Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə43/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   39   40   41   42   43   44   45   46   ...   99

şəkildə  qırması  baş  verdi.  V.  O.  fon  Klemm  Tehrandakı  diplomatik 
nümayəndə Korostoveço, surətini isə Təbriz, Xoy, Savucbulaq, Urmiyə və 
Ərdəbildoki konsullara göndərdiyi 1914-cü il 9 avqust/27 iyul tarixli 1757 
№li teleqramında yazırdı: “Hərbi nazirə məktubumuzda biz ordularımızın 
İrandan  çıxarılmasına  qəti  etiraz  etmişdik.  Suriyahlann  və  kürdlərin 
silahlanmasına,  həmçinin  Şeyx  Bərzanm  və  Əbdürrəzzaqm  Türkiyə 
sərhodlərino  göndərilməsinə  gəldikdə  isə,  vəziyyət  mürəkkəbləşdikdə  0, 
xeyirlidir,  lakin  onların  hər  hansı  hərəkətinin  vaxtımn  hələ  çatmadığını 
hesab edirik. Ona görə də biz hərbi nazirdən yahuz xahiş etdik ki, türklərin 
bizə qarşı düşmənçiliyi olduqda onlann silah- landmlması üçün lazım olan 
hər şeyi hazırlasın”” 
Klemm İstanbuldakı rus səfiri M. Girsə 1914-cü il 23/10 sentyabr tarixli 
25851 №li teleqramında yazırdı: “Ali baş komandanla və Qafqaz canişini ilə 
razılığa əsasən Türkiyə ilə müharibə olacağı təqdirdə ermənilərin, aysorların 
və  kürdlərin  üsyanını  vaxtında  hazırlamaq  qəbul  edilmişdir.  Dəstələr 
Azərbaycandakı  bizim  konsullarımızın  və  oradakı  dəstələrimizin  nəzarəti 
altında fars administrasiyasından tamamilə gizlin hazırlanacaqdır. Tüfənglər 
hazırlanmışdır,  lakin  onlar  yalnız  lazım  olduqda  veriləcəkdir.  Pul 
maliyyələşdirilməsi  üçün  kredit  də  vardır.  Dəstələr  fəal  hərəkətə  yalnız 
bizim icazəmizlə başlayacaqlar 
Qafqaz canişini Vorontsov-Daşkov 1914-cü il 24/11 avqust tarixli 445 
№li  teleqramı  ilə  Xarici  İşlər  naziri  S.  D.  Sazonova  “müxtəlif  kürd 
başçılarından  və  erməni  xadimlərindən  ona  edilən  təklifləri”  göndərdi. 
Onlar kürdləri və aysorları Türkiyəyə qarşı çıxışlara qaldırmaq barədə rus 
hökuməti  qarşısında  öhdəlik  götürürdülər.  Vorontsov-Daşkov  göstərilən 
təkliflərə ehtiyatla yanaşmağın vacibliyini qeyd edərək, bu barədə bir sıra 
hazırlıq  tədbirlərinin  görülməsini,  türklərə  düşmən  olan  elementlərin  üzə 
çıxmasına  imkan  yaratmağı  və  onlardan  qüvvə  hazırlamağı,  hərbi 
əməliyyatlar başlayan anda istifadə etməyi arzu olunan və mümkün saydı. 
Buna görə də S. D. Sazonovdan onun sərəncamına 25.000 üçliilə tüfəng və 
12.000.000 patron verilməsindən ötrü hərbi nazirliklə əlaqəyə girməyi xahiş 
etdi. Bu silahlar əvvəlcədən hazırlanmış plana uyğun olaraq bölüşdürülməli 
idi”. 
Vorontsov-Daşkov  1914-cü  il  20/7  sentyabr  tarixli  760  №li 
teleqramında ermənilərin hazırladığı qiyamlar barədə də müfəssəl məlumat 
verdi. Bu plana görə, Oltda, Sarıqamışda, Kağızmanda və İqdırda yerli rus 
hərbi rəislərinin başçılığı ilə bandalar yaradılmalı. Güney Azər 
127 


baycan  hüdudlarında  general  Voropanovun  və  xüsusən,  Xoydakı  rus 
konsulunun nəzarəti altında  Xoyda  və  Dilmanda  böyük  olmayan  dəstələr 
hazırlanmalı  idi.  Maku  yaxınlığında  konsul  Olferov  vasitəsilə  və 
Əbdürrəzzaqın  iştirakı  ilə  kürdlər  təşkil  edilməli  idi.  Urmiyədə  aysor- 
lardan  və  ermənilərdən  ibarət  banda  yaratmaq  konsul  Vvedenskiyə  və 
polkovnik  Andrievskiyə  həvalə  edildi.  Vorontsov-Daşkov  yazırdı: 
“Hamının rəhbər tutmalı olduğu əsas göstəriş ondan ibarətdir ki, dəstələr 
yalnız  bizim  razılığımızla  fəal  hərəkətlərə  başlamalıdırlar.  Bütün  hazırlıq 
işlərini  gizlin,  yalnız  konsullar  və  hərbi  rəislər  vasitəsilə,  fars  mülki  və 
jandarma administrasiyasının iştirakı olmadan aparmağı təklif edirəm”^®. 
Vorontsov-Daşkovun  bu  təklifləri  imperator  II  Nikolay  tərəfindən 
bəyənildi. General Yanuşkeviç 1914-cü il 23/10 sentyabr tarixli 4180 №li 
teleqramında  S.  D.  Sazonova  bildirdi.  “Ali  baş  komandan 
Vorontsov-Daşkovun  layihələşdirdiyi  tədbirləri  tamamilə  bəyənir  və 
müdafiə edir”“. 
Rusiya  Güney  Azərbaycan  ərazisindən  təkcə  terrorçu  dəstələr 
hazırlamaq üçün istifadə etmirdi. Rusiyanın xüsusi xidmət orqanları Güney 
Azərbaycandakı  türkləri,  türkçüləri  və  Türkiyə  tərəfdarlarım  sıxışdırır  və 
təqib edirdilər. Bu işdə onlann agentləri əsasən emıənilər idilər. Türküstan 
rayon mühafizə şöbəsinin rəisi podpolkovnik  Sizix 1914-cü il 11 oktyabr 
tarixli 6950 №li məxfi məktubunda Daşkənddən yazırdı ki, rus qoşunları 
İrana  girdikdən  sonra  Bakı  müsəlmanları  Xorasanda  8-ci  İmamın 
günbəzinin dağıdılmasından narazıdırlar. Heç bir əsl müsəlman buna görə 
rus  hökumətini  bağışlaya  bilməz.  Astara  əhalisi  güclü  şəkildə  Rusiyaya 
qarşıdır.  Rusiya  Azərbaycanı  və  Təbrizi  yeni-yeni  ordu  hissələri  ilə 
doldurur.  Astaralılar  İngiltərəyə  də  nifrət  edirlər,  alman  və  türk  silahının 
qələbəsi üçün dua edirlər. Ənzəlidə tacirlər rus hərbi gəmilərinin gəlməsini 
istəmirlər və hər gün türk ordusunun gəlişini gözləyirlər, əhalinin sevincinin 
həddi-hüdudu  yoxdur.  Gilan  və  Rəştin  əhalisi  hər  gün  türk  konsuluna 
kafirlərlə mübarizə üçün toplanmış pul verirlər. Üç min azərbaycanlı atlı və 
əyan türk pasportu götürərək türk təbəəliyini qəbul etmişdir və öz iddialarını 
türk  konsulunun  kitabına  yazmışdır.  Bütün  əhali  8-ci  İmamın  günbəzini 
dağıtdığına  görə,  Rusiyanı  lənətləyir.  Bağdaddan  gələn  türk  emissarları 
əhalini Rusiyaya qarşı müqqədəs müharibəyə səsləyirləf 
Türküstan rayon mühafizə şöbəsi rəisinin məktubu yoxlanılmaq üçün 
Lənkəran qəza rəisinə göndərildi. Qəza rəisi 1914-cü il oktyabr 
128 


tarixli  900  №li  tam  moxfı  məktubunda^*  Bakı  qubernatoruna  yazırdı  ki, 
türk emissarlarının fəaliyyəti güclüdür; fəal türk təbəələri həbs edilmişlər; 
Türkiyənin Təbrizdəki konsulu saxlanılmış və Culfaya verilmişdir; Güney 
Azərbaycanda alman konsulunun heç bir nüfuzu yoxdur; bu həbslərdə İran 
hökuməti  bizə  kömək  etmişdir;  Rəşt  şəhərində  10  türk  və  10  nəfər 
azərbaycanlıdan  ibarət  olan  və  müharibə  üçün ianə  toplayan  komitə  həbs 
edilmişdir; mənşəcə yunan olan Rəştdəki Türkiyə konsulu heç bir təbliğat 
aparmamışdır;  şahsevənlər  Rusiya  əleyhinədilər;  bizim  düşmənimiz 
şahzadə  Salar  üd  Dövlədir;  o,  rus  ordusunun  Azərbaycan  vilayətindən 
çıxarılmasını tələb edir; 3 min şah- sevən Savalan ətrafında toplaşaraq çıxışa 
hazırlaşır; İran Astarasında əhali sakit və loyaldır; təbliğatçıların burada heç 
bir  uğuru  yoxdur;  hətta  tran  Astarasında  məsciddə  oktyabr  ayında  rus 
yaralıları üçün 400 rubl ianə yığılmışdır. 
Ermənilərin  “Mşak”  qəzeti  alman  və  türk  emissarlarının  Güney 
Azərbaycandakı  fpaliyyətinə  həsr  etdiyi  məqaləsində  onu  təxribat 
adlandıraraq  yazırdı  ki,  agcntlər  bütün  İran  şəhərlərində  vardır  və  onlar 
əhalidə ruslara qarşı nifrət yaradırlar. Türkiyə hökuməti İrana yardım etmək 
adı  ilə  ordularını  toplayır.  Əslində  isə,  Türkiyə  Rusiyadan  qorxmasaydı 
Azərbaycanı çoxdan tutmuşdu. Siyasi şərtlər üzündən Rusiya Böyük Pyotr 
və  II  Yekaterina  dövründən  İranda  bir  sıra  işlərə  başlamışdır.  Ənzəlidən 
Tehranadək ilk şosse yolunu ruslar tikmişlər. Ona milyonlar xərcləmişlər. 
Ruslar  İranda  ilk  dəfə  olaraq  Culfa-Təb-  riz-Urmiyə  dəmir  yolunu 
çəkmişlər*’. 
Güney Azərbaycana dair planlar. 
Rus ordularının Təbrizi işğal etməsindən sonra 
diplomatik-siyasi mübarizənin kəskinləşməsi 
Döyüşən  dövlətlərin  hər  birinin  Güney  Azərbaycana  dair  əvvəlcədən 
hazırlanmış planları onların ümumi Azərbaycan siyasətinin tərkib hissəsini 
təşkil  edirdi.  “Kaspiy”  qəzetinin  1914-cü  il  1  noyabr  tarixli  sayında 
Rusiyanın Azərbaycandan keçərək Ərzuruma sahib olmaq istədiyi yazılırdı. 
Məqalədə  Rusiyanın  bu  siyasəti  Türkiyə  ilə  əvvəlki  müharibələrində  də 
yeritdiyi göstərilirdi. Ərzuruma sahib olmağın əsas səbəbi onun Qafqazda 
sərhədlə  100  verstlikdə  olması.  Qara  dənizdəki  Trabzon  limanından, 
Bağdaddan  və  Aralıq  dənizi  limanlarından  gələn  yollann  qovuşacağında 
yerləşməsi  ilə  bağlı  idi.  Sonradan  Türkiyənin  içərilərinə  soxulmaq  üçün 
Rusiya bu qalaya yiyələnməyə can atırdı. 
129 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə