Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə38/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   34   35   36   37   38   39   40   41   ...   99

təfıqi  olan  Osmanlı  clövlotino  müharibə  elan  etmədi.  Buna  baxmayaraq, 
Almaniyanın  təkidi  ilə  Osmanlı  imperatorluğu  aprelin  20-də  ABŞ-la 
diplomatik  münasibətlərini  kəsdi.  Türkiyənin  Xarici  İşlər  naziri  Ahmct 
Nesimi bəy üzr istəyən kimi münasibətlər kəsildikdən sonra Anadoluda və 
digər  Osmanlı  torpaqlarında  amerikan  məktəblərinə  və  missioner 
təşkilatlarına toxunulmayacağmı bildirdi’’'**. İqtisadi cəhətdən Almaniyanı 
xeyli  geridə  qoyan  ABŞ-ın  müharibəyə  girməsi  alman  blokunun  taleyini 
həll  etdi.  Mclvin  Small  Birləşmiş  Ştatların  müharibəyə  qoşulmasını  iki 
səbəblə  əlaqələndirir.  Birinci,  1917-ci  ilin  fevral-martında  baş  vermiş 
inqilab  onu  sübut  etdi  ki,  artıq  zülüm-  kar  çar  alyansın  üzvü  ola  bilməz. 
Rusiyanın Antantadan çıxması alman blokunun qələbə çalmasına gətirərdi. 
Bu  isə  ABŞ-ın  beynəlxalq  iddialarına  son  qoymaq  demək  olardı.  İkinci, 
daha əhəmiyyətli səbəb isə Simmermanm teleqramı idi’’*''. 
Amerikan  alimləri  Tomas  H.  Bakley  və  Edvin  B.  Stronq  ABŞ-ın 
müharibəyə  girməsi  səbəblərindən  bəhs  edərək  yazırlar  ki,  nəhayət  hansı 
səbəbə  görə  ABŞ  birinci  dünya  müharibəsinə  daxil  oldu?  Mübahisəli 
cavablar  vardır.  Bunlardan  biri  odur  ki,  Vilson  bilə-bilə,  ya  da  bilmədən 
Almaniyanın qələbə çalmasına yol verməmək üçün ABŞ-ı müharibəyə sövq 
etdi. Bununla da, ABŞ-ın sevimli qüvvələr tarazlığının fəaliyyətini pozdu. 
Başqa  cavaba  görə,  amerikalıların  müharibədə  kobud  səhv  etmələrinin 
səbəbləri - səhvlərin kombinasiyası, müttəfiqlərin lehinə olan əhval-ruhiyyə 
və  tamahkarlıq  idi.  Lakin  başqa  cavaba  görə,  müharibəyə  qoşulmaq 
qaçılmaz  idi.  Vilson  qərarı  dəyişmək  üçün  heç  nə  etmədi  və  yaxud  edə 
bilməzdi^**".  Paris  sülh  konfransında  amerikan  nümayəndə  heyətinin 
mətbuat  komitəsinin  sədri  olmuş  S.  Bckcr  isə  yazırdı  ki,  Vilsona  görə, 
Türkiyə,  şübhəsiz,  müharibənin  ən  zəngin  sərvəti  idi.  Dünyanın  heç  bir 
nöqtəsinin  sərvətləri  Osmanlı  imperiyasının  sərvətləri  ilə  müqayisə  edilə 
bilməzdi“'.  Təxminən  eyni  fikrə  Corc  Kcnnan  da  gəlir.  O,  “Amerikan 
diplomatiyası”  kitabında  yazır  ki,  müharibənin  mənbəyi  son  dərəcədə 
məzmunlu  idi.  Onların  bəzilərinin uzun  sürən təbiəti var  idi:  hələ  də  həll 
olunmamış  əski  türk  imperiyasının  dağılması  problemi“^  ABŞ-ın 
müharibəyə  qoşulması  Osmanlı  imperatorluğunun  ümumi  qələbəsinin 
qarşısını  kəsdi  və  Qafqaz  siyasətinin  reallaşmasına  əngəllər  törətdi. 
Almaniyanın  səhv  hərəkətləri  nəticəsində  Amerikanın  müharibəyə 
qoşulmasına münasibətini bildirən Türkiyənin “Ati” qəzeti yazırdı ki, bütün 
dünyanın  narazılığını  özünə  qarşı  yaratmaq  pis  siyasətin  nəticəsidir. 
Almaniya bu barədə özünə hesabat verirmi?“^ 
113 


Yalnız  Oktyabr  çevrilişindən  sonra  ABŞ  hökuməti  özünün  Qafqaz 
siyasətini açıqladı və praktik fəaliyyətə keçdi. 
Bakıdakı İran konsulunun “qənd əməliyyatı” 
Müharibə  başladıqdan  sonra  çar  hökuməti  Azərbaycandan  xarici 
ölkələrin təbəələrini çıxartmağa başladı. Bakıda olan Türkiyə, İran- Güney 
Azərbaycan  türkləri  ciddi  təqiblərə  məruz  qaldılar.  İran  təbəələrinin 
Azərbaycandan  çıxarılması  barədə  xəbərlər  İran  konsulunu  rahatsız  etdi. 
Bakıdakı  konsul  Davud  xan  Nüsrət  ül  Vezare  1915-ci  ilin  yanvarında 
Rusiya Xarici İşlər nazirliyinə bəyanat verdi. Bəyanatda deyilirdi ki, yayılan 
şayiələrə  görə.  Bakıdakı  İran  təbəələrinin  həyatı  təhlükə  qarşısındadır  və 
onlar  Azərbaycanı  tərk  etməlidirlər.  Bəyanatda  iranlıların  dəstə-dəstə  öz 
ölkələrinə  döndükləri,  Bakıda  isə  onların  evlərinin  və  əmlaklarının 
qaldıqları yazılırdı. Konsul bildirirdi ki, İran hökuməti müharibədə tərəfsiz 
qalacağını  rəsmi  şəkildə  bəyan  etmişdir.  Türklər  bir  sıra  İran  ərazilərini 
tutsalar  da,  diplomatik  danışıqlar  gedir  və  ərazilərin  boşaldılması  üçün 
səylər  göstərilir.  Konsul  İran  təbəələri  üçün  Bakıda  normal  iş  və  yaşayış 
şəraiti yaradılmasını xahiş edirdi^*'*. 
Bakıda balıq sənayesində çalışan iranlıların sıxışdırılmasına və məcburi 
əməyə cəlb edilməsinə İranın Qafqazdakı baş konsulu M. Həsən xan Səed ül 
Mülk 1915-ci ilin fevralında etiraz ctdi”^ 
İran  konsulu  Astrabaddakı  rus  konsuluna  1915-ci  il  4  mart  tarixli 
teleqramı  ilə  İran  ehtiyacları  üçün  Skobelevdən  və  Maçaretdən  aldığı  16 
vaqon  qəndin  adları  çəkilən  tacirlər  tərəfindən  ondan  xəbərsiz  şəxsi 
mənafeləri üçün satdıqlarını bildirdi. Konsul vəziyyəti aydınlaşdıra- nadək 
malların  buraxılmaması  barədə  sərəncam  verməyi  rus  konsulundan  xahiş 
etdi“‘. 
İrana  qənd  daşınması  Azərbaycan  bazarında  qıtlıq  yaradırdı.  Bu  isə 
əhali arasında gərginliyə və narazılığa səbəb olurdu. “Kaspiy” qəzeti İrana 
qənd ixracına son qoymağı tələb etdi. Qəzetin yazdığına görə, hər il İrana 
5.500.000 pud qənd aparılması Azərbaycanda ağır vəziyyət yaradırdı“’. 
Rusiya  Xarici  İşlər  nazirliyi  III  siyasi  şöbəsinin  məsləhətçisi  V.  fon 
Klemm 1915-ci il 7 mart tarixli 1787 №-li teleqramında göstərirdi ki, İran 
nümayəndəsi malların aparılması üçün qadağanın ləğv edilməsini və hər ay 
öz hökuməti üçün 200 tay un aparılmasına icazə verilməsini xahiş edir. Bu 
dövrdə qəndin pudu Rusiyanın daxili bazarında 6 rubl 
114 
 


50 qəpiyə, Bakıda isə 7 rubl 50 qəpiyə satılırdı. Mükafatla birlikdə ak- sizdə 
2 Ribl 50 qəpik geri qaytarılırdd^*. İran nümayəndəsi buna görə də Bakıda 
ticarət etməyi sərfəsiz sayırdı. Rusiya Xarici İşlər nazirliyi 
1915-
 
ci  il  17  noyabr  tarixli  5919№-li  teleqramla  İran  hökumətini  Pet- 
rovskdan (Maxaçqala) və Bakıdan 200.000 pud qənd alıb aparmasına icazə 
verdi“’.  Lakin  Rusiya  tərəfi  bu  malların  müharibədə  düşməni  olan 
Türkiyəyə  ötürülməsindən  rahatsız  idi.  Buna  görə  də  çarizm  hakimiyyət 
orqanları  malların  çıxarılmasına  müxtəlif  vasitələrlə  mane  olurdular. 
1915-ci  ilin  noyabrın  26-da  Bakıda  yaşayan  İran  təbəələri  olan  tacirlər 
Qafqaz hərbi dairəsi rəisinə anonim məktub yazdılar. Məktubda deyilirdi ki, 
Davud xan vətənpərvərlik adı altında bizdən aldığı pulları rus əsirliyindən 
qaçan türk zabitləri üçün toplayır. Konsul türklərə və almanlara saxta İran 
pasportunu 2.000 rubla verir. Konsul indiyədək 20 türk əsirini Bakıdan yola 
salmışdır.  Davud  xan  Bakıdakı  İran  məktəbinin  direktoru  Mirzəli 
Məhəmmədxan Tərbiyətlə əlaqəlidir. O, Türkiyə ilə müharibə başlayan kimi 
İstanbula gedərək, oradan İran konsulluğuna antirus siyasəti aparmaq üçün 
adamlar göndərmişdir. Konsul vətənpərvər deyildir, onun şəxsi mənfəətləri 
vardır.  O,  maklerdir.  Konsul  pul  tələb  edərək  bildirir  ki,  verməsək  bizi 
Rusiyaya düşmən element kimi qələmə verəcəkdir. İran konsulu öz müavini 
Əsədulla  xanla  birlikdə  konsulluqda  ticarət  edir  və  İran  təbəələrinə 
konsulluqdan mal alıb aparmağı təklif edir. Məktubda İran hökumətini 2000 
tay un istəmədiyi və tacirlərin qorxularından bu məktuba imza atmadıqları 
yazılırdı.  Həmçinin  məktubda  İran  konsulunun  hərəkətlərinə  son  qoymaq 
tələb olunurdu“". 
Məktubun  araşdırılması  onun  İran  təbəələri  tərəfindən  deyil,  Rusiya 
xüsusi xidmət orqanları tərəfindən hazırlandığını söyləməyə əsas verir. Bu 
məktub təhqiqat üçün müvafiq orqanlara göndərildi. 
Bakı şəhər polis idarəsinin rəisi 1915-ci il 3 dekabr tarixli 7480 №li tam 
məxfi  və  təcili  teleqramında  Qafqaz  hərbi  dəirəsi  rəisinə  yazırdı  ki, 
Yelizavctpol  qubernatorundan  alman  teleqrama  görə,  İran  vitse-  konsulu 
guya Bakıdan və Şimali Qafqazdan külli miqdarda taxıl alaraq Xəzər dənizi 
limanları  vasitəsilə  İrana,  oradan  da  Türkiyəyə  göndərir.  Lakin  təhqiqat 
nəticəsində taxılın Türkiyəyə aparılmasını müəyyənləşdirmək hələ mümkün 
deyildir. Görünür konsul, bu işdə maddi cəhəddən maraqlıdır və alverçilərlə 
birlikdə  mənfəət  götürüfPolis  rəisi  İrana  taxıl  və  qəndin  satılmasını 
müvəqqəti  dayandırmağı  xahiş  etdi.  Eyni  zamanda,  məxfi  arayışın 
hazırlandığını və yaxın vaxtlar 
115 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə