Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə21/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   17   18   19   20   21   22   23   24   ...   99

Pambıqçılığın  inkişafı  impcratorluğun  həyatında  Azərbaycanın 
əhəmiyyətini artırırdı. 
Diyarda  üzümçülük  və  şərabçılıq  da  inkişaf  edirdi.  XIX  əsrin  so- 
nunda-XX  əsrin  əvvəllərində  Güney  Qafqazda  istehsal  olunan  şərabın 
25,3%-i  Azərbaycanın  payına  düşürdü^“.  Bu  işdə  alman  koloniyaları 
mühüm rol oynayırdılar. 
Azərbaycanda  tütünçülük  də  inkişaf  edirdi.  Güney  Qafqazın  bütün 
tütün fabrikləri yalnız Azərbaycanda yerləşirdi. 
Təbriz, Bakı, Quba və s. xalçaları dünyada məşhur idi. 
Quzey Azərbaycanda Bakı, Gəncə, Nuxa, Quba, Ordubad və b. şəhərlər 
inkişaf edərək ölkənin iqtisadi-təsərrüfat həyatında başlıca rol oynayırdılar. 
Beşinci, müharibə əlverişli bazarlara yiyələnmək uğrunda mübarizə idi. 
Quzey  və  Güney  Azərbaycan  döyüşən  dövlətlər  üçün  əlverişli  bazar 
mənasını  kəsb  edirdi.  Ərazinin  yerləşməsi,  əhalinin  tərkibi  və  müxtəlif 
mallara olan ehtiyaclar bazar kimi Azərbaycanın əhəmiyyətini artırırdı. 
1913-
 
cü ildə Bakı quberniyasının ərazisi 33345,25 kvadrat verst, 
Yelizavetpol  quberniyasının  ərazisi  38922,22  kvadrat  verst,  İrəvan 
quberniyasının ərazisi 23194,79 kvadrat verst, Tiflis quberniyasının ərazisi 
35904,1 kvadrat verst idi’’'. 1914-cü il yanvarın 1-i üçün bütün Qafqazın 
ərazisi 361633,73 kvadrat verst idi. Onun 146940,16 kvadrat versti Quzey 
Qafqaza aid idi. Qalam isə Güney Qafqazın ərazisi idi'"’. 
1914-
 
cü ildə quberniyaların ərazisində dəyişiklik olmadd’. 
Quzey  Azərbaycanın  ərazisi  92.000  kv.  km..  Güney  Azərbaycanın 
ərazisi isə 171, 1 min kv. km-dir*^ 
Bütün  qonşu  ölkələrdən  Azərbaycana  gələn  yollar  əlverişli,  qısa, 
təhlükəsiz və asan idi. 
Almaniyanın  məşhur  dövlət  məmuru  Rudolf Martin  1907-ci  ildə  çap 
etdirdiyi  “Berlin-Bağdad”  kitabında  Almaniyanın  himayəsi  ilə  Bakını  və 
bütün  Qafqazı  birləşdirən  “Tiflis  canişinliyi”nin  yaradılmasını  təklif 
edirdi'*^ 
Almaniya  müharibə  ərəfəsində  Azərbaycanda  öz  diplomatik 
fəaliyyətini  Tiflisdəki  baş  konsulu  qraf  fon  Şulenburq,  Karsdakı  konsulu 
Anders və b. vasitəsilə həyata kcçıı irdi'‘f 
1915-
 
ci  ilin  fevralında  Qafqazda  ,\BŞ  konsulu  F.  Villobey  - 
Smif"'  Qafqaz  bazarı  və  onun  perspektivləri  haqqında  ABŞ  hökumətinə 
məruzə yazdı'“. Müharibə ilə əlaqədar olaraq Qafqazda ABŞ üçün rü- 
62 


sumsuz ticarotə geniş pcrspcktivlor açılırdı. ABŞ-dan Qafqaza rüsum- sıız 
aşağıdakı mallar keçirilo büordi: kond tosərriifatı maşınları və avadanlıqları, 
əkin  maşınları,  ot  çalan  maşınlar,  kartof  yığan  və  sort-  laşdıran  maşınlar, 
kübro səpən maşınlar və pulvcrizatorlar, üzüm şirəsi istehsal edən maşınk'ır. 
Konsul motorların vo buxar maşınlarının əhəmiyyətinə görə Qafqazda 
ikinci yeri tutduğunu yazırdı. Hər il bütün Qafqazda 2 min motor satılırdı. 
Bunun da 500-ü Bakıya aparılırdı. Qaz və neft motorları çatışmırdı. İngilis, 
alman, rus, belçika və İsveç motorları Azərbaycana amerikan motorları adı 
ilo gətirilirdi. Bazar hidravlik motorlar və dəniz motorları üçün əlverişli idi. 
Motorların  hər  pudu  üçün  rüsum  3  rubl  20  qəpik  təşkil  edirdi.  Qafqazda 
pambıqtəmizləmə maşınlarına böyük ehtiyac var idi. Burada hər pud üçün 
rüsum  75  qəpik  idi.  Dəyirmanlara,  suvarma  maşınlarına,  toxum  vo  düyü 
təmizləyən maşınlara, toxum dəzgahlarına ehtiyac artırdı. 
Qafqazda  mcşokəson  maşınlara  ehtiyac  duyulurdu.  Nəqliyyatın  zə- 
illiyi  ucbatından  bu  sahənin  inkişafı  ləng  gedirdi.  1915-ci  ildə  Qafqazda 
250-300  ağackəsən  maşın  var  idi.  Onlarla  3  min  fəhlə  məşğul  olurdu. 
Ağaçkoson maşınlar üçün ümumi rüsum 2 rubl 10 qəpik idi. 
Müharibə  ilo  bağlı  Lodz  manufakturası  bürosu  bağlandıqdan  sonra 
Qafqazda  amerikan  parçaları  üçün  geniş  perspektiv  açıldı.  ABŞ  buraya 
ayaqqabı, dəri vo s. göndərə bilərdi. Müharibənin başlanması ilə əlaqədar 
olaraq  Almaniya,  Avstriya  -  Macarıstan  və  İsveçrədən  musiqi  alətləri, 
saatlar vo qiymətli əşyalar göndərilməsi dayandırıldığı üçün bu sahədə do 
ABŞ  üçün  geniş  perspektivlər  açıldı.  Müharibədə  rus  hökumətinin 
Qafqazdan  yun  vo  marqansın  çıxarılmasını  qadağan  etməsi  Azərbaycanı 
ABŞ üçün əlverişli bazar edirdi. 
Nəhayət, müharibəyə qoşulan Osmanlı imperatorluğunun Azərbaycan 
siyasətini  şərtləndirən  bir  sıra  özünəməxsusluqlar  mövcud  idi.  Bu 
özünəməxsusluqlar  Rusiya  imperatorluğunun.  Güney  Qafqazın,  Güney 
Azərbaycanın  əhalisinin  dini  və  milli  tərkibi  ilə  bağlı  idi.  Rusiya 
imperatorluğunda bozi hesablamalara görə 104, bəzilərinə görə isə 109 xalq 
yaşayırdıR  Bütövlükdə,  Rusiya  imperatorluğunda  181  milyon  nəfər  əhali 
var idi^^ 
Ümumrusiya müsəlmanlarının 1917-ci ildə keçirilən qurultayındakı Z. 
Validinin məruzəsində Rusiyada türk mənşəli xalqların 23 milyona yaxın, 
müsəlmanların isə 27 milyon nəfər olduğu göstərilir'''. Başqa bir məlumata 
görə, 1914-1917-ci illərdə çar Rusiyasında yaşa 
63 


yan türklərin sayı 16 milyon 688 min nəfər və ya bütün əhalinin 9,8%- ni 
təşkil edirdi*“. Beləliklə, Rusiya bir türk ölkəsi idi. 
1914-
 
cü  il  yanvarın  1-i  üçün  bütün  Qafqazda  11928601  nəfər  əhali 
yaşayırdı. Onun 4335156 nəfəri Güney Qafqazda yaşayırdı*'. 
1915-
 
ci  il  yanvarın  1  -i  üçün  bütün  Qafqazda  yaşayan  11449166 
nəfərin 3964472 nəfəri Quzey Qafqazda idi*^ 1916-cı il yanvarın 1-i üçün 
isə bütün Qafqazda 12.266.282 nəfər əhali yaşayırdı**. 
1915-ci ildə bütün Qafqazda müsəlmanlar 6 milyon nəfər idi və burada 
yaşayan əhalinin yarısını təşkil edirdilər. Bu rəqəmi H. Z. Ta- ğıyev 1915-ci 
il  sentyabrın  22-də  yeni  Qafqaz  canişini  Nikolay  Niko-  layeviçin 
qarşılanma mərasimində söylədi*'*. 
Başqa bir məlumata görə, 1915-ci il yanvarın l-ədək Güney Qafqazda 
20-ə qədər xalq yaşayırdı. Burada əhalinin sayı 6.609.234 nəfər idi. Bütün 
XIX  əsr  boyu  və  XX  əsrin  əvvəllərində  Güney  Qafqazın  əhalisi  4  dəfə 
artmışdı və əhalinin 80%-dən çoxu kənd təsərrüfatı ilə məşğul olurdu**. 
Bir məlumata görə isə Quzey Azərbaycanın əhalisi təxminən 2.861.862 
nəfər idi. Bunun 1.952.250 nəfəri, yəni 70%-ə qədəri türk, müsəlman idi. 
Başqa bir məlumata görə, 1914-1917-ci illərdə Azərbaycan türklərinin sayı 
təxminən 1475,6 min və ya 1995, 6 min nəfərə çatırdı*“. 
M.  Ə.  Rəsulzadə  “Azərbaycan  problemi”  adlı  əsərində  yazırdı  ki. 
Şimali Azərbaycanın 3,5 milyon əhalisi olub, bunlardan 75%-i müsəlman 
türküdür*^ 
Əgər 1903-cü ildə Bakı şəhəri hüdudlarında 143.786 nəfər yaşayırdısa, 
1913-cü ildə 214.675 nəfər yaşayırdı. On il ərzində Bakının əhalisi 70. 843 
nəfər  və  ya  49,3  %  artmışdı.  Müqayisə  üçün  göstərmək  lazımdır  ki,  bu 
dövrdə Petroqradın əhalisi ildə orta hesabla 2,2%, Moskvanın əhalisi 3,25% 
artmışdı.  Əhalinin  illik  orta  artımı  Bakıda  4,09%  idi.  Bu  Petroqraddan  2 
dəfə, Moskvadan isə 1,5 dəfə çox idi. 
Bu dövrdə Bakıda 25 iqtisadi ərazi rayon var idi. Bakıda 1897-ci ildə 
1000 kişiyə 673 qadın düşürdüsə, bu rəqəm 1903-cü ildə 752 qadın və ya 79 
nəfər  çox,  1913-cü  ildə  777  qadın  və  ya  25  nəfər  çox  idi.  1903-1913-cü 
illərdə artıq Bakıda kişilər 47,2%, qadınlar isə 52% artmışdı**. 
Bakıda bütün əhalinin 76.229 nəfəri və ya 36%-i rus, 45.972 nəfəri və 
ya  21,3%-i  azərbaycanlılar,  41.685  nəfəri  və  ya  19,5%-i  ermənilər  idi. 
Şəhərdə başqa xalqların da nümayəndələri yaşayırdılar. 
64 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə