öz xidməti vəziyyətinə görə E. Paraken görkəmli alman və türk hərbi siyasi
xadimləri olan Hans Fon Sekt, Ənvər paşa, Nuru paşa, Xəlil paşa. Mürsəl
paşa (1881-1945) və b. ilə ünsiyyətdə olmuşdur. E. Paraken Bakının azad
edilməsi planının hazırlanmasında iştirak etmişdir. Xatirələrində o,
Qafqazda türk siyasətinə, xüsusən, 1918-ci il sentyabrın 15-də Bakının azad
edilməsinə diqqət yetirmişdir. Lakin E. Para- kenin fikirləri sonralar Xəlil
paşa ilə ayrılmışdır.
Alman ordusu Şərq cəbhəsinin baş qərargah rəisi olmuş general E.
Lüdendorflın (1865-1937) beş fəsildən ibarət olan xatirələri'"’ birinci dünya
müharibəsi illərində Güney Qafqaz və Azərbaycanla əlaqədar məsələləri
öyrənmək baxımından əhəmiyyətlidir. Kitabda Brest-Li- tovsk sülh
danışıqları və sülh müqaviləsi, türklərin Qafqazın müstəqil olmasına dair
tələbləri. Güney Azərbaycandan rus ordusu qovulduq- dan sonra
ingilislərin oraya girməsi, Türkiyənin “Güney Qafqazda yaranan kiçik rus
respublikaları” - Gürcüstanı, Azərbaycanı və Ermənistanı danışıqlara
qoşması, alman hökumətinin əmri ilə İstanbuldakı general Fon Lossovun
bu danışıqlarda iştirak etməsi, türklərin Azərbaycanın müsəlman əhalisi
arasında təbliğat aparmasının müharibədə ümumi maraqlara cavab verməsi,
türklərin Güney Qafqaz xammalına can atması, Təbrizdə və Bakıda
Almaniya, Türkiyə, Rusiya və ingilis maraqları və s. izah edilir.
Lüdendorflın xatirələrindən aydın olur ki, Azərbaycan siyasətində döyüşən
dövlətlərin, o cümlədən, Almaniyanın məqsədi başlıca olaraq Bakı neftinə
sahib olmaq və əlverişli hər- bi-starteji mövqelər qazanmaq olmuşdur.
Lüdendorf Qafqazda Almaniyanın məqsədinin ərazi tutmaq deyil, xammala
və müharibədə əlavə insan ehtiyatına yiyələnmək olduğunu yazır'"’.
Lüdendorflın xatirələrində Qafqazda alman-türk ziddiyyətləri və həmçinin,
türklərin Bakıya girməməsi üçün Bakı neftinin dörddə birinin almanlara
verilməsi üçün bolşeviklərin razılığa gəlməsində güdülən məqsədlər izah
edilir"”. Lüdendorfun xatirələrinin 187-ci səhifəsində Ermənistana türk
hücumuna dair xəritənin verilməsi bir daha təsdiq edir ki, 1918-ci ilədək
Qafqazda Ermənistan adlı ərazi olmamışdır. Əsas ərazi Azərbaycan
türklərinə məxsus olmuşdur.
Fransa mənbələri
Memuar ədəbiyyatı
Birinci dünya müharibəsi illərində Fransanın Yaxın və Orta Şərq, o
cümlədən, Azərbaycan siyasətini öyrənmək üçün Fransanın dövlət
26
xadimlorinin vo horbçilorinin xatirolori diqqəti cəlb edir. 1913-1920- ci
illərdə Fransa prezidenti olmuş Raymon Puankarenin (1860-1934)
xatirələri"'^ birinci dünya müharibəsi illərinədək olan dövrdə
diplomatik-siyasi mübarizəni başa düşmək üçün əhəmiyyətlidir. Altı
fəsildən ibarət olan kitabda əsasən 1870-ci ildən 1914-cü ilədək olan
hadisələr və onlara münasibət verilir.
R. Puankarenin digər xatirələri'"'’ Fransa dövlətinin xarici siyasətini
öyrənmək baxımından əhəmiyyət daşıyır.
Fransız kəşfiyyatçısı Robert Bukar birinci dünya müharibəsi illərində
gizli xidmət orqanlarının fəaliyyətindən bəhs edən kitabında'"’ almanların
ABŞ-a hücum etmək barədə təkliflərini, ingilislərin alman teleqramlarını
oxumasını, gizli alman diplomatik kodunun ingilislərin əlinə keçməsini və
casusluq işlərinin metodlarını izah edir.
Rusiya və sovet mənbələri
Xarici siyasət sənədləri
Rusiyanın birinci dünya müharibəsi illərində yeritdiyi Azərbaycan
siyasətini öyrənmək üçün mühüm mənbə SSRİ MİK yanında imperializm
dövrü sənədlərinin nəşri üzrə komissiyanın M. N. Pokrovskinin rəhbərliyi
ilə 1935-ci ildə nəşr etdirdiyi sənədlər külliyyatıdır'"". Bu sənədlərin təhlili
göstərir ki, rus hökuməti özünün Şərqdəki müstəmləkəçilik siyasətinin
həyata keçirilməsində ermənilərə daim bir alət kimi baxmış, onları
təşkilatlandırmış, silahlandırmış və lazım gəldikdə Türkiyəyə və
Azərbaycana qarşı istifadə etmişdir. Dünya müharibəsi illərində Rusiya
Güney və Quzey Azərbaycan ərazisindən Türkiyəyə qarşı hərbi
əməliyyatlar və terrorçuluq məqsədləri üçün istifadə etmiş, dəstələr
hazırlamış və onu parçalamağa çalışmışdır. Güney Azərbaycana ordu
yerindən Rusiya vergiləri toplamağa, vəzifələrə öz adamlarını
yerləşdirməyə səylər etmiş, Azərbaycanın təbii sərvətlərinə göz dikmişdir
və s. Bu sənədlərin ciddi araşdırılması eyni zamanda onu da göstərir ki,
uydurma 1915-ci il erməni soyqırımı məsələsi sabün köpüyündən başqa bir
şey deyildir. Rusiyanın Azərbaycan siyasəti öyrənilərkən bu sənədlər
külliyyatlarından geniş istifadə edilmişdir. Yeri gəl- mişkən qeyd edək ki,
müəllif həmin sənədlərin bir qismini rus dilindən tərcümə edərək tarixə dair
clmi-nəzərli jurnalda çap etdirmişdir'"".
Böyük dövlətlərin Azərbaycan siyasətini öyrənmək üçün mühüm
mənbələr cərgəsinə müqavilə, nota və bəyanatların toplandığı külliyyatı aid
etmək olar"".
27
Müharibənin son illərinə dair diplomatik siyasi-mübarizə
problemlərini, xüsusən. Güney Qafqaza dair alman-türk ixtilaflarını
öyrənmək üçün əhəmiyyətli mənbə Rusiyanın xarici siyasəti sənədlərinin
toplandığı məcmuədir'".
Dövri mətbuat
Monoqrafiya yazılarkən Rusiya dövri mətbuatına da müraciət
edilmişdir. “Senatskaya vedomosti”nin 1915-ci il saylarında əmrlər,
sərəncamlar və fərmanlar toplanmışdır. Burada Rusiyanın Azərbaycan
siyasətinə dair bəzi rəsmi sənədlər də vardır.
Birinci dünya müharibəsinin gedişində hərbi əməliyyatlara, dövlətlərin
yeritdikləri ümumi xarici siyasətinə dair “Niva” jurnalında müəyyən
materiallar verilmişdir"^ Jurnalın 1915-ci ildəki 46-cı nömrəsi başdan-başa
müharibədəki hərbi əməliyyatlara həsr edilmişdir. Burada Qafqaz cəbhəsinə
və Rusiyanın Qafqaz siyasətinə toxunulsa da, bütövlükdə, çarizmin
Azərbaycan siyasətindən danışılmır. Bununla belə, problem araşdırılarkən
bu jurnalın yazılarına, həmçinin Azərbaycan arxivlərində rast gəlinən digər
rus qəzetlərinin kəsiklərinə də müraciət olunmuşdur. Lakin rus dövri
mətbuatının bütün materialları çarizmin mənafelərini əks etdirdiyindən
məsələlər birtərəfli işıqlandırılmışdır.
Gürcü və erməni mənbələri
Birinci dünya müharibəsinin son illərində Güney Qafqazda baş verən
prosesləri və böyük dövlətlərin Azərbaycan siyasətini öyrənmək üçün
müəyyən fikir və mülahizələr gürcü və erməni siyasi xadimlərinin
xatirələrində, məruzə və çıxışlarında toplanmışdır. N. N. İordaniyanın
dövrün hadisə və proseslərini əks etdirən məruzə və çıxışlarından geniş
istifadə olunmuşdur"^ Burada 1918-ci ildə Türkiyənin sülh təklifinə
münasibət, Zaqafqaziya seymi, Türkiyə ilə sülh danışıqları barədə
mübahisələr, Zaqafqaziya seyminin dağılması və b. məsələlər öz əksini
tapmışdır. Daşnak partiyasının yaradıcılarından biri və daşnak Ermənistanın
baş naziri olmuş Qv. Kaçaznuninin 1923-cü ilin aprelində Buxarestdə
Daşnaksutyun partiyasının xarici orqanlarının konfransındakı məruzəsi"''
erməni mənafeyini əks etdirsə də müharibə dövründə türk-erməni,
erməni-azərbaycanlı münasibətlərini, Türkiyənin və Rusiyanın bölgədə
yeritdiyi siyasəti öyrənmək baxımından əhəmiyyətlidir.
28
Dostları ilə paylaş: |