Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə29/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   25   26   27   28   29   30   31   32   ...   99

1915-ci  ilin  yazında  komandan  general  Yudeniç  başda  olmaqla  rus 
ordusunun irəliləməsi əsasən, ermənilərin ayağa qaldırılması hesabına əldə 
edildi.  Ruslar  ermənilərin  yardımı  ilə  Osmanlı  ərazisinə  girdilər. 
Osmanlıları  dəstəkləyən  acarlar  və  lazlar  kütləvi  şəkildə  məhv  edildilər. 
Təkcə Çorana varisinin 52 min əhalisindən yalnız 7 mini canını erməni-rus 
silahından qurtara bildi'"“. 
Qeyd  etmək  lazımdır  ki,  müharibə  dövründə  Rusiya  .türkləri  və 
müsəlmanları  əsir  düşərək.  Osmanlı  imperatorluğu  tərəfə  keçib  rus 
ordusuna qarşı döyüşürdülər. Türk tarixçisi, professor Nadir Dqylət yazır ki, 
birinci dünya savaşının ilk illərində alman cəbhəsindəki rus qüvvələri xeyli 
itki  verdi  və  100  minlərlə  döyüşçü  almanlara  əsir  düşdü.  Dəqiq  olmayan 
məlumatlara görə, bunların arasında 30-40 min Rusiya türkü var idi. Onlar 
ruslardan  ayrılaraq  almanlara  əsir  düşdülər  və  Zossen  və  Vünsdorf  əsir 
düşərgələrində yerləşdirildilər. 
Bu əsirlər Almaniyanın tərəfindən döyüşmək istəyirdilər. Onlar “Asiya 
tabum” yaradaraq 1000 nəfər əsgərlə mayın 1-dən Berlindən yola düşdülər 
və  1916-cı  il  mayın  7-də  İstanbula  çatdılar.  Bir  müddət  Aləmdağda 
qaldıqdan sonra Bağdada döyüşlərə göndərildilər. Onlar 
1916-
 
cı  ilin  oktyabrından  etibarən  ingilislərlə  döyüşlərdə  qəhrəmanlıq 
göstərdilər.  İngilislərə  əsir  düşənlər  Hindistana  yola  salındılar.  Onlardan 
170 nəfəri İstanbula döndü. Bu əsirlərin bir hissəsi sonralar Se- vastopola 
getdi, 30 nəfəri isə İstanbulda qaldı'"'. 
Ənvər  paşa  1916-cı  ildə  Məclisi  Məbusanda  çıxış  edərək  Hərbi 
nazirliyin büdcəsinə 15 milyon lirə ödənilməsini xahiş etdi'"^ 
Rusiyada  baş  verən  fevral  inqilabı  Osmanlı  imperatorluğunun 
Azərbaycan siyasətini reallaşdırması üçün əlverişli şərait yaratdı. 
Osmanlı hökuməti Qafqaz ordular qrupunu 1917-ci il martın 7-də təşkil 
etdi.  Qmpun  komandanı  Əhməd  İzzət  Paşa  oldu.  2-ci  Qafqaz  korordu 
komandanlığına avqustun 1-də Yaqub Şövqi paşa gətirildi'"’. 
Müvəqqəti  hökumət  müharibəni  davam  etdirsə  də,  artıq  qüvvələr 
nisbəti Rusiyanın xeyrinə deyildi. Oktyabr çevrilişindən sonra cəbhələrdə 
vəziyyət  əsaslı  şəkildə  dəyişildi.  Bundan  sonra  türklərin  uğurları  artdı. 
Lloyd  Corc  yazırdı:  “Türklər  Güney  Qafqazda  pərakəndə  ms  ordusunun 
qalıqları ilə döyüşdə hansısa uğur qazandılar”'"f Osmanlı hökuməti bundan 
sonra Qafqaza, xüsusən, Azərbaycana daha ciddi diqqət yetirməyə başladı. 
Osmanlı imperatorluğunun Azərbaycan siyasətində yeni mərhələ başlandı. 
86 


Almaniyanın niyyətləri 
Avropanın bütün böyük dövlotlori Yaxın və Orta Şərqlə, onun gələcək 
taleyi  ilə  cicidi  maraqlanırdılar.  Xüsusən,  XIX  əsrin  90-cı  illərindən 
almanlar  geniş  müstəmləkə  siyasətinə  diqqəti  artırdılar.  Almaniya  öz 
müstəmləkəçilik  mənfəətləri  üçün  Kayzer  Vilhelmdən  başlayaraq 
müsəlmanlara arxalanmağa başladı. 1888-1918-ci illərdə prussiya kralı və 
alman  imperatoru  olan  II  Vilhelm  (1859-1940)  90-cı  illərdə  Şərqə  səfər 
edərkən  Rcyn-Vcstfal  rayonu  sənayeçilərinin  orqanı  yazırdı  ki,  “biz 
Afrikanın  bölüşdürülməsinə  geçikdik,  lakin  Türkiyə  bizə  hədiyyə 
vcrocokdir"'b  Selahattin  Eyyubun  türbəsini  ziyarət  edərkən  Kayzer  dedi: 
“Dünyanın bütün əzilən müsəlman xalqları, Almaniyanı ən yaxın dostunuz 
sayın”. Bundan sonra 11 Vilhelmin, hətta islamı qəbul etməsi və almanların 
kütləvi  şəkildə  müsəlmanlığa  keçmələri  haqqında  şayiələr  yayıldı. 
Müsəlmanlar  Almaniyanın  müttəfiq  olduğuna  inandılar.  Almaniya  öz 
istəklərini  həyata  keçirməyə  başladı.  Almaniya  impcratorluğu  ingilisləri, 
fransızları  və  rusları  türklərin  və  müsəlmanların  yaşadıqları  torpaqlardan 
vurub çıxartmaq istəyirdi. Bundan ötrü Almaniya pangermanizmdən ilham 
almış  panislamçılara,  pantürkçülorə  və  turançılara  arxalanırdı.  Alman 
tarixçisi, professor Hans Kohn pantürkizmin pangermanizmdən güc aldığını 
və onun köklərinin yüzillor öncəyə dayandığını yazır"’^ Min il almanlar və 
türklər  Almaniya  ilə  Osmanlı  imperatorluğıınu  slavyanlardan-ruslardan 
qorumağa məcbur olmuşdular. 
Rus dövləti güclü olduqca almançılığın yayılması əngəllərlə üzləşirdi. 
Pantürkçülər  də  eyni  düşüncəyə  sahib  idilər.  Türkçülük  hərəkatının  geri 
qaytarmaq istədiyi Serbistan, Qafqaz, Krım və Əfqanıstan bölgələri birbaşa 
və  dolayısı  yolla  Rusiyanın  hakimiyyəti  altında  idi‘“b  Rusiyanı  məhv 
etmədən və ya ciddi şəkildə zəiflətmədən bu istəklərə çatmaq olmazdı. 
Müharibə ərəfəsində Almaniyanın ərazisi 10 mln. kv. km., əhalisi 14,7 
mln.  nəfər  olan  müstəmləkələri  var  idi.  Təbii  sərvətlərinə  görə  alman 
müstəmləkələri  ingilis  və  fransız  müstəmləkələrindən  kasıb  idi. 
Almaniyanın  müharibəyə  girməsi  səbəbləri  daha  çox  təbliğ  edilirdi. 
Almaniyanın  müharibəyə  qoşulmasının  motivlərini  Berlində  çap  olunan 
“Fiqaro  “  qəzetinin  müxbiri  Şari  Bonnfon  məqaləsində  aşağıdakı  kimi 
verirdi:  alman  xalqının  yaxşı  qüvvələrinə  mane  olan  qara  qüvvələri  ləğv 
etmək; böyük şəhərlər almanları həm fiziki, həm də mənəvi cəhətdən məhv 
edir, beş və ya altı nəsil sonra alman şəhərlə 
87 


rində  əhali  əlindən  yaşamaq  olmayacaq;  müharibə  başlayanda  26  milyon 
nəfər əhali var idi və hətta kəndlilər şəhərlərdə cəmləşirdilər; rus bazarım və 
fransız müstəmləkələrini ələ gəçirmək lazım idi; panger- manistlərə görə, 
düşmən üzərində mənəvi üstünlük olduqda qələbə baş verir və s.'"* Bundan 
ötrü almanlar xeyli qüvvə toplayaraq döyüşə atıldılar. Cəbhələrdə döyüşən 
alman  diviziyalarının  sayı  1914-cü  ildə  94-117,  1915-ci  ildə  118-159, 
1916-cı ildə 60-75, 1917-ci ildə 200- 234, 1918-ci ildə 210-235 idiT 
Almaniya  Qafqaza  və  İrana  ordu  göndərmək,  İrandan  keçərək 
Hindistana getmək üçün Türkiyədə möhkəmlənirdi"”. General Liman fon 
Sanders  yazırdı:  “Reyx  hesab  edirdi  ki,  Türkiyə  təkcə  boğazları  özündə 
saxlamayacaq və sərhədlərini qorumayacaqdır... Misiri fəth edəcəkdir, İranı 
azad  edəcəkdir.  Güney  Qafqazda  müstəqil  dövlətlərin  yaradılması  üçün 
zəmin  hazırlayacaqdır,  Əfqanıstan  tərəfindən  Hindistan  üçün  təhlükə 
yaradacaqdır... və Avropada hərbi əməliyyatlara fəal yardım göstərəcəkdir. 
Suİtan  müqəddəs  müharibə  adı  ilə  müsəlmanları  ingilis,  fransız  və  rus 
ağalığına qarşı qaldırmalı idi'". 
Hələ  1914-cü  il  avqustun  2  və  6-da  Almaniya  və  Türkiyə  arasında 
bağlanan  məxfi  sənədlərə  görə,  Almaniya  türk  ərazilərinin  Rusiya  im- 
pertiyası  torpaqları  hesabına  genişləndirməsini  və  beləliklə  də  müsəlman 
əhalisi ilə birbaşa əlaqə yaradılmasını təmin etməyi və müharibədəki itkilərə 
görə  kompensasiya  verilməsinə  yardım  göstərməyi  öz  üzərinə  götürdü. 
Almaniya  Türkiyəyə  Təbrizi  və  Tiflisi  verməyi  vəd  etdi.  Türkiyə  bu 
müqaviləyə görə. Güney Qafqazı və Quzey Qafqazı, əvvəlki müharibələrdə 
Balkanlarda itirdiyi torpaqları. Egey dənizindəki adaları geri qaytarmalı və 
pul təzminatı almalı idi"^ 
Almaniya Türkiyənin Qafqaza hücumunu dəstəkləyərək buna Avropa 
cəbhələrində  alman  ordularının  irəliləməsi  üçün  vəziyyətin  yün- 
gülləşməsinə  kömək  kimi  baxırdı"^  Almanlar  deyirdilər:  “Hər  şey 
Türkiyədən  asılıdır.  Türkiyə  hərəkət  etməlidir”.  Bununla  belə,  qalib 
Almaniyanın  Qafqazı  türklərə  verməsi  də  şübhə  doğururdu.  Müharibənin 
başlanğıcında Rumıniyanın dövlət xadimi, 1912-1913 və 1916- 
1917-
 
ci  illərdə  xarici  işlər  naziri  işləmiş  Take  İonesku  Tələt  paşaya 
demişdi:  “Qalib  Almaniya...  sizə  Qafqazı  və  ya  Misiri  vermək  kimi 
axmaqlığa getməyəcəkdir. Əgər bacarsa, özü götürəcəkdir"'“. 
Almaniya  Türkiyənin  müharibəyə  qatılmasında  bir  neçə  məqsəd 
güdürdü.  Birinci,  Türkiyə  Qafqaz  cəbhəsinə  yeni  rus  qüvvələri  çəkərək, 
Almaniya və Avstriya-Macarıstanın Şərq cəbhələrindəki hərbi 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə