Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə17/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   13   14   15   16   17   18   19   20   ...   99

Bolqarıstanda - Plovdiv Universitetinin kitabxanasında; Avropa fondu 
kitabxanasında; 
Rusiyada  -  M.  Qorki  adına  Ural  Dövlət  Universitetinin  Elmi 
kitabxanasında; Universitetin tarix kabinetində; Yekaterinburqdakı Avropa 
Birliyinin  sənədlər  və  informasiya  mərkəzində;  Yekaterinburqdakı  ABŞ 
kitabxanasında; 
Qazaxıstanda  -  Türküstan  şəhərindəki  Ahmet  Yasevi  adına 
Qazax-Türk Beynəlxalq Universitetinin kitabxanasında. 
Bundan əlavə, mövzu işlənilərkən internet materiallarından da istifadə 
olunmuşdur. 
Monoqrafiyanın  yazılmasında  göstərdiyi  xeyirxah  yardımlara  və 
yaratdıqları  şəraitə  görə  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti 
yanında  Baş  arxivlər  idarəsinin  rəisi  Ataxan  Paşayevə,  Azərbaycan 
Respublikası Dövlət Tarix Arxivinin müdiri Arif Axundova, Azərbaycan 
Respublikası  Dövlət  Arxivinijr  müdiri  Fikrət  Əliyevə,  Azərbaycan 
Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivinin müdiri Mais 
Axundova,  Azərbaycan  Respublikası  Ədybiyyat  və  İncəsənət  Arxivinin 
müdiri  Maarif  Teymurova,  Azərbaycan  Respublikası  Dövlət  Arxivinin 
kitabxana müdiri Yeganə Cabbarovaya,  arxivlərin bütün əməkdaşlarına, 
Türkiyə  Başbakanlıq  Dövlət  Arxivləri  Gcnci  müdiri  İsa  Özkula,  Türk 
Tarix  Qurumunun  başqanı,  professor  Yusuf  Halac-  oğluna.  Qurumun 
kitabxana  müdiri  Neşecan  Uysala,  Türkiyə  Cümhuriyyətinin  Bakıdakı 
səfirliyinin  əməkdaşi  M.  Dervişoğluna,  Türküstan  şəhərindəki 
(Qazaxıstan) Ahmet Yasevi adına Qazax-Türk Beynəlxalq Universitetinin 
birinci  prorektoru,  professor  Abdullkadir  Yuvalıya,  Ural  Dövlət 
Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor B. 
Mixaylenkoya, Sofiya Universitetinin professoru Kostadin Qrozevə və b. 
dərin təşəkkürlərimi bildirirəm. 
Monoqrafiya  üç  hissədən  ibarətdir.  Birinci  hissədə  1914-cü  ilin 
avqustundan  1917-ci  ilin  oktyabrınadək  aparılan  diplomatik-siyasi 
mübarizə, ikinci hissədə 1917-ci ilin oktyabrından 1918-ci il noyabrın 11- 
dən  olan  müddətdə  böyük  dövlətlərin  Azərbaycan  uğnında 
diplomatik-siyasi  mübarizəsi  araşdırılır.  Üçüncü  hissədə  birinci  dünya 
müharibəsi  illərində  böyük  dövlətlərin  Azərbaycan  siyasətini  əks  etdirən 
sənədlər, materiallar və xəritələr toplanmışdır. 
Monoqrafiyanın  hər  üç  hissəsi  haqqında  xeyirxah  arzu,  irad  və 
təkliflərini bildirən şəxslərə əvvəlcədən minnətdarlıq edirəm. 
50 


I
 
Bölüm 
Birinci dünya müharibəsi illərində 
böyük dövlətlərin Azərbaycan siyasətini 
şərtləndirən əsas amillər 
Birinci dünya müharibosi başlayarkon böyük dövlətlər əhəmiyyətinə və 
beynəlxalq  münasibətlərdə  oynadıqları  rola  görə  təxminən  belə 
düzülmüşdülər:  İngiltərə,  Almaniya,  ABŞ,  Fransa,  Rusiya,  Yaponiya, 
Avstriya-Macarıstan,  İtaliya,  Türkiyə  və  Çin.  Bu  dövrdə  dünya  əhalisinin 
sayı bəzi qaynaqlara görə 1 milyard 782 milyon', bəzən də 1 milyard 500 
milyon’ nəfər idi. 
Müharibə ərəfəsində Almaniyanın qüdrəti İngiltərəyə xeyli yaxınlaşdı. 
Dünyanın  birinci  ordusuna  sahib  olan  Almaniya,  donanmaya  görə 
İngiltərədən sonra ikinci yeri tutdu. Alman sənayesi ingilis sənayesini azca 
ötüb  keçdi.  ABŞ  isə  sənaye  və  istehsal  gücünə  görə  İngiltərəni  çoxdan 
ötmüşdü.  Fransa  İngiltərədən  sonra  dünyanın  ikinci  quru  ordusuna  və 
müstəmləkə imperatorluğuna sahib idi. Lakin Almaniyanın sürətli inkişafı 
alman  gücü  ilə  onun  arasındakı  məsafəni  xeyli  azaltdı.  Rusiyanın  quru 
orduları  isə  dünyada  üçüncü  yeri  tuturdu.  Lakin  Rusiya  imperalorluğu 
sənaye və kapital sarıdan ABŞ,  İngiltərə və Fransadan çox geridə qalırdı. 
Rusiyanı  xarici  borclar  sıxırdı.  O,  müttəfiqlərindən  iqtisadi  və  maliyyə 
asılılığında  idi.  Yaponiya  Uzaq  Şərqdə  Rusiyanın  işğalçı  niyyətlərinin 
qarşısını  alırdı.  Avstiya-Macarıstan  xarici  siyasətdə  Almaniyanı  sözsüz 
müdafiə  edirdi.  Osmanlı  impera-  torluğunun  ərazisi  1908-1914-cü  illərdə 
xeyli azaldı və dünya müharibəsi ərəfəsində dövlət zəiflədi. 
Müharibədə iştirak edən bor iki blokun dövlətlərinin dünya iddialarını 
reallaşdırmaq üçün əvvəlcədən xüsusi planları hazırlann'.’şdı. 
38  dövlətin  və  ya  planetin  əhalisinin  87%-nin  iştirak  etdiyi’  birinci 
dünya  müharibəsində  böyük  dövlətlərin  hər  birinin  Azərbaycana  dair 
müəyyən  planları  var  idi.  Siyasi,  hərbi,  iqtisadi  və  strateji  mənafelərdən 
doğan bu planları şərtləndirən amilləri bir neçə qrupa bölmək mümkündür. 
Birinci,  Azərbaycan Avropa ilə Asiya arasında əlverişli tranzit rolunu 
oynayırdı.  Mallar  Azərbaycandan  keçirilərək  İran,  Türkiyə  və  Avropa 
ölkələrinə,  oradan  da  geriyə  daşınırdı.  Xəzər  dənizi  bu  işdə  misilsiz  rol 
oynayırdı. XIX əsrin sonu - XX əsrin əvvəllərində Rusiya 
51 


imperiyasının  Azov  dənizində,  Qara  dənizdə,  Aralıq  dənizində  və  Baltik 
dənizində üzən  3dik  gəmilərinin 40%-i Xəzər dənizində idi. Xəzər dənizi 
imperiyanın həyatında mühüm rol oynayırdı. 
Rusiyanın İran və Türkiyə ilə ticarəti Azərbaycan vasitəsi ilə aparılırdı. 
1900-1913-cü  illərdə  Rusiya  ilə  İran  arasında  orta  illik  ticarət  dövriyyəsi 
81,6 milyon rubl idi. Bunun 54,7 milyon rublu və ya 68%- i Azərbaycanın 
payına düşürdü. 
Müharibə ərəfəsində Rusiya ilə Türkiyə arasında Güney Qafqaz vasitəsi 
ilə aparılan ticarət dövriyyəsi ildə orta hesabla 2 mln. rubl idi. Bunun 1,3 
mln. rublu ixrac, 0,7 mln. rublu isə idxal idif 
Quzey Azərbaycan xarici dünya ilə Güney Qafqaz dəmir yolu. Xəzər 
dənizi, Batum və Poti limanları vasitəsi ilə Qara dənizlə əlaqə saxlayırdı. 
Diyarda iki dəmir yolu var idi. Bunlardan biri uzunluğu təxminən 200 km. 
olan Bakı-Dərbənd xətti idi. Bu xətt Xəzər dənizinin qərb sahillərini əhatə 
edirdi.  İkinci  xətt  Bakı  -  Tiflis  -  Batum  idi.  Bunun  ümumi  uzunluğu 
təxminən 950 km. idi. Onun da 471 km-i Azərbaycan ərazisindən keçirdi. 
Böyük dövlətlər Azərbaycana Qərbi Avropa ilə Mərkəzi Asiya arasında 
ən  qısa  dünya  tranzit  yolu  kimi  baxırdılar.  London,  Rostov  və  Kəlkuttə 
arasında dəmir yolu xətti Xəzər dənizinin cənubundan, başqa sözlə desək, 
Bakıdan keçirdi. İngilislərin London-Bombey dəmir yolu xəttinin uzunluğu 
layihəyə görə 8 min 200 verst idi. Bu yol aşağıdakı məntəqələrdən keçməli 
idi: 
Aleksandrov-Rostov-Bakı-Rəşt- 
Tehran-Kerman-Nuşki. 
Son 
məntəqədə bu yol Hindistana gedən yollarla birləşməli idi^ 
Mühəndis Palaşkovski üçüncü dəmir yolu istiqamətinin ideyasını verdi. 
Sonralar  mühəndis  Saxnovski  bu  möhtəşəm  dünya  yolunun  layihəsini 
xırdalığına  qədər  işləyib  hazırladı.  Dəmir  yolu  xəttinin  Bakıdan  Xəzər 
dənizi sahili boyunca Elbrus dağlarından keçərək Tehrana getməsi nəzərdə 
tutulurdu.  O  vaxt  Bakı-Culfa  dəmir  yolu  ideyası  hələ  yox  idi.  Lakin 
Bakı-Culfa  dəmir  yolu  ideyası  reallaşdıqca  Bakı-Cul-  fa  -  Təbriz-Tehran 
yolunun  perspektivi  və  əhəmiyyəti  daha  aydın  görünürdü.  Ona  görə  də 
Rusiya  dəmir  yol  siyasətinə  xüsusi  diqqət  yetirməyə  başladı.  1913-cü  il 
yanvarın  24-də  yeni  İran  kabineti  mühəndis  Podqurski  ilə  İran 
Qeydiyyat-Ssuda  bankına  Urmiyənin  şimal-şərq  sahilindən  keçməklə 
Cülfa-Təbriz  dəmir  yolunun  tikintisi  üçün  konsessiyaya  verilməsi  barədə 
saziş imzaladı. Konsessiyanın müddəti 75 il idi. İran hökuməti 35 il sonra 
dəmir yolunu xərclənmiş kapitalın ildə 
52 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə