Rəyçilər: Süleyman Əliyarlı


dularının  Güney  Azərbaycandan çıxarılması  barədə  təklifləri  Rusiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə41/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   37   38   39   40   41   42   43   44   ...   99

dularının  Güney  Azərbaycandan çıxarılması  barədə  təklifləri  Rusiya 
diplomatiyası  rədd  edərək  onu  hər  vəchlə  yubatmağa  çalışırdı. 
Rusiyanın  Xarici  İşlər  naziri  S.  D.  Sazonov  1914-cü  il  5  oktyabr/22 
sentyabr  tarixli  3091  №li  teleqramında  Tehrandakı  diplomatik 
nümayəndə  Korostoveçə  yazırdı  ki,  “indiki  vaxtda  ordularımızın 
Azərbaycandan geri çıxanirnası haqqında əlbəttə söhbət gedə bilməz, 
belə  ki,  onların  olması  bir  qayda  olaraq  bu  vilayətdə  məlum 
qayda-qanunu  və  ruslann  və  digər  xaricilərin  təhlükəsizliyini  təmin 
edir.  Şah  hökumətinin  ordusu  bunu  edə  bilmir.  Şübhə  yoxdur  ki, 
ordulanmızm  çıxanirnası  ilə  yaranacaq  anarxiya  Azərbaycanda 
qığılcımı  ləngitməz  və  labüd  olaraq  tərk  etdiyimiz  məntəqələrin 
Osmanlı  səfirinin  bütün  təntənəli  vədlərinə  baxmayaraq  türklər 
tərəfindən işğalına gətirər”“. 
İran  kabinetinin  rus  ordularının  Güney  Azərbaycandan 
çıxanirnası  tələblərinə  Rusiya  bir  sıra  şərtlər  daxilində  razı  idi. 
Onlardan  biri,  əvvəlcə  Güney  Azərbaycanda  hakimiyyət  orqanlanna 
seçki  keçirtmək  idi.  Bunda  məqsəd  Rusiya  meyilli  şəxsləri 
hakimİ
3
^ətdə  yerləşdirmək  idi.  Lakin  bu  məsələdə  rus  hökumətində 
hələ  qəti  fikir  formalaşmamışdı.  Bunu  Rusiyanın  Təbrizdəki  baş 
konsulu A. A. Orlovun Xarici İşlər naziri S. D. Sazonova 1914-cü il 19 
oktyabr/26 sentyabr tarixli 712 №li teleqramı təsdiq edir. A. A. Orlov 
seçki keçirməzdən əvvəl ordunun çıxarılmasını düşmənə sərfəli hesab 
edirdi.  Bildirirdi  ki,  seçkilər  keçirilərsə  və  seçilən  nümayəndələr 
kabineti müdafiə edərlərsə, bu, Rusiyanın mövqelərini zəiflədəcəkdir. 
A.  A.  Orlov  sual  verirdi:  “İmperator  hökuməti  Türkiyə  ilə  açıq 
münaqişəni həll edənədək seçkiləri təxirə salmağı qəbul edirmi?”“. 
Lakin  Xarici  İşlər  naziri  S.  D.  Sazanova  əsaslanan  Xarici  İşlər 
Nazirliyinin III siyasi şöbəsinin məsləhətçisi V. O. fon Klemml914-cü il 
12 oktyabr/29 sentyabr tarixli 3233 №li teleqramında Orlova bildirdi 
ki, Azərbaycanda indiki şəraitdə məclisə hər hansı seçkilər keçirmək 
vaxtında oİardı“. 
Digər  bir  şərt  isə  Güney  Azərbaycanı,  xüsusən,  Urmiyəni 
azərbaycanlı  fədailərə,  türklərə  və  kürdlərə  təslim  etməmək  idi. 
Urmiyədəki  vitse-konsul  Vedenski  1914-cü  il  8  oktyabr/25  sentyabr 
tarixli  672  №li  teleqramında  Güney  Azərbaycanda  vəziyyətin 
pisləşdiyini, Tehran hökumətinin türklərlə hansısa sazişi olduğundan 
türk və kürd dəstələrinin ruslara hücumuna qarşı tədbir görmədiyini 
yazırdı“. 
Rus diplomatiyasımn mövqeyinə görə, Urmiyənin təslim edilməsi, 
təkcə Azərbaycanda deyil, həmçinin bütün İranda Rusiyanın nüfiızu- 
122 


nu  sarsıdardı.  Ona  görə  də  Vorontsov-Daşkov  general  Voropanova 
cəza  ekspedisiyasının  tədbirlərini  daha  da  şiddətləndirmək  barədə 
göstəriş verdi“. 
Eyni  zamanda  Vorontsov-Daşkov  1914-cü  il  19/6  oktyabr  tarixli 
1617 №li teleqramında S. D. Sazonova yazırdı ki, indiki halda Urmi- 
yəni  türklərə  və  kürdlərə  təslim  etmək  təkcə  Azərbaycanda  deyil, 
bütün  İranda  bizim  nüfuzumuzu  sarsıdacaqdır.  O,  kürdlərin  rus 
süvari  dəstəsinə  hücumundan  sonra  (11  oktyabr/28  sentyabrda) 
general  Voropanova  teleqram  göndərdiyini,  kürdləri,  xüsusən, 
başçılanm  ən  ağır  ölçülərlə  cəzalandırmaq  barədə  göstəriş  verdiyini 
yazdı.  Bildirdi  ki,  Voropanovun  cəza  ekspedisiyası  bu  göstərişləri 
yerinə  yetirir.  Vorontsov-Daşkov  polkovnik  Andrievskinin  və 
vitse-konsul  Vvedenskinin  rəhbərliyi  ilə  Urmiyədə  suriyalılardan  və 
Rusiyaya  sədaqətli  adamlardan  ibarət  xüsusi  dəstə  yaratmağı  təklif 
etdi.  Onun  yazdığına  görə,  bu  dəstə  Urmiyəni  türklərdən  və 
kürdlərdən qoruya bilərdi". 
Rus hökuməti bundan ötrü təcili olaraq polkovnik Andrievskinin 
və vitse-konsul Vvedenskinin rəhbərliyi ilə sədaqətli adamlardan ibarət 
cəza  dəstələri  yaratmağa  girişdi.  Sazonov  1914-cü  il  12  oktyabr/29 
sentyabr tarixli 3230 №li teleqramında məlumat verirdi ki, Urmiyədə- 
ki  konsulun  672  №li  teleqramında  çar  II  Nikolay  belə  bir  qeyd 
etmişdir.  “Urmiyədəki  ordulanmızın  vəziyyəti  məni  narahat  etməkdə 
davam edir. İki şeydən birini etmək lazımdır: ya onlan çağırmaq, ya da 
general  Voropanova  tam  fəaliyyət  sərbəstliyi  vermək.  İran  ərazisinin 
türklər və kürdlər tərəfindən tütülmasma yol vermək olmaz”“. 
Doğrudan da Urmiyəni işğal edən rus ordu hissələrinə qarşı hücum 
edən türk və kürd dəstələrinin qarşısını almaq üçün suriyalılardan və 
ermənilərdən  ibarət  dəstələr  yaradıldı.  Lakin  bu  dəstələr  kürdlərin 
qarşısında  tab  gətirə  bilmədilər.  Kürd  dəstələrinin  hücumunun 
qarşısım artilleriya aldı. Sazonov 1914-cü il 23/10 oktyabr tarixli 3432 
№li  teleqramında  Vorontsov-Daşkova  bildirdi  ki,  Urmiyəni  və  Xoyu 
bir- birindən ayn salmaq istəyən türk dəstələrinə qarşı Urmiyə gölündə 
gəmiçiliyik zəif olduğuna görə dəmir yolu ilə böyük yelkənli qayıqlar 
gətirilir“. 
Vitse-konsul Vvedenski isə 1914-cü il 16/3 oktyabr tarixli 684 №li 
teleqramında Urmiyəyə kürd dəstələrinin hücum etdiyi yerdə 10 nəfər 
l^dün və onlara yardım edən çoxlu şəxsin asıldığım yazdı“. 
Birinci  dünya  müharibəsi  illərində  rus  hökuməti  Güney 
Azərbaycanda yüksək vəzifəli şəxslərin öz mənafelərinə uyğun olaraq 
təyin 
123 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə