Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə7/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   2   3   4   5   6   7   8   9   10   ...   99

nimişdir.  “Азербауджан“  qəzetinin  saylarında  böyük  dövlətlərin 
Azərbaycan siyasətinə dair çoxlu əhəmiyyətli materiallar vardır. 
Bakıda yaşayan ermənilərin nəşr etdikləri  “Baku“ qəzetinin (naşir X. 
Vermişev,  redaktor  Q.  E.  Starçov)  1914-cü  il  yanvar-iyun  ayları,  1915, 
1916, 1917-ci illər saylarma baxılmışdır. Qeyd etmək lazımdır ki, “Baku“ 
qəzeti ermənilərin mənafeyini müdafiə edərək əsasən erməni millətçiliyini 
təbliğ etmişdir. 
Monoqrafiya  yazılarkən  gündəlik  ictimai-ədəbi  və  siyasi  qəzet  olan 
“Kaspiy“ qəzetinin 1914-cü il noyabr-dekabr ayları, 1915, 1916, 1917-ci il 
saylarmdan  geniş  istifadə  edilmişdir.  Qəzetin  naşiri,  sahibi  Hacı 
Zeynalabdin Tağıyev, redaktoru isə Andrey Veynberq olmuşdur. “Kaspiy“ 
qəzetinin saylarında Azərbaycan türklərinə qarşı çarizmin yeritdiyi siyasət 
öz  əksini  tapmadığından  problemin  yalnız  dövri  mətbuat  materiallarının 
əsasında  öyrənilməsi  bitkin  hesab  edilə  bilməz.  Bununla  belə,  “Kaspiy“ 
qəzeti  Azərbaycan  xalqının  maariflənməsində  və  milli  şüurun  inkişafinda 
mühüm rol oynamışdır. 
İş  yazılarkən  “Bakinskaya  qubemskaya  vedomosti“nin  1914-cü  il 
yanvar-dekabr  ayları  saylarmdan  istifadə  edilmişdir.  Burada  quberniyada 
baş verən hadisələr və hökumətin gördüyü tədbirlər öz əksini tapmışdır. 
Bakıda  çap  olunan  “Kavkazskiy  teleqraf'  qəzetinin  (naşir  X.  A. 
Vermişev,  redaktor  Q.  Starçev)  1914,  1915-ci  illər  saylarında  gedən 
materialların  monaqrafıyanın  yazılmasında  əhəmiyyətli  rolu  olmuşdur. 
Qəzetdə  Türkiyə  ilə  müharibə  başladıqdan  sonra  erməni-türk,  rus-türk 
münasibətlərinə  dair  geniş  materiallar  verilmiş,  ermənilərin  Türkiyə 
əleyhinə qızışdırılması, ermənilər və erməni məsələsi haqqında geniş yazılar 
dərc edilmişdir. 
“Kavkazskiy kalendaf’m 1914, 1915, 1916 və 1917 (I-Il hissələr)  -ci 
illər  nömrələrindən  geniş  istifadə  edilmişdir.  Burada 1913-1916-cı  illərdə 
Qafqazın ərazisi, əhalisi, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin 
nümayəndəlikləri,  Rusiyanın  Güney  Azərbaycandakı  və  İrandakı 
nümayəndəlikləri barədə məlumatlar toplanmışdır. 
Bakı neft sənayeçiləri qurultayı şurasının nəşri olan və ayda iki dəfə çap 
edilən “Нефтуаное дело” jurnalının (redaktoru A. A. Paroni- an) 1918-ci il 
1-2,  3-4,  5-6,  7-8,  9-10,  11-12,  13-16,  17-20  saylarmdan,  “Açıq  söz“ 
qəzetinin müxtəlif nömrələrindən istifadə edilmişdir. 
“Dirilik“ jurnalının 1914-cü il 2, 4-cü, 1915-ci il 13, 16-cı sayları- na, 
“Məktəb“ jurnalının 1915-ci il 1, 3, 4, 6-cı saylarma, satirik “Ba- bai-əmir“ 
jümalmm 1915-ci il tarixli saylarma baxılmışdır. Qeyd et- 
20 


mok lazımdır ki, senzuranın mövcud olduğu şoraitdə Azərbaycan mətbuatı 
çox iş görə bilməsə də, hər halda böyük dövlətlərin Azərbaycan siyasətini 
müəyyən  dərəcədə  əks  etdirə,  Azərbaycanda  baş  vermiş  hadisələri  verə 
bilmişdir. 
Osmanlı mənbələri 
Arxiv sənədləri 
Problemi  araşdırarkən  Türkiyə  arxivlərinin  sənədlərindən  istifadə 
edilmişdir. Birinci dünya müharibəsi illərində Osmanlı imperatorluğu- nun 
Azərbaycan  siyasətinə  dair  xeyli  material  Türkiyə  Cümhuriyyəti 
Başbakanlıq  Dövlət  Arxivləri  Genci  müdirliyi  Osmanlı  Arxivində 
toplanılmışdır.  Bu  sənədlərin  bir  qismi  toplu  halında  çap  olunmuşdur*'. 
Topluda  Rusiya  və  Türkiyənin  Qafqaz  siyasətinə  dair  sənədlər,  müstəqil 
Azərbaycan Dövləti qurulduqdan sonra Osmanlı Dövləti ilə Azərbaycan və 
Gürcüstan  cümhuriyyətləri  arasında  imzalanan  Bakı-  Batum  neft  nəqlinə 
dair  müqavilə  və  Osmanlı  dövləti  ilə  Azərbaycan  Xalq  Cümhuriyyəti 
arasında  siyasi,  iqtisadi,  hərbi  məsələlərə  dair  imzalanan  dostluq  və 
əməkdaşlıq müqavilələri verilmişdir. Osmanlı im- pcratorluğu ərazisində və 
Qafqazda  yaşayan  ermənilərin  birinci  dünya  müharibəsi  illərində  türk 
hökumətinə  və  müsəlmanlara  qarşı  terrorçuluğa  təhrik  edilməsi  və  dinc 
vətəndaşları  kütləvi  surətdə  qırması  məsələsi  Türkiyə  arxivlərində 
saxlanmış  və  dərc  edilmiş  sənədlər  külliyyatlarında  öz  əksini  tapmışdır. 
Belə külliyyatlardan biri 1994-cü ildə türk dilində, 1995-ci ildə isə ingilis 
dilinə çevrilərək çap edilən sənədlər külliyyatıdır*'. 
Ermənilərin  Qafqazda  və  Anadoluda  1906-1922-ci  illərdə 
müsəlmanlara  qarşı  törətdikləri  qətliamı  öyrənmək  üçün  qiymətli 
mənbələrdən biri dörd cilddə nəşr edilmişdir. Nəşrin birinci cildində 1906- 
1918-ci illərdə ermənilərin törətdiyi məzalimə dair sənədlər toplanmışdır*’. 
Çap olunmuş xarici siyasət sənədləri 
Osmanlı  imperatorluğunun  xarici  siyasətindən  bəhs  edən  sənəd  və 
materiallarda  dövlətin  ümumi  beynəlxalq  vəziyyətinə,  xarici  siyasətinin 
əsas  istiqamətlərinə  və  məqsədlərinə  dair  çoxlu  faktlar  toplanmışdır. 
Xüsusilə, birinci dünya müharibəsi illərində türk-amerikan münasibətlərinə 
dair  sənədlərin  verildiyi  məcmuə*''  araşdırılan  problem  baxımından 
əhəmiyyətlidir. 
21 


Memuar ədəbiyyatı 
Osmanlı  impcratorluğunun  və  Türkiyə  Cümhuriyyətinin  görkəmli 
dövlət,  siyasi,  ictimai  və  hərbi  xadimlərinin  xatirələri  birinci  dünya 
müharibəsi  illərində  Portonun  (Osmanlı  hökumətinin  rəsmi  adı  olub- 
yüksək,  parlaq.  Osmanlı  deməkdir)  Azərbaycan  siyasətini  örənmək  üçün 
qiymətlidir. Osmanlı imperatorluğunda baş qərargah rəisi, baş nazir və b. 
vəzifələrdə  işləmiş  Ahməd  İzzət  paşanın  1924-cü  ildə  yaiz-  dığı 
xatirələrində"®  Qafqaz  cəbhəsində  baş  verən  hadisələr,  Türkiyənin 
Azərbaycan  siyasəti, Türkiyənin  dünya  müharibəsinə  girməsinə  dair  bəzi 
bilgilər, erməni olayları, Brest-Litovsk danışıqlarında Qafqaz məsələsi və b. 
öz əksini tapmışdır. 
Osmanlı  imperatorluğunda  görkəmli  vəzifələr  tutmuş  “Triumviraf’ın 
üzvü,  gənc  türklər  hökumətinin  nüfuzlu  xadimlərindən  biri,  İstanbulun 
hərbi  qubernatoru,  hərbi-dəniz  naziri,  ictimai  işlər  naziri  və  Suriyada, 
Fələstində və Sinayda dördüncü ordunun komandanı olmuş Əhməd Camal 
paşanın (1872-1922) qeydləri"" qiymətli mənbədir. Doqquz fəsildən ibarət 
olan  qeydlərdə  müharibədən  əvvəlki  illərdə  və  müharibə  dövründə 
Türkiyənin yeritdiyi siyasət öz əksini tapmışdır. 
Türkiyənin  tanınmış  siyasi  xadimi  Riza  Nurun  xatirələrindən  ibarət 
olan  kitabın"’  13-14-cü  fəsillərində  dünya  müharibəsinin  başlanması  və 
Türkiyənin ona qoşulması məsələlərinə toxunulur. 
Türkiyənin müdafiə naziri Ənvər paşanın (1881-1922) qardaşı, Qafqaz 
islam  ordusunun  komandanı  Nuru  paşanın  (1889-1949)  Türkiyə  silahlı 
qüvvələri baş qərargahının əskəri tarix və strateji etüd (ATASE) başkanlığı 
arxivinin 3823 nömrəli klassorunun 22 nömrəli dosyesində saxlanılan iki 
hissədən  ibarət  xatirələri  M.  Süleymanov  tərəfindən  çap  edilmişdir"". 
Xatirələrdə Qafqaz islam ordusu hərəkatı, icraat, Bakının zəbtindən sonrakı 
hərəkat,  əskəri,  mülki,  mətbuat,  xarici  təşkilat  və  siyasi,  ticarət,  poçt  və 
teleqraf,  nazirliklər,  Bakı  və  almanlar,  Bakının  təxliyyəsi  məsələləri 
işıqlandırılır. 
ABŞ mənbələri 
ABŞ mənbələrindən, xüsusən, amerikan dövlət və görkəmli xadimlərin 
xatirələrindən  istifadə  olunmuşdur.  1913-1921-ci  illərdə  ABŞ  prezidenti 
olmuş Vudro Vilsonun (1856-1924) fəaliyyətindən bəhs edən kitablardan 
biri  Versal  sülh  konfransında  Amerika  mətbuat  komitəsinin  sədri  olmuş 
Stennart Bekerin sənədləri və qeydləri əsasında yazılmış, dörd hissədən və 
iyirmi dörd fəsildən ibarət olan mo- 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə