətlərin  bütövlükdə  Qafqaz  siyasətini  müəyyənləşdirən 
amillərdən  biri  bu  ölkələrin  əhalisinin  tərkibinin  yekcins  olmaması  idi. 
Qafqazda  kilsə  milliyyətçiliyi  və  separatçılığı  təşviq  edirdi,  bu  da  daimi 
münaqişələr mənbəyi idi. 
Qeyd  etmək  lazımdır  ki,  birinci  dünya  müharibəsi  illərində  böyük 
dövlətlərin Azərbaycan siyasətində neft amili mühüm rol oynayırdı. 
10 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə