Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə4/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   2   3   4   5   6   7   8   9   ...   99

Mübarizo  aparan  böyük  dövlotlorin  hər  biri  müharibədə  uğur 
qazanılmasının başlıca amillərindən olan Bakı neftinə can atırdılar. 
Müharibədə döyüşən dövlətlərin hər birinin Azərbaycanda niyyətlərinin 
olduğu  və  mənafelərinin  toqquşduğu  şübhəsizdir.  Lakin  başlı-  ea  məsələ 
bundan ibarətdir  ki,  hansı dövlətin  planları  və  mənafeləri ilə  Azərbaycan 
xalqının  milli  mənafeləri  üst-üstə  düşürdü.  Mənbələrin  araşdırılması 
Türkiyənin  Güney  Qafqazda  siyasətinin  Azərbayean  xalqının  müharibə 
dövründəki  istəklərinə  və  strateji  mənafeyinə  tam  uyğun  gəldiyini 
söyləməyə imkan verir. Bütün bu amillər birinei dünya müharibəsi illərində 
böyük dövlətlərin Azərbayean siyasətini araşdırmağı aktual edir. 
Müəllifin  başlıea  məqsədi  böyük  dövlətlərin  Azərbayean  siyasətinin 
hərbi  deyil,  diplomatik-siyasi  eəhətlərini  araşdırmaqdır.  Kiçik  dövlətlər 
müharibənin gedişinə diplomatik - siyasi təsir etmədikləri üçün müəllif bu 
ölkələrin siyasətinə diqqət yetirmir. 
Böyük  dövlətlərin  Azərbaycan  siyasətinin  mahiyyətini  “tarixi 
qanunauyğunluq“, “tarixi zərurət“ və “tarixi hökm“ kimi sxematik qələmə 
vermək  tarixi  hadisə  və  prosesləri  kasadlaşdırmaq,  onun  səbəb,  nəticə, 
mahiyyət, məqsəd əlaqələrini və rəngarəngliyini sadələşdirmək olardı. Belə 
olduqda tarixi prosesdə alternativlik ikinci plana keçər və hər şey hamar və 
ütülü verilərdi. Bu da tarixi kerçəkliyin obyektiv üzə çıxarılmasına imkan 
verməzdi.  Lakin  məlum  olduğu  kimi,  tarix  özü-özündən  baş  vermir,  onu 
yaradırlar.  Tarixi  yaradanlar  isə  heç  də  bir  cür,  düzxətli  düşünmürlər  və 
hərəkət etmirlər, əksinə alternativ, bir-birinə əks düşünürlər və bir-birlərinə 
qalib  gəlmək  üçün  müxtəlif  üsullardan  istifadə  edirlər.  Belə  şəraitdə  bir 
dövlətin  siyasətini  tərifləyib,  digərini  tənqid  etmək  antitarixi  xarakter 
daşıyır və tarixi gerçəkliyə ziddir. Böyük dövlətlərin siyasətinin mahiyyəti 
baş verdiyi konkret tarixi şəraitdə olduğu kimi, heç bir subyektivizmə yol 
verilmədən  və  modernləşdiraıə  aparılmadan  kompleks  araşdırılaraq  təhlil 
edilməlidir. 
Dəyişikliksiz tarix yoxdur. Zaman və tarix dəyişiklik proseslərini ölçən 
iki  üsuldur.  Tarixi  hadisə  və  prosesləri  modernləşdirərək  müasir  siyasət 
baxımından  araşdırmaq  yanlışlığa  gətirərdi.  Ona  görə  də  müəllif  tarixi 
hadisə və prosesləri konkret zaman və məkan daxilində, bütün tərəflərini - 
daxili siyasi, iqtisadi, sosial və xarici cəhətlərini kompleks halında obyektiv 
tənqidi - təhlil edərək öyrənməyə çalışmışdır. 
11 


“Birinci  dünya  müharibəsi  illərində  bÖ3dik  dövlətlərin  Azərbaycan 
siyasəti“  probleminin  araşdırılması  bir  sıra  məsələlərin  ayrıca  olaraq 
öyrənilməsini  gənc  tarixçilərimizin  qarşısında  mühüm  vəzifə  kimi  qoyur. 
Fikrimizcə, 1914-1918-ci illərdə Güney və Quzey Azərbaycanı əhatə edən 
və tədqiqata möhtac olan həmin məsələlər aşağıdakılardan ibarətdir; 1. Bakı 
birinci  dünya  müharibəsi  illərində;  2.  Birinci  dünya  müharibəsi 
1914-1918-ci illərin Azərbaycan mətbuatında; 3. Birinci dünya müharibəsi 
illərində Azərbaycan dəstəsi; 4. XIX əsrin II yarısı - XX əsrin əvvəllərində 
Azərbaycan Rusiya-Türkiyə münasibətlərində; 5. Birinci dünya müharibəsi 
illərində Güney Qafqazda qaçqınlar məsələsi; 6. Birinci dünya miharibəsi 
və Rusiyanın türk və digər müsəlman əhalisi; 7. Birinci dünya müharibəsi 
illərində Azərbaycanda demoqrafik vəziyyət; 8. Birinci dünya müharibəsi 
illərində erməni- gürcü ziddiyyətləri; 9. Birinci dünya müharibəsi illərində 
Rusiya imperiyasında yəhudilərin vəziyyəti; 10. Birinci dünya müharibəsi 
illərində  Bakı  nefti  məsələsi;  11.  Birinci  dünya  müharibəsi  illərində 
azərbaycanlı - gürcü münasibətləri. 
İllər  ötəcək,  əsrlər  bir-birini  əvəz  edəcək,  lakin  tariximizə  olan 
akademik  maraq  daha  da  artacaqdır.  Marağın  güclənməsinin  səbəbini 
araşdırıcılarda  və  kitablarda  deyil,  Azərbaycan  tarixinin  zənginliyində 
axtarmaq  lazım  gələcəkdir.  Məhz  tariximizdəki  zənginlik  yüzlərlə 
araşdırıcıları özünə cəlb edəcək və yeni-yeni əsərlər meydana çıxacaqdır. 
Manoqrafıyanın  metodoloji  əsasını  elmi  obyektivlik,  tarixilik  vo 
sistemlilik  prinsipləri  təşkil  edir.  Müəllif  mənbələri  öyrənərkən,  fakt  və 
materialları  şərh  edərkən  həmçinin,  tarixi  alternativlik  prinsipinə 
əsaslanmışdır. İş problemlər üzrə xronoloji ardıcıllıqla yazılmışdır. 
Müəllif  klassik  tarixçiliyə  xas  olan  təsvirçiliklə  yanaşı  sosial  elmlər 
çərçivəsində tarixçiliyə xüsusi önəm verməyə çalışmışdır. Tarixi proseslərə 
yanaşmada  rəğbət  və  ya  nifrət  deyil,  tarixi  fakt  və  hadisələrə  obyektiv, 
qayğıkeş  münasibət  göstərilmişdir.  Müəllif  sənədləri  akademizmlə 
araşdırmağa,  təhlil  etməyə,  problemi  isə  sadə  və  anlaşıqlı  dildə  yazmağa 
çalışmışdır. 
Problemi  araşdırarkən  yalnız  pasifist,  mühafizəkar  və  ya  liberal 
cərəyanlara arxalanmaq elmi yanlışlıqlara gətirib çıxara bilər. Çünki yazılan 
çoxlu monoqrafiyalarda sülhpərvərlik missiyalarından gen-bol danışılsa da, 
əslində  hər  bir  dövlətin  özünün  siyasi,  iqtisadi  və  strateji  məqsədləri 
olmuşdur. Səviyyəsinə görə müxtəlif olan mənafelər 
12 


araşdırmada əks olunmuşdur. Deməli, bir elmi-ideoloji istiqamətə arxalanıb 
araşdırma  aparmaq  tam  bitkin  sayıla  bilməz.  Ona  görə  də  monoqrafiya 
yazılarkən  beynəlxalq  münasibətlər  tarixi  problemlərini  araşdırmaq  üçün 
tətbiq  edilən  üsullardan  -  materialların  toplanması  sistemləşdirilməsi, 
kompleks  təhlili,  ümumiləşdirilməsi,  nəticələr  çıxarılması,  proseslərin 
səbəb-gediş - nəticə əlaqələrinin üzə çıxarılması və s. - istifadə edilmişdir. 
Aparılan təhlil  hər  hansı  ideoloji istiqamət  və  təsirlərdən  azad  olub,  ilkin 
mənbələrin  və  ədəbiyyatların,  gerçək  tarixin  öyrənilməsinə  və  təhlilinə 
əsaslanır. 
Problemin mənbə bazası 
Problemin  araşdırılması  mövcud  qaynaqları  bir  neçə  qrupa  bölməyə 
imkan  verir:  arxiv  sənədləri;  çap  olunmuş  arxiv  sənədləri;  xarici  siyasət 
sənədləri; mcmuar ədəbiyyatı; dövri mətbuat. 
Azərbaycan mənbələri 
Arxiv sənədləri
 
Mövzu yazılarkən Azərbaycan mənbələrindən geniş istifadə edilmişdir. 
Bunların içərisində arxiv sənədləri xüsusi yer tutur. İlk növbədə Azərbaycan 
Respublikası  Dövlət  Tarix  Arxivinin  (ARDTA)  fondlarında  saxlanılan 
materialları xüsusi qeyd etmək lazımdır. Rusiyanın Azərbaycan siyasətini 
öyrənmək üçün ən qiymətli mənbə Azərbaycan Xalq Cümhuriyyəti Xarici 
İşlər  Nazirliyi  nəzdində  yaradılmış  “Müsəlman  əhalisinə  münasibətdə 
Zaqafqaziyada  rus  siyasəti  üzrə  materialların  toplanmasına  dair  xüsusi 
komissiya“nın sənədləridir. Bu sənədlər illər boyu Azərbaycan Respublikası 
Dövlət  Tarix  Arxivində’  məxfi  qrifı  ilə  saxlanılmışdır.  Azərbaycan  Xalq 
Cümhuriyyəti  hökuməti  bu  məlumatların  bir  qismini  “Oçerki  russkoy 
politiki na okrai- nax“ adı ilə nəşr etdirərək Parisə 7, İstanbula 5 nüsxə və b. 
yerlərə göndərmişdP. 
Qafqaz  canişinliyi  dəftərxanasının  materiallarının  toplandığı  fond’ 
problemi  araşdırmaq  üçün  əhəmiyyətlidir.  Qafqaz  canişinliyi  idarəsinin 
quberniyalarla  məxfi  yazışmaları  çarizmin  Azərbaycan  siyasətinin 
mahiyyətini  özündə  əks  etdirir.  Yazışmalardan  aydın  olur  ki,  qatı 
antiazərbaycan  mövqeyi  ilə  seçilən  Qafqaz  canişini  qraf  Vorontsov-Daş- 
kov çarizmin aşkar yeridilən müstəmləkəçilik siyasətinə tərəfdar olmamış, 
işlərin uğurlu alınması üçün hökumətin əsl niyyətlərini gizlətməyi, onu daha 
incə və qapalı metodlarla həyata keçirməyi tövsiyə et 
13 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə