Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə48/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   44   45   46   47   48   49   50   51   ...   99

mübarizəyə səsləyirdilər. 
Güney  Azərbaycanda  türk  qüvvələrinin  sayı  barədə  rus  mətbuatı 
müxtəlif rəqəmlər yazırdı. Bəzi mənbələrə görə, bu qüvvələr 20 min nəfər 
idi.  Onun  7  min  nəfəri  daimi  ordu,  qalanlan  isə  könüllülər  idi.  İran 
tərəfindən  olan  könüllülər  də  ruslara  qarşı  döyüşürdülər*^  Ruslara  qarşı 
döyüşən könüllülər içərisində Güney Azərbaycan türkləri, kürdlər, ərəblər 
və  b.  var  idi.  Başqa  bir  mənbədə isə  türk  ordusunun  sayının  3  min  nəfər 
olduğu göstərilir**. 

Türklərin  Təbrizi  ruslardan  azad  etməsi  Tehran  hökumətində  ra- 
hatsızlığ  yaratdı.  O,  bütün  Güney  Azərbaycanı  itirəcəyindən  qorxurdu*’. 
Ona görə də, 1915-ci il yanvarın 2-də vəliəhdi Təbrizə göndərərək Portonu 
dinc  yolla  öz  niyyətlərindən  çəkindirmək  istəyirdi.  Vəliəhdi  Həmədanın 
Məclisdəki  nümayəndəsi  Əmir  Nizami  müşayiət  etməli  idi**.  Lakin  İran 
sarayında  nüfuzlu,  yüksək  mənsəb  sahibi  olan  əyan Balaca Təbrizə  Əmir 
Nizaminin müşayiəti ilə gəldi*’. 
İran  hökumətinin  baş  naziri  Mustaf  ül  Mamələk  1915-ci  il  yanvarın 
12-də  səfir  Korostoveçlə  söhbətində  türklərin  təzyiqi  nəticəsində  rusların 
çıxdığını, bununla da, İranın yadelli işğaldan qurtulduğunu açıqca bildirdi”. 
Türkiyə  hökuməti  isə  İranın  müstəqilliyini  istədiyini  və  Güney 
Azərbaycandan öz ordulanm hər an çıxartmağa hazır olduğrmu bəyan etdi. 
Türkiyənin  Tehrandakı  səfiri  Asim  bəy  Təbrizin  tutulmasımn  türk  hərb 
planlarına  daxil  olmadığını  və  qayda-qanun  yaratdıqdan  sonra  Təbrizi 
iranlılara  verəcəklərini  söylədi.  Bundan  ötrü  türk  hökuməti  aşağıdakı 
şərtləri irəli sürdü: vəliəhd böyük dəstə ilə Təbrizə gəlsin”; İran hökuməti 
Azərbaycana öz ordu hissələrini göndərsin; türk orduları geri çəkildikdən 
sonra rus orduları Təbrizi yenidən tutmayacağı barədə türk hökumətinə tam 
təminat versin”. 
Lakin İran hökuməti hətta öz xeyrinə olan bu tələbi yerinə yetirməkdə 
çətinlik çəkirdi. Çünki onun nizami ordusu yox dərəcəsində idi’*. Vəliəhdi 
müşayiət etmək üçün 3 min atlı lazım idi. Səfərin xərclərini ödəməkdən ötrü 
şah  hökuməti  ingilislərə  müraciət  etdi.  Rus  ordusunun  Təbrizdən 
qovulmasından  məmnun  olan  ingilislər  vəliəhdin  Təbrizə  gəlməsini  və 
Azərbaycanda qayda-qanım və təhlükəsizlik yaratmasını istəyirdilər”. 
Şah hökuməti Türkiyənin Təbrizdən çıxmağa razı olduğunu eşidən kimi 
təcili  olaraq  vəliəhdi  İsveç  zabitlərinin  rəhbərliyi  altında  jandarma 
dəstələrinin və ümumi sayı 300 nəfərdən ibarət olan nizami or 
141 


dunun müşayiəti ilə göndərməkdən ötrü bütün səylərini işə saldı. 
Rusiya isə vəliəhdin Təbrizə gəlməsinə yol verməməyə çalışırdı. Rus 
diplomatiyası Rusiya ordu hissələrini vəliəhdin Təbrizə gəlməsindən öncə 
ora yeritməyi məqsədəuyğun sayırdı. 
S. D. Sazonov Qafqaz canişini Vorontsov-Daşkova, sürətini Tehrana və 
Ali baş komandanın qərargahına göndərdiyi 1915-ci il 18/5 yanvar tarixli 85 
№li teleqramında yazırdı: “Vəliəhdin Təbrizə doğru hərəkəti ilə orada bizim 
əvvəlki  vəziyyətimizi  bərpa  etmək  siyasi  cəhətdən  xeyli  çətin  olacaqdır, 
xüsusən,  əgər  türklər  öz  vədlərinə  əməl  etsələr  və  öz  qoşunlarını  geri 
çəksələr.  Bu,  çoxlu  məlumatlara  görə,  inandırıcı  görünür.  Bunları  nəzərə 
alaraq  əgər  kiçicik  imkan  vardırsa,  bizim  Azərbaycan  dəstəsini  vəliəhdin 
gəlməsindən  öncə  Təbrizə  yeritmək  xeyli  dərəcədə  arzuediləndir.  Bütün 
məlumatlara  görə,  türklər  orada  azsaylıdırlar  və  Qəzvin  üçün  nəzərdə 
tutulan  hissələrlə  möhkəmləndirilən  dəstələrimiz  üçün  bizim  hücumdan 
qorxaraq vəliəhdin gəlməsini tələsdirən türkləri geri oturmaq çətin ki, asan 
olsun”’^ 
İran  isə  rus  ordularının  bütün  Azərbaycandan  çıxarılmasına  çalışırdı. 
Türklər vəliəhd gələnə qədər Təbrizdən çıxmağa qətiyyətlə razı olduqlarını 
bildirdilər.  S.  D.  Sazonov  Tehrandakı  rus  səfiri  Korostove-  çə  1915-ci  il 
20/7  yanvar  tarixli  122  №li  teleqramında  yazırdı  ki,  İsaq  xanın  (İranın 
Rusiyadakı  səfiri  -  M.  Q.)  vəliəhdin  Təbrizə  göndərilməsinə  və  vəliəhd 
gələnə  kimi  Təbrizdən  türklərin  çıxacağı  vədlərini  nəzərə  alaraq, 
Azərbaycandan  bizim  orduların  tamamilə  çıxarılması  barədə  xahiş 
sorğusuna  səfirə  aşağıdakı  kimi  cavab  verilmişdir:  “Biz  vəliəhdin 
Azərbaycana göndərilməsinə qarşı dəfələrlə çıxış etmişik. Gənc vəliəhdin 
gəlməsi yerli qudurğan elementlərə çətin ki, təsir edə bilsin, əksinə onun 
ətrafında  xeyli  təhlükəli  nəticələri  ola  biləcək  intriqalar  yaradıla  bilər. 
Fikrimizcə,  əyalətin  başında  təcrübəli  Rəşid  ül  Mülkü  saxlamaq  yaxşı 
olardı. Türklərə gəlincə, biz onların vədlərinə inanmırıq və hesab edirik ki, 
vəliəhd gəldikdən sonra onlar bizə qarşı fəaliyyət üçün baza kimi istifadə 
etmək  istədikləri  Azərbaycandan  müxtəlif  bəhanələrlə  çıxmayacaqlar. 
Onları İran ərazisindən çıxartmağa yalnız bizim orduların hücumu qadirdir. 
Bu da Qafqaz hərbi rəisliyinin starteji mülahizələrindən asılıdır’”'*. 
Ermənilərin “Areva” qəzetinin Ərzurum müxbiri yazırdı ki, bütün İran 
türk və alman casusları ilə doludur. Xoy, Miandab və Təbrizdə baş verən 
son  hadisələr,  türk  və  kürd  dəstələrinin  İrana  soxulması,  şeyxlərin  və 
mollaların müqəddəs müharibəyə səsləməsi iranlıların 
142 


xristianlara  qarşı  silahlı  üsyanını  gücləndirir.  Təbrizə  və  Makuya  çoxlu 
silahlı casus gəlmişdir. Onlar xalq kütlələri ilə sərbəst işləyərək İran xalqını 
xristianlara qarşı qızışdırırlar. Dekabrın 31-də rus konsulunun əmri ilo həbs 
edilən iranlı yaxınlıqdan keçən ermənilərin, farsların və fars jandarmalarının 
yanında  Antanta  ölkələrini  söymüş  və  xristianları  qırmağa  çağırmışdır. 
Casusda  Ənzəli  və  Rəşt  vilayətlərində  qarışıqlıq  salmaq  üçün  ləlimat 
məktubu olmuşdur'”. 
“Baku” qo/,cti 1915-ci il 15 yanvar tarixli sayında yazırdı ki, Türkiyə 
İranda  hökmranlıq  edir  və  şahsevənlərin  rus  kəndlərinə  hücumları  vardır. 
Ona  görə  də  erməni  qəzetləri  hətta  Qarabağda  ermənilərin  özünü  - 
müdalloni  təşkil  etmələrinin  zəruriliyini  yazırdılar.  Özünümüdafiəni 
yazadək  etmək  lazımdır.  Qəzetlər  haqlıdırlar,  onların  səsini  eşitmək 
vacibdir.  Ola  bilsin  ki,  şahsevənlərin  hücumları  həm  indi,  həm  də  yazda 
olmasın  vo  təhlükə  şişirdilmişdir.  Lakin  necə  deyərlər,  ehtiyatlını  Alltıh 
qoruyar. Sərhədboyu əhali özünümüdafiəni təşkil etməyə girişməlidir'". 
Türk  ordusuna  Güney  Azərbaycanda  şahsevənlər  və  alarhlar  xüsusi 
kömək edirdilər'''’. 
Türklər  Təbrizdə  cəmi  22  gün  qaldılar’““.  Bu  müddətdə  alman-türk 
təbliğatı  xeyli  gücləndirildi  və  Güney  Azərbaycanda  əhali  Türkiyənin 
xeyrinə pul vəsaiti toplamaq üçün geniş kampaniyaya başladı'“'. 
Bununla belə, Təbrizin tutulması Türkiyənin əsas hərbi planlanna daxil 
olmadığından  şəhərdən  çıxmağa  və  Güney  Azərbaycanı  İramn  tam 
nəzarətinə  verməyə  razı  idi.  Türk  ordusu  tədricən  Təbrizi  boşaltmağa 
başladı. Bundan istifadə edən Rusiya hərəkətə keçdi. 
Rus ordusunun Təbrizi yenidən işğal etməsi ilə 
diplomatik-siyasi mübarizənin kəskinləşməsi 
İngiltərənin  Petroqraddakı  səfiri  1915-ci  il  yanvarın  20/7-də  Rusiya 
Xarici  İşlər  Nazirliyinə  tam  məxfi  yaddaş  qeyri  yazaraq  Güney 
Azərbaycanda  rus  vəzifəli  şəxslərinin  hərəkətlərinin  Türkiyəyə  qarşı 
mübarizədə  Rusiyanın  maraqlarına  cavab  vermədiyini  göstərdi.  Onun 
fikrincə, Rusiya iki yoldan birini seçməli idi: 1. Ya ordularını İrandan geri 
çağırmaqla  bu  ölkədə  öz  nüfuzunu  qorumalı  idi.  Belə  olduqda  iran 
Türkiyəyə  müxalifətdə  olardı.  Əgər  İran  Türkiyə  tərəfə  keçərdisə  Rusiya 
onu  öz  əlinə  almaq  hüququnu  saxlayardı  və  sonra,  əlverişli  məqamda 
istifadə  edərdi.  2  Ya  da  Şimali  İranda  Türkiyəni  dayandırmaq  üçün 
Azərbaycana kifayət qədər hərbi qüvvə göndərməli idi. İn 
143 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə