Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə47/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   43   44   45   46   47   48   49   50   ...   99

rilməsinə etiraz edərək onun da qovulmasını tələb ctdi’^ 
1914-cü  ilin  dekabrında  İrandakı  bir  sıra  tayfalar  daha  min  nəfərlik 
dəstə  düzəldərək  türklərlə  birləşməyə  getdilər.  Bu  tayfalar  təkcə  Güney 
Azərbaycandan  deyil,  İranın  cənubunda  Lor  və  Bclucistandan  da  idilər. 
Onlar İran hökumətini Türkiyə ilə birləşməyə çağırırdılar. Rusiya mətbuatı 
isə  bu  hərəkətləri  Türkiyə  və  Almaniya  agcntlərinin  İranın  cənubunda 
fəallaşmasının nəticəsi kimi izah edirdi”. 
Heç  bir  təzyiqlərə  baxmayan  türk  ordu  hissələri  hücuma  keçdi.  Van 
jandarm dəstəsi Dilmanı aldı. Mosul və Suleymaniyədon gələn könüllü və 
əsgərlərdən  ibarət  qarışıq  dəstə  Ömər  Fevzi  bəyin  rəhbərliyi  ilə  Güney 
Azərbaycan  valisi  Şüca  üd  Dövlənin  qüvvələrini  və  rus  kazaklarını 
Savucbulaqda  əzib,  dekabrın  26-da  Təbrizi  azad  etdilər.  Ömər  Naci  isə 
Bakıya hərəkət etmək üçün Güney Azərbaycanda şah- sevən tayfalarından 
ibarət dəstə toplamağa başladı. 
Türk ordu hissələrinin belə asan qələbə qazanmalarının başqa səbəbi də 
rus  ordularının  bir  hissəsinin  Güney  Azərbaycandan  çıxarılıb  Sarıqamış 
istiqamətinə  aparılması  idi.  Sarıqamış  əməliyyatı  üçün  Güney 
Azərbaycandakı  rus  ordusu  dəstələrinin  Çernozubovun  komandanlığı 
altında  Qafqaz  cəbhəsinə  köçürülməsi  ilə  əlaqədar  olaraq  S.  D.  Sazonov 
Qafqaz  canişini  Vorontsov-Daşkova  etiraz  edərok  bildirdi  ki,  bu  addım 
İranda  rus  nüfuzunu  aşağı  salacaq  və  bu  ölkədə  Rusiyanın  iqtisadi 
maraqlarına zərbə vuracaqdır. Lakin Qafqaz ordusunun baş komandanı bu 
tədbiri  strateji  cəbhələrin  sayının  azaldılması  və  Azərbaycan  dəstəsindən 
Güney  Qafqazda  sərhəddi  bağlamaq  üçün  istifadə  olunması  ilə 
əlaqələndirdi. 
Türklər tərəfindən Təbrizin azad edilməsi barədə erməni taciri A. K. 
Avakyan deyirdi ki, türklərin Azərbaycana girməsinə münasibətdə farslar 
arasında iki meyl vardır. Cəmiyyətin tacirlərdən ibarət olan bir hissəsi rus 
ordusunun  himayəsi  ilə  yaxşı  yaşayırdı  və  onlar  rusların  tərəfdarıdırlar. 
Digər  hissə  isə  ruslara  nifrət  edir  və  Rusiyaya  İranın  müstəqilliyinin 
düşməni kimi- baxır. Türklər hücum edəndə İran demokratları çox iclas və 
yığıncaqlar keçirərək, açıq şəkildə rusların əleyhinə çıxışlar edərək, onların 
şəhərdən  getməsini  tələb  etdilər.  Bu  yığıncaqlarda  hətta  Azərbaycan 
vilayətinin qubernatoru Rəşid ül Mülk də iştirak edirdi. Qubernatora türk 
hücumundan  əvvəl  rus  konsulu  ilə  danışıq  aparmaq  səlahiyyəti  də 
verilmişdi. Rus konsulu şəhəri tərk etməyə rədd cavabı verərdisə, dağıntı və 
qanlı toqquşmaların olmaması üçün Təbrizin 7 verstliyində döyüş yeri də 
seçilmişdi. Bü 
138 


tün bunların hamısı barədə rus konsuluna bildirildi. O da rus ordusunun İran 
hakim  dairələrinin  tələbinə  görə  deyil,  strateji  baxımdan  şəhəri  azad 
edəcəyini söylədi. 
Avakyan  heç  bir  toqquşma  olmadan  rus  ordusunun  və  xristian 
əhalisinin  Təbrizi  boşaltdığını  bildirdi.  Şəhərdə  qalan  xristian  əhali  ABŞ 
konsulluğuna  sığındı.  Şəhərdəki  2  min  erməni  ABŞ  konsuluna  və 
Tehrandakı  ABŞ  nümayəndəliyinə  himayə  üçün  müraciət  etdi.  ABŞ 
konsulu  Vaşinqtona  müraciət  edəcəyini  və  müvafiq  istəyin  Berlinə  və 
İstanbula  çatdınlacağmı  bildirdi.  Konsul  eyni  zamanda  ermənilərə  şəhəri 
tərk  etməyi  məsləhət  gördü”.  Avakyana  görə,  bununla  belə,  şəhərdən 
çıxmayan xristian əhaliyə türklər toxunmadılar. 
“Тифлийский листок” qəzetinə müsahibə verən digər bir erməni taciri 
də  söyləyirdi  ki,  Təbriz  tutularkən  qaçmaq  imkanı  olmayan  ermənilərə 
türklər  toxunmadılar.  Erməni  əhalisi  üzərində  zorakılığı  kürdlər  etdilər”. 
Klemm də kürdlərin qarətçiliklə seçildiklərini söyləyirdi”. 
Hətta  daşnakların  “Orizon”  qəzeti  rusların  Təbrizi  tərk  etməsindən 
sonrakı vəziyyəti şərh edərək yazırdı ki, xalq uzun müddətli ağır ev düstağı 
şəraitindən  qurtularaq  küçəyə  çıxdı.  Nəhayət,  türk  ordusu  3000  əsgər  və 
kürd  dəstələri  ilə  birlikdə  Təbrizə  girdi.  Xalqın  sevincinin  həddi-hüdudu 
yox  idi.  Türklər  erməni  əhalisinə  böyük  ziyan  vurmadılar,  yalnız  bəzi 
ermənilər ziyan çəkdilər”. 
Türklər  Təbrizi  azad  etdikdən  sonra  şəhərdəki  Antanta  ölkələrinin 
diplomatik korpusu Tiflisə gəldi. Rus baş konsulu A. A. Orlov xeyli bədbin 
idi. O, hətta “Кавказское слово”пт müxbirinə müsahibəsində Türkiyə və 
İran hökumətlərinin həmrəyliyi barədə hiddətlə danışırdı. Konsul məqsədi 
İram Rusiya və İngiltərəyə qarşı müqəddəs müharibəyə qoşmaqdan ibarət 
olan türk-iran komitəsinin mövcudluğunu da söylədi. 
Fransız  konsulu  Nikola  isə  daha  az  qəmgin  və  kəskin  bəyanatlar 
verməkdən imtina edirdi. 
İngilis  konsulu  Şipli  ingilis  diplomat  ehtiyatlılığı ilə hətta  öz  fikir  və 
xatirələrini  söyləməkdən  də  imtina  edərək  bildirdi  ki,  İran  işlərinə 
münasibətdə farslar öz baxışlarındakı sabitsizlikləri ilə seçilirlər və onların 
mövqeyini müəyyənləşdirmək çətindir”. 
Türklər  Güney  Azərbaycana  girdikdən  sonra Xoy  və  Urmiyədəki  rus 
konsullan  da  qaçdılar.  Rus  işğalına  kömək  edən,  dinc  türk  və  digər 
müsəlman əhalini qətliam edən ermənilər də onlara qoşuldular*". Lakin Ru 
139 


siya mətbuatı bunu mühacirətin güclənməsi kimi qələmə verirdi’". 
Təbrizin  azad  edilməsi  Rusiyada  mənfi  qarşılandı.  Rusiya  mətbuatı 
yazırdı ki, İranın tərəfsizliyinin pozulması və Təbrizin tutulması ilə Türkiyə 
müharibədə öz müəllimi və rəhbəri olan Almaniyanın yolu ilə getdi. “Baku” 
qəzeti Türkiyənin Təbrizi tutmasını Almaniyanın Belçikanın tərəfsizliyini 
pozması ilə müqayisə edirdi’*^ 
Rusların  Təbrizdən  qovulması,  Azərbaycanda  baş  verən  hadisələr, 
Antanta  dövlətləri  konsullarının  qaçması  və  Rusiya  İran  bankı  şöbəsinin 
bağlanması rus cəmiyyətini lərzəyə saldı. Rusiya Xarici İşlər Nazirliyi Orta 
Şərq şöbəsinin müdiri V. O. fon Klemm “Birjcvıc vedo-  mosti” qəzetinə 
müsahibəsində  bildirdi  ki,  “Azərbaycanda  bizim  diplomatiyamızın 
fəaliyyəti  başlıca  olaraq  hərbi  əməliyyatların  gedişindən  və  hərbi 
rəhbərliyin  qərarlarından  asılıdır.  Ordu  Azərbaycandan  çıxdıqdan  sonra 
konsulluğu  Təbrizdə  saxlamaq  olmaz.  Lakin  bizim  orduların  çıxması  və 
eyni zamanda Azərbaycandakı diplomatik nümayəndəliyimizin çıxarılması 
bu fars əyalətini (!?) təmizləməyimiz demək deyildir. Burada bizim ciddi 
ticarət-iqtisadi maraqlarımız vardır. Şübhə yoxdur ki, türklər geri çəkildikcə 
hər  şey  öz  əvvəlki  normasına  düşəcəkdir.  Porta  türk  orduları  tərəfindən 
Azərbaycanın tutulmasını bu fars əyalətində (!?) bizim orduların olması ilə 
əlaqələndirir.  Lakin  bunun  əsası  yoxdur.  Bizim  ordularımız  hələ 
müharibəyə qədər Azərbaycanı tutmuşdular və bu işğal sırf dinc xarakter 
daşıyırdı.  Bizim  orduların  vəzifəsi  fars  administrasiyasının  yarada 
bilmədiyi  qayda-qanunu  yaratmaq  və  gözləmək  idi.  Türk  orduları  isə 
Azərbaycanı hərbi əməliyyatlar zamanı işğal etdilər və İranın tərəfsizliyini 
pozdular.  Şah  hökuməti  isə  az-çox  müqavimət  gücündə  olsa  da  bunu 
etmədi. Türklər Təbrizi daimi ordudan çox yerli kürd dəstələri ilə tutdu. İran 
hökumətinin  vəzifəsi  yerli  kürdlərə  türklərin  işə  qarışmasının  arzu 
olunmamasını başa salmaq idi. Türk mətbuatında belə bəyanat yayılır ki, 
guya türk ordusu yerli əhali tərəfindən rəğbətlə qarşılanmışdır”“. 
Klemm  Rusiya  Xarici  İşlər  Nazirliyinin  Hərbi  nazirliklə  birlikdə 
Qafqazda  işlədiyini  və  Azərbaycanda  siyasi  vəziyyəti  düzəltməyə 
çalışdığını göstərdi. 
Rus  ordusu  Təbrizdən  qovulduqdan  və  Güney  Azərbaycandan  rus 
konsulları  qaçdıqdan  sonra  burada  Türkiyə,  Avstriya-Macarıstan  və 
Almaniya  konsulları  tam  fəaliyyət  sərbəstliyi  qazandılar*'*.  Konsulluq 
əməkdaşları Güney Azərbaycan əhalisini Antanta dövlətlərinə qarşı 
140 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə