Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə19/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   15   16   17   18   19   20   21   22   ...   99

xeyli  artması  böyük  dövlətlərin  Azərbaycan  siyasətini  şərtləndirən 
amillərdən biri idi. Əslində müharibə həm də neft və neft mənbələri uğrunda 
aparılırdı. 
1914-cü ilin ilk 9 ayı ərzində bütün dünyada 3 milyard 402 milyon pud 
neft çıxarılmışdı. Bu da 1913-cü illə müqayisədə 219, 3 milyon pud və ya 
6,9% çox idi. Bunun 552 mln. pudu və ya 16,2% Rusiyanın payına düşürdü. 
1901  və  1913-cü  illərlə  müqayisədə  1914-cü  ildə  neft  çıxaran  başlıca 
ölkələrin  yerləşməsi  belə  idi:  1901-ci  ildə  Rusiya  neft  çıxanimasının 
həcminə görə dünyada birinci yerdə idi. Əgər 1901-ci ildə ABŞ-da 555 mln. 
pud neft çıxarılmışdısa o, 2,155 mln. puda çataraq 1913-cü illə müqayisədə 
171 mln. pud artdı. Rusiyada neft hasilatı 1901-ci ildəki 681 mln. puddan 
552 mln. puda endi, 1913-cü illə müqayisədə 12 mln. pud azaldı. Meksikada 
neft  hasilatı  59  mln.  pud  artaraq  285  mln  puda  çatdı.  Rumıniyada  neft 
hasilatı  1913-cü  ildəki  116  mln.  puddan  14  mln.  pud  azaldı. 
Avstriya-Macarıstanda hasilat 
1913-
 
cü illə müqayisədə 18 mln pud azalaraq 67 mln. puddan 49 mln. 
puda endi. İranda neft hasilatı təxminən 25 mln. pud idi. 
ABŞ-m Rusiyam ötüb keçməsi əsasən Bakıda neft hasilatının azalması, 
qiymətlərin  aşağı  düşməsi  və  qazmanın  zəifləməsi  ilə  bağlı  idi.  Bunun 
əvəzində  1914-cü  ilin  yanvarında  ABŞ-da  2286  buruğun  qazılması  başa 
çatdı,  615-i  isə  yenidən  qazıldı.  Təkcə  sentyabr  ayında  1464  quyunun 
qazılması başa çatdı, 442-i isə tikildi'^ 
Qeyd etmək lazımdır ki, müharibə ərəfəsində ABŞ-da neft qazma işləri 
azaldıqca  Rusiyada  artırdı.  Lakin  Rusiyada  baş  verən  tətillər,  sonra  isə 
müharibədə iştirak etmək neft hasilatını aşağı saldı: Azərbaycan tarixçisi S. 
Əliyarov həm çar hökumətinin, həm də neft sənayesi burjuaziyasının birinci 
dünya  müharibəsinin  doğuracağı  iqtisadi  sarsmtılan  öncədən  görmək 
imkanında  olmadıqlarını  yazır’’.  Lakin  bütövlükdə,  müharibə  neft 
hasilatının ümumi səviyyəsinə təsir etmədi. 1915-ci ilin doqquz ayı ərzində 
Bakı neftayırma zavodlarında 242,9 mln. pud müxtəlif məhsullar istehsal 
edildi. Bu, ötən illə müqayisədə 38,7 mln. pud və ya 18,9% çox idi'f 
M.  Ə.  Rəsulzadə  1938-ci  ildə  Berlində  alman  dilində  çap  olunan 
“Azərbaycan problemi” adlı əsərində Amerikadan sonra ikinci böyük neft 
yataqlarının Bakı və çevrəsində olduğunu yazırdı. O, eyni zamanda dünya 
üzərində  Bakının  neft  mənbələrinin  ikinci  yeri  tütduğunu  qeyd  edirdi. 
Neftin illik ixracı müharibə ərəfəsində 22.000.000 ton və yun ixracı 150.000 
ton idi. Müharibədən əvvəl Azərbaycandan keç 
56 


məklə İran və Rusiya, Türküstan və Qafqaz arasında ixrac 
200.0.
 
000 marka olmuşdu. Bu ölkələrdə ticarətin həcmi 
700.0.
 
000 markaya çatmışdı'". 
Miryaqub  Mehdizadə  də  beynəlmiləl  siyasətin  cahanşümul  iqtisadi 
amillərin  üzərinə  təsir  etdiyini  qeyd  edərək  yazırdı  ki,  bu  amillərdən  ən 
böyüyü, şübhəsiz, petroldur. Ümumi hərbin müzəffəriyyətini təmin edən ən 
böyük qüvvət də, şübhəsiz, petrol idi. Çünki dəmir yollarını, hərbi texnikanı, 
tankları,  avtomobilləri,  təyyarələri  və  sair  bir  çox  nəqliyyat  vasitələrini 
hərəkətə  gətirən  qüvvət  ancaq  petrol  və  benzin  kimi  neftdən  məmul  olan 
məhsullar  idi.  Sülh  ümumiyi  mütəa-  qib  ən  böyük  Avropa  və  Amerika 
ricalinin  zehinlərini  işğal  edən  məsələ  bir  daha  zihur  edəcək  aləmşümul 
müharibədə müzəffəriyyətin hansı qüvvələr tərəfində qalacaq qəziyyəsi idi. 
Zehinləri ciddən işğal edən bu məsələnin on təbii cavabı: “Kim cahan petrol 
mənbələrinə malik olursa müstəqil zəfər onundur” cümləsindən ibarət idi'*. 
Çünki bütün hava filosu, bütün hərb gəmiləri, bütün ticarət filotu və irəlidə 
bütün dəmir yollan petrol və benzin kimi neftdən hasil olan cövhərlər və 
mayelərlə hərəkətə gətiriləcəkdir. Bu qısa və ümumi mülahizələrdən böyük 
dövlətlərlə,  böyük  neft  şirkətlərinin  cahan  petrol  mənbələrini  əllərinə 
keçirmək  yolunda  bəyan  etdikləri  çətin  nə  mahiyyət  və  qiymətdə  olduğu 
özlüyündən  anlaşılır.  Bu  qüvvələrin,  eyni  zamanda  dünyanın  ən  zəngin 
petrol  mənbəyini  təşkil  edən  Azərbaycan  və  ələlxüsus  Bakı  petrol 
mənbələrini əldə etmək üçün göstərdikləri qeyrət və eiddiyyətin əhəmiyyəti 
dəxi bir surətlə təqdir edilmiş olur'l 
İngiltərəni  cahan  hərbinə  sövq  edən  səbəblərdən  biri  Mosul  və 
Azərbayean  nefti  məsələsi  idi.  M.  Mehdizadə  yazırdı  ki,  İngiltərə  ilə 
Amerika arasında gərgin vəziyyətin olmasına səbəbiyyət verən məsələ yenə 
Mosul  nefti  ilə  Azərbayean  nefti  məsələsi  idi.  Məlum  olduğu  kimi, 
Azərbayeanda  mövcud  neft  mövcudi  Meksikadan  və  İrandan  da  çox  idi. 
Hesabına görə Bakı ərazisi altında ehtiyaiı bulunan neftin miqdarı Amerika 
ərazisindəki mövcuddan da az deyildi. Petrol mütəxəssislərindən digər birisi 
Qafqaz ilə Türküstanda mövcud olan nefti 8 bilyon boril miqdarında təxmin 
edirdi.  İran  ilə Türkiyə  ərazisindəki neft  mövcudi  isə  5  bilyon  boril ilə  6 
bilyon arasında təxmin olunurdu. Amerikada neft 5,5 bilyon borildən ibarət 
idi'*. Bu müxtəsər rəqəmlər Azərbaycan petrolunun cahan iqtisadiyyatı və 
cahan siyasəti üçün mühüm rol oynadığını göstərirdi. XIX əsrin sonu - XX 
əsrin əvvəllərində Bakı dünyada neft çıxarılmasına görə birinci yerə çıxdı. 
Bakıda neft isteh 
57 


salının sürotlə artmasının sobobi neft yataqlarının son dərəco zongin- liyi, 
ucuz işçi qüvvəsinin olması və texniki yeniliklərin tətbiqi ilə bağlı idi. 
Başqırd  tarixçisi  Gülnarə  Vəliəhmədova  yazır  ki,  kəskin  beynəlxalq 
ziddiyyətlərdə  neft  uğrunda  mübarizə,  neft  mühüm  cəhət  oldu  və  son 
nəticədə birinci dünya müharibəsinə gətirib çıxartdı”. 
Birinci dünya müharibəsində böyük dövlətlərin Azərbaycan siyasətində 
petrolun oynadığı nəhəng rolu neft işi üzrə ingilis eksperti V. C, Çayldz belə 
ifadə edirdi; “Əgər Bakı nefti olmasaydı, 1914-1921- ci illərdə Yaxın və 
Orta Şərqdə baş verən hadisələr olduğuna bənzəməzdi”. 
'"Nefiyanoe r/e/o” jurnalının hələ müharibə başa çatmamış 1918-ci il 27 
aprel tarixli 7-8-ci saylarmda yazılırdı ki, müharibənin gedişi döyüşən bu və 
ya  başqa  tərəfin  təchizatının  zəruriliyini  göstərirdi.  Müharibə  orduların 
deyil,  xalqların  döyüşdüyünü  və  sənayenin  səfərbərliyinin  səviyyəsini 
göstərdi. Müharibə sənayenin fəaliyyət göstərməsi üçün hər şeydən əvvəl, 
yanacaq ehtiyatlarının zəruriliyini irəli sürdü. Almaniyanın hərbi texnikası 
güclü olduğu bir vaxtda onlar avtomobillərinə, aeroplanlarına yanacaq tökə 
bilmədilər və məğlubiyyət əlamətləri üzə çıxdı. Almaniyaya Rumıniya neft 
mənbələri  kömək  etdi.  Maşınları  çox,  lakin  nefti  az  olan  tərəf  gec-tez 
məğlub  olacaqdır.  Almaniya  bazarlarında  neft  baha  olduğu  üçün  qələbə 
şansı Antanta tərəfdə olacaqdır-“. Doğrudan da, 1916-cı ildə dünyada neft 
çıxarılması  Antanta  ölkələrində  cəmi  48,0  mln.  ton  və  ya  78,6%  idisə, 
Almaniya  tərəfdə  cəmi  2,2  mln.  ton  və  ya  3,6%  idi’'.  Buna  görə  də 
Almaniya  Bakı  neftinə  sahib  olmağı  Antanta  üzərində  qələbənin  əsas 
şərtlərindən biri hesab edirdi”. 
Müharibənin aparılmasında iri neft şirkətləri də maraqlı idilər. 
1914-
 
cü  ilin  iyulunda  Berlində  alman  bankının  direktoru  Hvinner, 
Nobelin  nümayəndəsi  K.  V.  Xaçelinə  bildirdi:  “Tezliklə  Rusiya  ilə 
müharibə başlayacaqdır””. 
Bu  fakt  müharibə  ərəfəsində  korporasiyaların,  bankların  və  sənaye 
kompaniyalannın  böyük  siyasətlə  bağlı  olduğunu  göstərir.  Neft 
korporasiyaları  və  onlarla  əlaqədar  olan  maliyyə  müəssisələri  hərbi 
hazırlığa cəlb olunaraq müharibənin gedişində onlara müvafiq təsir etdilər”. 
Müharibənin  başlanması  və  gedişinin  ən  mühüm  nəticələrindən  biri 
dövlətin fəal yardımı ilə neft kompaniyalarının və biznesinin artma 
58 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə