Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə37/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   33   34   35   36   37   38   39   40   ...   99

rin hakimiyyəti və beynəlxalq nəzarət altında Ermənistan qurmaq. Bu da 
intriqalara  yol  açacaq  və  gələcəkdə  Almaniya  bütün  bunlardan 
faydalanmağa  çalışacaqdır;  v)  Trabzon,  Ərzurum,  Van,  Sivas,  Adana  və 
Mersindən  bir  Ermənistan  yaradıb  Rusiyaya  vermək.  Bunu  etmək 
başdan-başa inqilabçı təşkilatlarla dolu olan və Qafqazla İrandakı inqilabla 
təmasda olan bir çox yerləri Rusiyaya vermək deməkdir. Bu isə Qafqazda, 
Azərbaycanda və Türkiyədə erməni cəmiyyətlərinin birləşib güclənməsinə 
gətirib  çıxaracaqdır.  Bu,  ermənilər  üçün  ən  əlverişli  variantdır,  çünki 
gələcəkdə Rusiya Ermənistanı idarə etməkdə çətinlik çəkəcəkdir; q) Sivas 
bölgəsi və Kiçik Ermənistanın bir qismi Fransaya, bir qismi də Rusiyaya 
verilirdi”^ 
Lakin  erməni  millətçilərinin  məqsədi  öz  sərhədləri  daxilində 
toplanmaq  idi.  Onlar  hələlik  Qafqazdakı  və  Azərbaycandakı  anarxist 
sosialistlərə qarışmaq istəmirdilər. 
Martın  13-də  S.  D.  Sazonov  ingilis-fransız  layihəsi  barəsində  öz 
etirazlarını  yazıb  çara  təqdim  etdi.  Sazonov  Says-Piko  layihəsinin  əsas 
cizgilərini  belə  çəkdi;  “Qara  dəniz  ilə  Urmiyə  gölündən  başlayaraq  Van, 
Bitlis,  Muş  və  Xarputun  güneyindən  və  Torosla  Antitoros  (avropalılar 
Toros  dedikdə  Silifkedə  dənizə  tökülən  Köksü  çayı  ilə  dəniz  arasındakı 
dağlar silsiləsini, Antitoros dedikdə isə Ceyhan dağlarının qərbindəki dağ 
silsiləsini nəzərdə tuturlar) dağlarından keçərək Ana- mur mövqeyinə qədər 
gedən ərazi arasında qalan bütün geniş torpaqlar Anadoluda qalacaq türk 
sultanlığı  ilə  Rusiya  arasında  sərhod  olmaqla  Rusiyaya  verilməlidir. 
Fransaya  isə  Akkadan  başlayaraq  Ana-  mura  qədər  gedən  və  Suriya  ilə 
Kilikiyadan mürəkkəb dəniz sahilinə qədər dar ərazi ilə Rusiyaya veriləcək 
yerlərin  güneyində  qalan  və  onun  quzey  sərhəddini  təqribən 
Ayntap-Urfa-Urmiyadan keçən sahə qalmalı idi“‘. Bu layihəyə görə, fransız 
bölgəsi  Güney  Azərbaycana  -  Urmiyəyə  qədər  ərazini  əhatə  etməli  idi. 
Məhz  Güney  Azərbaycanda  Rusiya  ilə  Fransanın  maraqları  toqquşurdu. 
Rusiya  diplomatiyası  Urmiyə  bölgəsində  başqa  bir  Avropa  dövlətinin 
hökmranlığını  qəbul  etmək  istəmirdi.  Zəngin  təbii  sərvətləri  olan  Güney 
Azərbaycanda Rusiya təkbaşına hökmranlığa can atırdı. 
Rus  diplomatiyası  artıq  Ermənistan  yaratmaq  barəsində  deyil,  özünə 
ərazilər əldə  etmək  barəsində  düşünürdü.  1916-cı  il iyulun  16-da  Qafqaz 
canişini Nikolay Nikolayeviç Sazonova yazdığı məktubunda göstərirdi ki, o 
da bu məsələdə Xarici İşlər naziri kimi düşünür. Rusiya himayəsi altında bir 
Ermənistan müxtariyyəti qurmaq işi ilə əlaqə 
110 


li  olmaq  caiz  deyildir,  çünki  bu  mosolo  müharibənin  doğurduğu  sülh  və 
rahatlığı  qarışdıracaqdır’”.  Nikolay  Nikolayeviç  müharibənin  gedişində 
Qafqaza köçürülən ermənilərin türklərə və digər müsəlman xalqlarına qarşı 
qarşıqlıq  yaradacağını  nəzərə  alaraq  onları  geriyə-  Şərqi  Anadoluya 
göndərməyi zəruri sayırdı. 
Qeyd  etmək  lazımdır  ki,  ingilis  və  fransız  diplomatiyaları  da  erməni 
muxtariyyəti  məsələsindən  geniş  danışmayaraq  yalnız  öz  mənfəətlərini 
güdürdülər. 
Birinci  dünya  müharibəsi  başladıqda  ABŞ  hökuməti  ehtiyatlı  mövqe 
tutaraq tərəfsizliyini elan etdi. Bununla belə, amerikan diplomatiyası Yaxın 
Şərq  siyasətində  Qafqaza  da  tədricən  diqqət  yetirməyə  başladı.  AL3Ş 
tarixçisi  Mclvin  Small  “Vudro  Vilson  və  ABŞ-ın  birinci  dünya 
müharibəsinə  qoşulması”  adlı  məqaləsində  yazır  ki,  1914-cü  ilin 
avqustunda  birinci  dünya  müharibəsi  başladığı  zaman  qəzet  oxuyan 
amerikalılar  köhno  dünyanın  axmaqlığı  üzərində  istehza  ilə  gülürdülər. 
Bəziləri  isə  bu  ölüm-dirim  mübahisəsində  özlərinə  tərəfdar  axtarmağa 
başladılar-'“.  Amma  amerikalıların  əksəriyyəti  Avropada  baş  verən 
kataklizmlorə  böyük  əhəmiyyət  verməyərək  müharibəyə  qoşul-  mağın 
tərəfdarı  deyildilər.  Amerikanın  ənənəvi  tərəfsizliyinin  elan  edilməsi  ona 
qoşulmaqdan  asan  idi.  Tərəfsizlik  nəzəri  cəhətdən  özünü  üç  formada 
göstərdi:  dövlət  hüquqi  cəhətdən  tərəfsiz  qala  bildi;  anlaşmazlıqlara  son 
qoydu; öz qanun və sazişlərini tətbiq etdi“’. 
1914-
 
cü  il  avqustun  4-də  Vudro  Vilson  ABŞ-m  müharibədə 
tərəfsizliyini  elan  etməsinə  baxmayaraq.  Birləşmiş  Ştatların  müharibədə 
dolayısı xərcləri daima artdı. Belə bir fakt diqqətəlayiqdir ki, əgər 1914-cü 
ildə ABŞ müharibə üçün 49 mln. funt sterlin xərcləmişdisə, 1920-ci ildə bu 
məbləq  501  mln.  funt  sterlinqə  çatdı“".  ABŞ-m  müharibədə  İngiltərəni 
təchiz  etməsi  və  iki  ölkə  arasında  sabit  ticarət  əlaqələrinin  kəsilməməsi 
vacib 
idi. 
Lakin 
Almaniyanın 
sualtı 
müharibəyə 
başlaması 
Amerika-İngiltərə  ticarətinin  bağlanması  və  amerikan  biznesinə  böyük 
zərbə demək idi“'T - 
1916-cı il dekabrın 12-də prezident V. Vilson 1915-20 ci illərdə Dövlət 
katib  işləmiş  Robert  Lansinqlə  (1864-1928),  dostu  və  müşaviri  Edvard 
Hauzla müharibədə Almaniyanın mövqeyini müzakirə edərək ABŞ-m sülh 
təkliflərini yenidən işləyib hazırladılar. ABŞ hökumətinin bu barədə notası 
dekabrın  17-də  bütün  döyüşən  dövlətlərə  göndərildi.  Cavabında  Antanta 
ölkələri  bir  sıra  ərazilərlə  yanaşı  Ermənistanın  taleyini  də  xatırladaraq 
başlıca şərtlərini irəli sürdülər: 
111 


Qərb silivizasiyasında yad bədən olan Osmanlı impcratorluğunu Avropadan 
qovmaq  və  s.  Rus  tarixçisi  A.  İ.  Utkin  bunu  regiona  dair  Antanta 
dövlətlərinin 
məqsədlərinin 
ilkin 
müəyyənləşdirilməsi 
kimi 
qiymətləndirir^”  Vilsonun  sülh  təşəbbüsündə  irəli  sürdüyü  alman 
imperializmi  üzərində  “qələbəsiz”  sülh  tezisinə  L.  Corc  və  J.  Klcmanso 
şübhə  ilə  yanaşdılar.  Onlar  soruşdular:  Türkiyə  hakimiyyəti  altında  olan 
xalqların öz müqəddəratım təyin etməsinə necə nail olmaq olar^”. 
ABŞ 1917-ci ilin yanvarında Almaniya ilə diplomatik münasibətlərini 
kəsdi^”.  Rusiyada  fevral  inqlabından  sonra  yaranmış  vəziyyət  Antanta 
ölkələri  üçün  fəlakətli  olduqda  və  Almaniyanın  Meksikanı  ABŞ-  a  qarşı 
müharibəyə  başlamaq  haqqında  təhriklərini  bildikdən  sonra  Birləşmiş 
Ştatlar  hökuməti  müharibəyə  qoşulmaq  barədə  qərar  verdi.  Almaniyanın 
Meksikanı müharibəyə təhrik etməsi Almaniyanın Xarici İşlər naziri Artur 
Simmermanın Mcxikodakı alman səfiri Erharda göndərdiyi teleqramında öz 
əksini tapdı. Bu teleqramı ingilis kəşfiyyatı ələ keçirtdi. İngiltərədəki ABŞ 
səfiri Paj fevralın 23-də axşam saat 11-ə qalmış 1916-1919-cu illərdə Xarici 
İşlər  naziri  olmuş  Artur  Ceyms  Balfurun  (1848-1930)  yanma  çağırıldı. 
Balfur ona alman Xarici İşlər nazirinin məlum teleqramını təqdim etdi’''\ 
Almaniya  Xarici  İşlər  naziri  teleqramda  ABŞ-a  qarşı  müharibəyə 
başlayacağı  təqdirdə  hələ  1848-ci  il  müharibəsindən  sonra  Birləşmiş 
Ştatlara  keçən  Texas,  Yeni  Meksika  və  Orizona  ştatlarının  Meksikaya 
veriləcəyini  vəd  edirdi.  Paj  həmin  teleqramı  fevralın  24-də  səhər  saat 
8:30-da  54-47  №lə  məxfi  olaraq  Vaşinqtona  göndərdi“^  Amerikan  səfiri 
həmin  teleqrama  şərh  də  verdi.  Bundan  sonra  da  ingilis  və  fransız 
kəşfiyyatları  Almaniyanın  bir  çox  məxfi  teleqramlarını  və  kodunu  ələ 
keçirərək  ABŞ  diplomatiyasını  məlumatlandırdı.  Bütün  bunlar  və 
Almaniyanın  dünya  ağalığı  planlarının  ABŞ-ın  mənafelərinə  cavab 
verməməsi  amerikalıları  müharibəyə  qoşulmağa  sövq  etdi.  Almaniyanın 
Rusiyanın daş kömür və neft mənbələrinə can atması Antanta dövlətləri ilə 
yanaşı ABŞ-ın da mənafelərinə zidd idi. ABŞ fevralın 3-də faktiki, aprelin 
2- də isə rəsmi olaraq müharibəyə girdi. Aprelin 4-də senat, aprelin 6-da isə 
nümayəndələr  palatası  Almaniya  ilə  müharibə  vəziyyəti  haqqında  qərar 
qəbul etdi“''. ABŞ-ın müharibəyə qoşulması Antanta ölkələrini fəlakətdən 
qurtararaq,  əslində  Osmanlı  imperatorluğunun  Qafqaz,  o  cümlədən, 
Azərbaycan  planlarının  boşa  çıxmasının  başlanğıcını  qoydu.  Lakin 
Birləşmiş Ştatlar Almaniyaya savaş elan etsə də, onun müt- 
112 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə