Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə45/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   41   42   43   44   45   46   47   48   ...   99

Almaniya  İranda,  xüsusilə,  Güney  Azərbaycanda  geniş  kəşfiyyat  işi 
aparırdı.  İngilis  kəşfiyyatçısı,  kapitan  Ferdinand  Toxay  ən  yaxşı  və  tipik 
casuslardan birinin İranda Almaniyanın konsulu işləmiş Vasrauss adlı gənc 
almanın  olduğunu  etiraf  edir.  Ferdinand  Toxaym  yazdığına  görə,  0, 
məharətli  kəşfiyyatçı  idi.  İngilis  baş  qərargahı  iki  həftədə  bir  dəfə  Şərq 
cəbliəsində düşmən qüvvələrinin yerləşməsi xəritəsini tərtib edirdi. Adətən 
xəritənin  küncündə  qırmızı  xətlə  “Vasmuss”  kəlməsi  yazılırdı.  Bu  sözün 
yazıldığı  ərazi  İngiltərə  ərazisini  dəfələrlə  ötürdü”.  Müharibəyə  qədər 
tamamilə  gənc  olan  Vasmuss  Buşirdə  yerləşən  konsulluğun  işini  yaxşı 
quraraq  yerli  şəxslərlə  möhkəm  əlaqələr  yaratmışdı.  1914-cü  ilin 
noyabrında ingilislər onu tutmaq istəsələr də, buna nail ola bilmədilər. O, 
bütün müharibə dövründə daimi təhlükə törətdi və siyasi qüvvə kimi onunla 
hesablaşmaq  lazım  gəlirdi.  Yalnız  ona  görə,  həmin  yerlərdə  Britaniya 
minlərlə əsgəri saxlamaq məcburiyyətində qalırdı. Vasmussun bütün İranda 
casuslan  və  agentləri  var  idi.  Onun  iki  alman  və  bir  isveçrəli  yaxın 
köməkçisi istisna olmaqla casusları farslar, yerli əyanlar və sadə balıqçılar 
idi. Vasmuss İstanbulda Liman fon Sanders vasitəsi ilə Berlinlə daimi əlaqə 
saxlayırdı. İngilis və rus ordularının hər hansı hazırlığı barədə Vasmussun 
agentləri onu əvvəlcədən xəbərdar edirdilər. Vasmuss ingilislərin və rusların 
əleyhinə müqaviməti bacarıqla təşkil edirdi. Onun üç köməkçisi bütün İran 
ərazisində  düşmən  tədbirlərinin  həyata  keçirilməsinə  mane  olaraq,  ingilis 
casuslarını  öz  tərəfiərinə  çəkirdilər.  Bu  üçlükdən  biri  olan  Bruqmanı 
ingilislər  həbs  etdilər.  İngilislər  Vasmussu  tutan  şəxs  üçün  50.000  funt 
sterlinq mükafat vəd etmişdilər. Lakin Vasmuss yeganə xristian idi ki, pulu 
qurtarsa da yerli əhali onu ələ vermirdi. O, fars dilini ana dili kimi bilirdi, 
yerli adət və ənənəyə sadiq idi. Onun böyük məbləğdə pulu var idi. Pulu 
qurtardıqda o, veksellərini satmağa başladı və hətta farsları ona ayda 3000 
rupi  (?)  ianə  verməyə  də  inandırdı.  Bundan  başqa,  Vasmussu  İranın  hər 
yerində  geydirir,  yedizdirir  və  hətta  at  da  verirdilər.  Vasmuss  İran 
tayfalarının birinin başçısının qızı ilə evlənərək həmin tayfanın içərisində 
yaşayırdı”. 
Rusiya 
Güney 
Azərbaycanda 
Türkiyə, 
Almaniya 
və 
Avstriya-Macarıstan  diplomatiyaları  tərəfindən  ona  qarşı  aparılan 
mübarizənin  qarşısını  kəsməyə  çalışırdı.  Güney  Azərbaycandakı  alman 
konsulu  Litteni  Təbriz  işğal  edilməmişdən  əvvəl  bir  Rusiya  təbəəsi  olan 
qafqazlı (güman ki, cnnəni  - M. Q.) ölümlə hədələdi və nəticədə, o, əsəb 
xəstəliyindən 1914-cü ilin noyabrında yerli amerikan xəstəxanasına 
133 


düşdü.  O  və  onun  Avstriya-Macarıstandan  olan  həmkarı  bir  müddət 
Təbrizdəki  türk  konsulunun  himayəsində  yaşadılar.  Lakin  Rusiya  bu 
konsulların  fəaliyyətinə  Güney  Azərbaycanda  və  Urmiyədə  rus  dəstələri 
üçün təhlükə kimi baxırdı^^ Güney Azərbaycana yeridilən Rusiya orduları 
İran tərəfdən türklərin hücum edəcəyindən qorxaraq 1914-cü ilin noyabrın 
əvvəlində Təbrizi işğal edərək Almaniya, Avst- riya-Maearıstan və Türkiyə 
konsullarını  həbs  etdi.  Başqa  şəhərlərdə  də  həbslər  aparıldı.  “Kaspiy” 
qəzetinin  1914-cü  il  1  noyabr  tarixli  245  №li  sayında  göstərilirdi  ki, 
Ərdəbildəki rus konsulunun sərəncamı ilə türk agenti və türk təbəələri həbs 
edilmişlər®^  Ermənilərin  “Mşak”  xqəzeti  yazırdı  ki,  ruslar  1914-cü  ildə 
Urmiyəni  işğal  edən  kimi  kürdlərdən  10  nəfəri  asdılar  və  türk  konsulu 
şəhərdən çıxdı. Türk baş konsulu Atıb bəy və köməkçisi Müzəffər şeyx Səid 
Tahir  6  nəfər  kürdlə həbs edildi  və  Qafqaza  göndərildi.  Bir  çox türklərin 
evində  axtarış  aparıldı.  Təbrizdəki  rus  konsulu  Orlov  iranlılara  yazılı 
müraciət  edərək  türk  konsulunun  farsların  sakit  həyatını  pozduğunu  və 
burada sakit həyatın təminatçısının yalnız Rusiya olduğunu bildirdi”. 
Ruslar  Təbrizi  işğal  etdikdən  sonra  alman  konsulu  Litton  ABŞ 
konsulluğunda “xəstə” kimi sığınacaq tapdı. Onun və agentlərinin fəaliyyəti 
dayandırıldı.  Ruslar  bundan  sonra  almanların  izlənməsini  daha  da 
gücləndirdilər. Türk konsulu Təbrizdən çıxarıldıqdan sonra şəhərdə yaşayan 
30  alman  Tehrana  yola  salındı.  Lakin  Rusiya  hakimiyyət  orqanlarının 
göstərişi ilə onlar yolda saxlanılaraq Tiflisə göndərildi. Rus konsulu Orlov 
iranlılara  yazılı  müraeiətində  də  bildirdi  ki,  alman  konsulu  farsların  sakit 
həyatını  pozur  və  burada  sakit  həyatın  təminatçısı  yalnız  Rusiyadır"*. 
Təbrizin işğalından sonra “Mşak” qəzeti türk və alman konsullarının farsları 
Rusiya əleyhinə qaldırmaq cəhdlərinin uğursuz olduğunu yazırdı: “İranda 
əlbəttə, hər yerdə olduğu kimi, şovinistlər və siyasi avantüristlər də vardır. 
Onlar  bulanıq  suda  balıq  tutmaq  istəyirlər.  Lakin  İran  xalqı  mahiyyətinə 
görə  dine  və  əməksevər  xalqdır,  öz  vətənini  eksperimentə  və  avantüraya 
məruz  qoymaq  istəmir.  İran  başa  düşür  ki,  tərəfsizlik  gələcəkdə  ölkənin 
siyasi müstəqilliyini qorumaq üçün yeganə vasitədir””. 
“Orizon”  qəzetinə  Təbrizdən  1914-eü  ilin  noyabrında  verilən 
məlumatda deyilirdi ki, rus-türk müharibəsi başlanana qədər türk və alman 
konsulları  arasında  məxfi  əlaqələr  olmuşdur.  Türk  konsulluğunda  alman 
markalı silahdan istifadə edilirdi. Almanların 1910-eu ildə tikdikləri yerli 
iplik fabrikində ruslar axtarış apardılar və rus silah an 
134 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə